Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ustritsa
Stridiya — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir Stridiya suyun tempraturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə mln yumurta verir. Stridiyaların çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir.
Aktrisa
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Litrisa
Litrisa (lat. Litrisa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Litrisa carnosa SmallSinonim Carphephorus carnosus (Small) C.W.James Trilisa carnosa (Small) B.L.Rob.
İstriya
İstriya (xorv. Istra, sloven. Istra, it. Istria) — Adriatik dənizində yarımada. Xorvatiyanın şimal-qərb hissəsində yerləşir. Yarımadanın az bir hissəsi Sloveniyaya və İtaliyaya məxsusdur. == Ümumi məlumat == Adriatik dənizinin ən böyük yarımadalarından biridir. Yarımadanın şimal-qərbində Triest körfəzi, şərqində isə Kvarner körfəzi yerləşir. Sahillərində olan iri xorvat şəhərləri: Pula — 57 460 nəfər (2011), Rovin — 13 647, Poreç — 10 448, Labin — 7 904, Opatiya — 7 850, Umaq — 7 769, Oazin — 4 986. Adriatik sahillərində yarımadaya yaxın ərazidə Xorvatiyanın üçüncü ən böyük şəhəri olan Rieka yerləşir.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Utria
Utria (fr. Outriaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01282. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi.
Aktrisa (dəqiqləşdirmə)
Aktrisa
Litrisa carnosa
Litrisa (lat. Litrisa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Litrisa carnosa SmallSinonim Carphephorus carnosus (Small) C.W.James Trilisa carnosa (Small) B.L.Rob.
Luştisa yarımadası
Luştisa (mont. Luštica, serb. Луштица) — Adriatik dənizinə daxil olan Kotor körfəzində, Monteneqro qərbində qərarlaşan yarımada. Maksimal hündürlüyü 582 m olan Obosnik dağıdır (mont. Obosnik / Обосник). == Coğrafiyası == Yarımada Adriatik dənizi ilə Tivat körfəzi arasında qərarlaşır. Yarımadada yerləşən meşəliklərdə çöl donuzu, manqust, Çaqqal, quşlardan Çay qaraquşu və bülbül yayılmışdır. Meşəliklərdə avropa zeytunu üstünlük təşkil edir. Burada bir necə iri yaşayış məntəqəsi vardır ki, onların da ən böyüyü Kraşiçidir. == Tarixi == Tarixi boyu yarımada böyük əhəmiyyət kəsb etmişdir.
Mandakini (aktrisa)
Mandakini (hind मन्दाकिनी, ing. Mandakini, əsl adı — Yasmin Cozef (ing. Yasmeen Joseph; 30 iyul 1969 və ya 30 iyul 1963, Merath, Uttar Pradeş) — aktrisa. == Həyatı == Anası Kayna Manqu müsəlman-hindli, atası Hindistanda doğulmuş Ceng Cozef katalik-ingilisdir. == Filmoqrafiya == Qanq, sənin suların bulanıb (film, 1985) / Ram Teri Ganga Maili Məhəbbət toru (film, 1986) / Jaal == İstinadlar == == Xarici keçidlər == Mandakini (aktrisa) — IMDb səhifəsi Vikianbarda Mandakini (aktrisa) ilə əlaqəli mediafayllar var. Мандакини на VIAF Мандакини на GND. Мандакини Arxivləşdirilib 2014-02-17 at the Wayback Machine // The price of fortune Мандакини Arxivləşdirilib 2013-07-07 at the Wayback Machine // The times of India Мандакини // The times of India Мандакини // archive.mid-day.com Мандакини Фотографии и информация о Мандакини на сайте "Индия ТВ" Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine Интервью Мандакини на сайте "Индийские песни. Ru". 8.3.2010 Интервью Мандакини на сайте "Индийские песни. Ru".
