Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luteran
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Qucərat
Qücərat (qüc. ગુજરાત; hind. गुजरात; ing. Gujarat) — Hindistanın qərbində ştat. Mərkəzi — Qandinigar şəhəridir, Böyük şəhəri — Əhmədabad. 2011-ci il məlumatlarına görə əhalisi 60 383 628 nəfər (ştatların arasında 10-cu yer.). == Tarixi == Qücəratın Solanki sülaləsi 960-cı ildən 1243-cü ilədək bu ştatı idarə etmişdi. Sultan Mahmud Qəznəvi 1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qücərat əyalətlərini Qəznəvilər dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Xələclər sülaləsindən Sultan Cəlaləddin Firuz şah 1290–cı ildən sonra Hindistanın əksər əyalətlərini ələ keçirməyə başladı.
Utreht
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. == Əhalisi == 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. == Turizm == Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. == Tarixi == Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Utrext
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. == Əhalisi == 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. == Turizm == Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. == Tarixi == Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
UTECA
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Stera Ewart == Növləri == Cratystylis centralis Albr.
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Qucərat dili
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Qücərat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. == Tarixi == 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Utrext FK
Utrext Futbol Klubu (Niderlandca tələffüz: [ɛfˈseː ˈytrɛxt]) — 1 iyul 1970-ci ildə təsis olunmuş və Utrext şəhərini təmsil edən peşəkar futbol klubudur. Klubun rəngləri ağ və qırmızıdır.
Utrext Universiteti
Utrext Universiteti (nid. Universiteit Utrecht) — Niderland Krallığında, Utrext şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Niderlandın böyük dövlət universitetlərindən biri olan bu ali məktəbin qədim bağları, binaları, yaxınlıqdakı küçələrin adları onun zəngin tarixə malik olmasının sübutudur. == Tarixi == Qədim tarixə malik olan Utrext Universitetinin yaranması 1636-cı ilə təsadüf edir. Amma hələ 695-ci ildə İrland keşişi Villibrord Utrext şəhərində keşiş yetişdirən məktəb yaratmağı təklif etmişdir. Onun bu şəhərdə yaratdığı seminariya kilsə ilə əlaqəli fəaliyyət göstərir və sonradan Domskul - Kilsə Məktəbi adlandırılır. 1634-cü ildə Utrext Şəhər Şurası "Şöhrətləndirilmiş məktəb" adlı ali məktəb açır. 26 mart 1636-cı ildə həmin məktəb Utrext Universitetinə çevrilir və elmi dərəcə vermək hüququ qazanır. Universitetdə dörd fakültə (fəlsəfə, hüquq, ilahiyyat, tibb) yaradılır. Fəaliyyətinin ilk vaxtlarında universitetin yeddi müəllimi və onlarca tələbəsi olur.
Utrext birliyi
Utrext birliyi və ya Utrext uniyası(nid. Unie van Utrecht) — Niderlandın şimal əyalətlərinin İspan hökmranlığına və Katolik İspaniyanı dəstəkləyən Valloniyada yaradılan Arras Birliyinə qarşı hərbi-siyasi birləşməsi . Ölkənin şimalında müstəqil bir dövlət qurmağın təməlini qoydu. Əyalətlər birliyi 23 yanvar 1579-cu ildə Utrextdə bağlanıldı. Utrext birliyi müəyyən dərəcədə yeni bir qanunun aliliyi üçün əsas rolunu oynadı — Birləşmiş Əyalətlər Respublikası. == Tarixi == Niderlandın əvvəlcə beş daha sonra yeddi şimal vilayətlərini birləşdirən hərbi-siyasi ittifaq. 23 yanvar 1579-cu ildə cənub əyalətlərinin Arras uniyasına cavab olaraq yaradılmışdır. Utrext Uniyası İspaniyanın Niderlandda ağalıq cəhdlərinə və daxili feodal katolik irticasına qarşı yönəlmişdir. Utrext Uniyasına Flandriya və Barbant şəhərləri də qoşuldular. Birləşmiş Əyalətlər Respublikasının müstəqil dövlət mövcudiyyətinin əsasını qoydu.
Utrext sülhü
Utrext sülhü — Yeddi Birləşmiş Əyalət Respublikasının Utrext şəhərində 1713-cü il aprel və 1715-ci fevral ayları arasında İspaniya mirası uğrunda müharibədə döyüşən tərəflər arasında imzalanmış sülh müqaviləsi. II Karlos 1700-cü ildə uşaqsız ölməmişdən əvvəl, Fransadakı nəvəsi V Filippi özünün son vəsiyyətinə əsasən varisi olaraq təyin etdi. Bununla birlikdə V Filip Fransız şahzadəsi idi, XIV Lüdovikin nəvəsi idi və eyni zamanda Fransız taxtınada namizəd idi. Avropadakı digər böyük dövlətlər iki güclü dövlətin potensial birliyinə dözmək istəmirdilər. Əslində, müqavilələr, Fransanın və İspaniyanın birləşməməsini təmin edən digər zəruri təminatlarla birlikdə Avropadakı güc balansını qorumaq şərtilə, Fransız taxtına olan iddiasından da imtina etməsi müqabilində V Filipin İspan taxtını almasına icazə verdi. İspaniya, Böyük Britaniya, Fransa, Portuqaliya, Savoy hersoqluğu və Hollandiya Respublikası da daxil olmaqla bir sıra Avropa dövlətləri arasındakı müqavilələr müharibənin sona çatmasına kömək etdi. Müqavilələr, Fransadan XIV Lüdovikin nümayəndələri və bir tərəfdən nəvəsi V Filipp ilə Böyük Britaniyadan Anna Stüart, Sardiniyalı II Viktor Amadey, Portuqaliyadan V Juan və digər tərəfdən Hollandiyanın Birləşmiş Vilayətlərinin nümayəndələri arasında bağlandı. Fransa kralı sülaləsi üçün İspan tacını təmin etsə də, XIV Lüdovikin davamlı müharibələrində ifadə edilən Avropadakı Fransız hegemonluğunun sona çatmasına dair müqavilələr,güc balansına əsaslanan Avropa sisteminə yol açdı . İngilis tarixçisi G. M. Trevelyan iddia edir: XVIII əsr sivilizasiyasının sabit və səciyyəvi dövründə bağlanmış bu müqavilə, köhnə Fransa monarxiyasından Avropa üçün təhlükənin sonunu və bu ümumilikdə dünya üçün daha az əhəmiyyət kəsb edən bir dəyişikliyi - Böyük Britaniyanın dəniz, ticarət və maliyyə üstünlüyünü qeyd etdi. Başqa bir davamlı nəticə,orijinal Burbon Evi Fransada çoxdan devrilsədə,İspan Burbon sülaləsinin yaradılması idi.
Utrext vilayəti
Utrext (nid. Utrecht) — Niderlandın mərkəzi ərazisində yaşayışa görə ən kiçik əyalət. == Coğrafiyası == == Tarixi == == Bələdiyyələr == Utrext əyaləti 26 bələdiyyədən ibarətdir. == İstinadlar == Vikianbarda Utrext əyaləti ilə əlaqəli mediafayllar var.
Utrext Şəbəkəsi
Utrext şəbəkəsi (ing. Utrecht Network) — Avropanın universitet şəbəkəsi. Mənzil-qərargahı Böyük Britaniyanın Kinqston-apon-Hall şəhərində yerləşir. Prezidenti Sabine Pendldır. == Tarixi və fəaliyyəti == 1987-ci ildə qurulan bu şəbəkə yay məktəbləri təşkil edir, tələbə və kadr mübadiləsi həyata keçirir və birgə dərəcə ilə ali təhsil beynəlxalq yaradır. == Üzvləri == 2015-ci ilin iyul ayına olan məlumata görə şəbəkəyə 27 ölkədən 32 ali məktəb üzvdür.
Utrext əyaləti
Utrext (nid. Utrecht) — Niderlandın mərkəzi ərazisində yaşayışa görə ən kiçik əyalət. == Coğrafiyası == == Tarixi == == Bələdiyyələr == Utrext əyaləti 26 bələdiyyədən ibarətdir. == İstinadlar == Vikianbarda Utrext əyaləti ilə əlaqəli mediafayllar var.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Əhmədabad (Qucərat)
Əhmədabad (ing. Ahmedabad); Hindistanın Qücərat ştatının ən böyük şəhəri və keçmiş paytaxtıdır. Əhmədabadın əhalisi 5,633,927 adamdan ibarətdir (2011-ci ilə görə) və bu Əhmədabadı adam sayına görə beşinci şəhər edir. Qandinaqardan 30 km uzaqlıqda yerləşir.
Berat Albayrak
Berat Albayrak (türk. Berat Albayrak; 1 yanvar 1978, İstanbul) — Türk iş adamı və siyasətçisi. Türkiyə hökumətində Türkiyənin Enerji Naziri və Maliyyə Naziri vəzifələrini daşıyıb. Albayrak Çalık Holdinqin rəhbəri vəzifəsində də çalışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Albayrak 2015-ci ilin iyun ayında və 2015-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə Ədalət və İnkişaf Partiyasından millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. == Həyatı == Berat Albayrak 1 yanvar 1978-ci ildə İstanbulda anadan olub. Beratın atası Sadık Albayrak siyasətçi və jurnalist, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostudur. Berat İstanbul Universitetinin Biznesin İdarəedilməsi Fakültəsini bitirib. 1999-cu ildən Çalık Holdinqdə çalışmağa başlamışdır.