Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rudnıy
Rudnıy (qaz. Рудный) — Qazaxıstanın Kostanay vilayətində yerləşən Tobol çayı üzərində şəhər. 1957-ci ildə dəmir filizi yatağının inkişafı və Sokolovsko-Sarbay mədən və emal zavodunun tikintisi ilə əlaqədar olaraq əsası qoyulmuşdur. == Adı == Son adın 1955-ci ildə Ogonyok jurnalının on dördüncü sayı ilə qurulduğuna inanılır: Hər hansı bir yaşayış məntəqəsinin adının altında nə olduğunu söyləmək çətindir: daha tez -tez bunun üçün çox xarakterik olan bir şeydir; daha az artıq şans müdaxilə edir. Şəhərimizdə hər ikisi var. Sokolovrudstroy trestinin ilk baş mühəndisi VI Bureş, bu barədə necə danışır: "Gələcək şəhərin yerində tikilməyə başlayan kənd, biz inşaatçılar, Rudny adlı". Və bütün sənədlərə yazmağa başladılar. Kombinatovskie yoldaşları, təkbaşına, "Rudnoqorsk" adlandırdılar və sənədlərində də bu şəkildə təyin etdilər. 1955 -ci ilin birinci yarısında, zavodun adı olan tikilməkdə olan müəssisənin direktoru - NF Sandrigailo və güvənli rəhbərimiz Y.M. Qimmelfard, zavodun inşası üçün təxminən dörd ay Moskvada və Alma -Atada keçirdilər. və şəhər.
Turnik
Turnik bədii gimnastika sahəsində kişi gimnastları tərəfindən istifadə edilən bir aparatdır. Əsasən bədənin üst hissəsidəki əzələ qrupları üçün nəzərdə tutulur. Ənənəvi olaraq silindrik bir metal (adətən polad) ibarətdir ki, bu da möhkəm şəkildə yuxarıda tutulmuş və mərtəbələrə paralel bir kabellər sistemi və sərt şaquli dəstlərdir. Gimnastlar çıxış edərkən adətən dəmir dəri tutacaqlar olur. Hazırkı elit səviyyəsində rəqabət qadınların qeyri-bərabər və kişilərin paralel dəmir aparatında istifadə olunan relslərə bənzər daha elastik fiberglas əsas dəmirdən istifadə edilir. Horizontal çubuğunda yerinə yetirilən gimnastika elementləri bir Qaydalar Məcəlləsi ilə tənzimlənir. Üfüqi çubuq, gimnastika dövründə gimnastlar tərəfindən nümayiş etdirilən gərginliklər və möhtəşəm hava yayımları və səpilmələri zamanı tez-tez birdən çox sürüşmə və ya bükülməni və bəzi hallarda havada səyahət etmələri səbəbindən ən maraqlı gimnastika tədbirlərindən biri sayılır. == Tarixi == Turnikdən ilk dəfə kim tərəfindən nə zaman və harada istifadə olunması məlum olmamaqla bərabər, Qədim Yunanıstanda və Qədim Romada gimnastların turnikdən istifadə etdikləri məlumdur. == Turnikin faydaları == Əzələləri gücləndirir; Bədən yağlarınını yandırılmasına kömək edir; Boyu uzadır; Onurğa xəstəliklərinə müsbət təsir göstərir (sallanma). == Çəkilmə zamanı işləyən əzələ qrupları == Turnik çəkilmənin növündən asılı olaraq biseps, triseps, sinə və kürək əzələlərini inkişaf etdirir.
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Tunis
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. == Tarix == === Erkən tarixi === Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Xuçni
Xuçni – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xuçni kəndi «„Xuçni kənd sovetliyi“» vahidliyinə daxildir. Rayonun inzibati mərkəzidir. == Əhali == 2010-cu il Ümumrusiya Əhalinin Siyahıyaalınmasına əsasən Xuçninin milli tərkibi Tabasaranlar (85%), azərbaycanlılar (13%), digərləri (2%). Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. Əhalisi 3232 nəfərdir (2010). == Etimologiya == Belə bir fərziyə vardır ki, adı türk sözü olan «xoş» sözündən əmələ gəlmişdir. Digər versiyada isə tabasaranca olan «xyoç» sözündən əmələ gəlməsi və "ov" mənasını bildirməsi qeyd edilir. == Coğrafiyası == Kənd Rubas çayının sol sahilində, Dərbənd şəhərindən cənub-şərqdə yerləşir. == Tarixi == XVII əsrаin ortalarına qədər Xuçni Tabasaran maysumluğunun mərkəzi olmuşdur.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay — türkoloq, publisist, ssenarist. == Həyatı == Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir. == Yaradıcılığı == Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur. == Kitabları == XXI əsrin perspektivləri: Azərbaycandan baxış.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Dodaqdəyməz təcnis
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur. Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır. Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Trudnıy ada
Trudnıy ada — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Oktyabr İnqilabı adasınından şimalında yerləşir. Ovalvari formaya malik olub diametri 1 km-dir. Ən hündür nöqtəsi 43 metrdir. Hündürlük adanın mərkəzində yerləşir. Bütünlüklə buzla örtülü olur.
