Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FIBA
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
FIFA
FİFA (fr. Fédération Internationale de Football Association - azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. == Tarixi == FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. == Tarixi == FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi.Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. == Tarix == Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib.Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508-507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Fiqh
Fiqh (ərəb. فقه‎), kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir. İstilahi (şəriət baxımından) mənası: Quran və Hz.Məhəmmədin sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm. İslam hüququ (fıqh) 4 əsas qaynağa dayanır: Quran, Hədis, İcma, Qiyas. Bunların xaricində istihsan, ıstıhlah, ürf, məsləhət uygulamaları da var. Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh elmi ilə məşğul olanlara fəqih deyilirdi. == Tarixçə == İslamiyyətin ilk dövrlərində islam dini ilə bağlı bütün çalışma və mübahisələr fiqh intizamı altında qurulmuşdur.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Bidens fixa
Acmella oleracea (lat. Acmella oleracea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Anacyclus pyrethraria (L.) Spreng. Bidens fervida Lam. Bidens fixa Hook.f. Bidens fusca Lam. Bidens oleracea (L.) Cav. ex Steud. Cotula pyrethraria L. Pyrethrum spilanthus Medik. Spilanthes acmella var.
Biga Çayı
Biga Çayı (Digər istifadələriylə; Kocabaş Çayı, Granikos Çayı, Barenos Çayı) Çanaqqala vilayətinin Biga ilçəsində bulunur. Böyük İskəndərin e.ə 334 cü ilədə sahillərində döyüşdüyü çay ilçəni ikiyə bölmüşdür, iki yaxanı birləşdirən iki böyük körpü ilə bir çox kiçik körpü var. Uzunluğu təxminən 80 kilometrdir. İç seqmentlərdə doğularaq Çan ilçəsindən keçər və Biga Düzənliyini sulayaraq Karabiga diyar mərkəzinə 3 kilometr uzaqlıqda delta etmədən Marmara Dənizinə tökülər. Çayın bölgəyə iqtisadi qatqısı yox deyiləcək qədər az olub həddindən artıq çirklilik və bəsləndiyi qaynaqların azalması səbəbiylə bir çox axar su kimi təhlükə içindədir. Son illərdə çayın və ətrafının islahı üçün böyük səylər sərf edilməkdədir.
Biqa dili
Biqa dili (ing. Biga language) — Raja Ampat adalarının ən böyük 4 adasından biri olan Misool sakinlərinin danışdığı dil. Avstroneziya dillərinə aiddir. 2001-ci ilin məlumatına görə bu dildə təqribən 300 nəfər danışır.
Biqa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Biqa yarımadası
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. == Adın mənşəsi == Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. == Sərhədləri == Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FIBA Avropa
FIBA Avropa, FIBA üzvü 51 Avropa basketbol federasiyasının meydana gətirdiyi bir konfederasiyadır.
FIBA reytinqi
Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyası (fransız dilində: Fédération Internationale de Basketball, rus dilində: ФИБА) bütün beynəlxalq turnirlərdə iştirak əsasında milli basketbol yığmalarının reytinqini müəyyənləşdirmişdir. Ölkələrin birləşmiş reytinqləri aşağıdakı reytinqlərin cəmindən ibarətdir: ölkələrin kişi yığma komandası; ölkələrin qadın yığma komandası; Ölkələrin gənclərdən ibarət yığma komandası (16-19 yaş arası); Ölkələrin qızlardan ibarət yığma komandası (16-19 yaş arası). == Xalların hesablanması sistemi == Reytinq tərti edilərkən yalnız FİBA tərəfindən təşkil olunan turnirlərin nəticələri nəzərə alınır, regional çempionatların, yoldaşlıq görüşlərinin və digər yarışların nəticələri nəzərə alınmır.. === Yarışların xalları === FİBA tərəfindən keçirilən basketbol turnirlərdə iştirak edən hər bir milli komandanın səviyyəsindən asılı olaraq xüsusi qiymətləndirilmə dərəcəsi vardır. ==== Kişi və qadın yığmaları ==== ==== Gənclərdən ibarət yığma və Qızlardan ibarət yığma ==== === Yarışlar üzrə reytinq xalları === Futbol turnirlərindən fərqli olaraq basketbolda komandalar turnirdə qələbə şansını itirdikdən sonra da reytinq xalları uğrunda mübarizələrini davam etdirirlər. Bütün yığmalar üçün tutulan yer üçün reytinq xalları eynidir. === Dövrilik və yenilənmə === Reytinqin hesablanması hər turnirdən sonra toplanmış xalların üzərinə qazanılmış xalların əlavə edilməsi ilə aparılır. Reytinq hesablanması zamanı son 2 olimpiya dövrü (və ya 8 il) əsas kimi qəbul edilir. 8 ildən əvvəlki turnirlərin nəticələri silinir və daha yeniləri ilə əvəzlənir.
FIFA 07
FİFA 2007 – Electronic Arts tərəfindən istehsal olunan Futbol oyunudur. Satışa 27 sentyabr 2006 tarixində çıxrılmışdır. == Oyun tərkibi == 510 klub, 27 çempionat, 20 ölkə, 10.000 üstündə futbolçu. Play Station 2də də oynamaq mümkündür. Oyunda 1950-1990 illəri arasında oynamış futbolçular Classic XI adlı komanda ilə ulduzlar yığması düzəldilmişdir.
