Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uryadnik
Uryadnik — 1. çar ordusunda: kazak kiçik zabiti; 2. çar Rusiyasında: qəza polisində aşağı rütbə.
Travnik
Travnik (bosn. Travnik, serb. Травник, xorv. Travnik) — Bosniya və Herseqovinada şəhər. Eyniadlı icmanın və Mərkəzi Bosniya kantonunun mərkəzi.
Andrey Stadnik
Andrey Vladimiroviç Stadnik (d. 15 aprel 1982) — Ukraynanı təmsil edən sərbəst güləşçi. Andrey Stadnik Ukraynanı 2008 Pekin Olimpiadasında təmsil etdi və gümüş medal qazandı. == Həyatı == Andrey Stadnik 15 aprel 1982-ci ildə anadan olub. Andrey Stadnikin bacısı Yana Stadnik 48 kiloqram çəki dərəcəsində yarışan güləşçidir. Andrey Stadnik 2007-ci il 25 dekabrda Azərbaycanlı güləşçi Mariya Stadnik ilə ailə həyatı qurdu; İqor (d. 2010) adlı bir oğlu və Mia (d. 2013) adlı bir qız övladı var. == Karyerası == Andrey Stadnik 2008-ci ildə Ukraynanın bayrağı altında Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına qatıldı. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Andrey Stadnik finala gədər Birləşmiş Ştatların güləşçisi Douq Şvabı 6:0, Hindistanlı Suşil Kumarı 8:1, Belaruslu Albert Batırovu 8:6 və Qazaxıstanlı Leonid Spiridonovu 3:0 hesabları ilə məğlub etdi.
Mariya Stadnik
Mariya Vasili qızı Stadnik (ukr. Марiя Василiвна Стадник; qızlıq soyadı Стаднiк; 3 iyun 1988, Lvov) — 2007-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən qadın güləşçi. Azərbaycan idmanı tarixinin ən titullu idmançılarından biri. Dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biri. Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik, 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İço və Saori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir. Mariya Stadnik güləş üzrə Dünya Çempionatlarında isə altı dəfə medallara sahib olub. 2009-cu ildə Herninqdə, 2019-cu ildə isə Nur-Sultanda Dünya Çempionatının qalibi olan Mariya Stadnik, üç dəfə — 2011, 2015 və 2018-ci illərdə final görüşlərində məğlub olaraq turnirin gümüş medallarını qazanıb.
Vladimir Kramnik
Vladimir Kramnik (rus. Влади́мир Бори́сович Кра́мник; 25 iyun 1975, Tuapse, Krasnodar diyarı) — rus şahmatçısı, qrosmeyster, 2000-ci ildən 2006-cı ilədək Klassik Dünya Çempionu, 2006-cı ildən 2007-ci ilədək Dünya Çempionu. 2000-ci ildə Londonda Harri Kasparova 16 oyunluq bir maçta qalib gəlmişdir. Bu maç FİDE üçün rəsmi dünya çempionatı sayılmasa da ümumi olaraq 2000-ci ildə Kramnik dünya çempionu hesab edilmiş, Kasparov bu maçdan bir qədər sonra 2005-ci ildə şahmatı buraxdığını açıqlamışdır. == Naliyyətləri == Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır. Avropa (1992) və Dünya (2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır. Kramnik sonuncu Şahmat üzrə Dünya Kubokunun qalibidir (2013). İki dəfə (2000, 2006) Şahmat Oskarına layiq görülmüşdür. Əhəmiyyətli turnirlərdə ilk ən böyük uğuru 1992-ci ildə Manilada keçirilən 33-cü Şahmat Olimpiadasında Rusiya komandasının birinci ehtiyat oyunçusu kimi qızıl medal qazanması olmuşdur. O zaman onun seçilməsi birmənalı qarşılanmamışdı, çünki 16 yaşı vardı və qrosmeyster deyildi, lakin bu seçimi Harri Kasparov dəstəklədi.
