Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Le-Trüel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Trezel
Trezel (fr. Trézelles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03291. 2008-ci ildə əhalinin sayı 382 nəfər təşkil edirdi. 2007-ci ildə 231 nəfər əmək qabiliyyətli şəxsdən (15-64 yaş) 169 nəfəri iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.2%, 1999-cu ildə 67.6%). Fəal olan 169 nəfərdən 149 nəfər (83 kişi və 66 qadın), 20 nəfər işsiz (5 kişi və 15 qadın) idi. Fəal olmayan 62 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ştrudel
Ştrudel (alm. Strudel‎ — "qasırğa") — Avstriya mətbəxinə məxsus şirniyyat (çox vaxt almalı olur). 18-ci əsrdə Habsburq imperiyasında məşhurlaşmış ştrudel Avstriya və Alman mətbəxinin bir hissəsi olsa da, digər Mərkəzi Avropa mətbəxlərində də geniş yayılmışdır. Birinci məşhur ştrudelin resepti 1696-cı ildən başlanılmışdır. Vyanada hazırlanmağa başlanan bu reseptin müəllifi məlum deyil. Hal-hazırda Vyana kitabxanasının kitablarda onun resepti var. Ştrundelin alman dilində hərfi mənası burulğan və ya qasırğa deməkdir. Belçikada "retelər", Xorvatiyada "štrudel", "štrudla" və ya "savijača", Bosniya və Herseqovinada "štrudla" və ya "savijača", Slovakiyada "štrudelj" və ya "zavitek", Serbiya "závin"və ya "štrúdl", Polşada "sztrucla" və ya "strucla" və Ruminiyada "ștrudel" adlanır. Ştrudel yumşaq xəmirdən və almadan hazırlanır. Alma ilə yanaşı giləmeyvə (çiyələk, albalı, malina, mərcangilə, kişmiş və s.), kəsmik (vanilli) və s.
Brusel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Drüel
Drüel (fr. Druelle, oks. Druèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12090. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 7 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1941 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1300 nəfər (15-64 yaş) arasında 1028 nəfər iqtisadi fəal, 272 fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 77.0%).
Rukel
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Rükəl
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Rüfət
Rüfət — kişi adı. Rüfət Məmmədli — Rüfət Quliyev (deputat) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Hüseynov — Azərbaycanı təmsil edən boksçu. Rüfət Axundov — Azərbaycanlı estrada müğənnisi.
Bess Trumen
Bess Trumen (ing. Bess Truman; 13 fevral 1885[…], İndependens[d], Missuri – 18 oktyabr 1982[…], İndependens[d], Missuri) — ABŞ-nin 45-ci Prezidenti Harri Trumenin həyat yoldaşıdır.
Fransua Trüffo
Fransua Trüffo / Fransua Tryuffo (François Truffaut); 6 fevral 1932 - 21 oktyabr 1984) Fransız rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri.
Harri Trumen
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Le-Tryuel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
Sent-Trüden
Sent-Trüden - Belçika şəhəri.
Trumen Kapote
Trumen Qarsiya Kapote (ing. Truman Garcia Capote [ˈtruːmən kəˈpoʊtiː], doğum adı — Trumen Strekfus Persons (ing. Truman Streckfus Persons), 30 sentyabr 1924[…], Nyu-Orlean, Luiziana – 25 avqust 1984[…], Los-Anceles, ABŞ) — amerikalı romantist, teatr və kino dramaturqu, aktyor.
Trumen doktrinası
Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya Müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk dəfə 12 mart 1947-ci ildə bəyan edilib. Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə ifəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Çerçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çerçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi. Çerçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı.
Türkel TV
ARB 24 — Azərbaycanın ilk xəbər telekanalı. Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib və 2015-ci il aprelin 10-dan "Azerspace-1" peyki vasitəsilə yayımlanıb. Telekanal 2016-cı il sentyabrın 19-da rebrendinq edərək "ARB 24" adlandırılıb. 2017-ci il dekabrın 28-də "ARB 24" telekanalına Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib. 2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi "ARB 24" Bakıdan Full HD formatlı ümumrespublika yayımına başlayıb. Peyk parametrləri isə belədir: Azerspace 46, 11024 MHz, Vert., S/R 12700. "ARB 24" telekanalı hər saatın tamamında olmaqla 24 saat ərzində aparıcılı və aparıcısız xəbər buraxılışları təqdim edir. Bundan başqa, gündəlik "İşgüzar səhər", "İş vaxtı" və "Nə baş verir?" xəbər marafonları, eləcə də "Oyundankənar" idman layihəsi, həftəlik "Peşəkar mübahisə", "Həftəyə baxış", eləcə də "Gündəm" ictimai-siyasi verilişləri izləyicilərin ixtiyarına verilir. Həftədə 1 dəfə yayımlanan "Business Lady", "Kreativ sənaye", "Fokusda" və "Gələcəyin peşəsi" verilişləri də böyük maraqla izlənilir.
Yördis Trebel
Yördis Trebel (alm. Jördis Triebel‎; 30 oktyabr 1977, Şərqi Berlin) — alman aktrisa. Trebel Berlinin Prenzlauer-Berq ərazisində dörd bacıdan ikinci böyüyü olaraq anadan oldu. Berlin divarının dağılmasından əvvəl teatrda müəyyən kiçik rollarda yer aldı. 1997-ci ildən 2001-ci ilə qədər Ernst Busch Academy of Dramatic Arts-da aktyorluq təhsili aldı. Trebel teatr fəaliyyətindən başqa 2005-ci ildə Wolffs Revier adlı teleserialda rol almışdır. Rol aldığı filmlərə Ein guter Sommer, Westen, Lagerfeuer və Emmas Glück misal göstərilə bilər. O həmçinin 2017-ci ildə Netflix-in Dark serialında rol almışdır. Trebel 2014-cü ildə ayrıldığı almaniyalı aktyor Mattias Uedenhoferdən iki oğlu var.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Rüfət Aslanlı
Aslanlı Rüfət Cəbrayıl oğlu — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri. Rüfət Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir. 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Rüfət Axundov
Rüfət Rafiq oğlu Axundov (30 avqust 1979, Bakı; Bakı şəhəri)— Azərbaycanlı estrada müğənnisi. Rüfət Axundov 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1986–1991-ci illərdə Bakı şəhər 169 saylı orta məktəbdə, 1991–1996-cı illərdə Bakı şəhər 80 saylı orta məktəbdə almışdır. Ali təhsilini 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışdır. O, aktyor Yaşar Nurinin bacısı oğludur. Karyerasına orta məktəb yaşlarından başlamışdır. Ilk dueti Aynur Dadaşova ilə olmuşdur. Daha sonra Rəqsanə İsmayılova, Xatun Əliyeva, Röya Ayxan, Niyam Salami ilə duetləri olmuşdur. Rüfət Axundov həm aktyor, həm müğənni kimi fəaliyyət göstərir. 2017-ci ilin fevral ayında Rüfət Axundov Müdafiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisi təyin olunmuşdur.
Rüfət Dadaşov
Rüfət Oleq oğlu Dadaşov (29 sentyabr 1991, Bakı, Azərbaycan) — Almaniyanın "Şalke" klubunun heyətində oynayan azərbaycanlı futbolçu, 2013-cü ildən Azərbaycan milli futbol komandasının üzvü. Milləti ləzgi. Qardaşı Renat Dadaşov da peşəkar futbolçudur. Rüfət Dadaşov 1991-ci ildə Bakı şəhərində anadan olub. 6 yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb. Burada futbolla məşğul olmağa başlayıb. Əvvəlcə "Wehen Wiesbaden" klubunun, ardından "Maynts" klubunun futbol akademiyasında, sonra "SV Gonsenheim" klubunun aşağı yaş qrupları üzrə komandasında oynayıb. Bundan sonra Almaniyanın köklü klublarından olan "Kaiserslautern"in əvəzedici komandasına keçib. 3-5 dekabr 2012-ci ildə Bakıda futbol üzrə Azərbaycan milli komandasının seleksiya məşqlərinə dəvət alıb. Transfer dəyəri 250 min avrodur.
Rüfət Elçiyev
Rüfət Eyvazlı