Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uvertüra
Uvertüra (fr. ouverture; ouvertur - açmaq, açılmış, başlanğıc) — opera, oratoriya, balet, dram, kinofilm, və s əsərlərə orkestr müqəddiməsi, eləcə də sonata formasında müstəqil orkestr əsəri. Musiqili səhnə əsərinin giriş hissəsi; əsərin ideya-məzmununu əks etdirən mövzulara əsaslanır; tamaşaçıının diqqətini əsərin xarakterinə yönəldir; əsərin emosional mühitini hazırlayır. Simfonik musiqinin bir janrı; Birhissəli, adətən sonata formasında qurulan simfonik əsər.
Böyük simfonik orkestr üçün uvertüra (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri. Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır. Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir.
Aventura
Aventura Dominik qrupu, 1994-cü ildə Nyu-Yorkda quruldu. Qrup hip-hop və Ritm və Blues notaları ilə bachata kimi tanınan musiqiləri ifa edir. Mahnıları daha çox İspan dilində yazılıb.
Koriolan Uvertürası
Koriolan Uvertürası (Almanca: Coriolan-Ouvertüre or Ouvertüre zu Coriolan) 1807-ci ildə Lüdviq van Bethoven tərəfindən İosif Henrix Kollinin 1804 Korilon faciəsi üçün yazdığı əsərdir.Uvertüranın mövzusu və strukturu olduqca ümumidir. Uvertüra ilk dəfə 1807-ci ilin mart ayında tanınmış Lobkoviç ailəsinə məxsus evdə ifa olunmuşdur. Həmçinin Si-bemol majorda dördüncü simfoniya və Piano ilə dördüncü simfoniyada ilk dəfə məhz bu ünvanda təşkil edilmiş konsertdə ifa olunmuşdur. == Əsərin yazılması == İki ən çox bəyənilərək qəbul edilən səs yazılarından birincisi 1943-cü ildə Berlin Filarmoniya Orkestrında Vilhelm Furtvenqlerin dirijorluğu ilə ifa edilmiş, digəri isə 1959-cu ildə Fritz Raynerin dirijorluğu ilə Çikaqo Simfoniya Orkestrında ifa olunmuşdur. Uvertüranın tarixi ad qazanmış digər məşhur versiyasını Rocer Norrinqton London Klassik Çalğıçıları ilə birlikdə ifa etmişdir. Digər məşhur nümunələrə gəlincə buraya Herbert fon Karayanın müşayəti ilə Berlin Filarmoniyasında, Karl Bömin müşayəti ilə Vyana Filarmoniyasında, Karlos Klayberin müşayəti ilə Berlin Dövlət Orkestrı ilə və Bruno Uolterin müşayəti ilə Kolumbiya Simfoniya Orkestrı ilə ifa olunmuşdur. == Qeydlər == == İstinadlar == == Mənbələr == Joseph Kerman/Alan Tyson, "Ludwig van Beethoven", Grove Music Online, ed.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. == Həyatı == Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Ventura qraflığı (Kaliforniya)
Ventura — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 823,318 nəfər olmuşdur. Mərkəzi Ventura şəhəridir.
1812-ci il uvertürası
Təntənəli 1812-ci il uvertürası, op 49 (rus. Торжественная увертюра «1812 год») — rus bəstəkar Pyotr Çaykovski tərəfindən 1812-ci il Fransa-Rusiya müharibəsində Napoleon Bonapartın Böyük Ordusunun məğlub edilməsinə həsr olunmuş və daha çox 1812-ci il uvertürası kimi tanınan konsert uvertürasıdır. Uvertüranın premyerası 20 avqust 1882-ci ildə Moskvada baş tutmuşdur. Rusiyanın 1812-ci il qələbəsinə ithaf edilmiş Xilaskar Məsih kafedralında həyata keçirilmiş debüt ifa zamanı dirijor İpploit Altani olmuşdur. Nyu-Yorkda Karnegi zalının açılışına həsr olunmuş ifa zamanı isə Çaykovski özü orkestra drijorluq etmişdir. Bu böyük Avropa bəstəkarından birinin ABŞ-yə etdiyi ilk səfərlərdən biri idi.15 dəqiqə davam edəm uvertüra daha çox musiqidə istifadə olunmuş silah atışı səsləri, çayms zınqırovları və finalda top atəşi açılması ilə məşhurdur. Əsər ənənəvi olaraq hər il ABŞ-da Müstəqillik Günü atəşfəşanlığını müşayət etmək üçün ifa edilir. “Şelkunçik”, “Yatmış gözəl” və “Qu gölü” balet süitaları ilə yanaşı “1812-ci il uvertürası” Çaykovskinin ən məşhur əsərlərindən biridir. davay == Yazılma tarixi == === Tarixi-siyasi fon: I Napoleonun Rusiyaya hücumu === 7 sentyabr 1812-ci ildə Moskvadan 120 km cənubda yerləşən Borodino ərazisində I Napoleonun ordusu ilə Mixail Kutuzovun rəhbərlik etdiyi Rusiya ordusu qarşılaşır. Borodino döyüşü 100.000-dən çox insanın ölümü ilə nəticələnir və sahə döyüşlərində təcrübəli olan fransızlar qalib gəlirlər.
Maddalena Ventura əri və oğlu ilə
Maqdalena Ventura əri və oğlu ilə
Maddalena Ventura əri və oğlu ilə (isp. Maddalena Ventura con il marito e il figlio) və ya Saqqallı qadın (isp. Donna barbuta) — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir. == Təsviri == Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.Qaranlıq otaqda tam boy ölçüsündə təsvir edilmiş fiqurlar birbaşa izləyiciyə baxırlar.