Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triana Park
Triana Park (lat. Triānas Parks) — vokalist Aqnese Rakovska, gitaraçı Arturs Strautınış, təbilçi Edqars Vilyums və bassist Kristaps Erqlisdən təşkil olunan Latviyalı musiqi qrupu. Onlar Latviyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Triana Park qrupu Aqnese Rakovska və onun atası Aivars Rakovski tərəfindən yaradılmışdır. Daha sonra qrupa Edqars Vilyums və Kristaps Erqlis qoşulmuşdur. Onlar 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə Latviyanın LTV telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eirodziesma adlı milli seçim turunda iştirak etmiş və hər beş cəhd də qrup üçün məğlubiyyətlə nəticələnmişdir. Triana Park qrupunun EnterTainment adlı debüt albomu 2010-cu ildə işıq üzü görmüşdür. Triana Park 2017-ci ildə Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turu Supernova 2017-də "Line" mahnısı ilə iştirak etmiş və bu dəfə qrup yarışmada qalibiyyət əldə etməyə nail olmuşdur. Beləliklə Triana Park qrupu ifa etdikləri "Line" mahnısı ilə Latviyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. 9 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində qrup 18-ci yerdə qərarlaşaraq final mərhələsinə adlaya bilməmişdir.
Arizona
Arizona — Amerika Birləşmiş Ştatlarının 48-ci ştatıdır. Paytaxtı və ən iri şəhəri Finiksdir. == Coğrafiya == Arizona Amerika Birləşmiş Ştatlarının cənub-qərbində, qərbdə Kaliforniya və Nevada, şimalda — Yuta, şimal-şərqdə — Kolorado, şərqdə — Nyu Meksiko, cənubda — Meksika ilə həmsərhəddir. Ştatın sahəsi 295,254 km²-dır və ştatlar arasında 6-cı yeri tutur. Ştatın ərazisinin çox hissəsi dağlar, yaylalar və çöllərdir. Arizonada sarı şamı geniş yayılmışdır . Ştatın şimalında Kolorado çayı və Böyük Kanyon yerləşir. Arizonanın cənub-qərb hissəsi, Finiks, Tukson və Yuma kimi şəhərlərin yerləşdiyi Sonora səhrasında yerləşir. Bu ABŞ-nin ən isti və quraq çöllərindən biri olmasına baxmayaraq, ildə iki mövsümi yağışın olması səbəbiylə olduqca müxtəlif flora və faunaya malikdir. Ştatın şimal-qərbində Sonoradan daha yüksək mövqeyinin və nadir növ ağacların olması ilə fərqlənən Moxave səhrası yerləşir.
Brınza
Brınza pendiri (azərb. Ağ pendir) – Ağ rəngli duzlu pendir növu. Hazrılanmasında inək, camış, qoyun və keçi südlərindən, bəzən isə onların qarışığından istifadə edilir. Əsasən Şərqi Avropa, Qafqaz və Balkan xalqları arasında yayılıb. Azərbaycanda ağ pendir kimi tanınır. == Tarixi == İlk dəfə bu söz, 1370-ci ildə Xorvatiyanın Dubrovnika portunda qeydə alınıb. Qeyddə pendirin adı "Vlaha pendiri" olan "Brençe" kimi keçir. Daha sonra 1470-ci ilə aid mənbələrdə Macarıstan Krallığı və 1527-ci ilə aid sənədlərdə Polşanın Podhale əyalətində bu pendirdən bəhs edilir. Daha sonrakı dövrlərdə isə Slovakiya və digər Aropa ölkələrində bu pendir barədə məlumatlara rast gəlmək olar. == Xüsusiyyəti == Brınza ağ rəngli, bəzən az sarıya çalan rəngi olan pendirdir.
Drezna
Drezna – Rusiyada şəhər. == Tarix == Drezna 1897-ci ildə əyirmə-toxuculuq fabriki yanında qəsəbə kimi quruldu. Dreznaya 1940-cı ildə şəhər statusu verildi. Şəhərin bütün qalan inkişafı və XX əsrin 90-cı illərinə qədər onun sakinlərinin həyatı Drezna əyirmə-toxuculuq fabriki ilə bağlı idi. Burada yerli sakinlərin əksəriyyəti işləyirdilər. Onların uşaqları fabrik vaxtı yanında peşə-texniki məktəbində (daha əvvəl FZU, fabrik-zavod məktəbi) oxuyurdular və öz işləyən valideynlərini əvəz edirdilər. Buradan isə Böyük Vətən Müharibəsi illərində cəbhəyə gedirdilər.
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Prizma
Prizma (yun. prisma – mişarlanmış) — iki üzü (oturacaqları) ixtiyari bərabər çoxbucaqlı, qalan üzləri (yan üzləri) isə paraleloqram olan çoxüzlü. Oturacaqları paralel müstəvilər üzərindədir və konqruyentdir. Yan üzləri oturacaq müstəvisinə perpendikulyar olan prizma düz prizma, Yan üzləri oturacaq müstəvisinə maili olan prizma mail prizma adlanır. Oturacağı düzgün çoxbucaqlı olan düz prizma düzgün prizma adlanır. Prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyü (oturacaqlar arasındakı məsafə) hasilinə bərabərdir Yan səthin sahəsi: S y a n = P o t ⋅ l {\displaystyle S_{yan}=P_{ot}\cdot l} Tam səthin sahəsi: S t a m = P o t ⋅ l + 2 S o t {\displaystyle S_{tam}=P_{ot}\cdot l+2S_{ot}} Həcmi: V = S o t ⋅ l {\displaystyle V=S_{ot}\cdot l} V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi Sot — oturacağın sahəsi Pot-oturacağının perimetri h-silindrin hündürlüyü olarsa l = h {\displaystyle l=h} Dioqonalı=√hs kvadratı+ dioq.ot.
Qrivna
Ukrayna qrivnası — Ukraynanın pul vahidi. Bir qrivna — Ukrayna qrivnasında xırda pul.
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Tribuna
Əsas Tribuna — natiq üçün çıxış yeri; Tribuna — tamaşaçıların əyləşməsi və seyr etməsi üçün yüksək, pilləli yer; Tribuna — Məcazi mənada fikir bildirmə yeri.
Tringa
İlbizcüllüt (lat. Tringa) — tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İlbizcüllüt cinsinə 6 növ daxildir: Qara ilbizcüllüt (Tringa ochropus Linn., 1758) Fiyu ilbizcüllüt (Tringa glareola Linn., 1758) Böyük ilbizcüllüt (Tringa nebularia Ginn., 1767) Otluq ilbizcüllütü (Tringa totanus Linn., 1758) Bülbülü ilbizcüllüt (Tringa erythropus Pall., 1764) Çay ilbizcüllütü (Tringa stagnatilis Bechs., 1803) Sahil daşçevirəni Adi caydaqcüllüt Sağsağanı alacüllüt Qara ilbizcüllüt Fiyu ilbizcüllüt Green Sandpiper (Tringa ochropus) 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Trizen
Trizen (alm. Triesen‎) – Lixtenşteyn knyazlığında bir əyalət 2010-cu ilin məlumatlarına görə əhalinin sayı- 4826 nəfər, sahəsi isə 26,477 km²-dir. Rəsmi kodu 7002, poçt indeksi 9495. Trizen şəhəri şimaldan paytaxt Vadus şəhəri ilə, şimal-şərqdən Trizenberq, cənubunda isə Qraubyunden kantonu ilə (İsveçrə), cənub-qərbdən Balçers və qərbdən Sankt-Qallen (İsveçrə) ilə sərhədlənir.
Trizin
Trizin (yun. Τροιζήν ή Τροιζήνα) — Yunanıstanda kənd. Dəniz səviyyəsindən 64 metr yüksəklikdə, Peloponnes yarımadasının Arqolida bölgəsinin cənub-şərq hissəsində, Qalatasdan 8 kilometr qərbdə, Metanadan 10 kilometr cənubda, Korinfdən 62 kilometr cənub-şərqdə və Afinanın cənub-qərbindən 63 kilometr məsafədə yerləşir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 673 nəfərdir. Attika periferiyasının Adalar periferiya vahidinin Triziniya-Metana icmasına daxildir. 1929-cu ilə qədər Damalas (Δαμαλάς) adlanırdı. Adı qədim Trezen (q.yun. Τροιζήν, lat. Troezen) şəhərinin şərəfinə dəyişdirildi. Qədim İoniya şəhəri Trezen Saronikos körfəzinin sahilindən təxminən üç kilometr məsafədə, müasir Trizin kəndi yaxınlığında yerləşirdi.
Tridia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
İrina
İrina — ad.
Rizoa
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Finiks (Arizona)
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Oriana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Pentacalia trianae
Pentacalia trianae (lat. Pentacalia trianae) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Qlendeyl (Arizona)
Qlendeyl (ing. Glendale) - ABŞ-nın Arizona ştatında şəhər.
Tirana çayı
Tirana (Alb. Lumi i Tiranës) — Avropada, Albaniya ərazisindən axan çay. Çayın mənbəyi Albaniyanın paytaxtı Tirananın şimal-şərqindəki dağlarda yerləşir. Tirananın şimal hissəsindən axır və bu şəhərin əsas su arteriyasıdır. Tirana çayının mənbəyi Dayti dağından axan axıntılardan yaranıb. Çay cənub-qərb istiqamətində axaraq, Tiran şəhərinin şimal hissəsindən keçir və sonra şimal-qərbə dönür. Tirananın ən böyük qolu Lana çayıdır. Tirana İşmi çayına tökülür. Çay şəhərsalma suları ilə çox çirklənmişdir, xidmət infrastrukturunun olmaması tullantıların çaya axmasına səbəb olub. . Bu da içməli suyun keyfiyyətini azaldır və bəzi heyvan və balıq növlərinin tələf olmasına səbəb olub.
Abies trigona
Sitxin küknarı (lat. Picea sitchensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir.
Populus ariana
Populus euphratica (lat. Populus euphratica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 10 m-ə qədər olan geniş çətirli ağacdır. Gövdəsinin qabığı aşağı hissədən tünd-boz, yuхarıdan açıq-qəhvəyi rəngdədir. Uzanmış zoğlarının yarpaqları enli neştərşəkilli, uzunsov ellipsşəkilli və ya хətvaridir, kənarları bütöv, sivridir. Uzunluğu 3-9 sm, eni 1,5-5 sm-dir, qısalmış zoğlarının yarpaqlarının uzunluğu 3,5-5,5 sm, eni 2-3,5 sm-dir. Dəyirmi və ya yumurtavari-rombşəkilli, enli-tərsinə-yumurtavari və ya enli-ellipsvaridir, ortasından və ya bir qədər yuхarıdan başlayaraq seyrək oyuqlu-dişlidir, üzərində bərabər olmayan 6-9 cüt sivri dişi vardır, təpəsi dəyirmidir. Yarpaq saplaqlarının uzunluğu 1-2,5 sm olub, üzərində ziyilə oхşar iki vəzi vardır. Erkəkcikli çiçək sırğaları 3-4 sm uzunluğunda olub, kövrəkdir.