Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filial
Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Limia
Viteks (lat. Vitex) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Miriam Giovanelli
Miriam Giovanelli (28 aprel 1989, Roma) — İtaliya-İspaniya aktrisası və fotomodeli.
Miriam adaları
Miriam adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın şimalında, Cekson adasının şimalı qutaracağından 600 m şimalda yerləşir. Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri ada 700 metr, digər ikisi isə 100 metr uzunluğa malikdir.
Miriam Sylla
Myriam Fatime Sylla (8 yanvar 1995, Palermo) — Fil Dişi əsilli italyan voleybolçu. Sünbülçü və Diaqonal təyinatçısı kimi oynayan Sylla, Serie A1 komandalarından biri olan Vero Volley Monza və İtaliya milli komandasında oynayır. O, Bakıda keçirilən 2015 Avropa Oyunlarında, 2015 FIVB Voleybol üzrə Dünya Qran Prisində, 2017 FIVB Voleybol üzrə Dünya Qran Prisində, və 2018 FIVB Voleybol Qadınlar Millətlər Liqasında iştirak etmişdir. O, Palermoda Fil Dişi Sahili ailəsində anadan olub və daha sonra onlar Lekko əyalətinə köçdülər. Açıqca lezbiyan voleybolçunun ortağı McKenzie Adams Türkiyə qadınlar arası Voleybol Çempionatı komandalarının Eczacıbaşı Dynavit formasını geyinir.
Miriam Naor
Miriam Naor (ivr. ‏מרים נאור‏‎; 26 oktyabr 1947, Qüds – 24 yanvar 2022, Qüds) — 2015-ci ilin yanvarından 2017-ci ilin oktyabrına qədər İsrail Ali Məhkəməsinin sədri olmuş Yəhudi hakim Naor 2017-ci ilin oktyabr ayının sonunda pensiya yaşına çatdıqdan sonra təqaüdə çıxmışdır. Onun yerinə isə Ester Hayut vəzifəsini davam etdirmişdir. Naor Yerusəlimdə anadan olub. Onun atası Naftali Lerner 1922-ci ildə Odessadan Fələstinə mühacirət etmiş və Hayfadakı Technionda inşaat mühəndisliyi üzrə təhsil almışdır. 1944-cü ildə o, 1910-cu ildə isə o, Litvadan köçmüş anası Batya (qızlıq soyadı Karklinski) ilə evlənmişdir. O, Qüdsdəki Hadassah Tibb bacısı Məktəbində tibb bacısı təhsili alıb. 1971-ci ildə Qüds Yəhudi Universitetini bitirib. 1980-ci ildə o, Yerusəlim Məhkəməsinə ilk hakim təyinatını qazandı. 1989-cu ilin may ayında isə Naor Yerusəlim Dairə Məhkəməsinə təyin edildi.2003-cü ildə isə o Ali Məhkəmənin daimi hakimi seçilmişdir Naor 38 il vəzifədə olub və 17 ilini Ali Məhkəmədə keçirib.
Con Viliam
Con Viliam — (25 iyun 1811 - 17 avqust 1893) Amerikalı rəssam. == Həyatı == O, Nyu-Yorkda anadan olub. Viliam və Durand yaxın dost olub. Onlar 1830-cu illərdə Nyu-Yorkda qravüraçı kimi bərabər işləyiblər. Dostu Durandın sayəsində onun rəssamlığa marağı artıb və rəssamlıqla yaxından maraqlanıb. == Ailə həyatı == 1867-ci ildə o, Nyu-Hempşirin Tamvorst şəhərində Helen M. Havord ilə evlənib. Onların (1867-1939) bir oğlu olub. Viliam 1893-cü ildə Nyu-Yorkun Saratoqa-Sprinqs şəhərində vəfat edib.
Ocotea finium
Ocotea aciphylla (lat. Ocotea aciphylla) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. Oreodaphne aciphylla Nees & Mart.
İmam
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
Orchis simia
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Atari, Inc. (filial)
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Simian Mobile Disco
Simian Mobile Disco — Simian qrupundan Ceyms Ford və Cas Şau tərəfindən yaradılmış elektronika musiqi duosu.
