TREN

qatar
TRANSFER
TRENÇKOT
OBASTAN VİKİ
Jan-Lui Trentinyan
Jan-Lui Trentinyan (fr. Jean-Louis Trintignant; 11 dekabr 1930[…], Pyolenk[d][…] – 17 iyun 2022[…], Kollias[d]) — fransız aktyoru, rejissoru, ssenaristi. == Həyatı == Jan-Lui Trentinyan 11 dekabr 1930-cu ildə Fransanın Pyolan şəhərində anadan olub. Atası varlı iş adamı idi. Təbiətən utancaq olan Jan-Lui əmisi Moris Trentinyan kimi formula pilotu olmaq istəyirdi. Jan-Lui Trentinyan 1942-ci ildə, 12 yaşından başlayaraq poeziya ilə ilgilənməyə başladı. Əsasən Jak Prever, Giyom Apolliner və Lui Araqonun şeirlərini oxuyurdu. Jan-Lui Trentinyanın çəkildiyi filmlərdən biri də Sevgidir. "Sevgi" filmi yaşlı ər-arvadın həyatından bəhs edir. O, dünyasını dəyişmiş həyat yoldaşına hədsiz sədaqət göstərən qadını canlandırır.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Nottingem Trent Universiteti
Nottinqem Trent Universiteti (ing. Nottingham Trent University) — İngiltərənin Nottinqem şəhərində yerləşən universitet. Nottinqem Trent Universiteti 1843-cü ildən mövcud olan bir neçə təhsil müəssisəsinin əsasında, 1992-ci ildə yaradılmışdır. Şəhərin mərkəzində və ətrafında yerləşən bir neçə universitet şəhərciyi var. Universitet dörd kollecdən ibarətdir. Bu kolleclərə aşağıdakı fakültələr daxildir: Kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühit fakültəsi Memarlıq, dizayn və tikinti mühiti fakültəsi İncəsənət və dizayn fakültəsi Sənətlər və humanitar elmlər fakültəsi Nottingem biznes məktəbi Təhsil fakültəsi Nottingem hüquq məktəbi Elm və texnologiya fakültəsi Sosial elmlər fakültəsi Bu fakültələrdən bəzilərinə aşağıdakı ixtisaslar daxildir: Nottingem biznes məktəbi – mühasibat və maliyyə, iqtisadiyyat, biznes və menecment, rəhbərlik, insan resurslarının idarə edilməsi, strateji menecment, beynəlxalq biznes, marketinq, pərakəndə satış, əməliyyatlar, informasiya menecmenti. Sosial elmlər fakültəsi – kriminologiya, cinayətin azaldılması, sağlamlıq və sosial qayğı, siyasət, sosiologiya, sosial iş, ictimai sağlamlıq, təhlükəsizlik və ətraf mühit, psixologiya, kiberpsixologiya, sosial siyasət, gənclərə aid tədqiqatlar, gənclərə aid hüquqşünaslıq, karyera təhsili, yönəltmə, məsləhət vermə. Universitetin rektoru (Chancellor) Britaniyanın tanınmış media xadimi Maykl Parkinsondur (Michael Parkinson). O, universitetin yüksək səviyyəli tədbirlərdə əsas nümayəndəsidir. Universitet prorektor (Vice chancellor) Neyl Qorman (Neil Gorman) və Baş Menecment Qrupu tərəfindən idarə edilir.
Nottinqem Trent Universiteti

Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Trend informasiya agentliyi

Trend İA

Trendyol
Trendyol — Türkiyənin moda e-ticarət sektoru da alış-veriş saytlarıdır. Trendyol Group markalarına Trendyol.com, Modagram.com və Trendyol tərəfindən Milla daxildir. Bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır. 700 nəfərlik bir heyət ilə çalışan Trendyol qurulmasından altı ay sonra investisiya şirkəti olan Tiger Globaldan investisiya almışdır. Bundan əlavə, Google, Amazon, Groupon, Zynga və Twitter kimi şirkətlərə sərmayə qoyan Kleiner Perkins və Avropa İnkişaf Bankı da investisiya qoymuşdur.. Trendyolun yaradıcısı Demet Mutludur. Trendyol, alış-veriş veb saytında 128 bit şifrələmə ilə təhlükəsizliyi təmin edir və Facebook-da bir e-mağazası var. 2013-cü ildə İstanbul şəhərinin Sarıyer mahalında Maslak məhəlləsində yeni ofisinə köçmüşdür. Trendyol, 2016-cı ilin oktyabrında Qalatasaray Qadın Voleybol Komandası ilə 3 illik sponsorluq müqaviləsi imzalamışdır. Alibaba Group Türkiyənin bugünə qədərki ən böyük internet investisiya qoyaraq şirkətin stratejik şəriki olmuşdur.