Mümtaz (aktrisa)
Mümtaz (Hindcə: मुमताज़ Ərəbcə: ممتاز) (31 iyul 1947, Bombey, Britaniya Hindistanı) — Hindistan aktrisası. == Həyatı == Mümtaz 31 iyul 1947-ci ildə Hindistanın Mumbay şəhərində doğulub. 1961–1963-cü illərdə 6 filmə çəkilmişdi.
Nanda (aktrisa)
Nanda (ing: Nanda, 8 yanvar 1939, Kolhapur, Britaniya Hindistanı – 25 mart 2014, Mumbay) – hindistanlı aktrisadır. Az qala 40 illik karyerası ərzində hindi və marathi dillərində 70-ə yaxın filmə çəkilib. Ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Filmfare” mükafatı laureatı olub. Nanda 8 yanvar 1939-cu ildə Kolhapur şəhərində marathi dilində danışan ailədə anadan olub. Atası tanınmış aktyor və rejissor Vinayak Damodar Karnataki (Master Vinayak) anası aktrisa Minaşki olub. Nanda səkkiz yaşında olanda atasını itirib. Ailənin dolanması üçün uşaq yaşlarından kinoya çəkilib. Karyerasının əvvəlində Bebi Nanda adı altında “Mandir” (1948) və “Jagriti” (1954) filmlərində rol alıb. İlk böyük rolunu 1956-cı ildə əmisinin “Toofan Aur Deeya” adlı filmində oynayıb. Daha çox “Toz içində çiçək” (1959) və “Qara bazar” filmlərində oynadığı ikinci plan rolları ilə yaddaşlarda qalıb.
Ostruşa nunatakı
Ostruşa nunatakı (bolq. нунатак Оструша, ‘Nunatak Ostrusha’ \'nu-na-tak o-'stru-sha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1100 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir.Nunatak Frakiya kurqanı olan Ostruşanın adını daşıyır. == Yerləşməsi == Ostruşa nunatakı 77°26′20″ c. e. 85°30′50″ q. u. koordinatlarında yerləşmişdir. Mogensen dağından 16.75 km şimal-şərqdə, Veems dağından 12.43 km şimal-şərqdə, Bohot nunatakından 5.27 km cənub-şərqdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.
Patrişa Morison
Patricia Morison amerikalı mezzo-soprano ifaçı, aktrisa, artist.
Quercus austrina
Quercus austrina (lat. Quercus austrina) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rosa istrica
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Aida Hüseynova (aktrisa)
Aida Baloğlan qızı Hüseynova (1962) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Aida Hüseynova 1962-ci ildə anadan olub. 1981-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. 1996-cı ildən hal-hazıradək Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləyir. Kollektivdə işlədiyi müddətdə Dövlət tədbirlərində, səyyar konsertlərdə uğurla çıxışlar edib. Kapellanın yüksək kateqoriyalı artistlərindən biridir. Bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Aktrisa (film, 2011)
Aktrisa filmi rejissor Rövşən İsax tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Pozitiv Mediya" Prodüser Mərkəzində istehsal edilmişdir. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Filmdə əsas rolları Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax və Şövqi Hüseynov ifa edirlər. == Məzmun == Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq Eldar Əfəndiyev (Rövşən İsax) inanır ki, bu qətllərin üstünün açılması bir şifrənin tapılmasından asılıdır.Bankir Vaqif Fətəliyev (Fuad Poladov) öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rövşən İsax Əsər müəllifi: İlqar Fəhmi Ssenari müəllifi: İlqar Fəhmi, Rövşən İsax Operator: Rövşən Quliyev Rəssam: Mustafa Mustafayev Geyim rəssamı: Gülnarə Xəlilova Bəstəkar: Vasif Arifoğlu, Nazim Əhmədov === Rollarda === Fuad Poladov — Vaqif Fətəliyev Alesa Kaçer — Lalə Fətəliyeva İlham Hüseynov — Rüfət Hüseynzadə Rövşən İsax — Eldar Əfəndiyev Şövqi Hüseynov — Murad Babayev Rəşad Səfərov — Səməd Orucov Məlahət Əhmədova — qulluqçu Zəhra Həsənova Hicran Nəsirova — aşpaz Xədicə Qulamova Salam İsmayılov — bağban Kərim Həsənov Aydın Əliyev — kriminalist Elay Xasıyev — Süleyman Günel Məmmədova — Rəna Natella Kərimova — katibə Elnar Qarayev — əməliyyatçı Yuri Baliyev — baş prokuror Vaqif Şərifov — mühasib Gülnarə Xəlilova — televiziya aparıcısı == İstinadlar == == Mənbə == Xəlilzadə, F. "Hörümçək toru"nun sirri: Yeni filmlər: [Teatr Xadimlər İttifaqında quruluşçu rejissoru Rövşən İsax olan "Aktrisa" bədii filminin təqdimat mərasimi keçirildi] //Azərbaycan.