Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toqa
Toqa (lat. Toga, lat. tego – örtürəm) — Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş. Adətən ağ yun parçadan tikilirdi. Toqa böyük yun parçadan olub, dairəvi və ya oval şəkilə malikdir. Onun uzunluğu 6 m və daha artıq olub, dairəvi kənarı 2 m-ə çatır. Yalnız Roma vətəndaşlığı olanlar toqa geyinə bilərdilər.
Kazuyuki Toda
Kazuyuki Toda (d. 30 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 1 qol vurub.
Toyda Görüş (1970)
Film-konsertdə müğənni Mirzə Babayev telefonla tanışlarını toya dəvət edir və toya gələn müğənni qonaqlar mahnılar ifa edirlər. 1970-ci ildə çəkilmış olan bu filmdə, Flora Kərimova "Toy olsun, bayram olsun" (bəstəkar: Oqtay Kazımi) kompozisiyasını ifa etmişdi. Sonralar onun siyasi baxışlarına görə lent yazılarının böyük əksəriyyəti kimi bu fraqment də filmdən kəsilib məhv edilmişdir. Titrlərdə filmin heyətinin peşələri göstərilməyib.
Toğa Teymur xan
Toğa Teymur xan, Böyük Monqol imperiyasının ilk xanı Çingizın oğullarından Cuçi xanin onüçüncü oğlu. Urus ve Toxtamış kimi Qızıl Ordanın xanları, Krım xanlığı, Qazax xanlığı, Kazan xanlığı, Qasım xanlığı, Buxara xanlığı və (Həştərxan xanlığı)nın qurucuları da Toğa Teymur xanın sülaləsindən gəlmişdir.
Toyda görüş (film, 1970)
Film-konsertdə müğənni Mirzə Babayev telefonla tanışlarını toya dəvət edir və toya gələn müğənni qonaqlar mahnılar ifa edirlər. 1970-ci ildə çəkilmış olan bu filmdə, Flora Kərimova "Toy olsun, bayram olsun" (bəstəkar: Oqtay Kazımi) kompozisiyasını ifa etmişdi. Sonralar onun siyasi baxışlarına görə lent yazılarının böyük əksəriyyəti kimi bu fraqment də filmdən kəsilib məhv edilmişdir. Titrlərdə filmin heyətinin peşələri göstərilməyib.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "doqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Honda
Honda — avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markası. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur. == Honda Tarixçəsi == 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu 1947 - İlk motosiklet mühərrikini çıxardı 1948 - Honda Motor Co. adını aldı 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı 1952 - Mərkəz ofisini Tokioya keçirtdi 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu. 1959 - American Honda Motor Co. Quruldu 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı 1963 - Belçikada motosiklet istehsalına başladı 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı 1965 - Portativ generator istehsalına başladı 1966 - S800 modeliylə ixracat hücumuna başladı 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı 1972 - Civic modelinin istehsalına başlandı 1976 - Braziliyada motosiklet istehsalına başlandı 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı 1976 - Accord modeli çıxarılmağa başlandı 1982 - Amerikada Civic çıxarılmağa başlandı.
Hoqqa
Hoqqa — ən qədim çəki ölçü vahid. == Ümumi məlumat == Xalqımızın məişətində işlədilmiş, adına folklorumuzda və yazılı ədəbiyyatlarda rast gəlinən çəki ölçü vahidlərindən biri də hoqqadır. Koroğlu Qıratı öydüyü bir şeirdə deyir: Yenə həmin dastanda Giziroğlu Mustafa bəy öz yoldaşlarına deyir: Göründüyü kimi, birinci şeirdə hoqqanın nalın çəkisini, ağırlığını, ikinci şeirdə isə içkinin həcmini göstərdiyinin izahına ehtiyac yoxdur. Lakin nalı və içkini eyni ölçü vahidi ilə ölçmək mümkün olmadığından hoqqa sözünün açıqlanmasına ehtiyac duyulur. Hoqqə - ərəb dilində kiçik mücrü deməkdir. Bu söz oyun, kələk, hiylə mənasında daha çox işlənir. Hoqqa sözünün ərəb dilindəki mənalarının heç biri ölçü bildirmir. Bu da onu göstərir ki, hoqqa ərəblərdə heç vaxt ölçü vahidi kimi işlənməmişdir. Azərbaycan və Kərkük türklərində isə hoqqa ən qədim ölçü vahidlərindən biri olmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, bir çox türk xalqlarında ən qədim ölçü vahidi kimi işlənmiş hoqqa ərəb dilindən alınmamışdır.
Maqda
Maqda — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qеyd olunmuşdur == Toponimi == Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta. 1728-ci ilə aid mənbədə isə Makta kimidir Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir. Ermənistan SSR AS RH-nin I. XII.1949-cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.
Tavda
Tavda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tilda
Tilda (isp. tilde,lat. titulus — imza, yazı) — dalğalı şəklində bir neçə mətbəə nişanının adıdır. Əksər dillərdə sətirüstü tilda n və m hərflərində istifadə edilir. Orta əsrlərdə yazılarda tilda işarəsi sətirin üstündə tez-tez yazılırdı. Fərqli dillərdə istifadə edilən tilda işarəsi: ñ — ispan dilində yumşaq "n" səsinin yazılışı üçün istifadə edilir; õ — Eston dilində [ı] və [o] səsləri arasında fərqli bir səs ifadə edir.
Todan
Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.
Tonqa
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min).
Tonya
Tonya (türk. Tonya) — Trabzon ilinin ilçəsi.
Topdağ
Topdağ (Babək) — Babək rayonu ərazisində dağ. Araz çayı sahilindədir. Hündürlüyü 785 m. Topdağ (Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".
Donda
Donda — amerikalı repçi Kanye Vestin onuncu studiya albomu. 29 avqust 2021-ci ildə GOOD Music və Def Jam Recordings tərəfindən buraxılıb.
Henri Fonda
Henri Fonda(ing. Henry Fonda; 16 may 1905[…] – 12 avqust 1982[…], Los-Anceles, Kaliforniya) — məşhur ABŞ kino və teatr aktyoru. == Fəaliyyəti == Aktyor 1982-ci ildə "Qızıl göldə" filmində "Norman Teyer - kiçik" roluna görə Oskar mükafatı qazanmışdır və o, Oskar tarixində ən yaşlı laureat hesab olunur(76 yaş).Onun Hollivudda debütü 1935-ci ilə təsadüf edir.6 il sonra "Qəzəb salxımları" filmində canlandırdığı "Tom Coud" obrazına görə Oskar mükafatına namizəd olmuşdur ,lakin mükafatı Ceyms Stüarta buraxmalı olmuşdur."Qəzəb salxımları","On iki qəzəblənmiş kişi","Ən uzun gün","How the West Was Won" və s. filmlərdə rol almışdır.
Keysuke Honda
Keysuke Honda — 1986-cı ildə Yaponiyanın Osaka şəhərində anadan olub. Honda Neftçi PFK-nın keçmiş futbolçusudur.
Kyuiti Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.