Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düzköy
Düzköy (türk. Düzköy) — Trabzon ilinin ilçəsi.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Ukay
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir. Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.
ÜDKİ
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Nizkiy adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ukiyo-e
Ukiyo-e (浮世絵, azərb. dəyişən dünyanın şəkilləri‎) — Yaponiya taxta blok çapı və XVII–XX əsrlər arasında edilən, əyləncə mərkəzi, teatr, tarixi əfsanə və müxtəlif təbiət təsvirlərinin şəkilləri. Yaponiyada taxta blok çapının əsas bədii növüdür.
Vasili Utkin
Vasili Utkin (rus. Василий Уткин; 6 mart 1972, Balaşixa, Moskva vilayəti – 19 mart 2024, Moskva) — rusiyalı İdman jurnalisti, televiziya şərhçisi, televiziya və radio aparıcısı, şoumeni və aktyoru. Sports.ru portalının həmsahiblərindən biri. 1 sentyabr 2010-cu ildən 31 avqust 2015-ci ilədək "NTV-Plyus" idman kanallarının baş redaktoru. 2014-cü ildən 2015-ci ilədək "STS" telekanalında "Böyük sual" əyləncəli oyun şousunu aparıb. 1 noyabr 2015-ci ildən 5 fevral 2016-cı ilədək "Matç TV" telekanalının əməkdaşı olub. 3 mart 2016-cı ildən 13 may 2017-ci ilədək "Eurosport" telekanalının şərhçisi işləyib. 15 iyul 2016-cı ildə "Con Donn" pab şəbəkəsinin kreativ direktoru vəzifəsinə təyin edilib. Bir sıra həmkarlarının, futbolçuların və medianın fikrincə, Utkin Rusiyada müasir idman jurnalistikasının dilini və imicini yaradıb, eyni zamanda dövrünün ən istedadlı və tanınan rusdilli futbol şərhçisi olub. Artıq çəkidən və ürək-damar sistemindəki problemlərdən əziyyət çəkən Utkin, 19 mart 2024-cü il tarixində vəfat edib.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Dmitri Utkin
Dmitri Valeryeviç Utkin (11 iyun 1970, Asbest, Sverdlovsk vilayəti – 23 avqust 2023, Kujenkino[d], Tver vilayəti) — Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı zabiti, ehtiyatda olan polkovnik-leytenant, dörd Cəsarət ordeninin kavaleri. O, "Vaqner" özəl hərbi şirkətinin komandiri idi. Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya təcavüzünə dəstək verdiyi üçün ona şəxsi beynəlxalq sanksiyalar tətbiq edilmişdi. == Həyatı == === Erkən illəri === Dmitri Utkin 11 iyun 1970-ci ildə Sverdlovsk vilayətinin Asbest şəhərində geoloq ailəsində anadan olmuşdur. Digər mənbələrə görə, Ukrayna SSR-in Kirovoqrad və ya Kirovoqrad yaxınlığındakı Smolino kəndi onun doğma şəhəri olmuşdur. Smolin məktəbini bitirdikdən sonra Utkin kəndi tərk edərək Leninqrada getdi və burada hərbi məktəbə daxil oldu. 2000-ci illərin əvvəllərində həyat yoldaşı Yelena Şerbinina ilə ayrılıb. Utkinin birinci və ikinci çeçen müharibələrində iştirak etdiyi bildirilir. 2014-cü ildə o, rus qoşunlarının tərkibində Krımda olub. 2014-cü ilin yayında tanınmamış LXR- də Metalist yaxınlığındakı döyüşlərdə fəal iştirak edib.
Dikiy Kamen adası
Dikiy Kamen adası (fin Satasilmä) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Hündürlüyü 6 metr olan qayalıqdan ibarətdir. Üzərini iynəyarpaqlı meşələr örtmüşdür. Kozlinı və Martinsaari adaları arasında yerləşir. 1920–1940-cı illərdə ada Finlandiyaya məxsus olmuşdur.