- 2011.- 12 mart.- S. 7. Zümrüd. “Aktrisa" bədii filminin təqdimatı: [Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Media" prodüser mərkəzində istehsal olunmuş eyni adlı film rejissor Rövşən İsaxın quruluşunda] //Səs.- 2011.- 4 mart.- S. 12.
Austriya Vyana FK
== İstinadlar ==
Austriya Zalsburq FK
Austriya Zalsburq FK — 1933-cü ildə Zalsburqda qurulan Avstriya futbol klubu. Ev oyunlarını 1500 nəfərlik UFC-Platz stadionunda keçirir. Komandanın hazırkı baş məşqçisi Auqust Koflerdir.
Devon (porno aktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsidir. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır.İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır. Daha sonra "Digital Playground" Devonla 2004-cü ildə müqavilə imzalamışdır.
Dilarə Əliyeva (aktrisa)
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005), == Həyatı == Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
Elen Donnelli (aktrisa)
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elmira Kərimova (aktrisa)
Elmira Kərimova (9 oktyabr 1972, Sumqayıt) — Azərbaycanın teatr və kino aktrisası, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməktar artisti. Sumqayıt Dövlət Dram Teatrının aktrisası.Prezident mükafatçısı. == Həyatı == Kərimova Elmira Nəsir qızı 1972-ci il, oktyabr ayının 9-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıt şəhər 27№-li orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə orta təhsilini başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinə qəbul olmuş, 1996-cı ildə "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə tam kursu bitirmişdir.1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçmüşdür. 1999-cu ildən 2013-cü ilin avqust ayına qədər C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrda çalışmaqla yanaşı, 2006-cı ilin dekabr ayının əvvəlindən 2015-ci ilin oktyabr ayının 23-nə qədər Naxçıvan Dövlət Uşaq Teatrında direktor vəzifəsində çalışmışdır. 2015-ci il, dekabr ayının 1-dən etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb.2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor heyətinə qəbul edilib. == Mükafatları == 2004-cü il 19 May tarixində Naxçıvan Muxtar Respublikasının əməktar artisti;2008-ci il 25 Sentyabr tarixində isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2006-cı ildə ,2011-ci ildə və 2018-ci ildə Prezident mükafatına layiq görülüb. == Ailəsi == 1993-cü ildə teatr aktyoru və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Səmavi(1968-2021) ilə ailə həyatı qurmuşdur.İki övladı var.
Hüsniyyə Əhmədova (aktrisa)
Hüsniyyə Əhmədova (tam adı: Hüsniyyə Abid qızı Əhmədova; 26 oktyabr 1971) — Azərbaycan aktrisası. == Həyatı == Hüsniyyə Əhmədova 1971-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Astara rayonunda doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2002-ci il martın 1-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Nigar - («Yeddi məhbusə», Ə.Əmirli) 2. Keti - («Tədbirə qarşı tədbir», V.Şekspir) 3. Ellada - («İntihar», V.Səmədoğlu) 4. Ana - («Vicdanın hökmü», H.Mirələmov) 5.