SABİT

1. неподвижный, постоянный, беспеременный, стабильный, стационарный; 2. неподвижно, твердо, постоянно;
SABAHLIQ, SABAHLIĞA
SABİTLƏŞDİRMƏK
OBASTAN VİKİ
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sabit Bağırov
Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti. Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
Sabit Damolla
Sabit Damolla Əbdulbaqi (uyğ. سابىت داموللا) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı. O, həmçinin cədidçi idi. Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Kaşğər vilayətinin Atuş şəhərində anadan olub. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi. 1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb.
Sabit Dönentayev
Sabit Dönentayev (qaz. Сәбит Дөнентаев) (1894 - 23 may 1933) - qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur. 1894-cü ildə indiki Pavlodar bölgəsində bir çoban ailəsində anadan olub. Qasım-Hacı mədrəsəsində təhsil alıb. Rus şairi Krılov, tatar şairi Abdulla Turkay və qazax şairi Abay Kunanbayoğlunun əsərlərinin təsiri ilə yaradıcılığa başlayıb. 1913-cü ildə Dönantayevin “Aykap” dərgisində ilk şeiri “ Xəyalım” ( qazaxca: “Қиялым”) dərc olunub. İlk şeirlər kitabı olan “Alibek” 1915-ci ildə Ufa şəhərində nəşr edilib.
Sabit Kərimov
Kərimov Sabit Qəhrəman oğlu (10 aprel 1940, Ordubad – 16 iyun 2013) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası "Kompüter texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri. Sabit Qəhrəman oğlu Kərimov 10 aprel 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır. S. Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi ilə bağlıdır. O, 1967–1989-cu illərdə kimya, neftkimyası və neftemalı sahələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin yaradılması sahəsində işləmiş, 1990-cı ildən isə elmin və istehsalatın müxtəlif sahələri üzrə informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi-tədqiqat işləri aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri (1967–1975), neftemalı və neftkimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi (1975–1988), istehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemləri (1988–1990), respublikada mütərəqqi texnologiyalar, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqayırma sahələri üzrə informasiya sistemləri, tibbi diaqnostika üzrə ekspert sistemləri (1990–2009) yaradılmış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı terminoloji lüğət hazırlanmışdır.
Sabit Məmmədov
Sabit Məmmədov (tam adı: Sabit Eyyub oğlu Məmmədov; 28 oktyabr 1951) — Azərbaycan alimi, Bakı Dövlət Universitetinin "Fiziki və kolloid kimya" fakultəsinin kimya elmləri doktoru, professor. Sabit Eyyub oğlu Məmmədov 1951-ci il oktyabr ayınin 28-də Qazax şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Qazax rayonunun 3 saylı orta məktəbini bitirdikdən sonra, indiki Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan Respublikası Zaqatala şəhərinın orta məktəbində müəllim vəzifəsində işləmişdir. 1978-ci ildə AMEA-nın Neft-kimya prosesləri institutunun asperanturasına qəbul olunmuşdur. 1978–1981-ci illərdə həmin institutda kiçık elmi işçi vəsifəsində çalışmışdır. 1981-ci ildən BDU-nun kimya fakültəsində baş elmi işçi, müəllim və professor vəzifələrində işləmişdir. 2008-ci ildən "Fiziki və kolloid kimya" kafedrasında professor vəzifəsində işləyir. 1973 – indiki Bakı Dövlət Universiteti kimya fakültəsinin tələbəsi 1975 – AMEA-nın Neft-kimya problemləri institutunun aspirantı 1981 – "n-pentan və n-heksanın quruluş izomerləşməsi reaksiyası üçün bimetalseolit katalizatorların sintezi və onların tədqiqi" mövzusunda 02.00.15 – "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1996 — "Bi və polimetalseolit katalizatorların sintezi, xassələri və karbohidrogenlərin çevrilməsində tədqiqi" mövzusunda 02.00.15 — "Kimyəvi kinetika və kataliz" və 02.00.13 – "Neft kimyası"ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Sabit Noyan
Mehmet Sabit Noyan (30 Mart 1877, İstanbul - 1967), türk əsgəri. Ömər Faiq Bəyin oğludur. 14 dekabr 1902-ci ildə Hərbi Akademiyaya daxil oldu. Hərbi Akademiyanı leytenant rütbəsi ilə 27 may 1905-ci ildə bitirmişdir. 26 sentyabr 1905-ci ildə baş leytenant oldu. 1 sentyabr 1908-ci ildə Hərbi Akademiyanı Mümtaz Kapitan olaraq bitirdi. Balkan və I. Dünya Müharibələrində iştirak etmişdir . 19 Avqust 1914-də mayor rütbəsinə yüksəlmişdir. 8 yanvar 1914-cü ildə Müstəqil 22. Hicaz Diviziyasının Heyətinə, 8 İyul 1915-ci ildə 22-ci Ordu Korpusuna təyin edildi.
