Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andrea Pirlo
Andrea Pirlo — (it. Andrea Pirlo; 19 may 1979[…], Breşiya, Lombardiya) — peşəkar italyan futbolçusu, Nyu-York Siti klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Dünyanın ən yaxşı pleymeykerindən biri. Cərimə zərbələrinin, uzun və qısa ötürmələrin ustası. Meydanda oyunu incə görmə xüsusiyyətinə malikdir. Karyesını bitirdikdən sonra məşqçilik karyerasına başlayan Pirlo Yuventus-23 , Yuventus , Karagümrük kimi klublarla çalışmışdır.Hal-hazırda Sampdoria klubunda çalışır. == Həyatı == Andrea öz ilk sevgisi və gələcək həyat yoldaşı Debora ilə 18 yaşında tanış olub. "İnter"də çıxış etdiyi üçün Andrea Debora ilə çox nadir hallarda görüşə biliblər. Bütün buna baxmayaraq 2001-ci ilin yayında onlar evlənirlər. Cütlüyün ilk uşaqı Nikkolo Breşiyada doğulur.
Cənubi Tirol
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. == Təhsili == Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. == İşlədiyi yerlər == 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir.
Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır. == Əsərləri == Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. == Tanrılara inanc haqqında düşüncələri == “Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.
Tiflo pedaqogika
Tiflo pedaqogika — görmə məhdudiyyəti olan insanların təhsil imkanlarının özündə ehtiva edilməsi. Zəif görən və ya tamamilə görə bilməyən şəxslər üçün qədim dövrlərdən etibarən müxtəlif təhsil imkanları yaradılmışdır.
Tillo adaları
Tillo adaları — Kara dənizində yerləşən 5 adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Qrupa daxil olan iki ada Şimal Həqiqəti adası və Üç Ayı adası adı ilə adlandırılsada digər üçünün adı yoxdur. Adalar Taymır yarımadasından bir qədər aralıda yerləşir. Şimal Həqiqəti adası qrupun ən böyük adasıdır. Onun uzunluğu 5,7 km, maksimal eni isə 2 km təşkil edir. Adanın qərbində kiçik göl vardır. Göl dənizdən dillə ayrılır. Ucqar nöqtələri: Proşaniya (qərb) və Qranatovıy (şərq). Ada sahilində Voskresenski buxtası yerləşir.
Tillo adası
Tillo adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 10 metrdir. == Yerləşməsi == Arxipelaqın cənub-şərqində, Vilçek Torpağından 4 km aralıda yerləşir. Daues adasının ətrafında daha üç ada yerləşir: Derevyannıy, Mak-Kulta və Daues. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 500 m-dir. Buzdan tam azaddır. Yüksəklik yoxdur. Ada coğrafiyaçı, geodeziyaçı, kartoqraf və general-mayor Aleksey Tillonun şərəfinə.
Tirli Marin
Tirli Marin — qədim coğrafiyaçı, kartoqraf, riyazi kartoqrafiyanın banisi hesab olunur. == Tərcümeyi-halı == Marin I əsrin II yarısında Tiranada anadan olmuşdur. O dövrdə Suriya Roma imperiyası müstəmləkəsi idi. Bundan əlavə, onun həyatı haqqında məlumat yoxdur. Onun əsərləri bizim dövrümüzə gəlib çatmayıb. Ptolomeyin Coğrafiya kitabında adı çəkilir. == Kartoqrafiya == Ptolomeyə görə Marin dəniz xəritəsini işləmişdir. O ilk dəfə coğrafi uzunluq və enliyi elmə gətirib. ptolemoy onun bir çox əsərlərinin adlarını çəkir. Marin ilk dəfə ekvatorun uzunluğunun 180000 stadiyev olduğu demişdir.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
Tirli Giyom
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. == Həyatı == Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Tirli Vilhelm
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. == Həyatı == Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Tilo Kehrer
Tilo Kehrer (21 sentyabr 1996[…], Tübingen[d], Baden-Vürtemberq) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Kehrer Şalke 04 akademiyası vasitəsilə inkişaf etmişdir. O, Bundesliqada debütünü 6 fevral 2015-ci ildə Volfsburq klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 1 aprel 2017-ci ildə Borussiya Dortmund klubuna qarşı derbi oyununda vurmuş və komandası rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. 5 may 2018-ci ildə Kehrer dublla yadda qalmış və Şalke 04 klubu Bundesliqanın 2017–18 mövsümünü ikinci yerdə başa vurmuşdur. Klub 2018–19 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etmək hüququ əldə etmişdir. 16 avqust 2018-ci ildə Kehrer 37 milyon avro qarşılığında Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Kehrer Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Tilo 2017-ci ildə Almaniya U-21 millisi ilə Avropa çempionatında çempion olmuşdur. O, Kosovo, Azərbaycan və İsrail millilərinə qarşı oyunda millinin kapitanı olmuşdur.
