Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. == Tarixi == === 2003 === Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. === 2004 === 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Lugoa
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Quora
Quora — istifadəçiləri tərəfindən yaradılan, redaktə edilən və idarə edilən sual-cavab saytıdır. Şirkət 2009-cu ilin iyun ayında yaradılmışdır və sayt 2010-cu ilin iyununda istifadəyə verilmişdir. Hal-hazırda sayt yalnız ingilis dilində fəaliyyət göstərir. Quora istifadəçilərin nik adla deyil, həqiqi adlarla qeydiyyatdan keçməsini tələb edir.
Skoda
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Utoya
Utoya — Norveçin paytaxtı Oslo yaxınlığında ada. 22 iyul 2011-ci ildə burada 69 nəfərin ölümü ilə nəticlənən terror aktı baş vermişdir.
Spilanthes rugosa var. rugosa
Acmella calva (lat. Acmella calva) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus javanicus (Sch.Bip. ex Miq.) Kuntze Colobogyne langbianensis Gagnep. Spilanthes acmella var. calva (DC.) Clarke ex C.B.Clarke Spilanthes acmella var. calva (DC.) Clarke ex Hooker f. Spilanthes javanica Sch.Bip. ex Miq. Spilanthes langbianensis (Gagnepain) Stuessy Spilanthes rugosa Blume ex DeCandolle Spilanthes rugosa var.
Loda
Loda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 218 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyniadlı oronimlə bağlayır. Bəzi tədqiqatçılar da bu fikri təsdiq edirlər.
Moda
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı).Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. == Dəb tarixi == 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir. Moda həftəsində 25 yerli və xarici dizaynerlər öz işlərini nümayiş etdirişdilər.Hal-hazırda qəbulolunmuş dörd əsas dəb paytaxtı Paris, Milan, Nyu-York və London şəhərləri sayılır.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1100 nəfərdir. == Toponimiyası == Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Qida
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca —Yaşayış məntəqələriQoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Qoşa
Qoşa — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin belə adlandırılması onun coğrafi mövqeyi ilə əlaqədardır. Kənd qarşı-qarşıya duran iki təpədə yerləşməsinə görə belə adlandırılmış­dır. Bir sıra tədqiqatlara əsasən, toponimi­yada qoşa say mənasını daşıyaraq, "iki" deməkdir. Onun işlənməsi coğrafi obyektin səciyyəsinin konkretləşməsinə xidmət edir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi əsasən maldarlıqla və kartofçuluqla məşğul olur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qoşa kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Soda
Soda: Kalsium soda, paltar ağartma sodası — natrium karbonat Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Əqda
Əqda - İranın Yəzd ostanının Ərdəkan şəhristanının Əqda bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,583 nəfər və 432 ailədən ibarət idi.
Agastache rugosa
Agastache rugosa (lat. Agastache rugosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aqastaxis cinsinə aid bitki növü.
Aqota Kristof
Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[…] – 27 iyul 2011[…], Nevşatel[d]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. == Həyatı == Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır. == Yaradıcılığı == Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe). Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır.
Atsuto Uçida
Atsuto Uçida (d. 27 mart 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 2 qol vurub.
Brassica rugosa
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Buddleja rugosa
Buddleja incana (lat. Buddleja incana) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja bullata Kunth Buddleja incana var.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.