Sabit Orucov
Sabit Atababa oğlu Orucov (18 (31) may 1912, Novxanı, Bakı qəzası – 20 aprel 1981, Moskva) — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi naziri (1972–1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı (1980), Lenin (1970) və Stalin mükafatları (1950, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976–1981), 1953–1954, 1958–1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı. 1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929–31-ci illərdə orta məktəbdə dərs demiş, 1931–36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur. 1936–46-cı illərdə S. Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir. 1946–47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947–49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949–53 və 1955–57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957–59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959–62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962–65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965–72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972–81-ci illərdə SSRİ Qaz sənayesi naziri olmuşdur. S. A. Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir. SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi.
Sabit Paşayev
Ferdi Sabit Soyer
Həssan ibn Sabit
Həssan ibn Sabit (554, Mədinə – 674, Mədinə, ərəb. حسان بن ثابت‎ Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir. == Bioqrafiya == Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır. O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir.
Həssən ibn Sabit
Həssan ibn Sabit (554, Mədinə – 674, Mədinə, ərəb. حسان بن ثابت‎ Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir. == Bioqrafiya == Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır. O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir.
Məmmədəli Manafzadə Sabit
Məmmədəli Manafzadə (təxəllüsü: Sabit; 1888 – 1940) ― Azərbaycan şairi, yazıçı və publisist. XX əsrin əvvəlləri – Azərbaycan ədəbiyyatının yeniliklərlə zəngin, ədəbi-mədəni oyanışın ən əlamətdar dönəmidir. 1905-ci il inqilabından sonra çar Rusiyasının mətbuata verdiyi nisbi azadlıqlardan istifadə edən Azərbaycan ziyalılarının təşəbbüsü ilə bir sıra mətbuat orqanları fəaliyyətə başlamışdır. Xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə yeni bir ədəbi məktəbin əsası qoyulmuş, yeni bir ədəbi nəsil formalaşmışdır. Bu dövrün yetişdirdiyi Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətlərindən biri Məmmədəli Manafzadə Sabitdir. O, 1888-ci ildə Təbrizdə doğulmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra fransızların Təbrizdə açdığı Pedaqoji institutu bitirmişdir. 1908-ci ildən etibarən jurnalist kimi fəaliyyətə başlayan Sabit Təbrizdə öz təşəbbüsü ilə “Şəkər” adlı qəzetin nəşrinə başlamış, milli birlik, bərabərlik, azadlıq ideyalarının carçısı olmuş, Məşrutə inqilabına və Səttarxan hərəkatına dəstək verdiyinə görə İran mürtəcelərinin təqiblərindən qaçaraq Bakıya gəlmişdir. Onun Azərbaycan mətbuatında görünməsi də buraya gəlişindən sonra – 1910-cu ildən sonrakı mərhələyə aiddir. M.M.Sabit bir qədər sonra Aşqabada dəvət olunmuş, uzun illər “Müzəffəri” məktəbində müəllim işləmişdir.
Sabit Məhəmməd paşa
Sabit Məhəmməd Paşa - Jakeli sülaləsinin sonuncu nümayəndələrindəndir. Sabit Məhəmməd Paşa, əvvəl Ərzurum, sonra Maraş valisi olmuş; 1802-ci ildə də Van valisi təyin edilmişdir. 1810-cu ildə də vəfat etmişdir.
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi. Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir. Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir. 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Təsuci
İbrahim Sabit TəsuciAzərbaycan şairlərindəndir ki, Təsucda dünyaya gəlmişdir. O, Azərbaycan dilində şeirlər yazıb. Sabit Təsuci, Fətəli şah Qacar dövründə yaşayırdı.
Sabit cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. Dəyişən cərəyan A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.
Sabit cərəyan generatoru
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur. Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində, yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçinin ağırlıq qaldıran mexanizmlərdə, nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur.
Sabit ibn Kurra
İbn Kurra (ərəb. ثابت بن قرة بن مروان‎, d.836 — ö.18 fevral, 901, Bağdad) — ərəb riyaziyyatçısı, astronomu və həkimi. Evklidin "Başlanğıclar", Arximedin "Kürə və silindr haqqında", Apolloninin "Konik kəsiklər" əsərlərini ərəb dilinə tərcümə etmişdir. Özünün "Parabolik kəsik adlanan konik kəsiyin ölçülməsi haqqında kitab" əsərində inteqral cəmlərin köməyi ilə parabolik seqmentin kvadraturası haqqında məsələnin həllini vermişdir. История математики. Указ. соч., стр. 207. Cправочнику русской орфографии В.В.Лопатина.
Sabit ibn Qeys
Sabit ibn Qeys (ərəb. ثابت بن قيس بن شماس‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Səqifədəki görüşdə görkəmli rol oynamışdır. Onun ölümü ilə bağlı iki fikir vardır. Daha məqbul olanı Raşidi xilafəti dövründə Nəcddə döyüş meydanında ölməsidir. Çin müsəlmanları arasında yayılmış başqa bir versiyaya görə, onun Tan sülaləsi dövründə Çində İslamın yayılmasında iştirak etdiyi, quru yolla Çinə gəldiyi və Çinin qərbindəki Sincan əyalətində vəfat etdiyi güman edilir.
Emin Sabitoğlu
Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı – 18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır. == Həyatı == Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961). Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib. Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır. == Fəaliyyəti == 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Faradey sabiti
Faraday sabiti fizika və kimyada, bir mol elektronun malik olduğu elektrik yükü olaraq tanınır. Bu ad, İngilis elm adamı Michael Faradayın adına ithaf edilərək verilmişdir. Elektrolit sistemlərdə, elektrot səthində cəmlənmiş kimyəvi maddə miqdarını müəyyənləşdirmək üçün istifadə olunur. Nişanı F olub; F = N A ⋅ q = 96485 C / m o l {\displaystyle F=N_{A}\cdot q=96485\quad C/mol} , düsturundakı bərəbərlik ilə ifadə edilə bilər. Bu bərabərlikdə NA Avoqadro sabiti (təxminən 6.02 x 1023 mole−1) və q da, bir elektronun yükünün böyüklüyüdür (elektron başına təxminən 1.602 x 10−19 Coulomb). F-in qiyməti birinci olaraq, müəyyən bir müddət ərzində müəyyən bir cərəyanın keçdiyi elektrokimyəvi reaksiyada cəmləşən gümüşün çəkisinə görə müəyyən edilmişdir. Bu qiymət Avoqadro sabitini hesablamaq üçün istifadə edilmişdir. F və dolayı yol ilə NA-nı daha dəqiq formada müəyyən etməyə yönəldilmiş elmi tədqiqatlar hal-hazırda da davam etdirilir.
Fiziki sabitlər
Fiziki sabitlər — çoxdur və onlardan çox rastlaşdıqlarımız bunlardır: Sərbəstdüşmə təcili - Yerin səthi yaxınlığında və orta coğrafi enlikdə cisimlərin havasız fəzada düşmə təcilidir,g ilə işarə olunur və g=9,81m/san2-dır.Bu kəmiyyət cismin kütləsindən asılı deyil və bəzən qravitasiya sahəsinin intensivliyi adlanır. Qravitasiya sabiti - ədədi qiymətcə kütlələri 1kq, aralarındakı məsafə 1m olan iki bircins kürə arasındakı qravitasiya qüvvəsinə bərabər olan sabitdir,G ilə işarə olunur və G=6,67·10-11Nm2/kq2Habbl sabiti-bir-birindən 1Mpk(meqaparsek)məsafədə olan qalaktikaların vir-birindən uzaqlaşma sürətinə bərabər olan sabitdir,H ilə işarə olunur və H=75 km/Mpk·san. Avoqadro sabiti - bütün maddələrin 1mol-dakı molekulların sayidir, NAilə işarə olunur və NA=6,02·1023mol-1-dir. Bolsman sabiti - ideal qazın temperaturu 1K artanda bir molekulun enerji artımına uyğun gələn enerjidir,k ilə işarə olunur və k=1,38·10-23C/K. Universal qaz sabiti-1mol ideal qazın temperaturunu 1K yüksəltdikdə onun daxili enerjisinin artımına uyğun olan enerjidir, R ilə işarə olunur və R=8,31 C/mol·K Kulon sabiti - yükləri 1Kl aralarındakı məsafə im olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabər olan sabitdir,k ilə işarə olunur və k=9·109N·m2/Kl2. Elektrik sabiti - ε0=8,85·10-12Kl2/N·m2/ Elementar yük - təbiətdə rast gəlinən ən kiçik elektrik yükünün moduludur,e ilə işarə olunur və e=1,6·10-19Kl. Elektronun xüsusi yükü - elektronun yükününmodulunun kütləsinə olan nisbətidir və e/m=1011Kl/kq. Faradey sabiti - elektroliz zamanı elektrod üzərində 1 qram ekvivalent maddə ayrılması üçün elektrolitdən keçən yükdür və F=96500Kl/mol. İşıq sürəti - İşığın vakuumda 1san-də getdiyi yoldur və c=3·108m/san. Plank sabiti - h=6,63·10-34C·san. Ridberq sabiti - R≈1,097373143·107m-1.
Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Gülüş fenomeni. Sabit Rəhman — rejissor Sənan Sultanovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız", "Ulduz", "Hicran" tamaşalarının, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin kadrlarından istifadə edilmişdir.
Habbl sabiti
Habbl sabiti - sürət artmasının məsafə artımına nisbətini ifadə edir. Onun astronomik mənası, sürət ilə məsafənin mütənasibliyinin bütün qalaktikalar üçün eyni olmasıdır. == Qiyməti == Hazırda Habbl sabiti 1 000 000 işıq ili üçün 23 k m / ( s a n ⋅ m i l y o n i . i ) {\displaystyle 23km/(san\cdot milyoni.i)} İşıq ili - işıq sürətinin bir ildə qət etdiyi yoldur: 1 i . i = 9 , 46 ⋅ 10 12 k m {\displaystyle 1i.i=9,46\cdot 10^{12}km} == İstifadə olunduğu yerlər == Habbl sabiti aşağıdakı hesablamalarda istifadə olunur. Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir. === Habbl qanunu === Habbl qanununa əsasən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşma sürətinin təyini üçün Habbl sabiti istifadə edilir. === Kainatın yaşının hesablanması === Habbl sabitinin qiyməti təqribi də olsa, Kainatın yaşını müəyyən etməyə imkan verir. Bunun üçün milyon işıq ilini Habbl sabitinə bölünməsi kifayət edir.
Maliyyə sabitliyinin İcmalı
Maliyyə sabitliyinin icmalı (ing. Financial Stability Report, Financial Stability Review, Financial System Report) — mərkəzi bankların maliyyə sabitliyi məsələlərinə həsr olunmuş ixtisaslaşdırılmış məlumat və analitik nəşri. == Mərkəzi bankların təcrübəsində maliyyə sabitliyinin nəzərdən keçirilməsi == İngiltərə Bankı ilk dəfə 1996-cı ildə Maliyyə Sabitliyi İcmalı nəşr etdi. Buraxılışlar maliyyə fəaliyyətinin nəzəriyyəsi və praktikasının müəyyən məsələlərinə həsr olunmuş nəşrlər topluları idi: maliyyə tənzimlənməsi mədəniyyəti, qiymətli metallar bazarı, elektron pul, suveren. reytinqlər və s. İngiltərə Bankı təhlillər vasitəsilə həll edilməli olan üç vəzifəni müəyyənləşdirdi: bazar iştirakçıları tərəfindən risklərin, cari tənzimləmənin və maliyyə bazarlarının vəziyyətinin başa düşülməsi; Britaniya maliyyə sisteminin risklərinə təsir edən məsələlərin müzakirəsi; bazar iştirakçıları, tənzimləyici və akademik tədqiqatçılar arasında debatları asanlaşdırmaq. İngiltərə Bankını digər mərkəzi banklar izlədi: İsveç və Norveç (1997), Avstraliya və Filippin (1999). Aşağıdakı Rəylər daha çox utilitar xarakter daşıyır və maliyyə bazarlarının və maliyyə vasitəçilərinin vəziyyətini nəzərdən keçirməyə həsr edilmişdir. Xüsusilə, icmallar bankların rəqabət qabiliyyəti, onların maliyyə sabitliyi və əsas maliyyə aktivləri bazarlarının xüsusiyyətləri mövzularını əhatə etmişdir. Mərkəzi bankın fəaliyyətinin diqqəti maliyyə sabitliyini qorumaq üçün siyasətlərə yönəldikcə, Rəylər geniş şəkildə yayıldı.
Mehdi Sabiti
Mehdi Sabiti (1 fevral 1975, Tehran) — İran futbolçusu, qapıçı. Sabiti 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Məşhədin Əbumüslüm, Zəncanın Şahab və Tehranın Dəmir Yolu futbol klublarında oynamışdır. Abbas Məhəmmədi Traktor Sazi klubunun heyətinə cəlb olunandan sonra Sabiti klubun ikinci qapıçısı oldu.
