Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Azərbaycan SSR neft ustası
Azərbaycan SSR neft ustası (azərb-kiril. Азәрбајҹан ССР нефт устасы) — Azərbaycan SSR-də neft sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR neft ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 19 avqust 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri adla Azərbaycan SSR-in neft sənayesi sahəsində ən yeni texnikanı tətbiq etmək, əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, görkəmli ixtiraçılıq fəaliyyəti göstərmək istiqamətində fərqlənmiş neft sənayesi fəalları (staxanovçular), eləcə də mühəndis-texniklər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR pambıq ustası
Azərbaycan SSR pambıq ustası (azərb-kiril. Азәрбајҹан ССР памбыг устасы) — Azərbaycan SSR-də pambıq sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Əsasnaməsi == "Azərbaycan SSR pambıq ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 23 may 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri adla Azərbaycan SSR-in pambıqçılıq sənayesində ən yeni aqrotexnikanı tətbiq edən, pambıq yığmaq işində xüsusilə fərqlənən kolxozçular, sovxoz fəhlələri, kənd təsərrüfatı mütəxəssisləri, elmi-tədqiqat pambıqçılıq və təcrübə idarələrinin işçiləri, eləcə də yüzsentnerçilər yarışında iştirak edənlər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Eldar Əliyev (balet ustası)
Eldar Əliyev (1957, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı balet ustası, Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri. == Həyatı və sənət fəaliyyəti == Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966–1975-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil almışdır. 1974-cü ildən Bakı Opera və Balet teatrında çalışmağa başlamış, 1975-ci ildə Xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutmuşdur. 1979–1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olmuş, "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Sonalar gölü" kimi klassik baletlərdə aparıcı partiyaları ifa etmişdir. 1988-ci ildə Yuri Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada, Böyük teatrın səhnəsində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baletində Fərhad obrazını canlandırmışdır. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış etmişdir. 1991–1992-ci illərdə "Kirov teatrının və Böyük teatrın ulduzları" adlı 8 nəfərlik truppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olmuşdur. 1992-ci ildə "Indianapolice Ballet Theatre"nin dəvəti ilə ABŞ-yə köçmüş və 1994-cü ildən 2005-ci ilədək "Ballet Internationale" adlı truppanın rəhbəri olmuşdur. 1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınadı və Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verdi.
Azərbaycanın Əməkdar İdman ustası
"Ağ qızıl" ustası (film, 1972)
"Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film. Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
Azərbaycan SSR tətbiqi incəsənət ustası
Azərbaycan SSR tətbiqi incəsənət ustası (azərb-kiril. Азәрбајҹан ССР тәтбиги инҹәсәнәт устасы) — 7 may 1960-cı ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən Azərbaycan SSR-də tətbiqi incəsənətin inkişafında xüsusi xidmətləri olan ən tətbiqi incəsənət xadimlərinə verilirdi. == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938–1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.