Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cineraria farfara
Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.
Farfara radiata
Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.
Tussilago farfara
Adi dəvədabanı (lat. Tussilago farfara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dəvədabanı cinsinə aid bitki növü. Hündürlüyü çiçəkləyən zaman 3–15 sm, meyvə verən zaman isə 33 sm-ə qədər, gövdəsi adətən çoxsaylı olan çoxillik ot bitkisidir. Kökümsovu oduncaqlaşmış, uzun və sürünəndir. Gövdəsi sadə, keçəvari-tüklüdür, xırda sarı çiçəkləri birləşərək səbətcik əmələ gətirir, yarpaqları pulcuqlu, uzunsov-lansetvari, adətən qonur-bənövşəyi rəngdədir. Kökyanı yaşıl yay yarpaqları uzun saplaqlı, yuvarlaqürəkvari, qalın, dərivari, kənarları iti dişdişli, yuvarlaq ürəkvari, üstdən tünd yaşıl, arxadan ağımtıl-keçəvari tüklüdür. Səbətləri tək-tək, silindrik, 8–11 mm enində, dilcikləri çoxsaylı, dar, çox vaxt sapvari, sarğıdan biraz uzundur; boruvari çiçəkləri ikicinsli, toxumsuzdırlar. Toxumcalar 3–4 mm uzunluqda, silindvari, qabırğalı, çılpaq; kəkili ağ, toxumcadan 2–3 dəfə uzundur. Gövdə yarpaqları ensizdir, gövdəyə doğru qısılmışdır, pulcuqşəkilli, uzunsov-neştərvari, sivritəhər və adətən tündqırmızı rəngə boyanmışdır. Kökətrafı yarpaqları çiçəkləmənin sonunda əmələ gəlir, iri, uzun saplaqlı, dəyirmi-ürəkşəkilli, bərk, qalın dərilidir, qaidə hissəsi enli-oyuqludur, zəif barmaqvari-bölümlü və ya qeyri-bərabər kələ-kötür oyuqlu-dişlidir, üst tərəfdən yaşıl, demək olar ki, çılpaqdır, alt tərəfdən yumşaq ağ keçə-tüklüdür.
Sansara
Sansara – və ya samsara (ing. round of rebirth – keçid, yenidəndoğum ardıcıllığı ) hərfi mənada "sonsuz, əbədi dərbədərlik". Bu anlayışla canlı varlığın gah yüksəklərə qalxdığı, gah da uçuruma düşdüyü ruhi dünya başa düşülür. Bu, sonsuz davam edən doğulma, qocalma, əzab və ölüm proseslərinin simvolik göstərilməsidir. Sansara Hinduizm, Buddizm, Sikxizm kimi dxarmik dinlərin əsas anlayışlarından biridir. İnsanların əhəmiyyətli hissəsi ruhların köçməsinə inanır. Onlar o ideyanı bölüşdürür ki, həyat – sadə təbiətdə maddələr mübadiləsindən, mövcudatdan daha yüksək səviyyədə təkrarlanan yenidəndoğulma zənciridir. Hindistanda bu dövranı Sansara Çarxı adlandırdılar və onu insandan başqa heç bir digər canlının qıra bilməyəcəyi tilsimli dövr kimi təsəvvür etməyə başladılar. İnsan isə yalnız öz ağlı-dərrakəsi ilə bu dövrü qıra və maddi dünyanın qoyduğu bütün məhdudiyyətlər torundan azad ola bilər. Sansara – hər saniyədə dəyişən beş məcmunun kombinasiyasının bölünməz zənciridir və bu fasiləsiz dəyişiklik zənciri sonsuz uzun müddət ərzində baş verir.
Şankara
Şankara (Adi Şankara sanskrit. आदि शंकर [aːd̪i ɕəŋkərə]; təq. 788 – təq. 820) – hind mütəfəkkiri, filosof, Veda mətnlərinin təfsirçisi və tədqiqatçısı, dini reformator, mistik və şair. Upanişadlar əsasında "advayta-vedanta" adlnan monistik təlimi və dini-fəlsəfi sistemi yaratmışdır. Şankaranın dünyaya gəlməsi, həyatı, fəaliyyəti bir çox hallarda bizə əfsanəvi və möcüzəvi şəkildə təsvir edildiyindən, onun həyatı haqqında dəqiq məlumat əldə etmək olduqca çətin məsələdir. Adi Şankara haqqında əsasən "Şankara Vijayams" adlı əsərdə məlumat verilmişdir. Bioqrafik və əfsanəvi məlumatların qarışığı olan bu külliyatda filosofun həyatı şeir formasında yazılmışdır. Bunların arasında ən önəmli bioqrafiyalar XIV əsrdə yazılmış "Madhaviya Śaṅkara Vijayaṃ", XV–XVII əsrlər arasındakı bir tarixdə yazılan "Cidvilāsīya Śaṅkara Vijayaṃ" ve XVII əsrdən sonra yazıldığı ehtimal edilən "Keraļīya Śaṅkara Vijayaṃ" bioqrafiyalarıdır. Adi Şankara, Nambodiri Brahmin qəbiləsində indiki Kerala şəhərinin yaxınlığındakı Kaladi və ya Aryambada dünyaya gəlmişdi.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Manfra
Manfra — manqa stilində olan Fransa-Belçika komiksləri. "Manfra" sözü "manqa" və "fransız" sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Bəzən bu sözün əvəzinə franqa, fransızca manqa və qlobal manqa (sonuncusu manqa stilində olan Qərb komikslərini bildirmək üçün də istifadə olunur) sözləri işlədilir.
Amyntor Fanfani
Amyntor Fanfani (it. Amintore Fanfani; d. 6 fevral 1908, Pieve Santo Stefano, İtaliya – ö. 20 noyabr 1999, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri və beş dəfə İtaliyanın baş naziri seçilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə də Fanfani sədrlik edib. Siyasi mandatı başa çatdıqdan sonra rəssam kimi fəaliiyyət göstərib.
Toma Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…], Yako[d], Fransa Qərbi Afrikası[d] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Tomas Sankara
Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…], Yako[d], Fransa Qərbi Afrikası[d] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı. Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür. Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı.
Zamfara ştatı
Zamfara ştatı (ing. Zamfara State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kantara qalası
Kantara qalası — Kiprdə Beşbarmaq dağlarında bir qaladır. Adanın şimal sahillərinə və Mesarya düzənliyinə nəzarət etmək üçün tikilmişdir. “Kantara” sözü ərəbcə “körpü” deməkdir. Adanın ən şərq qalasıdır və dəniz səviyyəsindən 630 metr yüksəklikdə, Şimali Kiprin Girniya dağlarının yamaclarında yerləşir. Onun nə vaxt tikildiyi dəqiq bilinməsə də, əksər mənbələrə görə ərəb hücumları bitdikdən sonra 965-ci ildən sonra bizanslılar tərəfindən inşa edildiyi yazılır. Ancaq ingilis kralı I Riçardın adanı ələ keçirdiyi tarixə qədər qalayla bağlı heç bir qeyd aparılmamışdır. 1489-cu ildə ada venesiyalılar tərəfindən tutuldu. Bu tarixdən etibarən qala öz əhəmiyyətini itirməyə başladı. Beşbarmaq dağlarında Kantara, Müqəddəs Hilarion və Bufavento qalaları Venesiyalılar tərəfindən əhəmiyyətli hesab edilməməsi və əsgər çatışmazlığı səbəbindən tərk edildi. Bəzi mənbələrə görə, qala 1525-ci ildə tərk edilib.
Fagara oahuensis
Zanthoxylum oahuense (lat. Zanthoxylum oahuense) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Fagara psammophila
Zanthoxylum psammophilum (lat. Zanthoxylum psammophilum) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Farfar (Mərənd)
Farfar (fars. فارفار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (188 ailə).
Yeniməhəllə (Ankara)
Yeniməhəllə ilçəsi — Türkiyənin Ankara şəhərində yerləşən metropolis ilçələrdən biridir. Yeniməhəllə ilçəsi 1946-1949-ci illərdə ilin abadlığı ilə, xüsusilə o dövrün Ankara Bələdiyyə Başçısı Raqıp Tüzün tərəfindən Ankaranın yaxın yaşayış sahəsi olaraq planlanmışdır. 1950-ci illərdə dar gəlirli işçi və məmur vətəndaşları mənzil sahibi etmək məqsədilə iki mərtəbəli olaraq qurulmağa başlanmışdır. Bu günkü kimi sürətli bir inkişaf göstərən Yeniməhəllə ilçəsi 1 sentyabr 1957-ci ildə ilçə mərkəzi halına gətirilmişdir. Yeniməhəllə ilçəsi şəhər mərkəzi xaricində kələ-kötür bir ərazidə yaradılmışdır. Dəniz səviyyəsindən yüksəkliyi 830 metrdir. İlçənin sahəsi 274 km²-dir. Qonşu illərdən axan Çubuk çayı, Hatip çayı və İncəsu dərəsi ilçənin Akköprü mövqeyində birləşdikdən sonra Çiftlik, Güvercinlik və Etimesqutdan keçərək Sincan Osmaniye kəndi yaxınlığında Akıncı düzənliyindən gələn Ova çayı ilə birləşərək Ankara çayına tökülür və Sakarya şayının böyük bir qolu olaraq Polatlı sərhədlərinə qədər uzanır. Yeniməhəllə ilçəsi Ankaranın 16 mərkəz ilçəsindən biri olub 1957-ci ildə qurulmuşdur. İlçədə 54 məhəllə var.
Zanthoxylum fagara
Zanthoxylum fagara (lat. Zanthoxylum fagara) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Çubuk, Ankara
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Çubuk (Ankara)
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Ankara sarayı
Ankara sarayı — Türkiyənin paytaxtı Ankarada rəsmi dövlət qonaq evi kimi istifadə edilən tarixi bina. Əvvəlcə Türkiyə Səhiyyə Nazirliyinin binası kimi layihələndirilmiş, 1928-ci ildə tikintisi başa çatdıqdan sonra Türkiyə Böyük Millət Məclisinin deputatları üçün otel kimi istifadə edilmişdir. Bina 1924–1927-ci illər arasında tikilib. Onun ilk dizaynı memar Vedat Tek tərəfindən hazırlanmışdır. Səhiyyə Nazirliyinə məxsus bina kimi tikintisinə başlandıqdan sonra Vedat bəyin memarlıq haqqı ödənilməmişdir, bu səbəbdən işdən ayrılmışdır. Daha sonra memar Kəmaləddin bəy memar olaraq işə başlamış və onun yenilənmiş layihəsi ilə binanın tikintisi başa çatdırılmışdır. Memar Kəmaləddin bəy bina tikilərkən tikintidə vəfat edib. Vəqflər İdarəsinə verilən mehmanxana 1928-ci il aprelin 17-də 120 yataq yeri ilə istifadəyə verilmişdir. 1930-cu illərdə bina siyasətçilərin, jurnalistlərin və incəsənət xadimlərinin görüş yeri olub, xaricdən gələn rəsmi nümayəndə heyətlərini və qonaqları qəbul edib. Atatürk inqilabları ilə türk cəmiyyət həyatına gətirilən bəzi yeniliklərin ilk olaraq Ankara sarayında başladığı məlumdur.
Ankara Demirspor
Ankara Dəmirspor — 16 mart 1932-ci ildə təsis edilmiş və 29 oktyabr 1932-ci ildə təsis edilməsi rəsmi olaraq təsdiqlənmiş türk futbol klubudur. Klubun əsas rəngləri qırmızı-yaşıl idi və bu gün qəbul edilən rənglər ağ-tünd mavidir. Klub Ankarada MKE Ankaragücü və Gənclərbirliyindən sonra qurulan 3-cü klubdur. Yarandığı zaman qırmızı-yaşıl forma olan Ankara Dəmirspor 1933-cü ildə Çankaya komandası ilə birləşdi və formanın rəngi mavi-tünd göyə çevrildi. Uzun müddət ev matçlarını Cebeci İnönü Stadionunda keçirdikdən sonra 2015–16 mövsümündən etibarən Behiçbeydəki klub obyektlərində inşa edilən TCDD Ankara Dəmirspor Stadionunda oynamağa başladı.
Ankara Klementi
Ankara Klementi — Ankara şəhərinin yepiskopu, xristian müqəddəsi. Pravoslav, Katolik və Köhnə Pravoslav kilsələrində hörmətlə qarşılanır. Ankara Klementi 258-ci ildə Qalatiyanın tərkibində olan Ankara şəhərində anadan olmuşdur. Atası bütpərəst, anası isə xristian idi. On iki yaşında Klement yetim qaldı və Klementi xristian ruhunda böyüdən anasının dostu Sofiya tərəfindən övladlığa götürüldü. Sofiya, Klementin öyrətməyə və xristianlığı qəbul etməyə hazırlaşmağa başladığı bir çox tərk edilmiş uşağa sığınacaq verdi. On səkkiz yaşında Klement artıq Ankara xristian icmasında şöhrət qazanaraq presviter təyin edilmişdi. İyirmi yaşına çətinliklə çatan Klement məmləkəti Ankara yepiskopu təyin edildi. İmperator Diokletian (284–305) dövründə Ankaralı Klementdən xristian inancından imtina etməsi tələb olunur. İmtina etdikdən sonra yepiskop həbs olundu və işgəncələrə məruz qaldı.
Ankara tarixi
Ankara tarixi — Tunc dövrü Hatti sivilizasiyasına aiddir. Bunun ardınca eramızdan əvvəl II minillikdə Xet sivilizasiyası dövrü, eramızdan əvvəl X əsrdə Frigiya sivilizasiyası dövrü, daha sonra sırasıyla Lidiyalılar, Farslar, Makedoniyalılar, Qalatiyalılar, Roma İmperiyası, Bizans İmperiyası, Səlcuqlular və Osmanlı İmperatorluğu dövrləri gəlir. Anadoluda insan xüsusiyyətlərinə malik ilk primat qalıqları Ankarada Fikrət Ozansoy tərəfindən tapılmış və Ankarapithecus meteai adlandırılmışdır. Ankaranın məlum tarixi Paleolit ​​dövrünə gedib çıxır. Bu dövrə aid müxtəlif əsərlər Gavur qala, Erqazi, Lodumlu və Maltəpədə tapılmışdır. Ankaranın qədimliyinə aid tapıntılar Anadolu Sivilizasiyaları Muzeyinin Ankara qalereyasında əsrlər boyu sərgilənir. Avram Qalanti tərəfindən ilk dəfə 1950-ci ildə Ankara Tarix Kitabı nəşr olunmuşdur. Hetlər eramızdan əvvəl 2000-ci ildə Anadoluda ilk siyasi birlik idi. Ankara şəhər mərkəzi və ətrafındakı ən qədim xarabalıqlar Tunc dövründə hökm sürən Hatti sivilizasiyasına aiddir. Hellenistik dövrə qədər Ankara ilə bağlı yazılı sənədlərdə heç bir məlumat olmadığından, Xet dövrünün Ankarası ilə bağlı məlumatlar İç Anadoludakı mərkəzlər və bu dövrü ortaya qoyan Ankara ətrafındakı şir və sfenks təsvirləri vasitəsilə əldə edilmişdir.