Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Hadamar
Hadamar, Almaniyada Hessen əyalətində yerləşən şəhərdir. Əhalisi 31 dekabr 2010-cu ilin statistikasına görə 12,246 nəfərdir.
Ağ dalamaz
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dalamaz gicitkan

Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Faraman (İzer)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38161. Kommunanın 1999-cu il üçün əhalisi 734 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 342 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Yaramaz (dəqiqləşdirmə)
Yaramaz (film, 1988)
Yaramaz Ancelo
Yaramaz Ancelo (fr. Angelo la Débrouille) — Chloé Miller və Franz Kirchner-in rejissorluğu ilə çəkilmiş, "Teletoon", "TeamTO" və "Cake Entertainment" tərəfindən hazırlanmış Fransa istehsalı animasiya serialı. Serial Sylvie De Mathuisieulx və Sebastien Diologent-in yazdığı "Comment Faire Enrager..." kitabı əsasında çəkilib. Serialın beşinci mövsümü 2022-ci ildə işıq üzü görmüşdür. Ancelo sürətli düşüncəsi və ağıllı fikirləri ilə həmişə bir addım öndədir. O, ev işlərindən qaçmağın yollarını tapmağı və məktəb tapşırıqları üçün yaradıcı həllər tapmağı sevir. Bəzən valideynləri və müəllimləri ilə arasında problem yaranır, amma o, hər şeyi öz xeyrinə çevirməyi bacarır. Dostu Şervud ona hər bir detalı planlaşdırmağa kömək edir. Lola onların qrupuna həvəs və yaradıcılıq gətirir. Onlar cinayət ortaqları kimi birlikdə işləyirlər və qarşılarına çıxan hər hansı bir problemin öhdəsindən gəlirlər.
Yaramaz qızlar
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.
Adamas Kovalevski
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904–1975) və qardaşları Varlen (1925–2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906–1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.
Yaramaz (film, 1988)
Hətəm (Mamuka Kikaleyşvili) kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur.
Yaramaz (film, 1997)
Yaramaz (hind. Aflatoon) — Hind rejissoru Quddu Dhanoa tərəfindən çəkilən filmdir. Bu filmdə Akşay Kumar üç rolu ifa edir. Cavan Raca işsizdir. Lakin buna baxmayaraq o oğurluqnan məşğul olmur. Onun ağlında yalnız varlı ailədən olan qıza evlənməkdir. Bu məqsədlə Raca Pudca ilə tanış olur. Bir müddət sonra Raca və Pudca bir-birinə aşiq olur. Lakin Raca Pudcanın atasının Rokki adlı mafiya başçısı tərəfindən şantaj edildiyini öyrənincə, Rokkinin onun bənzəri olduğunu xəbər alır… Yaramaz — Internet Movie Database saytında.
Yaramaz pişik Şərafəddin
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) və ya qısa adı ilə Şero — 1996-ci ildə yaradılmış komiks personajı. 1996-cı ildə Bülənt Üstün ölən pişiyi Şərafəddinin xatirəsinə işlədiyi "L-Manyak" jurnalında personajı yaratmışdır. 2001-ci ildə komiksçi "Lombak" jurnalına keçmişdir. Şeronu təsvir edərkən onun bu qədər məşhur olacağına ağlına gətirməyən Üstün personajın Türkiyə üçün nisbətən daha sərt olduğunu qeyd etmişdir. Şero İstanbul ilinin Cihangir səmtində yaşayan bəlalı bir pişikdir. Burada əsas personaj olan pişiklər danışmaq qabiliyyətinə malikdirlər. Yarı insan, yarı heyvan personaj olan Şərafəddin Tonquçun masturbasiya etdikdən sonra ətrafa tökülən spermasında oturan dişi bir pişikdən dünyaya gəlmişdir. Daha sonrakı zamanlarda 7 pişik tərəfindən təcavüzə uğramış dişi pişikdən Tacəddin adlı oğlunun olduğu məlum olmuşdur. Yaramaz pişik Şərafəddin xüsusilə Türkiyədəki gənclər arasında 1990-cı illərin sonlarında məşhurluq qazanmış və hekayələri paylaşılmışdır.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Seneqal əsilli fransalı futbolçu. Ağdamın "Qarabağ" klubunun oyunçusu. Fransa gənclər milli komandasının üzvu olub. Hücumçu və sol cinah vingeri kimi oynayır. Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir. 8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir. 2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur.
Yaramaz kral (film, 1990)
Yaramaz kloun kürənlərə qalib gəlmək üçün krala çevrilir və öz pis niyyətini həyata keçirməyə çalışır... Buna baxmayaraq ədalət zəfər çalır. "...Mövzu üzrə Kompozisiya" serialından II filmdir. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Yaramaz qızlar (film, 2004)
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.
Yaramaz pişik Şərafəddin (film)
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) — 2016-ci ildə istehsal olunmuş ən məşhur Türk animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Uğur Yücəl "Şərafəddin" personajını səsləndirmişdir. Animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır. Adi bir yaz səhəri, pis pişik Şərafəddin ilə yancı qağayı Rifqi və siçan Rza axşamkı manqal üçün hazırlıqlarını davam etdirir. Lakin həmin gün içində Şeronun başına çoxlu işlər gəlir. Əvvəl atası Tonguç tərəfindən evdən qovulur, sonra xoşladığı gözəlçənin ölümünə səbəb olur, azmış kimi düşmənlərinin hücumuna uğrayar, həyatı boyu bəlkə də ilk dəfə aşiq olur və nəhayət Tacettin adında bir oğlu olduğunu öyrənir. Şərafəddin: Tonguçun oğlu, Tacettinin atasıdır. Daim pislik etməsindən dolayı "Pis Pişik Şərafəddin" kimi tanınır. "Şero" adlı bir ləqəbi vardır.
Yaramaz pişik Şərafəddin (cizgi filmi, 2016)