Dnestrovsko-Çareqradskoe qirlo
Dnestrovsko-Çareqradskoe qirlo (boğazı) — Dnestrovski limanı ilə Qara dənizi birləşdirir. Ukraynanın Odessa vilayəti ərazisində yerləşir. Ərazidə 1926-cı ilə qədər Ocakov boğazı mövcud olmuş, sonradan isə müəyyən səbəbdən yer üzündən silinmişdir. Orta dərinliyi 10 m təşkil edir. Boğazın şimalında qumsal Buqaz burnu vardır. 1950-ci illərdə boğaz üzərində avtomobil və dəmir yolunu özundə birləşdirən muasir körpü inşa edilib. Ona qədər isə 1914-cü ildə taxta körpü tikilmişdi. Ukrayna knyazları Çarqrada yürüşə məhz bu ərazidən çıxarmışlar. Bu səbəbdən boğazın adına Çareqradskoe kəlməsi əlavə edilmişdir.
Tirol İnsbruk FK
Tirol (İnsbruk) — Avstriyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 12 dəfə Avropa kuboklarında iştirak edib.
Tirso de Molina
Tirso de Molina (isp. Tirso de Molina, əsl adı və soyadı Qabriel Teles isp. Gabriel Téllez; 1579—1648) — ispan dramaturqu. == Həyatı == Lope de Veqanın dramatik ənənələrini davam etdirən görkəmli ispan dramaturqlarından ən məşhuru Tirso de Molina təxəllüsü ilə yazıb yaradan Qabriel Tellesdir. Tirso de Molina rahib və mənsub olduğu ordenin tarixçisi idi. Buna baxmayaraq o, dini pyeslərlə yanaşı şən, həyatsevər komediyalar da yazmışdır. Ədib özünü Lope de Veqanın şagirdi adlandırmış, bununla fəxr etmişdir. Lakin Tirso de Molinanın yaradıcılığında artıq ispan dramaturgiyasının yeni inkişaf mərhələsinin cizgiləri müşahidə olunur. Xristian tövbəkarlığı mövzusu onu Lope de Veqadan çox Kalderona yaxınlaşdırır. Eyş-işrət və həzzin günah olması mövzusu artıq özlüyündə dramaturqun intibah dünyagörüşündən imtina etdiyini, orta əsrlər teatrının ideya mövqelərinə qayıtdığını təsdiq edirdi.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Biryo
Biryö (fr. Birieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Villar-le-Domb kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01045. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 138 nəfər (15-64 yaş) arasında 109 nəfər İqtisadi cəhətdən fəal, 29 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 79.0%, 1999-cu ildə 76.0%). Aktiv olan 109 nəfərdən 108 nəfəri (58 kişi və 50 qadın), 1 qadın işsiz idi. Aktiv olmayan 29 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Perlo
Perlo (Averon)
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. == Alınması == İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tiraj
Tiraj (fr. tirage) — Eyni adlı nəşrin nümunələrinin sayı. Termin bir qayda olaraq nəşr məhsulunun sayı ilə bağlı işlədilir. Bir qayda olaraq az tirajlı (15 min ədədə qədər), orta tirajlı (100 minə ədədə qədər) və kütləvi tirajlar olur (100 min ədəddən çox). Kütləvi tirajlar xüsusi müəssisələrdə dərc edilir.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Dillo
Dillo aşağı səviyyəli Linux əməliyyat sistemləri olan kompüterlər üçün nəzərdə tutulmuşdur. Dillo yalnız sadə HTML/XHTML və HTTP üzərində təsvirləri dəstəkləyir; skript tamamilə nəzərə alınmır. Tətbiq C və C++ kodlaşdırma dillərindən ibarətdir və FLTK əsaslıdır.
Karlo
Karlo — ad. Karlo Ponti — İtaliya kinoprodüseri. Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. Karlo Qoldoni — Venesiya dramaturqu.
Tablo
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.