TƏLAŞ

[ ər. ] is.
1. Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə.
Tellinin təlaşı [Səfəri] heyrətə gətirdi… Çəmənzəminli.

□ Təlaş etmək – bax təlaşa düşmək.
[Cəmil bəy Humaya:] Heç quru bir heykəl edam ediləcəyi üçün təlaş edərmi? H.Cavid.
Fəlakət başımızın üzərində idi.
Təlaş edirdik. S.Hüseyn.

Təlaşa düşmək – həyəcana düşmək, təşvişə düşmək, əl-ayağa düşmək, vahiməyə düşmək.
[Vaqif:] Belə mülahizə edirəm ki, hələ təlaşa düşmək lazım deyildir. Çəmənzəminli.
Qaranlıqda qalan ana sevinməyə macal tapmamış təlaşa düşdü. Ə.Məmmədxanlı.

2. Həyəcan, gurultu-patıltı. Meydanda bir təlaş var.

Синонимы

  • TƏLAŞ həyəcan — vəlvələ — çaxnaşma — vurnuxma — çapalama — narahatlıq
  • TƏLAŞ təlaş bax təşviş

Антонимы

  • TƏLAŞ TƏLAŞ – SEVİNC Belə bir təlaş içərisində sahibimin qızını xatırladım (M.Talıbov); Hər natiqin parlaq sözü bir sevincin dəryasıdır (S
TƏQVİM
TƏLAŞLI

Значение слова в других словарях