Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Ruhun arzuları
Ruhun arzuları (fr. Les Passions de l’Ame”) — 1969-cu ildə Dekartın qələmə aldığı esse. Düşüncə tarixində Dekartın son əsəri olaraq da xüsusi yeri olan Ruhun arzuları, filosofun Utrext Universitetində tibb professoru olan Henricus Regius ve Şahzadə Elizabetlə məktublaşmaları sırasında onların ruh barədə soruşduqları suallarla şəkil almış; Elizabetin, ruhun, yəni cisimsiz olan bir şeyin nə cür bir hərəkət qabiliyyətinə sahib olduğu və bədən tərəfindən necə hərəkət etdirilə bildiyinə əlaqəli maraqlı sorğu-suallarıyla get-gedə genişləyərək üç kitablıq əhatəli bir əsərə dönüşmüşdür. Ruhun arzularının yazılma tarixi, Elizabetin filosofdan duyğuların tam tərifini istəməsi səbəbindən 1646-cı ildə başlayır. Dekart ilkin mövzuyla əlaqəli kiçik bir cəhdi qələmə alır və oxuması üçün Şahzadəyə göndərir. Şahzadə Elizabet bu cəhdi oxuyur və içərisindəki məlumatların olduqca qarmaqarışıq yazıldığını görür. Buna görə də Dekarta yenidən bir məktub yollayır və mövzuyla bağlı daha detallı və dəqiq məlumatlar yazmasını xahiş edir. Dekart bir neçə rəyləri diqqətə alaraq daha detallı və daha müntəzəm şəkildə 1649-cu ildə yenidən yazır. Ona görə bu çalışma üç kitabdan formalaşacaq, ilk kitab duyğuları ümumi olaraq ələ alacaq və xüsusilə ruh-bədən əlaqəsi üzərində duracaqdır. Digər kitablar isə altı əsas duyğu və bu əsas duyğulardan törəmə digər duyğulardan bəhs ediləcəkdir.
Ruhun fenomenologiyası
"Ruhun feonomenologiyası" (alm. Phänomenologie des Geistes‎) — Alman filosofu Hegelin ən böyük əsərlərindən birincisi. Ruh sözün geniş mənasında ideal olanla , şüurla maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. Fəlsəfənin müxtəlif cərəyanlarının nümayəndələri mütləqləşdirilməsi subyektiv-idealizmə gətirib çıxarır, obyektiv ruhun (subyekt, şəxsiyyət, fərd) və birinciliyinin qəbul edilməsi obyektiv idealizmə gətirib çıxaran obyektiv Ruhun (insandan ayrılmış və müstəqil qüvvə kimi mistikləşdirilmiş şüur) olduğunu göstərirlər. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir (Məs; Aristotel üçün ruhun fəaliyyətinin ən yüksək forması təfəkkür haqqında təfəkkürdür, nəzəriyyədən həzz almaqdır). Lakin ruh bilavasitə, intuitiv (Platon) dərk olunan fövqəlağıllı başlanğıc kimi də başa düşülmüşdür. Belə nöqteyi-nəzər zahirən dini idealogiyaya bənzəyir. Həmin idealogiyaya görə ruh allahdır, yalnız dini etiqadın bir hissəsi kimi olacaq fövqəltəbii mahiyyətdir. Alman klassik fəlsəfi idealizmin nümayəndələri ruhun fəallığını xüsusilə qeyd etmiş, onu hər şeydən əvvəl mənlik şüurunun fəaliyyəti baxımından nəzərdən keçirmişlər. Məs; Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti.
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.
Nuhun gəmisi
Nuhun gəmisi (ivr. ‏תיבת נח‏‎; ibranicə: Tevat Noaḥ ) — Yaradılış kitabındakı tufan hekayəsindəki gəmi. Bu gəmi vasitəsilə Tanrı Nuhu, onun ailəsini və bütün dünya heyvanlarını qlobal daşqından xilas edir. Yaradılış kitabındakı hekayə Mesopotamiyada yaranan əvvəlki tufan miflərinə əsaslanır və Quranda müxtəlif dəyişikliklərlə təkrarlanır, burada gəmi Safinat Nūḥ (ərəb. سَفِينَةُ نُوحٍ‎) v' və əl-fulk (ərəb: الفُلْك) kimi görünür. İosif Flavi kimi erkən xristian və yəhudi yazıçıları Nuhun gəmisinin mövcud olduğuna inanırdılar, baxmayaraq ki , Nuhun gəmisi üçün ən azı Yevsevi dövründən (təxminən 275-339) uğursuz axtarışlar aparılmışdır. Gəmiyə inananlar müasir dövrdə də onu axtarmağa davam edirlər, lakin Gəminin mövcudluğuna dair hələ ki, heç bir elmi dəlil tapılmamışdır və həmçinin qlobal daşqına dair da elmi dəlillər mövcud deyil. Bibliyada təsvir edilən gəmi və təbii fəlakət fiziki imkansızlıqlardan və qeyri-adi anaxronizmlərdən asılı olmuşdur Bəzi tədqiqatçılar hesab edirlər ki, Yaxın Şərqdə real daşqın hadisəsi potensial olaraq şifahi və sonradan yazılmış hekayələrdən ilhamlanmışdır: Fars körfəzindəki daşqın və ya 7500 il əvvəl Qara dəniz daşqını belə bir tarixi namizəd kimi irəli sürülüb.