Trenqanu
Trenqanu (Jawi: ترڠڬانو). Malaziyanın Qərbi Malaziya coğrafi bölgəsində bir ştat. Cənubi Çin dənizinə çıxışı var. 2010-cu ilin siyahiyaalmasina görə Trenqanu əhalisinin 94%-i müsəlmanlar, 2.5% Buddistlər, 0.2% Hinduistlər, 0.2% Xristianlar və 0.2% başqa dindən olanlar və ateitlər təşkil edir.
Trent Cons
Trent Cons (12 avqust 1994) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Trent Cons Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. Trent Cons 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.845 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 33.065 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu.
Trentepohliales
Trentepohliales (lat. Trentepohliales) — yaşıl yosunlar şöbəsinin ulvophyceae sinfinə aid bitki dəstəsi.
Trentino-Alto Adice
Trentino-Alto Adice və ya Trentino-Cənubi Tirol (alm. Trentino-Südtirol‎, 1972-ci ilə kimi alm. Trentino-Tiroler Etschland‎) — İtaliya muxtar vilayətlərindən biri. 1972-ci ildən əsas inzibati idarə funksiyası 2 muxtar əyalətə verilərək bölünmüşdür: Boltsano-Botsen-Cənubi-Tirol və Trento. Trentino-Alto Adice muxtar qrumunun ərazisi şimaldan Alp sıra dağları vasitəsilə Avstriya, qərbdən İsveçrə və İtaliyanın Lombardiya regionu ilə, cənub-şərqdən isə Veneto regionu ilə həmsərhəddir.
Trentino əyaləti
Trentino əyaləti — İtaliyanın Trentino-Alto Adice regionunda əyalət.
Trento
Trento — İtaliyada Trentino-Alto Adige Muxtar Vilayətinin paytaxtı və eyni adı daşıyan Trento (Muxtar) vilayətinin mərkəzidir. Şəhərin əhalisi 111.000 nəfərdir. Bələdiyyə Başçısı Alberto Pacherdir. 157 km²-lik bir sahəyə malikdir.
Trento Universiteti
Trento Universiteti - İtaliyada ali təhsil müəssiəsi. Rektoru Ton Notermansdır.
Trenton
Trenton — ABŞ-nin şərq sahilində şəhər, Nyu Cersi ştatın paytaxtı. 2010-cu ilin siyahıyaalınmasına görə, Trenton şəhərində 84 913 nəfər yaşayırdı.
Trençin diyarı
Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları. Trençin diyarı "okres" adlanan 9 rayona bölünür: Banovtse nad Bebravou rayonu İlava rayonu Miyava rayonu Nove Mesto nad Vahom rayonu Partizanske rayonu Povajska Bistritsa rayonu Priyevidza rayonu Puxov rayonu Trençin rayonu Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Trençin qəsri
Trençin qəsri (slovak. Trenčiansky hrad, mac. trencséni vár) ― Slovakiyanın qərbindəki Trençin şəhərində yerləşən qəsr. Qəsrin tarixi II Roma legionu Lauqarisionun b.e. 179-cu ilində zəfərindən bəhs edən yazıya əsasən Roma imperiyası dövrünə qədər gedib çatır. Ərazidəki ən qədim bina Böyük Moraviya dövründə təsis edilmiş daş rotondadır. Qəsr XIII əsrin ortalarında kral IV Belanın qılıncdaşı olan baron Yakab Çesznekinin iqamətgahı idi. Trençin qəsri 13–14-cü əsrdə Matuş Çakın iqamətgahına çevrildi. Qəsrin həyətində "sevgi quyusu" olaraq da bilinən su quyusu var idi. Rəvayətə görə, bu quyu qaya içində quyu qazaraq qurtarmalı olduğu gözəl Fatiməyə böyük məhəbbəti olan Ömər adlı Türk şahzadəsi tərəfindən qazılmışdı.
Trençkot
Trençkot — əksər hallarda sukeçirməyən materialdan olan təkdüyməli və ya ikidüyməli plaş. Makintoşdan çoxlu sayda funksional və dekorativ detalların olması ilə fərqlənir. 1880-ci ildə plaşların istehsalında daha bir materialdan — Tomas Berberrinin ixtira etdiyi qabardindən istifadə etməyə başladılar. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Berberri döyüş zonalarında istifadəyə yararlı olan qabardindən plaş hazırlamaq tapşırığı alır. Tomas plaşın siluetini daha dar edir, çiyinlərə epoletlər, ciblərə düymələr, dəri kəmər əlavə edir. Qollara küləyi buraxmamaq üçün kəmərlər birləşdirilir. Sağ çiyində atışma zamanı zərbəni yumşaldan parça əlavə yerləşirdi. Yeni ixtira "tranşey palto" — trench coat adını alır və Burberry-yə populyarlıq qazandırır.