Trudnıy adası
Trudnıy ada — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Oktyabr İnqilabı adasınından şimalında yerləşir. Ovalvari formaya malik olub diametri 1 km-dir. Ən hündür nöqtəsi 43 metrdir. Hündürlük adanın mərkəzində yerləşir. Bütünlüklə buzla örtülü olur.
Tuncay Dilci
Tuncay Dilci (15 iyun 1969, Pınarbaşı, Kayseri ili) — Türkiyə akademiki, pedaqoqu, yazıçısı və redaktoru. Bundan əlavə, o, davranışşünas alim və Rəqəmsal Asılılıqla Mübarizə Assosiasiyasının prezidentidir. Dilci 2019-cu ildə professor doktor adını almışdır. == Həyat və təhsili == Tuncay Dilçi 15 iyun 1969-cu ildə Türkiyədə, Kayseri vilayətinin Pınarbaşı rayonunda anadan olmuşdur. O, ibtidai təhsilini Pınarbaşı rayonunda, orta təhsilini isə Kadı Bürhanəddin Orta Məktəbində almışdır. Dilci 1989-cu ildə Kayseri Liseyindən, 1994-cü ildə Dəclə Universiteti və 19 May Universitetindən məzun olmuşdur. O, 1994–2003-cü illərdə Türkiyənin Təhsil Nazirliyinə tabe olan məktəblərdə müəllim və direktor vəzifələrində çalışmışdır. Dilci 2001-ci ildə Fərat Universitetinin Sosial Elmlər İnstitutunda təhsilin idarə edilməsi və nəzarəti üzrə magistr dərəcəsi almışdır. O, 2003-cü ildə Qaziantep Universiteti Müəllim Rüfət Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində müəllim işləmiş, 2009-cu ildə Fərat Universiteti Sosial Elmlər İnstitutu Təhsil Proqramları və Tədris Bölməsində doktorluq dərəcəsi almışdır. Dilci 2010-cu ilin yanvar ayından Sivas Cümhuriyyət Universiteti Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində dosent doktoru adı ilə işə başlamışdır.
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. == Ailəsi == Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
Monastır (Tunis)
Monastır (المـنسـتير: Ərəb dili al-munastîr, Latın dili monasterium) — Tunisdə bir şəhər və turizm mərkəzidir. Eyni zamanda ənənəvi bir balıqçılıq mərkəzidir. 2004-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 41,400-dir. Monastır vilayətinin mərkəzidir.
Spenser Tunik
Spenser Tunik (ing. Spencer Tunick; d. 1 yanvar 1967) — yəhudi əsilli ABŞ fotoqrafı.
Sus (Tunis)
Sus (Ərəb dilində: سوسة‎‎, Sus‎;‎ fransız dilində: Sousse) — Tunisdə şəhər, eyniadlı vilayətin mərkəzi. Əhalisi - 173 047 nəfər (2004). == Tarixi == Qədim dövrlərdə Sus şəhəri Qadrumet adlanırdı və o, Afrikada ilk finikiya koloniyalarından və Karfagen dövlətinin ən iri mərkəzlərindən biri idi. III Pun müharibəsi dövründə Sus (Qadrumet) Roma tərəfindən çıxış etdiyinə görə onun sakinlərinə Roma vətəndaşlığı hüququ verilmişdir. Trayanın hakimiyyəti dövründə şəhər koloniya statusu almışdır. Diokletianın hakimiyyəti dövründə isə Bizatsena əyalətinin mərkəzi idi. İmperator Yustinianın dövründə şəhərin adı dəyişdirilərək Yustinianopol adlandırılmışdı. Ərəb işğalı dövründə şəhər Sus adlandırılan bu şəhər bir neşə əsrdən sonra öz əhəmiyyətini itirmişdir. Aqlabidlər sülaləsindən olan Kayruan hakimləri Susa liman şəhəri kimi mühüm əhəmiyyət verirdilər. Onlar 850 ci ildə bu şəhərdə böyük məscid və 859-cu ildə şəhərin ətrafında müdafiə divarlarını tikdilər.
Tunis (şəhər)
Tunis (ərəb. تونس‎) — Tunisin paytaxtı və ən böyük şəhəri. Aralıq dənizindəki Tunis körfəzinin sahilində və Tunis gölünün yaxınlığında yerləşir. Kanal və dəmir yolu vasitəsilə Rades və Xalq-əl-Vadi (fr. La Goulette) limanı ilə birləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 2,2 milyon nəfər, şəhərətrafı ilə birlikdə 4 milyon nəfərə yaxındır. Şəhərin adı tarixi mənbələrdə ilk dəfə 814-cü ildə çəkilir, şəhərdəki ən qədim tikili isə XIII–XV əsrlərə aid edilir.
Tunis Respublikası
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. == Tarix == === Erkən tarixi === Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Tunis Universiteti
Tunis Universiteti (ərəb. جامعة تونس‎) — Tunisdə eyniadlı paytaxtında yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1945-ci ilin oktyabr ayında qoyulmuşdur.
Tunis bayrağı
Tunis bayrağı — Tunisin Dövlət bayrağı Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı əl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.
Tunis bəyliyi
Ər Jedid Məscidi