Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Kuprey
Kuprey (lat. Bos sauveli) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Kupreyin hündürlüyü 190 santimetrə, çəkisi 900 kiloqrama qədər olur. Təbii şəraitdə ilk dəfə Kupreyləri 1969-cu ildə şəkili çəkilmişdir.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsi ilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Spred
Spred (ing. spread "yayılma") — hər hansı aktiv (səhm, əmtəə, valyuta, fyuçers, opsion) üçün eyni vaxtda satmaq (sahib etmək) və almaq (təklif etmək)sifarişlərinin ən yaxşı qiymətləri arasındakı fərq. Spred sözünə də deyilir: açıq bazarlarda satılan iki müxtəlif oxşar malın qiymətlərindəki fərq (məsələn, müxtəlif markalı neftin qiymətlərindəki fərq); adətən əks istiqamətlərə və/yaxud müxtəlif əsas aktivlərə və/yaxud müxtəlif son tarixlərə malik olan iki açıq mövqedən ibarət sintetik törəmə maliyyə aləti; müxtəlif maliyyə alətləri üzrə gəlirlilik səviyyələrində fərq. == Birja ticarəti == Mübadilə təcrübəsində spredlər pulla deyil, ballarla ölçülür. Məsələn, avronun ABŞ dollarına qarşı cari kotirovkası (EUR/USD) 1,2345/1,2350 kimi göstərilibsə, spred 0,0005 dollar və ya 5 bənd təşkil edəcək. Ballarla ölçülməsi müxtəlif ticarət maddələri üzrə yayılmaları daha müqayisəli edir. Bazar likvidliyini təmin etmək üçün birjalar adətən maksimum yayılma ölçüsü təyin edirlər. Bu limit keçərsə, ticarət dayandırıla bilər. Spred nə qədər kiçik olsa, aktiv bir o qədər likviddir və əksinə. == Sabit spred == Bəzi hallarda, bir bazar operatoru həm alışı, həm də satışı eyni vaxtda təmin etdikdə, kotirovka dəyişdikdə dəyişməyən sabit spred yaradır.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s — düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t — həmin yolu getmək üçün sərf olunan zaman, v — isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Turret
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. == İstinadlar == == Ədəbiyyat == Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Utreht
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. == Əhalisi == 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. == Turizm == Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. == Tarixi == Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Utrext
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. == Əhalisi == 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. == Turizm == Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. == Tarixi == Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Xpert
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı popçu. 2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. == Həyatı == Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. == Fəaliyyəti == === Erkən illəri === === 2009-cu illər === 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. === 2010-cu illər === 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. == Toksiki xassələri == İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
Şpree
Şpre (alm. Spree‎) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. == Keçdiyi yerlər == Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. == Ölçüləri == Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.
10 aprel
10 aprel — Qriqorian təqvimində ilin 100-cü günü. (uzun ildə 101-ci) Bu tarixdə ilin sonuna 265 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1815 — Tambora vulkanı iyulun 15-dək davam edən üç aylıq püskürməyə başlayıb. Püskürmə nəticəsində 71.000 nəfər həlak olmuşdur. === 1901–cari === 1970 — Pol Makkartni şəxsi və peşəkar səbəblərə görə The Beatles-dan ayrıldığını elan edib. 1994 — Nigeriya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2010 — Polşa Hərbi Hava Qüvvələrinə məxsus Tu-154M təyyarəsi Rusiyanın Smolensk yaxınlığında qəzaya uğramışdır. 2020 — Yəməndə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1922 — Suraxanı neft mədənlərində yanğın baş vermişdir.
11 aprel
11 aprel — Qriqorian təqvimində ilin 101-ci günü. (uzun ildə 102-ci) Bu tarixdə ilin sonuna 264 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1961 — Yerusəlimdə Adolf Eyxmanın məhkəməsi başlayıb. 1979 — Uqanda diktatoru İdi Amin devrilib. 2006 — İran prezidenti Mahmud Əhmədinejad İranın uranı uğurla zənginləşdirdiyi iddia edib. 2011 — Minsk metrosunda terror aktı törədilib. === Azərbaycana aid hadisələr === 2018 — Azərbaycanda Prezident seçkiləri keçirilib.
12 aprel
12 aprel — Qriqorian təqvimində ilin 102-ci günü. (uzun ildə 103-cü) Bu tarixdə ilin sonuna 263 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 240 — I Şapur atası I Ərdəşirlə Sasanilər imperiyasının şəriki olub. === 1601–1900 === 1803 — Rusiya ilə Car-Balakən camaatlığı arasında "Andlı öhdəlik" sazişi bağlanmışdır 1961 — Kosmik yarış: Sovet kosmonavtı Yuri Qaqarin kosmosa səyahət edən və Vostok 1-də ilk ekipajlı orbital uçuşu həyata keçirən ilk insan oldu. === 1901–cari === 2020 — San-Tome və Prinsipidə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 2021 — Bakıda Hərbi Qənimətlər Parkının açılışı olmuşdur.
