Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
Üör
Üör — Cənubi Azərbaycan mənşəli, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən pagan black metal qrupud . Qrup adını Tenqriçilikdəki bir ruh adı olan üördən götürür. Üör intihar edən insanların və şamanların ruhuna deyilir. == İfa tərzi == Azərbaycan metal səhnəsində paqan blek metal ifa edən ilk qrupdur. 2011-ci ildə qurulan qrup, ən çox bütpərəstlik və İslam öncəsi mifologiyaya müraciət edir və dinə qarşı musiqi ifadə edən ilk Azərbaycan qruplarından biridir. Qrupun mahnı sözləri azərbaycan dilində, ingilis dilində, uyğur dilində və türk dilindədir. Səsyazma tərzində orijinal black metal üslubunu qorumağa çalışan qrup ən çox ABŞ, Türkiyə və Azərbaycanda məşhurdur. Qrup albomlarını pulsuz olaraq yayımlayır.
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. == Məlumat == Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor adası
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. == Məlumat == Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Azor antisiklonu
Azor antisiklonu- subtropik antisiklonların biri, atmosferin daimi (dəyişməyən) hərəkət mərkəzidir. A.a. Atlantik okeanının şimal subtropik və tropik enliklərində yerləşir, mərkəzi isə Azor adaları yaxınlığındadır. Mərkəzində təzyiq yanvarda 766 mm, iyulda isə 768mm-dir, A.a. qışda Şim. Afrikaya, yayda isə Orta və Cən. Avropaya çıxıntı verir. Sinonimləri: Axor yüksək təzyiq sahəsi, Azor maksimumu, Şimali Atlantik antisiklonu.
Azor ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Azor cərəyanı
Azor cərəyanı — Atlantik okeanının subtropik qurşağından keçən isti dəniz cərəyanı. Qolfstrim cərəyanının təsiri ilə yaranır. Cənub-Şərqi Azor adalarında bir az soyuyur. Burada onu Kanar cərəyanı qıdalandırır.
Umor xan
Umor xan (bolq. Умор; VIII əsr – 766) — Bulqar xanı. 766-cı ildə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Cəmi 40 gün hakimiyyətdə qalmışdır. Uokil sülaləsindən idi. Barəsində məlumat yox deyiləcək qədər azdır.
Uqor dilləri
Qədim türklər Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə obsk-uroq dillərindən ayrı göstərilmişdir.
İzör (Alye)
İzör (fr. Yzeure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzör kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03321. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12 515 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 7990 nəfər (15-64 yaş arasında) 5334 nəfər iqtisadi cəhətdən fəal, 2656 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 66.8%, 1999-cu ildə 67.1%). 5334 aktiv adamdan 4922 nəfəri (2434 kişi və 2488 qadın), 412 nəfəri işsizdir (203 kişi və 209 qadın). Aktiv olmayan 2656 nəfər arasında 761 nəfər şagird və ya tələbə, 909 nəfər təqaüdçü, 986 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Zor (kənd)
Zor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (hazırkı Ermənistanın Sisyan mahalında) kənd adı. == Tarixi == XX əsrin sonlarından kəndin adı mənbələrdə çəkilmir. Orta əsr erməni mənbələrində bu kəndin adı ilə orada bir nahiyə də Dzork adlandırılır. == Toponimi == Buna əsasən erməni tarixçiləri toponimi erməni mənşəli sayır və dzor-"dərə" sözü ilə bağlayırlar. Lakin bu səhv fikirdir, ona görə ki, mənfi relyef formasını bildirən dzor sözü ayrılıqda nə yaşayış məntəqəsi, nə də inzibati-ərazi vahidi (nahiyə) adına çevrilə bilməz. Azərbaycan dilində "zor" sözü bulaq suyunun gurluğunu bildirmək məqsədilə əsasən bulaq adlarında işlənir (məsələn: Naxçıvanın 16 km-də Köhnə Vayxır kənd xarabalığı yaxınlığında "Yel suyu" adlandırılan "Zorbulaq" bulağı və s; Vayxır toponiminin özü də qədim farsca "xeyirli, yaxşı yer" mə'nasında farsca bah və xar yеr" sözlərindən ibarətdir). Ehtimal ki, Zor toponimi fars dilində zor, zur "qala" sözündən ibarətdir. XIV əsrdən sonra adı Zor Zəngəzur adı ilə əvəz olunur ki, bu da Zəngi (əslən kürd mənşəli) tayfasının adından və Zor toponimindən ibarətdir.
Zor (İğdır)
Zor — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1901-ci ildə Zor adı ilə qaynaqlarında keçsə də 1960-cı ilsə adı yılında Qaraçomaq olaraq dəyişdirilmişdir. Uzun illər bu ad ilə bilinsə də 2014-cü ildə təkrar "Zor" olaraq dəyişdirilmişdir. == Coğrafiyası == İğdırdan mərkəzindən 39 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 570 nəfər kürd yaşayırdı.
Fin-uqor dilləri
Türk mənşəyli . Fin-uqor dilləri (uqro-finadı variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Həsən Təhsin Uzər
Həsən Təhsin Uzər (29 avqust 1877, Saloniki – 3 dekabr 1939 və ya 5 dekabr 1939, Ərzurum), Alban əsilli Türk bürokratı və siyasətçisi. == Həyatı və hərbi xidməti == Həsən Təhsin Uzər Alban Hacı İbrahim Ağa və Xədicə xanımın uşaqları olaraq 1878-ci ildə Selanikdə anadan olmuşdur. Albaniya Şkanderbeqinin son nəsil nəslindən olan ailəsi kökləri, albanların nəcib ailələrindən biri olan Kaştriotiyə əsaslanır. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi. 1897-ci ildə əmlak mühəndisliyini bitirib. İlk dövlət qulluğuna Pruşkan Mahal Müdirliyi ilə başladı. Daha sonra müdirliklərdə çalışdı. 1902-ci ildə Razloq, daha sonra sıra ilə Gevgil, Florina və Kəsəndir valiliyindən ayrıldı. 1913-cü ildə Vanda ilk Qubernator vəzifəsini icra etdi. 1914-cü ildə Ərzurum valisi təyin edildi.
Uqor-Türk müharibələri
Uqor-türk müharibələri (mac. az ugor–török háború) — ilk dəfə Armin Vamberinin Macar və türk-tatar haqqında müzakirələr (mac. Magyar és török-tatár szóegyeztetések) kitabında, dilçilər arasında macar dilinin fin-uqor və ya Türk dillərinə aid olması haqqında akademik debatlar haqqında işlədilmiş ifadə. == Tarix == Vamberi 1870-ci ildə yazdığı kitabı bir sıra mübahisəli elmi işlərinin başlanğıcı olub.
Vayoc dzor mərzi
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir. Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir. == Ümumi məlumat == 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır.Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir. == Yaşayış məntəqələri == 44 yaşayış məntəqəsindən ibarət olan Vayots dzor mərzində bu məntəqələrdən 3-ü şəhər, 41-i isə kənddir.
Vayots dzor mərzi
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir. Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir. == Ümumi məlumat == 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır.Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir. == Yaşayış məntəqələri == 44 yaşayış məntəqəsindən ibarət olan Vayots dzor mərzində bu məntəqələrdən 3-ü şəhər, 41-i isə kənddir.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Azor adaları zəlzələsi (1980)
Azor adaları zəlzələsi (1980) — Portuqaliyanın Azor adalarında 1 yanvar 1980-ci ildə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 41 nəfər ölmüş, 600 nəfər yaralanmış, Terseyra və San Corci adalarında böyük dağıntılar baş vermişdir. Rixter şkalasına görə 7.2 bal gücündə olan zəlzələ Piko və Fayal adalarına da zərər vermişdir. Bu zəlzələ tektonik zonada yaranmışdır. Zəlzələ səbəbi ilə dövrün Portuqaliya prezidenti Ramalyu Eaniş ölkədə 3 günlük matəm elan etmişdir. Portuqaliya Hava Qüvvələri tərəfindən başladılan xilas işlərinə daha sonra başqa qurumlar qatıldı. == Geologiya == Zəlzələ 1950-ci ildən sonra Azor adalarında baş vermiş ən güclü zəlzələdir. Vulkanik mənşəli olan Azor adaları tektonik bir zonada yerləşir.
Deyr əz-Zor mühafazası
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.
Şəhr-i Zor sancağı
Şəhr-i Zor sancağı, Kərkük sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == İnzibati bölgü == Sancaq 6 qəzaya bölünürdü, qəzalar isə 1.150 kəndi əhatə edən 12 nahiyyədən ibarət idi. == Əhalisi == == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Chéhrizor, page 847–865. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Şəhr-i Zor əyaləti
Şəhr-i Zor əyaləti — Osmanlı İmperiyası tərkibində, 1554–1862–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == Mənbə == Глава третья. Шехризурскiй эйалеть, 199–262. // Сiяхэт-намэ-и-худудь. Описанiе путешествiя по турецко-персидской границѣ, составиль Хуршидь–Эфенди, бывшiй секретарь турецкаго комиссара по разграниченiю между Турцiею и Персiею. Сь приложенiемь отчета персидскаго комиссара о томь же путешествiи. С турецкаго и персидскаго перевель М. А. Гамазовѣ. Сь картою. С.–Петербургь: Типографiя О. И. Бакста, 1877, 575 стр.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. == Azotlu birləşmələr == Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. == Şoralar – azot gübrələri == NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. == Azot insan orqanizmində == İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Azoy
Azoy yaxud Azon — İberiyanın əfsanəvi hökmdarıdır. O əfsanəyə görə Makedoniyalı İsgəndər tərəfindən taxta çıxarılmışdır. O I Parnavaz tərəfindən öldürülmüşdür.
Azər
Azər (ay)
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Dyor
Dyör (mac. Győr) — Macarıstanın şimal-qərbində yerləşən, Dyör-Moson-Sopron inzibati bölgəsinin mərkəzi olan şəhər. == Tarixi == Dunay çayı boyunca uzanan bu ərazidə ilk kütləvi məskunlaşma b.e.ə V əsrə təsadüf edir. Dyörün ilk sakinləri keltlər olmuşdurlar. Onlar bu şəhəri “Ara Bona” (sonralar “Arrabona”) yəni “yaxşı qurbangah” adlandırmışdılar. Şəhər VIII əsrə qədər belə adlandırılsa da, alman və slovak dillərində günümüzdə də “Arrabona”nın qısaltması “Raab” adından istifadə olunur. E.ə I əsrdə buraya romalı tacirlər köçmüşdülər. Daha sonra b.e X əsrində Qərbi Macarıstanın şimalı Roma tərəfindən işğal edilərək bu əraziyə Pannoniya adı verildi. V əsrdə slavyanlar daha sonra, lombardlar tərəfindən hücuma məruz qalan şəhərdə VI əsrin sonu ilə IX əsrin əvvəllərində avarlar hökm sürürdü. Artıq IX əsrdə şəhər macar axınlarına məruz qaldı.
Efor
Efor (q.yun. Έφορος; təq. e.ə. 400, Kyme, İzmir ili – təq. e.ə. 330) — məşhur qədim yunan tarixçisi. Eolidanın Kima şəhərində anadan olmuşdur. Təqribən e.ə. 405-330-cu illərdə yaşamışdır. İsokratın şagirdi olan Eforu tarixi tədiqatlarla yönəltmişdi.