Mustafa Münip Uzsoy
Mustafa Münip Uzsoy (türk. Mustafa Münip Uzsoy; d. 1878, İstanbul, Osmanlı İmperiyası – ö. 1950, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 4 may 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 25 fevral 1931-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 29 iyul 1950-ci ildə İstanbulda vəfat etdi.
Uzay Heparı
Uzay Heparı (24 iyul 1969, İstanbul – 31 may 1994, İstanbul) — Türkiyə bəstəkarı. Yayla və Eti Heparının oğludur. Müqəddəs Benua Fransız Liseyinin və İstanbul Universiteti Dövlət Konsevatoriyasının piano sinfinin məzunudur. 1993-cü ilin dekabrında modelyer Zeynəb Tunuslu ilə evlənib. 5 yanvar 1995-ci ildə oğulları Uzay Kanat Heparı dünyaya gəlib. İlk vaxtlar Zuhal Olcayın "Küçük Bir Öykü Bu" musiqi albomunda piano çalmaqla fəaliyyətə başlayır. 1990-cı ildə Avroviziya Türkiyə seçim mərhələsində orkestrda çıxış edir. Həmin il yenidən Zuhal OLcayın "İki Çift Laf" adlı musiqi albomunda piano çalır. Erol Evginin "Erol Evgin İle Yeniden" albomunda isə Sezən Aksunun iki mahnısını aranjiman edir. 1991-ci ildən bəstəkarlıq fəaliyyətinə başlayır.
Üzvi kimya
Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C). Üzvi kimya karbohidrogenləri və onların törəmələrini, yəni karbon əsaslı birləşmələri öyrənən kimya sahəsidir. Üzvi kimya maddələrin quruluşunu, xüsusiyyətlərini, reaksiyalarını və sintez yollarını araşdırır. Aşağıda üzvi kimyanın əsas aspektləri və sahələri haqqında məlumat verilmişdir: Üzvi kimyanın əsas xüsusiyyətləri 1. Karbonun unikal rolu: Üzvi kimyada əsas element karbon atomudur. Karbon atomları öz aralarında və digər elementlərlə (hidrogen, oksigen, azot, kükürd, halogenlər və s.) sabit kovalent əlaqələr yarada bilir. Bu xüsusiyyət karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini təmin edir. 2.
Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya bir çox elmlərlə əlaqəlidir. İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y. Sil, Ş. Jerar, E. Franklit, Kekule, A. Kuper, M. Lomonosov, A. M. Butlerov, M. Markovnikov, A. Zinin, N. Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y. Məmmədəliyev, Ə. Quliyev, A. Məhərrəmov, M. Qulubəyov, Ş. Ömərov və başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur.
Üzvi sintez
Üzvi sintez – üzvi maddələrin sintez üsuludur. Üzvi kimyanın mühüm bir sahəsidir. XIX əsrin əvvəllərinə qədər vitarizm nəzəriyyəsinin təsviri ilə belə hesab edilirdi ki, üzvi birləşmələr canlı orqanizmdə xüsusi həyati qüvvənin iştirakı ilə alına bilər. Həmin əsrin əvvəllərindən başlayaraq aparılan üzvi birləşmələrin ilk sintezləri bu nəzəriyyənin əsassızlığın göstərdi və o andan etibarən qeyri üzvi maddələr olan disian və amonyakın qarşılıqlı təsirindən üzvi maddə olan karbamidin (sidik cövhərinin) alınması ilə üzvi kimyada üzvi sintezin əsas qoyuldu: Göründüyü kimi ilk üzvi sintezlər o qədər də mürəkkəb olmayan birləşmələrin alınması ilə başlamış, lakin tədricən üzvi sintezlər mürəkkəbləşmiş bir neçə mərhələli olmuş və bir neçə təbii birləşmələrin alınması mümkün olmuşdur. 1904-cü ildə bu üsulla adrinalin sintez olunmuşdur. Hal-hazırda üzvi sintez sahəsi inkişaf etdirilərək təsdiq edilmişdir ki, çoxmərhələli reaksiyalar əsasında ən mürəkkəb quruluşlu, xüsusi əhəmiyyət kəsb edən birləşmələri əldə etmək olur. Üzvi sintezin üsulları iki cürdür. Retrosintetik sintez üsulu Templat sintez üsulu Hazırda üzvi sintezin elə imkanları vardır ki, ən mürəkkəb quruluşlu birləşmələri sintez etmək mümkün olur, hətta bu bir neçə yolla baş verir. Çoxvariantlı sintez imkanı olduqda, sintezin səmərəliliyi əlavə olaraq başlanğıc birləşmələrin, reagentlərin asan əldə olunması reaksiya şəraitinin sadəliyi, məqsədli məhsulların çıxımının yüksək olması və sair digər amillərlə müəyyən olunur. XX əsrin ilk illərindən başlayaraq məqsədli molekulların sintezinin planlaşdırılmasına sistematik yanaşma üsulundan – retrosintetik analiz adlanan bir üsul tətbiq edilmişdir..
Şiqeharu Ueki
Şiqeharu Ueki (13 sentyabr 1954, Kavasaki[d], Kanaqava prefekturası – 11 aprel 2024, Maebaşi) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nizkiy adası (Laptevlər dənizi)
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 8 metrdir. Naydyonış adasından 900 m şimalda, Oktyabr İnqilabı adasından 4,2 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,5 km təşkil edir. Sahilləri düzdür. Burada üç şirinsulu göl vardır. Bunlardan ikisi şimal, biri isə cənub sahillərinə yaxın yerləşir.
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Ruskiy adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.
Elementli üzvi birləşmələr
Elementli üzvi birləşmələr (EÜB) - Bu birləşmədə Karbon başqa birləşmələrdən fərqli olaraq atomlarla rabitələri mövcuddur. == İzahı == Əksər üzvi maddələr orqanogen-atomlardan (C, H, O, N, S) ibarətdir.Sonralar müəyyənləşdirildi ki, bunlardansavayı üzvi birləşmələrin tərkibində silisium, bor, metal atomları və praktik olaraq bütün elementlər ola bilər. Orqanogenlərdən fərqli olan bu birləşmələr element-üzvi birləşmələr (EÜB) adlandırılmışdır. Onlar praktik olaraq üzvi və qeyri-üzvi birləşmələrin xassələrini özündə cəmləşdirirlər. == Tarixi == Hər şey arsendən başlandı. tanınmış alman alimi R.Bunzen 1841-ci ildə dimetilarseni (CH3)2AsH (kakodil) almışdır. bu ona baha başa gəldi. O, gözünü itirmiş, lakin tədqiqatı davam etdirmişdir. 50-ci illərdə Bunzenin tələbəsi E.Frankland sink-, qalay-, civə-üzvi birləşmələri almağa müvəffəq olmuşdur. Sonralar element üzvi birləşmələri XX əsrin görkəmli alimləri Fridel Krafts, Tsiqler, natta, Qrinyar, Andrianov, Nesmyanov və b.
Fosforlu üzvi birləşmələr
Fosforlu üzvi birləşmələr — tərkibində fosfor olan birləşmələrə deyilir.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. == Halogenli törəmələrin nomenklaturası == Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. == Halogenidlərin fiziki xassələri == Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Kükürdlü üzvi birləşmələr
Kükürdlü üzvi birləşmələr - tərkibində Karbon - Kükürd rabitəsi birləşdirən birləşmələrə deyilir. == Təsnifat == == Əsas nümayəndələri == == Adlandırılması == Kükürd üzvi birləşmələri adlandırmaq üçün "tio" hissəciyindən istifadə edilir.Bu ikivalentli kükürd atomunu göstərir. Bundan başqa "tio" oksigenin kükürdlə əvəz olunmasını göstərir. Məsələn "ol" hidroksil qrupunu OH, "tiol" ilə -SH qrupunu, "on" karbonil qrupunu, "tion" ilə C=S qrupunu adlandırırlar. "Tia" hissəciyi ("tio"dan fərqli olaraq) karbon atomunun kükürdlə əvəz olunmasını göstərir. == Mənbə == S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.