Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Dostdan üstün (film, 2011)
Dostdan üstün (ing. Friends with Benefits) — Mila Kunis və Castin Timberleykin baş rol aldığı, romantik-komadiya janrında məşhur film. Rollarda Patrisia Klarkson, Cenna Elfman, Brian Qrinberq, Nolan Qold, Riçard Cenkins və Vudi Harelson iştirak edib. Məzmun Nyu-Yorkda görüşən Dilan Harper (Timberlake) və Cemi Relis (Kunis) ətrafında baş verir və onlar dostluqlarına cinsi əlaqəni əlavə etməklə çətinliyə düşməyəcəklərinə inanırlar. Vaxt keçdikcə bir-birinə dərin qarşılıqlı duyğular inkişaf etdirməyə başlayırlar, ancaq hər dəfə birlikdə olduqlarını inkar edirlər. "Dostdan üstün" üçün əsas aktyor seçimi 2010-cu ilin aprelindən iyul ayına qədər, üç ay müddətində keçirilib. Qlak Timberleyk və Kunis-i yayımladıqdan sonra qısa müddətdə orijinal ssenarini yenidən işləmişdir. Filmin çəkilişləri 20 iyul 2010-cu ildə Nyu-Yorkda başlamış və 2010-cu ilin sentyabrında Los-Ancelesdə çəkilmişdir. Film "Screen Gems" tərəfindən paylanmış və 22 iyul 2011-ci ildə Şimali Amerikada nümayiş etdirilmişdir. "Dostdan üstün", ümumiyyətlə film tənqidçiləri tərəfindən qəbul edilmişdi.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Usman
Usman — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Uyğun
Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 1 (14) may 1905, Merke, Cambul vilayəti – 22 aprel 1990, Daşkənd) — Özbək şairi və ictimai xadimi. Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir.
Uçqun
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Türkiyənin dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır. Uçqun – (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Üdgün
Üdgün — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Üdgün kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. Yerli məlumata görə, kəndin keçmiş adı Güdgün olmuşdur. Türk dillərində üdd “köçmək, köçəri həyat sürmək” mənasındadır. Güman etmək olar ki, kəndin adı “köçgün” mənasında olub, gəlmə (Zərdab) oykonimi ilə sionimlik taşkil edir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Ürkün
Ürkün (qırğ. Үркүн) — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir. Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb. Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi: Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb. Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular.
Üskub
Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölkənin siyasi, mədəni, iqtisadi və elmi mərkəzi hesab olunur. Skopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir. Şəhər mərkəzinə yaxın ərazidə yerləşən Skopye qalasının yaxınlığında Neolit dövrünə aid insan məskənlərinin tapılması da bunu sübut edir.
Üskük
Üskük — qalın parçanın yaxud dərinin tikilməsi vaxtı iynənin barmağa batmaması üçün istifadə olunan alət.
Üslub
Üsyan
Üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Üçgün
Üçgün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Üçgün Qubanın ən qədim, tarixi kəndlərindən sayılır. Üçgün kəndi Quba şəhərindən 16 km qərb tərəfdə Qudyalçayın sağ sahilində yerləşir. Kənd Bakı, Şamaxı, Dərbənd hüdudlarından, təqribən eyni məsafədə yerləşir. Əhalisi təxminən 1000 nəfərdən coxdur. Eyni adlı Üçgün-Qışlaq kəndi Xaçmaz rayonu ərazisində yerləşir və əhalisi 1000 nəfərdən çoxdur. Kənddə olan qəbiristanlıqlar və məscidlər kəndin qədimliyindən xəbər verir. Qədimdə bu kəndin əhalisi aran yerlərində Dərbənddən Qubaya qədər olan ərazilərdə isti və münbit torpaqlarda yaşamışlar. Rus-İran, Rus-Türk müharibələri zamanı bu vaxt şimaldan cənuba, cənubdan şimala quru qoşunları hərəkət edirdi.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Usan
Usan Xan - türk, monqol və altay mifologiyasında su ilahı. Uhan Xan da deyilir. Yer üzündəki suları və su qaynaqlarını, bulaqları, mənbələri qoruyur. Suların bollaşmasını təmin edər. Qalxanı sudandır. Getdiyi yerlərdən sular fışqırar. Rəngi qırmızıdır. Monqolların 99 cənub tanrısının nümayəndəsidir. (Tatay Xan isə 77 şimali tanrısının nümayəndəsidir.) Monqol və buryat mifologiyasında su tanrısıdır. Usan Xanın əmrindəki bir varlıqdır.
Üskü
Üskü və ya Üç qaya — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Üskü şəhristanının paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 16,140 nəfər və 4,928 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Eşmun məbədi
Eşmun məbədi (ərəb. معبد أشمون‎) — Finikiya şəfa allahı Eşuma həsr olunmuş qədim ibadət yeri. Bu məbəd Livanın cənub-qərbində Sidon şəhərinin 2 km şimal-şərqində Avali çayının yaxınlığında yerləşir. Olduğu yer E.ə. VII əsrdən eramızın VIII əsrinədək işğal altında olub. Halbuki, şəhərin nüfuzunu bərpa etmək məqsədilə Əhəməni dövründə Sidon kralı II Eşmunazar tərəfindən inşa olunmuş məbəd kompleksi sonrakı illərdə bir neçə Finikiya hökmdarı tərəfindən genişləndirilmişdir.
Hüşün bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.
Sülün Osman
Osman Ziya Sülün və ya Sülün Osman (1923, Konstantinopol – iyul 1984, Bəyoğlu) — Türkiyə dələduzu. Osman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır. Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir. Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir. Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir.
Geometrik üslub
Geometrik üslub — incəsənətin müxtəlif növlərinin inkişafının əsasən arxaik mərhələlərini xarakterizə edən tarixi üslub. Formalaşma nəzəriyyəsinin bir çox digər kateqoriyaları kimi bu da geniş, tarixi-mədəni aspektdə, dar, konkret tarixi mənada şərh olunur. Dar mənada, bu termin təxminən e.ə. 900–700-cü illərdə "Qaranlıq əsrlər"in sonunda qədim yunan vaza rəssamlığında xarakterik bir abstraksiya meylini ifadə etmək üçün istifadə olunur. Geometrik üslub tədricən protogeometrik üslubu əvəz etmişdir. Onun yayılmasının əsas mərkəzi Afina idi. Geometrik üslub tədricən Egey dənizi adalarında bir çox ticarət şəhərlərinin vaza rəssamları arasında yayımışdır.