Trent Aleksandr-Arnold
Trent Aleksandr-Arnold (7 oktyabr 1998, Liverpul) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Trend xətti
Trend xətti — müxtəlif növ birjalarda qiymət dəyişiklikləri tendensiyalarını müəyyən etmək üçün istifadə edilən texniki analiz aparatının elementi. Trend xətləri bəzi riyazi funksiyalardan istifadə etməklə əldə edilən təhlil edilən göstəricilərin orta qiymətlərinin həndəsi ekranıdır. Bir tendensiya xəttinin qurulması üçün funksiyanın seçimi adətən məlumatların zamanla dəyişməsinin xarakteri ilə müəyyən edilir. Üç növ tendensiya var: "boğa" (artan) — qiymətlər yüksəlir (buynuzlarını yuxarı qaldıran öküzlə müqayisədə); "ayı" (düşən) — qiymətlər düşür (pəncəsini aşağı vuran ayı ilə müqayisədə); "kambala" (yan) — qiymətlər qiymət aralığındadır. Tipik olaraq, konsolidasiya sonrakı yüksəliş və ya enişdən əvvəl baş verir.
Twitter trendləri
Twitter trendi — Twitter-də digərlərindən daha çox qeyd olunan söz, ifadə və ya mövzu. Trend mövzular ya istifadəçilərin birgə səyi nəticəsində, ya da insanları konkret mövzu haqqında danışmağa sövq edən hadisə səbəbindən populyarlaşır. Trend mövzular bəzən müəyyən məşhurların və ya mədəni hadisələrin pərəstişkarlarının birgə səyləri və manipulyasiyalarının nəticəsidir. Twitter, məhdud müvəffəqiyyətlə bu tip manipulyasiyaların qarşısını almaq üçün keçmişdə trend alqoritmini dəyişdirmişdi. Yüksək təsirli mövzulara misal olaraq San Dieqodakı meşə yanğınlarını, Yaponiyadakı zəlzələni, məşhur idman tədbirlərini və İran ilə Misirdəki siyasi üsyanları göstərmək olar. Twitter tez-tez təhqiredici olduğu iddia edilən trend heşteqlərə senzura tətbiq edir. Twitter #Thatsafrican və #thingsdarkiessay heşteqlərinə senzura tətbiq etmişdi, çünki istifadəçilər həştəqləri təhqiramiz hesab etdiklərindən şikayətlənirdilər. Twitter-in #NaMOinHyd-i trend siyahısından çıxardığı və onun yerinə Hindistan Milli Konqresinin sponsorluq etdiyi heşteqi əlavə etdiyi iddiaları var. 2019-cu ildə qlobal trendlərin 20%-nin həqiqi olmadığı, saxta və Türkiyə mənşəli hesablardan istifadə edərək avtomatik olaraq yaradıldığı müəyyən edilib. 2015-ci ildən bəri reklam və siyasi kampaniyalarla əlaqəli 19.000 açar sözün Türkiyədəki trendlərə çıxması üçün 108 min hesabdan istifadə edildiyi bildirilir.
Trentepohlia
Trentepohlia Roth — Heliophila bitki cinsinin sinonimi. Trentepohlia Boeckeler — Cyperus bitki cinsinin sinonimi.
I'm the Trend
I'm the Trend – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. Qrupun fanatlarına həsr olunmuşdur. 7 iyul 2020-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. Sinql qrup üzvləri Minni və Uqi tərəfindən bəstələnmişdir. Mahnı qrupun 5 iyul 2020-ci ildə baş tutmuş ilk onlayn konserti "I-Land: Who Am" zamanı ifa olunmuş və 3 avqust 2020-ci ildə buraxılmış "Dumdi Dumdi" sinql albomuna daxil edilmişdir. == Buraxılması == "Cube Entertainment" 28 iyundan 2 iyula qədər "(G)I-dle" qrupunun mahnılarına aid stikerlər paylaşaraq mahnı haqqında tizer vermişdir. Fanatlar bu tizerin qeyd olunan mahnıların yaponca versiyaları haqqında olduğunu düşünmüşdürlər. 5 iyulda rəqəmsal sinqlın tizeri yayımlanmışdır. Mahnı üçün xüsusi klip 7 iyul 2020-ci ildə buraxılmışdır. "I'm the Trend" Minni tərəfindən yazılmış üçüncü mahnıdır.