Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nadya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Toska Mask
Toska Mask (ing. Tosca Musk; 20 iyul 1974, Cənubi Afrika) — cənubi afrikalı və kanadlı film prodüseri. Toska sahibkar İlon və Kimbal Maskın bacısı, Mey Maskın isə qızıdır. Maskın ekiz uşaqları var.
Toska adası
Toska' (norv. Toska) — Norveçin Radyoy kommunasına daxil olan ada. Adanın sahəsi 5 km² təşkil edir. Radyoy adasından qərbdə yerləşir. Adada 40 nəfər yaşayır ki, onların da hamısı kənd əhalisidir. Adada yaşayan əhali əsasən qonşu kəndlərdə, hətta Berqendə işləyir. Radyoyda yerləşən Manqer kəndini Toska adası ilə birləşdirən yol 1989-cu ildə inşa edoilmişdir.
Çuşka dili
Çuşka dili — Kerç boğazının şimalında yerləşən dil. Axilleon burnundan başlayaraq Qara dənizə doğru cənub-qərb istiqamətdə uzanır. Dilin uzunluğu deməknolar ki, 18 km təşkil edir. Dil əsasən xırda kvars üumlarından təşkil olunmuşdur, Çuşka dilinin yaxınlığında bir sıra adalar vardır: Cencik, Lisiy, Krupinin, Qolenkiy. Dilin adı buranın sahillərinə tez-tez Delfinlərin çıxması ilə əlaqədardır. İnsanlar onları dəniz donuzu və donuz balası olan Çuşka adlandırırdılar. 1944-cü ildə dil Krımla Kerç dəmiryolu körpüsü ilə birləşdirilmişdir. Elə həmin ilin qışında buzqıran gəmi körpünü dağıtmışdır. 2007-ci ilin noyabrında dənizdə baş bermiş tufan nəticəsində neft sızması başvermişdir. Üstəlik bölgənin tranzit əhəmiyyətindən doğan çirklənmə də böyük təhlükə doğurur.
Amel Tuka
Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır. == Bioqrafiyası == Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı. 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29). Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı. 2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12.
Donald Tusk
Donald Tusk (pol. Donald Franciszek Tusk; 22 aprel 1957[…], Qdansk) — Avropa İttifaqı Şurasının keçmiş prezidenti.
Abu Hamed Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Əbu Hamid Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Soyot-tuka dili
Soyot-tuka dili (özləri Soyot-Tuğka, Soyıt-Dukha, Soyıt-Tuha da adlandırırlar) — türk dillərindən biri, tuva, tofalar və kök-monçak dillərinə yaxındır. İki dialektə bğlünür: Buryatiyadakı soyot (soyıt) (demək olar ki, yox olub soyotlar) və Monqolustanın Darxat diyarında olan tsatanlar (тyъha). Digər versiyaya görə Monqolustanda iki dialekt var — tsatan və uyğur-uryaxay dialektləri. Soyot əlifbası (soyot-buryat-rus lüğətinə görə, 2003-cü il.): Kiril qrafikalı əlifbalı dillər siyahısı Рассадин В. И. Словарь сойотско-русский. — СПб.: Дрофа, 2006. — 208 с. Рассадин В. И. Сойотско-бурятско-русский словарь. — Улан-Удэ, 2003. Рассадин В. И. О сойотах и их языке// Мир Центральной Азии: Языки. Фольклор.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.