Plank sabiti
Plank sabiti kvant mexanikasına aid mühüm sabitdir və elektromaqnit şüalanma kvantının (yəni, fotonun) enerjisi ilə onun tezliyi arasındakı əlaqəni ifadə edir. Plank sabiti h hərfi ilə işarə edilir: h = 6.626 075 × 10 − 34 C ⋅ s {\displaystyle h=6.626\ 075\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin vahidi coul və saniyənin hasilindən ibarətdir – coul•saniyə (ingiliscə joule•seconds). Alman fizik Maks Plank (almanca Max Planck) 1900-cü il 14 dekabrda bu sabiti təqdim etmişdir. Həmin tarix kvant mexanikasının başlanğıcı hesab olunur. Bir çox hallarda Plank sabitinin derivativindən ħ istifadə edilir: ℏ = h 2 π = 1.054 571 × 10 − 34 C ⋅ s {\displaystyle \hbar ={\frac {h}{2\pi }}=1.054\ 571\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin tarixi qara cisim şüalanmasının öyrənilməsi ilə bağlıdır. “Qara cisim” şərti ifadədir və elə obyektə deyilir ki, o, üzərinə düşən bütün enerjini udur, müəyyən temperatura çatdıqdan sonra aldığı enerjini qaytarır. Qara cisim enerjini qaytararkən o həm də işıqlanır. Bu proses qara cisim şüalanması (ingiliscə blackbody radiation) adlanır. 1859-cu ildə alman fiziki Qustav Kirxhof qara cisimlə apardığı təcrübələrdən belə nəticəyə gəldi ki, qara cisim enerjini qaytaran zaman bu enerji cismin temperaturundan və ayrılan (qaytarılan) enerjinin tezliyindən asılı olur. E = J ( T , ν ) {\displaystyle E=J(T,\nu )} Bu asılılıqda enerjinin (işığın) dalğa təbiəti əsas rol oynayırdı.
Qaz sabiti
Qaz sabiti ( R ) {\displaystyle \left(R\right)} — fundamental fiziki sabit olub 1 mol ideal qazın hal tənliyinə daxildir: p V μ = R T {\displaystyle pV_{\mu }=RT} . Burada p − {\displaystyle p-} təzyiq, V μ − {\displaystyle V_{\mu }-} 1 m o l {\displaystyle 1\,{\rm {{}mol}}} qazın həcmi (molyar həcm), T − {\displaystyle T-} mütləq temperatur, R {\displaystyle R} isə universal (molyar) qaz sabitidir. Qaz sabiti ədədi qiymətcə maddə miqdarı 1 mol olan ideal qazın sabit təzyiqdə 1 K qızdıqda genişlənərkən gördüyü işə bərabərdir. Qaz sabitinin BS-də ədədi qiyməti aşağıdaakı kimidir: R = 8.3144598 ( 48 ) C m o l ⋅ K {\displaystyle R=8.3144598(48){\frac {C}{\rm {{mol}\cdot {\rm {K}}}}}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. R {\displaystyle R} universal (molyar) qaz sabiti k B {\displaystyle k_{\rm {B}}} (çox vaxt k {\displaystyle k} kimi işarə edilir) Boltsman sabiti ilə N A {\displaystyle N_{\rm {A}}} Avoqadro sabitinin hasilinə bərabərdir: R = k N A . {\displaystyle R=kN_{\rm {A}}.} R {\displaystyle R} universal (molyar) qaz sabitinin maddənin M {\displaystyle M} molyar kütləsinə nisbətinə xüsusi qaz sabiti deyilir və B {\displaystyle B} kimi işarə edilir ( [ B ] = C k q ⋅ K ) {\displaystyle \left([B]={\frac {\rm {C}}{\rm {kq\cdot K}}}\right)} : B = R M .
Riyazi sabitlər
Riyazi sabit — qiyməti dəyişməyən ölçü. Fiziki sabitlərdən fərqli olaraq, riyazi sabitlər hər hansı fiziki ölçülərdən asılı olmayaraq müəyyən edilmişdir. İxtisarlar: İ — irrasional ədəd, C — cəbri ədəd, T — transsendent ədəd, ? — məlum deyil; riyaz.— adi riyaziyyat, ƏN — ədəd nəzəriyyəsi, XN — xaos nəzəriyyəsi, komb — kombinatorika, AMT — Alqoritmik məlumat nəzəriyyəsi.

Значение слова в других словарях