Uiliam Layon Makkenzi
Vilyam Layon Makkenzi (ing. William Lyon Mackenzie; 12 mart 1795, Sprinqfeld, Dandi) — Kanada jurnalisti, siyasətçisi, inqilabçısı. Vilyam Layon Makkenzi 12 mart 1795-ci ild Sprinqfelddə anadan olub. Müəllim təhsilini məhəllə məktəbində tamamladıqdan sonra 1817-ci ildə Uiltşirdə bir kanal şirkətinin idarə edilməsi üzrə iş dünyasına girdi. 1820 və 1830-cu illlərdə Vilyam Layon Makkenzi Yuxarı Kanada sisteminin ən böyük, kritik tənqidçisi idi. Onun temperamenti və inancı onu müstəmləkə hökumətinə qarşı silahlı üsyan etməyə və hətta, bu üsyana başçılıq etmə nöqtəsinə qədər aparmışdı. 1820-ci ildə Makkenzi İngilis Şimali Amerikaya köç etdi. 1824-cü ildə Müstəmləkə Müdafiəsini nəşr etməyə başladı və 1 il əvvəl nəşr yerini Quinstondan Yorka (Toronto) daşıdı. Qəzeti vasitəsilə koloniya içindəki imtiyaz və iqtidar adamlarını çox şiddətlə tənqid etdi və 8 İyun 1826-cı ildə bir sıra gənc jurnalist onun mətbəəəsini alt-üst etdi. Bu, Makkenizyə, onun məqaləsinə və reformist fikirlərinə qarşı Family Compact kimi tanınan iqtidar partiyasının səhvi idi.
12 imam
On iki imam (ərəb. الأئمة الاثنا عشر‎) – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. == İmamət inancı == İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir. Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır. On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var.
İmam Riza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir.
İmam Rza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir.
İmam Rəbbani
İmam Rəbbani — əsl adı Əhməd Faruki Sərhəndidir. 1564-cü ildə Hindistanda doğulmuşdur. Ata tərəfindən Ömərin soyuna dayandığı üçün Əl-Faruki ləqəbi ilə tanınır. Əhli Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Baqi Billah həzrətlərinə intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün Hind-Türk hökmdarı Əkbər şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Guvalyarda bir qalada həbs edilmişdir. Hər cür azğın axınlara qarşı Əhli Sünnə etiqadını dəstəklədiyi üçün "iki min ilin yeniləyicisi" ünvanına layiq görülmüşdür. Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi "Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam Rəbbaninin bəzi sözləri belədir: "İnsanın əvvəlcə etiqadını düzəltməsi lazımdır. Bu düzəltmə də, Qurani Kərimə, Məhəmməd Peyğəmbərin sözlərinə, hərəkətlərinə, əmrlərinə və camaatın fikirlərinə uyğun olaraq edilməlidir.
İmam Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
İmam Sahibəzzaman
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
İmam Səccad
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
İmam Səfi
İmam Səfi (fars. امام صفی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 30 ailədə 81 nəfəri kişilər və 113 nəfəri qadınlar olmaqla cəmi 194 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
İmam Tağı
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
İmam (Zəncan)
İmam (fars. امام‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 525 nəfər yaşayır (101 ailə).
İmam (dəqiqləşdirmə)
İmam — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. İmam (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
İmam Hauko
İmam Hauka (çeç. Имам Хӏовк) və ya Avko Unqayev (rus. Авко Унгаев; 1775, Germençuk[d], Şali rayonu) — hərbi və dini xadim, Çeçenistan imamı. O, 1825-ci il üsyanının əsas simalarından biri olmuşdur. Çartoy taypından olan çeçen idi. Beybulat Taymiyevin dəstəyi ilə 1824-cü ildə özünü Çeçenistanın imamı elan etmiş və 1825-ci ildə çeçenlərin böyük üsyanında iştirak etmişdir. Hauka mübarizəyə fəal şəkildə qoşulmuşdu. Beybulatın dəstəyi ilə çeçenlərin müdafiə mövqelərini, o cümlədən 1735-ci ildə yenidən qazılmış Xanqala dərəsindəki xəndəyi yeniləmişdir. Buna baxmayaraq, tezliklə çar qoşunlarının cəza ekspedisiyası zamanı İmam Hauka əsir düşmüş və Qroznaya qalasına gedən yolda zəhərlənmişdir.