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Turun sonu
Turun sonu (ing. The End of the Tour) — 2015-ci ildə ekranlara çıxan ABŞ dram filmi. "Rolling Stone" jurnalından Devid Lipski beş gün ərzində məşhur yazıçı Devid Foster Vollesdən müsahibə alır. İkisi birlikdə vaxt keçirdikcə aralarında dostluq inkişaf edir. Ceyson Siqel Cessi Ayzenberq a24films.com/films/the-end-of-the-tour/ — Turun sonunun rəsmi saytı The End of the Tour — Internet Movie Database saytında.
Tudun Həbə rayonu
Tudun Həbə rayonu (Çincə: 头屯河区/頭屯河區; Pinyin: Tóutúnhé Qū; Uyğurca: تۇدۇڭخابا رايونى, Tudungxaba Rayoni, Tudunghaba Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Turun Palloseura FK
TPS — Finlandiyanın futbol klubu. 10 dəfə Avropa kuboklarında iştirak edib.
Əhməd ibn Tulun
Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc.
Aslanidi qardaşlarının tütün fabriki binası
Aslanidi qardaşlarının tütün fabriki binası - Rostov-na-Donu şəhərinin ərazisində XIX əsrin sonlarında inşa edilmişdir. Bina Budyonnovski prospektinin küncündə və Krasnoarmeysk küçəsində yerləşir. İlk əvvəllər bina Aslanidi qardaşlarının tütün fabriki idi. Hazırda bina № 8 xəstəxanasının korpuslardan biridir. Bina Regional əhəmiyyətli mədəni irs obyekləri siyahısına daxildir. == Tarixi == 1874-ci ildə İvan Xristoforoviç və Axilles Xristoforoviç Aslanidi qardaşları tərəfindən tütün fabriki inşa edilmişdir. Onların binası Skobelevski küçəsi və Taqanroq prospektində yerləşirdi. 1913-cü ildə Aslanidi qardaşlarının tütün fabriki «V. İ. Asmolov və K°» səhmdar vəmiyyəti tərəfindən alınmışdır. 1920-ci ildə tütün fabrikinin binası göz xəstəlikləri xəstəxanasına verilir. 1950-ci illərin əvvəllərində bina təmir olunmuş və şəhər xəstəxanasına verilir.
Milli ruhun bahadırları (film, 2010)
Xalqın mənəvi mədəniyyət tarixində ilk növbədə, çox geniş yayılan xalq oyunları, Milli idman növləri hesab edilən: çövkan, zorxana mühüm yer tutub. Nağıllarımızda məharətlə at sürənlər, ox atanlar, güləşənlər haqqında çox deyilib. Dahi Nizami Gəncəvinin tarixi "Şərəfnamə" əsərində çövkan oyunundan, "Xosrov və Şirin" poemasmda Şirinin çövkan meydanında Sasani hökmdarı Xosrovdan geri qalmaması, Şirin ilə oynayan qızların da məharətli çövkan oyunçusu olması kimi məlumatlar var. İnsan cəmiyyətinin mövqeyinin fiziki qüvvəyə görə müəyyənləşdiyi bir dövrdə at çapmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək məharətinə malik olmaq böyük əhəmiyyət kəsb edirdi...Bu kəlmələr Milli idman tariximizdən və idman növlərimizdən bəhs edən Milli ruhun bahadırları adlı sənədli filmdən götürülüb. Film İdman Azərbaycan kanalının təqdim etdiyi sayca üçüncü filmdir. Tarixi xronoloji ardıcıllıqla verilən, bu günümüzdə sürətlə inkişaf edib böyük uğurlara imza atan zorxana idman növü haqqında filmdə ətraflı məlumatlar verilir. Film dərin tamaşaçı rəğbəti qazanmış və Novruz bayramı ərəfəsində həm İdman Azərbaycan kanalı ilə, həm də, AzTv ilə nümayiş etdirilib. Ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Mahir Cahagirov Musiqi tərtibatçısı: Ceyhun Ağayev Filmi səsləndirdi: Əli Məmmədov Montaj: Rasim Baxşəliyev; Elmar Vəliyev İnzibatçı: Elşən Qarayev Proqramın rəhbəri və redaktor: Elsevər Dünyamalıyev X.Qurbanov-AZF-nin və Milli İdman Növləri Assosiasiyasının prezidenti. Hadi Ərəbi- AZF-nin baş katibi,məşqçi. Zorxana pəhləvanları,dünya və Avropa çempionları.
Məzrayə-i Təhqiqəti Tütün (Urmiya)
Məzrayə-i Təhqiqəti Tütün (fars. مزرعه‌تحقیقاتی‌توتون‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (29 ailə).
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Şuhua
Ye Şuhua (çin. 葉舒華; 6 yanvar 2000, Yanmey[d]) və ya tanınan səhnə adı ilə Şuhua (kor. 슈화) – Cənubi Koreyada fəaliyyət göstərən Tayvan müğənnisi. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Ye Şuhua 6 yanvar 2000-ci ildə Tayvanın Taoyuan şəhərinin Yanmey rayonunda doğulmuşdur. Kiçik və böyük bacısı var. Atası hakka, anası isə tayaldır. Şuhuanın ana dili Tayvan mandarincəsidir və hakka tayvancasında səlis danışa bilmir. Koreya dilində səlis bilməklə yanaşı, ingilis və yapon dili bacarıqları da yaxşıdır. O, teatrla məşğul olmaq üçün Hva Kan İncəsənət Məktəbində təhsil almışdır.