Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tunc
Tunc — misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.
Şunt
Şunt — elektrik cərəyanının (və ya maqnit axınının) dövrənin hər hansı bir hissəsindən keçməsinə imkan verən cihazdır. Adətən aşağı müqavimətli rezistor, induktivlik çarxı və ya keçiricidən ibarətdir.
TNT
Trinitrotoluol (tol, trotil,TNT, 1 metil-2, 4,6,trinirtometilbenzol. C6H5CH3 ) — geniş istifadə olunan brizant partlayıcı maddə. Rəngsiz,saxlandıqda saralan kristaldır (texniki trotil açıq-sarı kristaldır). Asetonda və benzolda yaxşı, suda pis (20 °C-də 100ml suda O,013q) həll olur.80,85 °C-də bərkiyir, sıxlığı 1,6 q/sm³-ə yaxındır. Trotil kimyəvi davamlıdır,partlayıcı xüsusiyyəti qalmaqla parçalanmadan uzun müddət saxlanıla bilər. Əsaslarla təsir etdikdə kəskin boyanmış kompleks,qələvilərlə təsir etdikdə isə asan partlayan qeyri-sabit metal törəmələri- trotilatlar əmələ gəlir. == Fiziki xassələri == Sıxlığı 1654kq/m³ Ərimə tempraturu 80,85 °C Qaynama tempraturu 295 °C Alışma tempraturu 290 °C Detonasiyanın maksimum sürəti 7000m/san (sıxlığı 1,6q/sm³) Partlayış hərarəti 4228kc/kq Qaz halındakı məhsulların həcmi 730l/kq Zərbəyə az həssasdır (10kq yükün 25sm-dən düşməsi nəticəsində 4-5% partlayış)Trotil partladıqda çoxlu miqdarda zəhərli dəm qazı əmələ gəlir. Digər partlayıcılardan daha stabildir. Zərbəyə, sürtünməyə və digər mexaniki təsirlərə qarşı davamlıdır. Metallarla və digər bərk maddələrlə reaksiyaya girmir.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Böyük Tunb
Böyük və Kiçik Tunb adaları (fars. تنب بزرگ و تنب کوچک ‎, Tonb-e Bozorg and Tonb-e Kuchak; ərəb. طنب الكبرى و طنب الصغرى ‎, Tonb al-Kubra and Tonb al-Sughra) - İran körfəzinin şərqində, Hörmüz boğazının yaxınlığında yerləşən kiçik adalar. Adalar İranın Hörmüzgan ostanının bir hissəsi kimi idarə olunur, həm də BƏƏ tərəfindən Rəs-ül-Xeymə əmirliyinin ərazisinin bir hissəsi kimi iddia edilir.
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Karl Kunt
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Kiçik Tunb
Böyük və Kiçik Tunb adaları (fars. تنب بزرگ و تنب کوچک ‎, Tonb-e Bozorg and Tonb-e Kuchak; ərəb. طنب الكبرى و طنب الصغرى ‎, Tonb al-Kubra and Tonb al-Sughra) - İran körfəzinin şərqində, Hörmüz boğazının yaxınlığında yerləşən kiçik adalar. Adalar İranın Hörmüzgan ostanının bir hissəsi kimi idarə olunur, həm də BƏƏ tərəfindən Rəs-ül-Xeymə əmirliyinin ərazisinin bir hissəsi kimi iddia edilir.
Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. == Haqqında == Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Tent Obrenovaç
"Tent" — Serbiyada 1981-ci ildə yaradılmış qadın voleybol klubudur. Serbiyanın Obrenovaç şəhərinin komandasıdır. Komandanı tez-tez avrokuboklarda müxtəlif turnirlərdə görmək olar. Hətta, 2010-11 Avropa Qadınlar CEV Challenge Kubokunun üçüncü mərhələsində Azərbaycan voleybol klubu İqtisadçıyla qarşılaşmış və hər iki görüşdə məğlub olaraq turnirlə vidalaşmışdır. Qeyd edək ki, həmin il komanda CEV Kuboku turnirinin iştirakçısı idi,lakin turnirin ilk mərhələsində Beşiktaş voleybol klubuna qızıl setdə məğlub olaraq daha aşağı reytinqli Challenge Kubokuna düşmüşdür.
Tint Myaat
Tint Myaat (14 aprel 2002) — Myanmalı üzgüçü. Tint Myaat Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tint Myaat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.54 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Tuna vilayəti
Tuna vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1878–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ruse şəhəri idi.
Tunc dövrü
Tunc dövrü — e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmiş tarixi dövr.Bu dövr 3 yerə bölünür:Erkən,Orta,Son Tunc dövrü. Erkən Tunc dövrü: Xış əkinçiliyi yarandı.Köçəri maldarlıq yarandı. Bu dövrdə birinci böyük ictimai əmək bölgüsü baş verdi əkinçilik maldarlıqdan ayrıldı.Bu dövrdə fiziki güc tələb edən xış əkinçiliyi,metalişləmə kimi işlər yarandı.Kişi əməyinə tələbat artdı . Beləcə anaxaqanlığını ataxaqanlığı (patriarxat) əvəz etdi. Erkən tunc dövründə tayfalar yarandı. Ölüyandırma və kollektiv dəfn adətləri yarandı. Bəzi qəbirlərin üzərində kurqanlar quruldu. Orta tunc dövrü: Boyalı qablar mədəniyyəti yarandı. İkinci böyük ictimai əmək bölgüsü yarandı:sənətkarlıq müstəqil sahəyə çevrildi.
Tunq ağacı
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni