Aktrisa filmi rejissor Rövşən İsax[1] tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Pozitiv Mediya" Prodüser Mərkəzində istehsal edilmişdir. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Filmdə əsas rolları Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax və Şövqi Hüseynov ifa edirlər.
Aktrisa | |
---|---|
Janr |
dram cinayət triller |
Rejissor | Rövşən İsax |
Əsərin müəllifi | İlqar Fəhmi |
Ssenari müəllifləri |
İlqar Fəhmi Rövşən İsax |
Baş rollarda |
Fuad Poladov Alesa Kaçer İlham Hüseynov Rövşən İsax Şövqi Hüseynov |
Operator | Rövşən Quliyev |
Bəstəkarlar |
Vasif Arifoğlu Nazim Əhmədov |
Rəssamlar |
Mustafa Mustafayev (dekorator rəssam) Gülnarə Xəlilova (geyim rəssamı) |
İstehsalçı | "Pozitiv Mediya" Prodüser Mərkəzi |
İlk baxış tarixi | 5 mart 2011 (Azərbaycan Teatr Xadimləri İttifaqı) |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 97 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli |
IMDb | ID3105846 |
Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq Eldar Əfəndiyev (Rövşən İsax) inanır ki, bu qətllərin üstünün açılması bir şifrənin tapılmasından asılıdır.[2]
Bankir Vaqif Fətəliyev (Fuad Poladov) öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir.