Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunada
Uzunada (türk. Uzunada) — Türkiyənin İzmir ili, Urla ilçəsi ərazisinə daxil olan ada. İzmir körfəzinin orta qismində yer alır. Türkiyənin sahəsinə görə dördüncü ən böyük adasıdır. Antik yunancada adı Drymoussa (Δρυμούσσα) olan ada, ayrıca Makronisi ("uzun ada") və ya Englezonisi adı ilə adlandırılmışdır. Bəzi mənbələrdə Köstən adası olaraq da adı keçərlidir. Qədim Yunan tarixçisi Fukidid Uzunadanın Spartalı admiral Astuocosun bəzi gəmilərinin Peloponnes müharibəsinin iyirminci ilində səkkiz gün sığındığı üç adadan biri olduğunu xatırladır. Eramızdan əvvəl 188-ci ildə Apamea müqaviləsi imzalanandan sonra ada Klazomenai şəhərinə verilir. 1914-cü ildə adada təxminən 2000 yunan yaşadığı məlumdur. Birinci Dünya müharibəsi zamanı Kral Dəniz Qüvvələrinin Aralıq dənizi Donanması 1916-cı ilin aprelində adanı işğal edir.
Uzunada körfəzi
Uzunada — Xəzər dənizinin şərqində Mixaylovsi körfəzində yerləşir. Körfəzin sahillərində vaxtı ilə Xəzərönü dəmiryolu keçirdi. 1899-ci ildə dəmir yolu Türkmənbaşına köçürülmüşdür. Bundan önçə isə burada Uzunada limanı və stansiyası fəaliyyət göstərirdi. Körfəzin əhrafı qumluqlar, özü isə soranlıqlarla örtülüdür. Hazırda isə ərazi Türkmənbaşı qoruğu ərazisinə daxildir. Burada hazırda Qoturtəpə kəndi yerləşir. Körfəz Qırak körfəzindən Xorasanlı yarımadası ilə ayrılır. Qərbdə isə Buqulyar yarımadası ilə əhatələnir.
Üzükvari pankreas
Üzükvari pankreas — Mədəaltı vəzin anomaliyasıdır. Normal pankreas toxumasının onikibarmaq bağırsaq ikinci qismini çevrələməsi nəticəsində əmələ gəlir. Bu anomaliya adətən uşaqlarda ortaya çıxır və ürək qüsurları, Daun sindromu və b. birlikdə rast gəlir. Bəzi hallarda böyük yaşlarda (40–50) rast gələ bilir. Əsas əlaməti onikibarmaq bağırsaq obstruksiyasıdır (qusma, ağrı). Rentgenoloji müayinə, endoskopiya və oral kontrastlı kompüter tomoqrafiyası diaqnozu dəqiqləşdirə bilər. Müalicəsi qastroenteroanastomozun qoyulmasıdır. Pankreas tolxuma-sının kəsilməsi tövsiyə edilmir, çünki duodenal və pankreatik fistullar meydana gələ bilir. Malginizasiya şübhəsi olduqda PDR yerinə yetirilir.
Mislina Gözükara
Mislina Gözükara (20 dekabr 1997, Qəhrəmanmaraş) — Türkiyə doğumlu azərbaycanlı futbolçu. O, hücumçu mövqeyində oynayır və hazırda Türkiyə Birinci Liqasında Nuh Spor klubunun və Azərbaycan qadın milli komandasının üzvüdür. == Klub karyerası == Gözükara, 23 oktyabr 2012-ci ildə Maraşgücüspor klubundan lisenziyasını əldə etdi, bu, bir qadın futbol baş məşqçisi tərəfindən bir neçə ay əvvəl doğulduğu şəhərdə qurulan ilk qadın futbol klubudur və 2012–2013-lüqeydində iştirak etməyə başladı. İlk sezonlarından başlayaraq beş mövsüm boyu İkinci və Üçüncü ləqəbdə 66 oyunda 102 qol vurdu. 4 dekabr 2016-cı ildə 60-cı oyunda 100-cü qolunu vurdu. Komandasının kapitanı kimi xidmət etdi. 2017–2018 mövsümündə ikinci ləqəbdə oynayan Gaziantep əsaslı ALG Spor klubuna transfer oldu. Mövsümün sonunda komandası Birinci Lige yüksəldi. 2020-ci ilin əvvəlində Gözükara İstanbul əsaslı Fatih Vatan Spor klubuna transfer oldu. sentyabr 2020-də təlim zamanı çapraz bağların zədələnməsi səbəbindən əməliyyat keçirdi.
Cihan Özkara
Cihan Özkara (14 iyul 1991, Hamm, Şimali Reyn-Vestfaliya) — Azərbaycan milli futbol komandasının oyunçusu. Hazırda Alamaniya 3-cü liqasının "Proyssen" klubunda oynayır. Hücumçu mövqeyində çıxış edir. Karyerası ərzində Azərbaycan, Almaniya və Türkiyə klublarının heyətində çıxış etmişdir. 2012-ci ildə Azərbaycan milli futbol komandasına dəvət olunmuş və indiyə kimi 18 oyunda meydana çıxmış və 1 qol vurmuşdur.
Zukar adası
Zukar adası (ərəb. جزيرة زقر‎) — Qırmızı dəniz suları ilə əhatələnən ada. Haniş arxipelaqının ən iri adasıdır. Yəmənə məxsus olan ada Babül-Məndəb boğazında yerləşir. Afrika sahillərinə yaxın olmasına baxmayaraq Asiya qitəsinə aid edilir. Adanın sahəsi 100 km²-dir (digər mənbələrdə 120 km².). Zukarında daxil olduğu Haşim adaları Eritreya ilə Yəmən arasında ərazi mübahisəsinə səbəb olmuşdur. 1995-ci ildə Eriteriya adaları qaytarmağa cəhd göstərmişdir. Bu hadisə Haşım adaları böhranına səbəb olur. Beynəlxalq məhkəməyə çıxarılan məsələyə Abdul-Kərim Aleryani (Dr.
Əsəd ibn Zurara
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة‎ Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir.