Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
GTİL
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Rutil
Rutil — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İlmenorutil (14-20% Nb2O5 və 11-14% Fe2O3); niqrin ( ~11% Fe); strüverit (15,44 % Ta2O5 və 8,64 % Nb2O5). == Xassələri == Rəng – qırmızı, qırmızımtıl - qəhvəyi, qırmızımtıl-qonur, qonur, qonuru-sarı, qara, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – sarıdan açıq qəhvəyiyədək, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal, almaz; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf, nazik qırıntıları işıq keçirir; Sıxlıq – 4,2-4,3; Sərtlik – 6,0-6,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: vertikal cizgili, tetraqonal-prizmatik, sütun - və iynəvari; İkiləşmə: xarakterik dirsəkvari; tez-tez iynəvari rutilin saqenit adlanan yastı şəbəkəli ikiləşmə bitişikləri qeyd edilir; bəzən təmas üçləşmələri və həlqəşəkilli altılaşmalar; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, şəffaf kvarsda nazik tükəbənzər rutil kristallarının dəstəşəkilli əmələgəlmələri. == Mənşəyi və yayılması == Genetik cəhətdən müxtəlif olan rutil yataqlarından ən mühumləri amfibolitlər, ekloqitlər, qneyslər, kvarsitlər, fillitlər, mikalı şistlər və b. içərisində yerləşən metamorfik yataqlardır. Mineralın tükcükvari və yaxşı təraşlanmış kristalları çox vaxt alp tipli kvars damarlarında qeyd edilir. Aksessor mineral kimi müxtəlif intruziv süxurlarda müşahidə olunur. Az miqdarda peqmatitlərdə, hidrotermal filiz damarlarında, çökmə süxurlarda, nadir hallarda sulfid yataqlarının oksidləşmə zonasında, ay süxurlarında qeyd edilir. Mineralın ən iri yığınları sahilyanı dəniz səpintiləri ilə – «qara qumlar»la əlaqədardır.
Utik
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
İtil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. == Tarixi == Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
Atıl-batıl
Atıl-batıl (lat. Zosima) - çətirçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthifolia (Vent.) DC. (=Z.orientalis Hoffm.)) Şərq atıl-batılı (lat. Zosima orientalis Hoffm.) == İstinadlar == == Həmçinin bax == Atıl-batıl:The Plant List saytında takson barədə məlumat.
Til
Til (En)
Uti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Adirondak (stil)
Adirondak interyer və memarlıqda ən maraqlı etno stillərdən biridir. 20-ci əsrin ortalarında ABŞ-də yaranıb və adı Nyu-York şəhərindəki Adirondak dağlarından götürülüb. Bu stil üçün səciyyəvi xüsusiyyətlər aşağıdakılardan ibarətdir: Hər şeyin təbii olması - faktura, material, rəng; Ağac gövdələri, budaqları və kökündən qeyri-adi formalar; Yolunmamış daşlardan istifadə; Kobud parçalar; Əl işi əşyalar, böyük və ağır güzgülər, təbiət rəsmləri və s; Tünd yaşıl, nanə yaşılı, şam ağacı yaşılı, sarı, qızılı, açıq-boz, səma mavisi, tünd qırmızı və təbii taxta tonlarından istifadə.
Etil metakrilat
Etil metakrilat (Etil 2-metil akrilat, Etil 2-metil-2-propenoat, UN2277)-kimyəvi formulu C₆H₁₀O₂,metakril turşusunun etil efiridir. == Fiziki xassələri == Etil metakrilat normal şəraitdə rəngsiz mayedir, suda az həll olur, qaynama temperaturu 117 °C və ərimə temperaturu -75 °C-dən azdır. Molekulyar çəki isə 114.1 q/mol-dur. Etil metakrilat xassələrinə görə metil metakrilata bənzəyir, lakin onun qıcıqlandırıcı xassələri daha az nəzərə çarpır. == Tədbiqi == Etil metakrilat akril polimerlərin - sintetik qatranların, latekslərin, emulsiyaların istehsalı üçün istifadə olunur .Metil metakrilatdan daha az bioloji təhlükəli olduğu üçün bu efir kosmetik prosedurlarda, xüsusən də dırnaq uzatmalarında istifadə olunur. == Təhlükəsizlik == Etil metakrilat buxarlarının inqalyasiyası öskürək, yanma, başgicəllənmə və baş ağrılarına səbəb olur. Böyük dozalarda ürəkbulanma, qusma və huşun itirilməsinə , dəri ilə təmasda yanmağa səbəb olur. Gözlərlə əlaqə aktiv lakrimasiyaya, gözlərdə ağrıya gətirib çıxarır. Etil metakrilat buxarı hava ilə yaxşı qarışır və partlayıcı qarışıqlar əmələ gəlir.Maddə qızdırıldığında və işığa məruz qaldıqda və ya güclü oksidləşdirici maddələrlə təmasda olduqda şiddətlə polimerləşir. == Mənbə == Etil metakrilat (EMA) (əlçatmaz keçid).
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Georgi Ştil
Le-Tüil
Le-Tüil (fr. Les Thuiles, oks. Las Teulas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04220. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 247 nəfər (15-64 yaş arasında) arasında 187 nəfər iqtisadi fəal, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,7%, 1999-cu ildə 77.0%). Fəal 187 nəfərdən 174 nəfəri (95 kişi və 79 qadın), 13 nəfəri işsizdir (5 kişi və 8 qadın).
Yovşanyarpaq atıl-batıl
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthifolia) - atıl-batıl cinsinə aid bitki növü.
Til (En)
Til (fr. Thil) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Miribel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01418. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 16 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 50 km cənubda yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1070 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 708 nəfər (15–64 yaş) arasında 558 nəfər iqtisadi fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,8%, 1999-cu ildə 73,5%). Aktiv 558 sakindən 525 nəfər (280 kişi və 245 qadın) işləyir, 33 nəfər işsizdir (17 kişi və 16 qadın).
Til (Şəbüstər)
Til (fars. تيل‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,642 nəfər yaşayır (817 ailə).
Til (Ərdəbil)
Til (fars. تيل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 928 nəfər yaşayır (221 ailə).
Til Ulenşpigel
Til Ulenşpigel (Almanca [tɪl ˈʔɔʏlənˌʃpiːɡəl]) — alman folklorunda hiyləgər komik personaj. Almaniyanın Molla Nəsrəddini adlanan ədəbi qəhrəman. == Etimologiyası == Qəhrəmanın adı aşağı almancada ulan-getmək, şpigel-geri sözlərindən yaranıb. == Ədəbiyyatda == XVIII əsrdə Alman satiristləri sosial satira üçün seriyalar qəbul etdilər və XIX - XX əsrin əvvəllərində nağılların müxtəlif variantları, uşaqlara uyğun olaraq hazırlanmışdı. Belçikalı yazıçı Çarlz De Kosterin 1867-ci ildə yazdığı Til Ulenşpigel və Lamme Goedzak əfsanəsi bir çox dillərə tərcümə edilmişdir. Fransızca versiyası 1910-cu ildə Konstantin Kantera tərəfindən Les Aventures de Til Ulespiègle adı ilə nəşr olunmuşdur. == Jurnallar == 1945-1950-ci illərdə alman satirik jurnalı Ulenspiegel adını daşıyırdı.Digər bir satirik jurnal olan Eulenspiegel 1954-cü ildə Şərqi Almaniyada fəaliyyətə başlayıb. == Filmlər == 1956-cı ildə Cerard Filip və Yoris İvens tərəfindən Til Ulenşpigelin macəraları filmi çəkilib. 1973-cü ildə Ualter van der Kamp tərəfindən Uilenspiegel adlı holland filmi. Reyner Simon 1975-ci ildə Şərqi Almaniyada Til Ulenşpigel adlı film.
