Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. == Tarixi == Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Təsnif (1969)
== Məzmun == Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
Təsnif (film, 1969)
== Məzmun == Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
Keşniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Təşvir
Təşvir (az.-əbcəd تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Tesey
Tesey (yun. Θησεύς) — qədim yunan mifologiyasında ən məşhur personaj, Afina çarı Egeyin oğludur. == Doğulması == Afina çarı iki dəfə evlənməsinə baxmayaraq, onun yerini tutacaq bir övladı olmurdu. Buna gürə o, Delfiy peyğəmbərinə müraciət edərək ondan mənasını anlamadığı "Afinaya qədər xəz dərini öz çaxırı ilə açmamağı" cavabını alır. Delfi tərk edən Egey dostu Trezen çarı Pitfeyin yanına gəlir. Pitfey peyğəmbər kəlamını dərhal anlayaraq, Egeyi sərxoş olanadək içirdib, artıq Poseydonla əlaqədə olmuş qızı Efra ilə bir yatağa qoyur. Bildikdə ki Efra hamilədir çox sevinir, lakin qardaşı Pallantın onun yerinə keçə biləcəyindən ehtiyat edib təcili Afinaya dönməli olan Egey öz qılıncını və səndəlini qaya altında gizlədərək, Efraya oğlan olarsa, həddi buluğa çatana qədər ona kimliyini bildirməməsini, böyüdükdən sonra qayanı ona göstərməsini, oğlunun qayanı qaldırıb atasının kimliyini öyrəndikdən sonra onun dalınca Afinaya yola salmasını tapşırır. Efra dünyaya Tesey adlı bir oğlan uşağı gətirir. Tesey Efra və Pitfeyin yanında böyüyüb başa çatır. Bir dəfə Pitfeyin sarayına Herakl qonaq düşür.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Azərbaycanda tennis
Tennis Azərbaycan üçün yad idman növü olmayıb. Azərbaycana tennisi neft mədənlərində işləyən almanlar və ingilislər gətiriblər. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda neft milyonçusu Nobelin bağında qurulub. Bu fakta əsasən də Azərbaycanda tennisin tarixi 1907-ci ildən hesablanır. == Tarixi və inkişafı == İllər ötdükcə Azərbaycanda tennislə məşğul olanalrın sayı artmağa başladı və nəticədə çempionat oyunlarına start verildi. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib. İlk Azərbaycan çempionları kişilər arasında P. Mostman, qadınlar arasında isə A. Buravseva olublar. 1928-ci ildə Azərbaycanın tennis üzrə yığma komandası ilk dəfə beynəlxalq yarışlara qatılıb. Birinci Zaqafqaziya Spartakiadasında iştirak edən Azərbaycan komandası, gümüş medala sahib çıxa bilmişdir. 1950–80-ci illəri Azərbaycan tennisinin ən uğurlu dövrü kimi qeyd eləmək olar.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Dodaqdəyməz təcnis
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur.Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir. == Ay eylər qıj-qıj == == İstinadlar == == Mənbə == ASE, III cild.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır:Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır.Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Salvatore Tessio
Salvatore "Sal" Tessio Mario Puzonun 1969-cu ildə yazdığı "Xaç atası" romanında, eləcə də onun əsasında çəkilmiş iki filmdə - "Xaç atası" (1972) və "Xaç atası II hissə" (1974) filmindəki uydurma personajdır. Onun adı filmlər üçün yaradılmışdır; o, romanda yalnız "Tessio" kimi xatırlanır. Tessionu “Xaç atası” filmində Abe Viqoda canlandırıb. “Xaç atası II hissə”də Con Aprea kiçik Tessionu canlandırdı, Viqoda filmin sonunda 1941-ci ilin sonlarında çəkilmiş fleşbekdə rolu təkrar etdi.Tessio həmçinin 2004-cü ildə çıxan “Xaç atası qayıdır” romanında və 2006-cı ildə “Xaç atası” videooyununda da rol alıb. == Romanda və filmdə == Tessio Peter Klemenza və Vito Korleone ilə dostluq edir və onlar Nyu-Yorkun Manhettenin Kiçik İtaliya məhəlləsində aşağı səviyyəli quldurlar kimi cinayətkar karyeralarına başlayırlar; o və Klemenza bahalı xalça oğurlayaraq Vitoya ilk cinayətini etməyə kömək edir. Vito mafiyanın yeraltı dünyasında gücə və şöhrətə yüksəldikcə Tessio və Klemenza onun etibarlı kaporlarına çevrilirlər. Bütün şəhərlə yaxşı əlaqəsi olan Tessio, Mafiya əsgərləri üçün əməliyyat bazası olan Broklin Embassi Cluba sahibdir. Əksər federal müstəntiqlər Tessionu Corleone kapolarından daha ağıllı, daha ağıllı və amansız hesab edirlər. Bununla belə, kitaba görə, o, Nyu-York Mafiya ailələri arasında on il ərzində sülhü xeyli yumşaldır. Corleone ailəsinin güclü tərəflərindən biri də odur ki, Tessionun Bruklin üzərində nəzarətini nəzərə alsaq, bəzi düşmənlər Tessio rejiminin Korleone İmperiyası daxilində fəaliyyət göstərməsindən xəbərsizdirlər və buna görə də onun hansı əlavə gücə malik olduğunu anlamırlar.
Stolüstü tennis
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur. == Tarixçəsi == Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər. 1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı. 1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı. Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Tennis kortu
Tennis kortu — tennis oynamaq üçün düzbucaqlı meydança. Tennis meydançası yaratmaq üçün müxtəlif səthlərdən istifadə olunur. Hər bir səthin xüsusiyyətləri oyunun oyun stilinə təsir göstərir.