FIFA 16
FIFA 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun. FIFA seriyasının qadın milli komandalara yer verən ilk oyunudur. Həmçinin səsvermə yolu ilə üz qabığı üçün futbolçu seçilən və üz qabığında qadın futbolçu yer alan ilk oyundur. == Haqqında == İlk dəfə olaraq FIFA 16-da 12 qadın milli futbol komandasına yer verilmişdir. Bu milli komandalar Avstraliya, Braziliya, Kanada, Çin, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksika, İspaniya, İsveç və ABŞ-dır. Kompaniyanın vitse-prezidenti Deyvid Rutter bildirmişdir: "Dünyadakı tanınmış qadın futbolçuları və milli komandaları səsvermə yolu ilə oyuna daxil etmək EA Sports üçün möhtəşəmdir." 2013-cü ildə İspaniya milli komandasının kapitanı Veronika Bokute change.org saytı vasitəsilə ərizə yazmış və EA Sportsdan bir oyunda qadın millilərə də yer verilməsini istəmişdir. İlk 24 saat içində 20.000 səs toplanmışdır. FIFA 16-da həm kişi, həm də qadınların olduğu qarışıq komandalar yoxdur, həmçinin qadın milli komandalarla kişi milli komandalara qarşı oynamaq mümkün deyildir. Qadın milli komandalarla FIFA Qadınlar Dünya çempionatını turnirini oynamaq mümkündür. Oyundakı 78 stadionun 50-si real həyatda mövcuddur.
FIFA 99
FİFA 1999 - multiplatformalı videooyun, idman simulyator janrında FİFA seriyasının 6-cı oyunu. Oyunu hazırlayan EA Kanada, nəşr edən isə Electronic Arts kompaniyası olub.
Fira Cəlilova
Fira Cəlilova (Firuzə Ümid qızı İskəndərova; 26 iyun 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan jurnalisti == Həyatı == Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2004–2006 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, magistr dərəcəsi, 2006–2007 ​Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər Təhsil fakültəsində. Təhsil fakültəsi. İxtisas pedaqoq–psixoloq təhsilini başa vurub. Sonradan 2008–2013 ​ Təhsil Problemləri İnstitutunun Məktəbəqədər bölməsinin pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alaraq "Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə" mövzusunda dissertasiya işi müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır. 2000 – 2004 ​Space Müstəqil Teleradio şirkətinin müxbir və teleaparıcısı kimi fəaliyyətə başlayıb. 2004 – 2005 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının metodisti. 2005 – 2012 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının müdiri. 2012 – 2014​ Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sektor müdiri.2014 – 2016 ​Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018​ Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı.
Fira Rüstəmbəyova
Fira Rüstəmbəyova — Azərbaycanın Əməkdar memarı. == Əsərləri == Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayış binası. 1974-cü il (Nazim Hacıbəyov və Vadim Şulgin ilə ortaqlı) == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Fira Rüstəmbəyovaya həsr edilmişdir.
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FİBA Amerika
FİBA Amerika (ispanca Confederación Panamericana de Baloncesto, fransızca FIBA Amériques) FİBA zonasıdır (International Basketball Federation-Beynəlxalq Basketbol Federasiyası). Bu FİBA 5 qitənin ən birinci FİBA-sıdır. FİBA Amerika-dan Amerikanın əsas turniri cavabdehlik daşıyır. 44 dənə FİBA federasiyası var. Bunlardan ən böyüyü San Xuan, Puerto-Rikodur. Hal-hazırda FİBA Amerikanın prezidenti Beynəlxalq Dövlət Virciniya adasından olan Usiyo Riçarddır.
FİFA 100
FİFA 100 — Ölkələrarası Futbol Federasiyası olan FİFAnın 4 mart 2004-cü ildə Londonda baş tutan yüzüncü il yubileyidir. Mərasimdə eyni zamanda aralarında dünya şöhrətli braziliyalı futbolçu Pelenin də olduğu, müxtəlif millətlərdən futbol adamları FİFA 100 adı altında dünyada yaşayan ən yaxşı futbolçuları seçmişlər. Ancaq 100 ədədi siyahıdakı futbolçuları təmsil etmir, çünki Pele bu ədədi 100 ilə məhdudlaşacağının çox çətin olduğunu demişdir. Siyahı peşəkar 123 kişi və 2 qadın futbolçudan təşkil olunmuşdur. (Qadın idmançılar ABŞ-lı Miçele Akers və Mia Hammdır.) FİFA 100 siyahısı hələ də futbolla məşğul olan 50 və futbola əlvida deyən 75 futbolçudan ibarətdir. == Kriteriya == Bəzi futbolçuların müşahidələri siyahının yaradılmasında istifadə edilən üsullardan ən mühümü olmuşdur. Köhnə siyasi günümüzün futbol şərhçisi — David Mellor Evening Standard qəzetinin bir bölməsində siyahının futbol sahələrində edilənlərdən çox siyasi amillərlə yaradıldığını hiss etdiyini yazmışdır. Mellor siyahının Pele tərəfindən deyil, FİFA-nın idarə heyəti tərəfindən qələmə alındığını yazmışdır. Mellor ayrıca siyahıdakı oyunçuların geniş bir coğrafi quruluşdan gəldiyini, ancaq gerçəkdə Cənubi Amerikalı və Avropa oyunçuların əksəriyyətlə siyahını meydana gətirmələrinin lazım olduğunu söyləmişdir. Digər tənqidlər isə siyahının yalnız günümüzün oyunçularına yönəldiyi fikrindədir.Bir başqa soruşulması lazım olan FİFA sanksiyası ilə siyahının əslində "yaşayan futbolçu"ları ehtiva etməməsi, yalnız fəal futbol həyatı davam edən idmançılarla məhdud olmasıdır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.