Til Şvayqer
Tilman Valentin "Til" Şvayqer (19 dekabr 1963[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — alman aktyor,rejissor,ssenari müəllifi və prodüseri. == Həyatı == === Təhsili === Til Şvayqer Hoyxelhaymda üç qardaşın ortancılı kimi böyümüşdür və atasının müəllim işlədiyi Qiesen Hayderşuledə oxumuşdur.Anası tarix müəlliməsi kimi işləmişdir.Məktəbi bitirdikdən sonra o Niderlanda hərbi xidmətə yollanmışdır.Bir müddət sonra o hərbi xidmətdən imtina etmiş və bir xəstəxanada sivil xidmətə başlamışdır.O, sonra Germanistik oxumağa başlamış və onu da sonrakı tibb təhsili kimi tərk etmişdir. 1986-cı ildə Şvayqer aktyorluq təhsilnə Köln Kellner teatrında başlamışdır.Sonra o, bunu müvəffəqiyyətlə başa vurmuş.1989ci ildə Kontra Krays teatrına daxil olmuşdur.
Uti kəndi
Uti kəndi (fars. آتی‌کندی‎) və ya Utu kəndi- İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,047 nəfər yaşayır (207 ailə). Aşıq Hüseyn Cavan bu kənddə doğulub.
Uti possidetis
Uti possidetis (mülkiyyətinizdən istifadə edin) — beynəlxalq praktikada inkişaf etmiş prinsip, bu da müstəqillik qazanan yeni dövlətlərin əvvəllər olduğu ərazilərə və sərhədlərə sahib olduqlarını, digər dövlətlər daxilində inzibati vahidlər daxil olmaqla müstəmləkə və ya asılı ərazilər olduqlarını göstərir. Qaydaya görə, əvvəllər yeni yaranmış müstəqil dövlətin ərazisində mövcud olmuş köhnə inzibati sərhəd beynəlxalq sərhədə çevrilir. Bu prinsip müstəqil bir hüquqi prinsip deyil, çünki hüquqi xarakterini yalnız sərhədlərin toxunulmazlığının daha geniş beynəlxalq hüquqi prinsipi daxilində qazanır. Qoşunların irəliləməsi, işğal, ilhaq və s nəticəsində dövlətlərin müəyyən müddətdə mövcud olan və ya mövcud olmuş ərazi vəziyyəti. Bəzi hallarda Uti possidetis «status-kvo» termininə uyğun gəlir, lakin «Status-kvo» daha geniş məna daşıdığı və vəziyyəti bütünü ilə (ictimai- hüquqi və xüsusi-hüquqi münasibətlər və s.) ifadə etdiyi halda, Uti possidetis ərazilərə faktiki sahib olmaya aiddir. Uti possidetis termininin tətbiqi hazırkı vəziyyətin aid olduğu anı dəqiq müəyyən etməyi tələb edir. == Müasir tətbiqetmə praktikası == === Afrika === 21 iyul 1964-cü il tarixində, Qahirədə Afrika Birliyi Təşkilatı çərçivəsində sərhəd mübahisələrinə dair 16 (1) saylı qərar qəbul edildi və iştirakçı dövlətlərin milli müstəqillik əldə etmədən əvvəl mövcud olan müstəmləkə sərhədlərinə hörmət etməyi öhdələrinə götürdüklərini bildirdi. Qətnamə gələcəkdə dövlətlərin müstəmləkələşmədən sonra uti possidetis prinsipinə uyğun olaraq müəyyən edilmiş sərhədləri yalnız qarşılıqlı razılaşma yolu ilə yenidən düzəltmək barədə suallarının olmamasına yönəlmiş bir siyasi bəyanatdır. Afrika qitəsindəki sərhədlərlə bağlı vəziyyət Latın Amerikası qitəsindən daha mürəkkəb olduğundan, hər şeydən əvvəl müstəmləkə sərhədləri metropollar tərəfindən yerli əhalinin mənafelərinə hörmət edilmədən, müxtəlif yaşayış yerlərinin təbii sərhədlərini pozmadan qurulduğundan. uzun müddət inkişaf etmiş tayfalar.
Uti vilayəti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Metil-etil keton
Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir. == Fiziki xassələri == Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir. == Alınması == Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur. == Toksikliyi == Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). == Həyatı == Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
Şərq atıl-batılı
Şərq atıl-batılı (lat. Zosima orientalis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Amil
Amil — Azərbaycanlı kişi adı. Amil Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Amil Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Amil Qasımov — Azərbaycanlı samboçu.