13 aprel
13 aprel — Qriqorian təqvimində ilin 103-cü günü. (uzun ildə 104-cü) Bu tarixdə ilin sonuna 262 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1870 — Nyu-Yorkda Metropoliten muzeyi təsis alınıb.
14 aprel
14 aprel — Qriqorian təqvimində ilin 104-cü günü. (uzun ildə 105-ci) Bu tarixdə ilin sonuna 261 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1912 — Britaniya sərnişin layneri RMS Titanic Şimali Atlantikada saat 23:40-də (15 aprel səhəri batır) aysberqə çırpılıb. 1986 — İndiyə qədər qeydə alınmış ən ağır dolu (1 kiloqram) Banqladeşin Qopalqanc bölgəsinə yağaraq 92 nəfərin ölümünə səbəb olub. 1988 — İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının mərasimində Sovet İttifaqı qoşunlarını Əfqanıstandan çıxarmağa söz verən saziş imzaladı. 2003 — İnsan genomu layihəsi insan genomunun 99%-nin 99,99%-lik dəqiqliklə ardıcıllığı ilə tamamlanıb.
15 aprel
15 aprel — Qriqorian təqvimində ilin 105-ci günü. (uzun ildə 106-cı) Bu tarixdə ilin sonuna 260 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1989 — Hu Yaobanqın ölümündən sonra, Çində Tyananmen meydanı etirazları başlayıb. 2019 — Fransadakı Paris Notr-Dam kilsəsi güclü yanğın nəticəsində ciddi ziyan görüb. === Azərbaycana aid hadisələr === 1989 — Mingəçevir trolleybusu təsis edilib. 1992 — Azərbaycan və Fələstin arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Bakıda Gənclik Mall ticarət mərkəzinin açılışı olub.
16 aprel
16 aprel — Qriqorian təqvimində ilin 106-cı günü. (uzun ildə 107-ci) Bu tarixdə ilin sonuna 259 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1917 — Rusiya inqilabı: Vladimir Lenin İsveçrədəki sürgündən Rusiyanın Petroqrad şəhərinə qayıdıb. 2003 — Maykl Cordan Milli Basketbol Assosiasiyasında sonuncu oyununu keçirib. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr qurulmuşdur. 2004 — Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
17 aprel
17 aprel — Qriqorian təqvimində ilin 107-ci günü. (uzun ildə 108-ci) Bu tarixdə ilin sonuna 258 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1961 — Donuzlar Körfəzi əməliyyatı: CIA tərəfindən maliyyələşdirilən və təlim keçmiş bir qrup kubalı sürgün Fidel Kastronu devirmək məqsədi ilə Kubadakı Donuzlar körfəzinə enmişdir. === Azərbaycana aid hadisələr === 2017 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
18 aprel
18 aprel — Qriqorian təqvimində ilin 108-ci günü. (uzun ildə 109-cu) Bu tarixdə ilin sonuna 257 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1506 — Müqəddəs Pyotr bazilikasının təməl daşı qoyulub. === 1601–1900 === === 1901–cari === 2018 — Svazilend kralı III Msvati ölkəsinin adının Esvatini olaraq dəyişəcəyini açıqladı. === Azərbaycana aid hadisələr === 1940 — Bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur.
19 aprel
19 aprel — Qriqorian təqvimində ilin 109-cu günü. (uzun ildə 110-cu) Bu tarixdə ilin sonuna 256 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1770 — Mariya Antuanetta və Fransa kralı XVI Lüdovikin etibarnamə ilə nikahı olub. === 1901–cari === 1971 — İlk kosmik stansiya olan Salyut 1-in orbitə buraxılışı. === Azərbaycana aid hadisələr === 2002 — Azərbaycan və San-Marino arasında diplomatik əlaqələr qurulmuşdur. 2014 — Şəmkir Beynəlxalq Şahmat Turnirinin açılışı olmuşdur. 2016 — Bakıda Avtovağzal və Memar Əcəmi-2 metrostansiyasının açılışı olmuşdur.
1 aprel
1 aprel — Qriqorian təqvimində ilin 91-ci günü. (uzun ildə 92-ci) Bu tarixdə ilin sonuna 274 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 527 — Konstantinopoldakı Ayasofiya kilsəsində I Yustinian və Teodoranın tacqoyma mərasimi keçirilmişdir. === 1601–1900 === === 1901–cari === 1939 — İspaniya vətəndaş müharibəsi: İspaniya generallisimusu Fransisko Franko respublikaçı qüvvələrin sonuncusu təslim olunduğunu və İspaniya vətəndaş müharibəsinin başa çatdığını elan edib. 1948 — Farer adaları Danimarkadan muxtariyyət alıb. 1953 — Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1977 — Apple şirkəti Stiv Cobs və Stiv Voznyak tərəfindən təsis edilib. 2001 Niderlandda eynicinslilərin nikahı qanuni olmuşdur. Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviç müharibə cinayətlərində ittiham olunaraq mühakimə olunmaq üçün xüsusi polis təyinatlılarına təslim olub.