Mirça Rednik
Mirça Rednik rum. Mircea Rednic — Rumıniyalı futbol mütəxəssisi == Həyatı == Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hunedoara bölgəsində anadan olub. == Futbolçu karyerası == 21 illik (1979-2000, 555 oyun, 32 qol) futbol karyerası boyu müdafiəçi mövqeyində çıxış edən Rednik vətənində Buxarestin "Dinamo", "Rapid", Türkiyədə "Bursaspor", Belçikada "Standard" kimi klublarda oynayıb. O, bu müddətdə Rumıniyada 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku, 1 dəfə Superkubok, 1 dəfə isə Belçikada ölkə kubokunu qazanıb. Rednik Rumıniya yığmasında çıxış etdiyi 10 ildə (1981-1991) 83 oyuna 2 qol vurub. == Məşqçilik karyerası == Məşqçilik karyerasına 2000-ci ildə "Rapid"də başlayan Rednik 3 müxtəlif vaxtda (2002, 2002-2003, 2007-08) onu çalışdırıb. O, vətənində "Bakeu" (2001), "Universitatya" (2004-05), "Vasluy" (2005), "Dinamo" klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın "Əl-Nəsr" (2004), Rusiyanın "Alaniya" klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb.
Qranik döyüşü
Qranik döyüşü - e.ə. 334-cü ildə Makedoniyalı İskəndərlə Dara arasında ilk döyüş. Qranik çayı sahilində baş vermiş döyüşdə İskəndər Kiçik Asiya satrapının ləng hərəkət muzdur döyüşçü lərini məğlub etmişdir. Döyüşdən sonra makedoniyalılar xeyli qənimət əldə etmiş və Anadolunun içarilərinə doğru irəliləmişdir. Və bu döyüşdə Dara həlak olur İskəndər qalib gəlir.
Uqanik adası
Uqanik adası (ing. Uganik) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak arxipelaqına daxil olan ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. Kadyak adasının şimal-qərb sahili yaxınlığında yerləşir. Kadyak Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsidir. İlk dəfə 1805-ci ildə rus səyyahı Yuri Lisyanski tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Adanın uzunluğu təxminən 25 km, eni isə 8 km-dir. Sahəsi 146,7 km²-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 219 m yüksəklikdədir. Adanın daimi əhali yoxdur.
Uranın peykləri
Uranın peykləri — Uranın 27 peyki var. Ən böyüyü Titaniadır.
Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həmdə Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Radik İsayev
Radik İsayev (doğum adı: Əbdürrəhim Vələddinoviç İsayev) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır. İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Radik İsmayılov
İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır.2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur. == Elmi əsərləri == Hərbi konfliktlərin işıqlandırılması // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003 Savaş jurnalistləri "ordusuna" peşəkar əsgərlər gərəkdir // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları.
Ranik Halle
Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905, Bakı – 20 may 1987, Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur. == Həyatı == Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur .
Ambriel (Uranın peyki)
Ambriel — Uranın peyklərindən biri; 1851-ci il oktyabrın 24-də Villiam Lassell tərəfindən kəşf edilmişdir. Ariel ilə eyni zamanda kəşf edilmiş və Aleksandr Papanın "The Rape of the Lock" adlı əsərindəki bir obrazın adını daşıyır. Ambriel əsasən sərt suxurlara malik buzdan ibarətdir, ehtimal ki, bərk nüvəyə və buzlu mantiyaya malikdir. Ambrielin səthi digər Uran peyklərinə nisbətən daha qaranlıqdır və əsasən kənar təsirləri nəticəsində formalaşmışdır. Lakin, kanyonların mövcudluğu erkən endogen prosesləri büruzə verir və peykin köhnə səthinin məhv olmasına səbəb olan erkən endogenetik əsaslı bir səth yenilənmə hadisəsinə məruz qalmış olması ehtimal edilir. Ambriel, diametri 210 km-ə (130 ml) çatan çoxsaylı zərbə kraterləri ilə əhatə olunmuşdur, Oberondan sonra Uranın ikinci ən çox kraterli peykidir. Ən görkəmli səth xüsusiyyəti Vunda kraterinin zirvəsində parlaq bir materialdır. Bu peyk, Uranın bütün peykləri kimi, ehtimal ki, meydana gəlməsindən sonra planetin ətrafını əhatə edən akressiya diskindən meydana gəlmişdir. Uran sistemi 1986-cı ilin yanvarında Voyager 2 kosmik gəmisi tərəfindən yalnız bir dəfə tədqiq edilmişdi. Ambrielin bir neçə şəkli çəkilmişdir ki, bu da peykin səthinin təxminən 40%-i əhatə edirdi.
