Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kənkan
Kənkan — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Kəkan bələdiyyəsini (erm.: e. Հատիս համայնքի, l. Hatis hamayanki) təşkil edir. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Kənkan kəndi də onun tərkibinə qatılmışdır. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini (rus. Кянкянский сельсовет) təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixdə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə rəsmən Hatis (erm. Հատիս) olaraq dəyişdirilmişdir və hazırda bu cür adlanmaqdadır.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Tenday
Tenday (天台宗) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır. == Tarix == Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur. Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır. Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur.Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur. Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi. Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.İmperator Kammu paytaxtı Naradan Kiotoya köçürdükdən sonra Tenday sektasını dəstəkləməyə başlamışdır, çünki Naradakı digər buddizm sektaları dövlətin işlərinə qarışmağa çalışırdı. Sayçonun Hiey dağında tikdirdiyi Enryaku məbədi böyüyərək 3000-dən tikilidən ibarət struktura çevrilmişdir.
Teşkan
Teşkan — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tekab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Təkab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Tənta
Tənta (ərəb. طنطا‎) — Misirdə şəhər, əl-Qərbiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 429.503 nəfərdir (2006).
Zəkat
Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, fərz olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş rüknlərindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və eyd əl-fitr günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var.
Devid Tennant
Devid Tennant (ing. David Tennant, anadan olanda adı — Devid Con Makdonald ing. David John McDonald; 18 aprel 1971, Basgeyt) — Şotland aktyor. Ən çox 2005 və 2010-cu illər arasında Doktor Kim serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır. == Həyatı == Devid Con Makdonald 1971-ci ilin aprelin 18-də, Şotlandiyanın Vest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937–2016), Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçi olan kəşiş, anası isə Helen Makleon (1940–2007) idi. O, Renfruşir dairəsinin Ralston şəhərində, qardaşı Bler və bacısı Karen ilə böyüyüb. Üç yaşında o Doktor Kim serialı sevdiyinə görə, valideynlərə aktyor olmağa istədiyini deyib. Fəqət, onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdılar. O, az qala bütün Doktor Kim seriyalarını baxıb və Qlazqoda keçirilən kitab imzalama mərasimdə Tom Beyker ilə danışmışdı.Şotlandiya Kral Musiqi və Dram Akademiyasının dərslərinə gəlirdi.
Tanaat kilsəsi
Tanaat məbədi — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (3 iyul 1968-ci ildən Arevis) və Andranikin başçılığı ilə ermənilərin 1918-ci ildə əhalisini bütünlüklə qırıb, özünü dağıtdıqları Hortuyüz kəndi ilə Təzəkənd (3 iyul 1968-ci ildən Tasik) kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim monastır qalığı. == Haqqında == Bölgədə xristianlığın ilk dövrlərinə (IV–V əsrlərə) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qızıl kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur. "Sünik tarixi" əsərinin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491-ci ildə tikilmişdir. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır. == Tarixi == Tanaat məbədi Tatev monastırından sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur. 1975-ci ildə məbəd ermənilər tərəfindən bərpa olunarkən köhnə məbəd xarabalıqları arasından Urartu çarı I Argiştiyə məxsus daş kitabənn tapılması haqqında xəbər yayılmışdır. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s.
Tanaat məbədi
Tanaat məbədi — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (3 iyul 1968-ci ildən Arevis) və Andranikin başçılığı ilə ermənilərin 1918-ci ildə əhalisini bütünlüklə qırıb, özünü dağıtdıqları Hortuyüz kəndi ilə Təzəkənd (3 iyul 1968-ci ildən Tasik) kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim monastır qalığı. == Haqqında == Bölgədə xristianlığın ilk dövrlərinə (IV–V əsrlərə) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qızıl kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur. "Sünik tarixi" əsərinin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491-ci ildə tikilmişdir. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır. == Tarixi == Tanaat məbədi Tatev monastırından sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur. 1975-ci ildə məbəd ermənilər tərəfindən bərpa olunarkən köhnə məbəd xarabalıqları arasından Urartu çarı I Argiştiyə məxsus daş kitabənn tapılması haqqında xəbər yayılmışdır. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s.
Tensay Okamura
Tensay Okamura (岡村 天斎, Okamura Tensai) və ya doğum adı ilə Yutaka Okamura (岡村 豊, Okamura Yutaka) – Yaponiya anime rejissoru və animasiyaçısı. Okamura Kanaqava prefekturasının Yokohama şəhərində böyümüşdür. Vaseda Universitetinin elm və mühəndislik fakültəsindən məzun olmuşdur. 1991-ci ildə adını Tensay olaraq dəyişdirmişdir. == Bioqrafiya == Vaseda Universitetində təhsil alarkən universitetinin manqa tədqiqat cəmiyyətinin üzvü idi. Həmçinin digər animasiyaçılarla tanışlığı var idi. Universitetdə ikən ilk azad animesini istehsal etmişdir. Universitetdən məzun olduqdan sonra Okamura bir dostunun tövsiyəsi ilə Madhouse studiyasına qoşulmuşdur. "Lensman: Secret of The Lens" animasiyaçı kimi işlədiyi ilk anime idi. 1989-cu ildə "YAWARA!
Xioslu Teodat
Xioslu Teodat (həmçinin, Diodot və ya Teodot; e. ə. I minillik, Xios – e. ə. 40-cı illər) — Misir fironu XIII Ptolemeyin ustası, müəllimi və müşaviri. O, Sezarın rəğbətini qazanmaq məqsədilə Ptolemeyi Misirə sığınan Pompeyi öldürməyə razı salmışdır. O, sonradan Brut tərəfindən öldürülmüşdür.
Ağabəy (Təkab)
Ağabəy (fars. اقابيك‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə).
Ağqala (Təkab)
Ağqala (fars. اق قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Durbaş (Təkab)
Durbaş (fars. دورباش‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Etimologiyası == Bu kəndin adı azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır. == Coğrafiya == Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10,000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin] === Milli tərkibi === Durbaş kəndində yaşayanların şiə etiqadlı azərbaycan türklərindən ibarətdirlər.
Gülağa Tənha
Gülaga Məmi oğlu Qəmbərov (d. 20 may, 1959, Ərkivan) — Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. == Həyatı == Gülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. == Təhsil == Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. == Fond == "Gülaga Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Iris tenax
Iris tenax (lat. Iris tenax) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.