Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tiya
Tiya — Yuyanın qızı, firon III Amenofisin arvadı.
Tupa
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
IPA
Beynəlxalq fonetik əlifba, səsləri göstərən standart əlifba
TİA
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir və müstəqil bir agentlikdir. 1990-cı ildə yaradılmışdır. "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır. "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir. Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür. Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar. Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır, lakin 11 sentyabrda Əliyev azad edilmişdir. "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.
Dalayıcılar tipi
Dalayıcılar (lat. Cnidaria) — heyvanlar aləminə aid heyvan tipi. Suda yaşayırlar. Tipə daxil olan növlərin əksəriyyəti dənizlərdə, bir qismi isə şirin sularda yaşayır. 11000-ə yaxın növü qeydə alınıb. Xarakterik numayəndələri meduzalar, mərcanlar və hidralardır. Knidarialar sırf su heyvanları olub başlıca olaraq normal-dəniz hövzələrində, abissala qədər bütün dərinliklərdə məskunlaşmış; bəziləri şor və şirin su hövzələrində yaşayır. Knidarialar dalayıcı və ya gicitkan adlanan xüsusi kapsullar var. Bu kapsullar zəhərli maye dolmuş, içərisində sap dolağı olan boşluqdan ibarətdir. Bu saplar xaricə atılır, müxtəlif heyvanları yaralayır və iflic halına salır.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster, Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Jujanna Tiba
Jujanna Tiba (d. 31 mart 1976) — Macarıstanı təmsil edən su poloçusu. Jujanna Tiba, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Knidosporidilər tipi
Knidosporidilər tipi (lat. CNIDOSPORIDIA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan tip. Knidosporidiler — parazit ibtidailərin özünəməxsus qrupu olub, uzun müddət sporlulara aid edilmişdir. Knidosporidiler sporlulardan həyat dövriyyəsinin bir sıra xüsusiyyətlərinə və sporun quruluşuna görə fərqlənir. Onlann sporlarında ikinüvəli amöbvarı rüşeymdən əlavə, bir neçə (1–4) polyar kapsula vardr. Polyar kapsulalar bağırsaqboşluqluların dalayıcı hüceyrələrinə oxşar olub, içərisində spiral şeklində burulmuş sap yerləşir. Bu saplar xaricə atılmaq qabiliyyətinə malikdir. Bağırsaq şirələrinin təsirindən saplar xaricə atılaraq sporu bağırsağın divarına yapışdırır. Burada rüşeym spordan xaricə çıxaraq inkişaf edir. Inkişafın ilk mərhələsindeə knidosporidiler heyvanlann toxuma və orqanlarında parazitlik edən kiçik amöbvari orqanizmləri xatırladır.
Lobelia tupa
Lobelia tupa (lat. Lobelia tupa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Dortmanna tupa (L.) Kuntze Lobelia feuillei (G.Don) G.Nicholson Rapuntium tupa (L.) Chaz.
Lövhəcikkimilər tipi
Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir. Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir. Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.
Mangifera taipa
Mangifera taipa (lat. Mangifera taipa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Nomenklatur tipi
Tip və ya nomenklatur tipi (lat. typus) — (lat. typus nomenclaturalis), — taksonun təsvirinə əsaslanan bioloji təsnifləndirmə elementi. Nomenklatur tipi Ali bitkilər Vienna Code, 2006 Beynəlxalq kodeks Division II. Rules and Recomendations. Chapter II. Status, Typification, and Priority of Names. Section 2.
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Poqonoforlar tipi
Siboglinidae (lat. Siboglinidae) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan fəsiləsi. Poqonoforlar həmçinin çoxqıllı həlqəvi qurdlarin buynuzkanallılar dəstəsinə aid Riftiya və Vestimentifera cinslərinin aid olduğu fəsilə kimi də tanınır. Uzun xitinli və iki tərəfi açıq xüsusi borucuqlarda yaşayırlar. Sapşəkilli qurdabənzər bədəni 4 şöbədən ibarətdir. 2000-ədək çıxıntısı olur. Suda həll olmuş üzvi maddələrlə qidalanır. Poqonoforlar ayrıcinsiyyətlidir. Dənizlərin 20 m vəya daha dərin yerlərində yaşayır. Qalapaqos adaları sularının 2400 m dərinliyində uzunluğu 3 m-dən çox olan nəhəng poqonoforlar tapılmışdır.
Qılçənəlilər tipi
Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi. Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Republika Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Süngərlər tipi
Tapa Germoyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur.
Tapa Çermoyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur.
Verilənlər tipi
Verilənlər tipi (en. Data type), (ru. тип данных), (tr. veri türü) – proqramlaşdırmada: verilənlər yığınının mümkün qiymətlərinin diapazonunu, bu qiymətlər üzərində aparıla bilən əməliyyatları və bu qiymətlərin yaddaşda saxlanması qaydasını müəyyənləşdirən xarakteristikası. Kompüter verilənlərlə, onların tiplərinə uyğun olaraq manipulyasiya edir. Məsələn, sürüşkən nöqtəli verilənlərin qiyməti tam ədədi tipli verilənlərin qiymətindən fərqli qaydada təsvir və emal edilir. Verilənlər tipi anlayışı verilənlərlə manipulyasiyanı daha mücərrəd proses edir və onların əsasında verilənlərin ikilik təqdimolunmasının durduğunu gizlədir. Verilənlər tipi anlayışı, demək olar ki, bütün səviyyəli dillərdə var; belə tiplərə misal olaraq tam ədədləri, sürüşkən nöqtəli ədədləri, simvolları, Bul verilənlərini, göstəriciləri göstərmək olar. Verilənlər tiplərinin emalı ilə bağlı problemlərin işlənməsi qaydası dilin əsas xarakteristikalarından biridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xordalılar tipi
Xordalılar (lat. Chordata) — heyvanlar aləminə aid heyvan tipi. Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var: Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.