Ariel (Uranın peyki)
Ariel — Uranın məlum olan 27 peykinin dördüncüsüdür. Ariel öz oxu ətrafında fırlanır və Uranın ekvatorial sahəsində dolanır, belə ki onun orbiti Uranın orbitinə demək olar ki perpendikulyardır və bu səbəblə həddindən artıq mövsümi dəyişikliyə malikdir. O, 1851-ci ilin oktyabrında William Lassell tərəfindən kəşf edilmişdir və ədəbiyyatında iki ayrı ədəd ilə xarakterizə edilir. 2017-ci ilə qədər, Ariel haqqında məlumatlarının əksəriyyəti Uranın 1986-cı ildə "Voyager 2" kosmik aparatı vasitəsiləalçaqdan uçuşlarından əldə edilmişdi və peykin səthinin təxminən 35% -nə təsvir edilmişdir. Uranın orbitləri və zoldlanması kimi müxtəlif konsepsiyalar zaman-zaman təklif olunmasına baxmayaraq, bu peykin müşahidə etmək üçün hələ də aktiv plan yoxdur. Mirandadan sonra, Ariel Uranın beş əsas dairəvi peykinin ikinci ən kiçiyi və öz planetinə ən yaxın ikinci peykdir. Günəş sisteminin 19 ən məşhur dairəvi peyklərindən biri olub (diametr üzrə 14 sıradadır) təxminən bərabər hissələrdə buz və qayalı materiallardan ibarətdir. Onun kütləsi təxminən Yerin hidrosferinə bərabərdir. Bütün Uran peykləri kimi, Ariel, ehtimal ki, planetin meydana gəlməsindən qısa müddət sonra onu əhatə edən akkresiya diskindən formalaşmışdır və digər böyük peyklərə oxşardır, ancaq buzlu mantiya ilə əhatələnmiş sərt nüvəyə malik olması ilə fərqlənir. Ariel qoruqlar, kanyonlar və silsilələr sistemi ilə çarpaz kəsilmiş geniş krateri ərazilərdən ibarət olan mürəkkəb səthə malikdir.
Desdemona (Uranın peyki)
Desdemona (ing. Desdemona) Uranın daxili peyklərindən biridir. O, Voyecer 2-nin 1986 13 yanvar tarixindəki uçuşu nəticəsində əldə edilən şəkillər vasitəsilə kəşf edilmiş və qısa müddətliyinə S/1986 U 6 adı verilmişdi. Desdemona adı isə Uilyam Şekspirin Otello tamaşasındakı Otello obrazının həyat yoldaşından götürülmüşdür. Digər bir adı X Urandır.Desdemona Bianka, Kressida, Cülyetta, Portia, Rozalind, Kupid, Belinda və Perditanın da daxil olduğu peyklərin Portia qrupuna aid olunur. Bu peyklərin bir birlərinə bənzəyən orbitləri və fotometrik xüsusiyyətləri var. Desdemona haqqında orbiti, 32 km-lik radiusu və 0.08-lik geometrik albedosu xaricində, demək olar ki, əhəmiyyətli heç nə bilinmir. Voyacer 2-dəki şəkillərdə Desdemona uzunsov və əsas oxu Urana tərəf yönələn cisim kimi görünür. Səthi bozumtul rəngdədir.Qarşıdakı 100 milyon il içərisində Desdemonanın ona yaxın yerləşən Kressida və Cülyetta peykləri ilə toqquşması gözlənilir.
Kupid (Uranın peyki)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb.Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür.Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi. XXVII Uran olaraq da adı qeyd olunur. Asteroid olan 763 Kupido ilə qarışdırılmamalıdır.
Oberon (Uranın peyki)
Oberon — Günəş sistemində Uran planetinin peykidir.