Auşra
Auşra (lit. Auszra - "Şəfəq"; orijinal yazılışı ilə - Auszra) — Litvanın ilk ictimai ədəbi qəzeti. == Tarixi == Qəzet əvvəlcə redaktoru olan Yonas Basanaviçiusun rəhbərlik etdiyi bir qrup litvalı məsləkdaşlar tərəfindən təsis edilmişdir. Qəzet 1883-cü ilin fevralından 1886-cı ilin iyun ayına kimi Raqnit və Tilzitdə (Prussiya) nəşr olunurdu, Rusiyada latın qrafikası ilə litva dilində çapa qadağa qoyulduğu üçün o, gizli şəkildə Litvaya aparılıb və qanunsuz olaraq yayılırdı. Qırx nömrəsi çap olunub. Aylıq formatına və dövriliyinə görə onu tez-tez jurnal adlandırırlar. Qəzetin redaktorları Yonas Basanaviçius (İvan Basanoviç), Yurgis Mikshas, ​​Yonas Şliupas, Martynas Jankus, Juozas Andziulaitis-Kalnenas idi. Nəşr litvalıların milli kimliyinin formalaşmasında, litva ədəbi dilinin təkmilləşdirilməsində və litva ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Auşra Litvanın tarixi taleləri mövzusunda vətənpərvər şeirlər dərc etdirmişdir: Mechislovas Davainis-Silvestraitis, Stanislovas Dagilis və digər müəlliflərin, eləcə də digər resenziyaların və digər müəlliflərin, Litva Maironis, Andrius Vishtelis, Xaveras Sakalauskas-Vanagelis, Petras Arminas-Trupinelis və s. ədəbi məqalələr, materiallar.
Büsra
Büsra (ərəb. بصرى‎) — Suriyanın cənubində yerləşən şəhər.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Lukka
Lukka (it. Lucca) — Toskananın yerləşən şəhərdir, eyni adlı vilayətin inzibati mərkəzidir.
Lusaka
Lusaka (ing. Lusaka) — Zambiyanın paytaxtı, onun siyasi, iqtisadi və mədəni mərkəzi. Əhalisi — 1 451 145 nəfər (2010-cu il). == Əhali, dil, din == Lusaka Zambiyanın ən iri şəhəridir. Etnik tərkibi müxtəlifdir, əsasən bantu dil qrupuna daxil olan xalqlar - bamba, tonqa, lozi, nyanca, malavi, nyandaka və s. xalqlar yaşayır. Az sayda Avropa xalqlarının nümayəndələri də yaşayır. Rəsmi dil ingilis dilidir. Məişət səviyyəsində bantu dillərində danışılır. Əhalinin böyük hissəsi ənənəvi dinlərə sitayiş edir, həmçinin katolik və protestant olan xristianlara da rast gəlinir.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Nuşki
Nuşki — Bəlucistan əyalətində şəhər.Şəhər Dəniz səviyyəsindən 880 m yüksəklikdə, Kvettadan cənub-qərbdəki düzənlikdə yerləşir. Nuşki şimaldan Bəlucistan çölünə qərbdən Helmand çayına uzanır.
Qusma
Qusma(vomitus) — ağız vasitəsilə mədə məzmunu püskürmə prosesi. İnsanlar, meymunlar, itlər, pişiklər, donuzlar, balıqlar və quşlar qusa bilir. Ancaq siçanlar, siçovullar, dovşanlar və atlar qusa bilmir. Çünki onların uzun və dar qida boruları var. Bundan başqa onlarda qusma bacarığı olan sinirlər çatırmır. Bu akt tənəffüs əzələləri və abdominals əlaqəli mədə əzələlərin daralma, eləcə də hərəkət əlaqələndirir xüsusi qusma mərkəzi ilə tənzimlənir. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız yuxu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin. "Qusma" — ən yaxşı qusma ilə mədə və ağız vasitəsilə yayılan məzmunu və xüsusiyyətləri müəyyən etmək üçün istifadə bir dövr. Qusma səbəbiylə kompleks refleks aktıdır Vol. ötürülür müxtəlif orqanların (dil kökü, yumşaq damaq, mədə mukoza, öd kisəsi, balans və digər bir orqan.) reseptorları qıcıqlanma.
Elena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Horkelia fusca
Potentilla douglasii (lat. Potentilla douglasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Horkelia fusca Lindl. Horkelia fusca var.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.