Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alen-Furnye
Alen-Furnye (fr. Alain-Fournier; d. 3 oktyabr 1886 - ö. 22 sentyabr 1914) — Fransız yazıçı və hərbçi. Ssenarisi əsasında iki dəfə film çəkilən və Fransız ədəbiyyatının klassiklərindən sayılan "Adsız ölkə" romanı onun yeganə kitabıdır. == Həyatı == Alen-Furnye, bir müəllimin oğlu olaraq Fransanın mərkəzindəki La Şapel-d'Anqilyonun Şer adlı şəhərində anadan olub.Paris yaxınlığındakı Şeaux, Hauts-de-Seyndəki "Lysee Lakanal" məktəbində təhsil aldı. Burada Ekole Normale Superieure universiteti üçün çox çalışdı, amma uğurlu ola bilmədi. Bundan sonra Brest şəhərindəki dəniz ticarət məktəbinə yollandı."Lysee Lakanal" məktəbində oxuyarkən Jak Rivyera ilə tanış olmuş və o gündən yaxın dost olmuşlar. 1909-cu ildə Jak Rivyera Alayn-Furner kiçik bacısı İzabella ilə evləndi. == Yaradıcılıq fəaliyyəti == 1907-ci ildə işlərini dayandırdı və 1908-1909-cu illərdə əsgərliyə yollandı.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Alen Bokşiç
Alen Bokšić (səslənmə: [bǒkʃitɕ] ; 21 yanvar 1970[…], Makarska, Split-Dalmatiya jupaniyası[d]) — Xorvatiyalı keçmiş peşəkar futbolçu. Karyerasının çox hissəsini Fransa və İtaliyada keçirib. Hücumçu mövqeyində oynayıb. Yaxşı texnikası və fiziki gücü ilə məşhur olub. Xorvatiya milli futbol komandasının tarixinin ən böyük oyunçularından biri kimi qəbul edilir."Marsel" klubu ilə Bokşiç 1992–93 UEFA Çempionlar Liqasının qalibi olur və 1993-cü ildə Avropada ilin futbolçusu sorğusunda dördüncü seçilir. Elə həmin il o, Xorvatiyada ilin futbolçusu seçildi. Futbolçu həmçinin 1997 və 2000-ci illərdə müvafiq olaraq "Yuventus" və "Latsio" ilə iki A Seriyası şempionluğu titulunu qazanıb. Futbolçu 1980-ci ildən A Seriyası tarixində ən yaxşı əcnəbi oyunçulardan biri kimi qəbul edilir.1990-cı ildə İtaliyada keçirilən FIFA Dünya Kubokunda Yuqoslaviya millisinə dəvət alsa da, 20 yaşlı Bokşiç turnirdə meydana çıxmır. Xorvatiya Yuqoslaviyadan müstəqillik qazandıqdan sonra Bokşiç 1990-cı illərdə baş məşqçi Miroslav Blazeviçin rəhbərliyi altında Xorvatiya millisinin əsas hissəsinə çevrilir. O, 1996-cı il Avropa Çempionatında Xorvatiya millisin əsas heyətində yer alır.
Alen Delon
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[…], So[d], Sena[d], Fransa) — fransız aktyoru. == Həyatı == Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına rəğmən ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi.
Alen Simonyan
Alen Roberti Simonyan (erm. Ալեն Ռոբերտի Սիմոնյան; 5 yanvar 1980, İrəvan) — erməni siyasətçi. O, Ermənistan Respublikası prezidentinin səlahiyyətlərini icra edən, Ermənistan Respublikasının Milli Məclisinin sədri, İrəvan Şəhər Şurasının keçmiş üzvüdür. == Həyatı == Alen Simonyan 5 yanvar 1980-ci ildə İrəvan şəhərində doğulub. İrəvan Dövlət Universitetini bitirib. Vətəndaş Müqaviləsi Partiyasının üzvüdür.
Alen Uest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1976, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004).Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Mark Tven
Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835[…] – 21 aprel 1910[…]) — Amerika yazıçısı, jurnalisti və ictimai xadimi. Oxuculara daha çox "Haklberri Finin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Haklberri Finin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir Onun sinif yoldaşı ondan nifrət edir. Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi. Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Mississippi Çayı boylarındakı Hannibala şəhərinə daşındı.
Marqo Tyen
Marqo Tyen (29 dekabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Marqo Tyen Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Marqo Tyen Olimpiadanın qalibi olub.
Now & Then
Now & Then — The Carpenters albomu.
Qlen-Ellen
Qlen-Ellen — ABŞ-nin qərbində, Kaliforniya ştatında çox kiçik bölgə. 2010-cu ildə şəhərin əhalisi 784 nəfər olmuşdur. Bura Cek Londonun dəfn edildiyi yer kimi məşhurlaşıb. 2017-ci ildə Şimali Kaliforniya meşə yanğınları bölgəyə böyük ziyan vurmuşdur.
Qlen Etiv
Qlen Etiv (ing. Glen Etive; şot.kelt Gleann Èite) – Şotlandiyanın Haylends ərazisində yerləşən dərə.
Qlen Markatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. == Həyatı == Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.
Qlen Pauer
Qlen Yozef Pauer (ing. Glen Joseph Power; 5 iyul 1974 və ya iyul 1974, Dublin)- İrland bəstəkar. Pauer 1978-ci il İyulun 5-də İrlandiyanın paytaxtı Dublində anadan olub. Özünün də dediyinə görə uşaq vaxtlarında The Beatles , The Who , U2 kimi rok qruplarının mahnılarını dinləyər və oradakı zərb ritmlərinə böyük diqqət yetirərmiş və bu böyük sevgisi onu 2001-də The Script rok qrupunun zərbçisi edir. Danny O'Donoghue və Mark Sheehan ilə tanış olan Glen qrupun əsasını qoyur. Bu qrupla onlar 3 studiya albomuna müvəffəq olurlar. 2012-ci ildə Avropanın ən yaxşı rok qrupu adını da alırlar. Facebookda 6 milyondan çox fanatı olan The Script bu gün ən sayılıb seçilən rok qruplarındandır..
Tülen adaları
Tülen adaları (qaz. Түлен аралдары) və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, RibaçiySuiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir. == Tarixi == 1667-cı ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır.
Qlen Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). == Seçilmiş əsərləri == Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
Alen-Giyom Bunyoni
Alen-Giyom Bunyoni (ing. Alain-Guillaume Bunyoni; fr. Alain-Guillaume Bunyoni; kir. Alain-Guillaume Bunyoni; 23 aprel 1972, Kanyoşa kommunası (Bujumbura-Meri)[d], Bujumbura-Meri vilayəti[d]) — 23 iyun 2020-ci ildən etibarən Burundinin Baş naziri vəzifəsini icra edən Burundi siyasətçisi. == Həyatı == Bunyoni 23 aprel 1972-ci ildə Bujumbura-Meri əyalətində Kanyoşa kommunasında anadan olub. Burundi Universitetində təhsil alıb. 1994-cü ildə həmin universitetdən məzun oldu, lakin məzunluq gecəsinə qatılmadı. Prezident Melxior Ndadayenin öldürülməsindən sonra başlayan döyüşlərə qatıldı. Demokratiyanı Müdafiə Qüvvələrinin döyüş qüvvəsinin üzvü idi. == Siyasi fəaliyyəti == 2003-cü ildə Demokratiyanı Müdafiə Milli Şurası — Demokratiyanı Müdafiə Qüvvələri siyasi koalisiyası Burundi vətəndaş müharibəsində digər döyüşçülərlə atəşkəsə nail oldu.
Alen Rob-Qriye
Alen Rob-Qriye(fr. Alain Robbe-Grillet, 18 avqust 1922[…] – 18 fevral 2008[…], Kann[d], Kalvados, Fransa) — Fransa kinorejissoru, yazıçı. == Həyatı == Alen Rob-Qriye 18 avqust 1922-ci ildə mühəndis ailəsində anadan olmuşdur. Yazıçı olmazdan öncə o, aqronom işləmişdir. Öz əsərlərində həmişə obyektivizmə əsaslanan Rob Qriye əsərlərində hər şeyin necə var elə – yazıçının müdaxiləsi olmadan verilməsinin tərəfdarı idi. Yazıçıya şöhrət gətirən əsəri "Rezinlər" romanı olub. Bu, bizə yunan mifologiyasından məlum olan Edip əhvalatının çətinləşdirilmiş variantı idi. Onun məşhur əsərləri sırasına "İzləyən", Amerika tənqidçiləri tərəfindən şedevr sayılan "Qısqanclıq" romanları da daxildir. Yazıçılıqdan əlavə Rob Qriye özünü kino sahəsində də sınamışdır. O, Alen Renenin "Keçən yay Marienbadedə" filminin ssenarisini işləmiş və buna görə "Oskar" mükafatını qazanmışdır.
Alen Röne Lesaj
Alen Röne Lesaj (fr. Alain-René Lesage; 6 may 1668, Sarzo, hazırkı Morbian — 17 noyabr 1747, Bulon-sür-Mer, indiki Pa-de-Kale) — Fransa satiriki, dramaturqu, yazıçısı. == Həyatı == 1668-ci ildə Fransanın Sarzo şəhərində hüquqşünas ailəsində anadan olmuş, 1747-ci ildə Bulon-Sür-Merdə vəfat etmişdir. Atası şah sarayında notarius və vəkil işləmişdir. Alen Röne Lesaj orta təhsilini bitirdikdən sonra 1692-ci ildə Parisə gəlib hüquq fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində ata-anasını itirmiş, ağır güzəran keçirmişdir. Rəvayətə görə maddi ehtiyac onu varlı bir qadınla evlənməyə məcbur etmişdir. Əslində isə belə bir əhvalat olmamışdır. Lesaj Parisdə közəl bir qızla ailə qurmuşdur. Valideynlərinin vəfatından sonra o, özünü dolandırmaq üçün kiçik yunan əsərlərini tərcümə etməyə, 1700-cü ildən isə «Teatr Evrapol» üçün fransız dilinə kiçik pyeslər çevirməyə başlamışdır.
Alen de Botton
Alen de Botton (20 dekabr 1969, Sürix) - isveçrəli-ingilis yazıçı. Romanları bestseller olmuş, 20-dən çox dilə tərcümə olunmuşdur. Fəlsəfə anlayışını dəyişdirən yazıçının 10-dan çox romanı və hazırladığı 5 sənədli filmi vardır. == Həyatı == 20 dekabr 1969-cu ildə İsveçrənin Sürix şəhərində doğulmuşdur. Misir əsilli Qilbert de Botton və Cakelin Barquerin tək övladı idi. Alan de Botton 8 yaşına qədər Sürixdə yaşadı və bu zaman fransız ilə alman dillərini öyrəndi. 1977-ci ildə İngiltərəyə gələndə Oksfordakı Draqon məktəbində oxumağa başladı. Sonra Harrou məktəbinə getdi. Məktəbi bitirdikdən sonra Kembric Unversitetinə yollandı. == Yaradıcılığı == 1993-cü ildə ilk romanı olan "Eşq üzərində" nəşr olundu.