Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
Caspian Fish
Cişu məbədi
Cişu məbədi (地主神社, Cişu-cinca) – Kiotoda yerləşən qədim şintoist məbədi. == Tarixi == Cişu məbədi Kioto şəhərində yerləşən ən qədim məbəd hesab olunur. Yaponiyanın quruluş tarixindən də öncə mövcud olduğu düşünülür. Məbədin diqqət cəlb edən tərəfi sevgi və münasibətlər kamisinə həsr olunmasıdır. Məbəd özü daxili və xarici binalardan ibarətdir. Daxili bina Nara stilində tikilib və kami Okuninuşiyə həsr olunub. Məbədin indiki binaları isə şoqun İemitsu Tokuqava tərəfindən 1633-cü ildə yenidən tikilib, bu zaman İrimoya və Qonqen stillərindən istifadə olunub. 1994-cü ildə məbədin daxili və xarici binaları, eləcə də, darvazası YUNESKO-nun Dünya irsi siyahısındadır. Burada bir çox mövsümi festival da baş tutur. Ən məşhuru Enmusubi Kinqan Sakura festivalıdır.
Dışu tişinoy
Dişu tişinoy (rus. Дышу тишиной, azərb. Nəfəs sükut‎) — Nikolay Noskovun üçüncü studiya albomu.
Fiyu ilbizcüllüt
Fiyu ilbizcüllüt (lat. Tringa glareola) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Fişt zirvəsi
Fişt (adıq Фыщт — "ağ baş") — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir. == Təsviri == Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var. Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır. Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.
Kim Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Luiş Fiqu
Luiş Fiqu (port. Luís Figo; d. 4.11.1972, Almada, Lissabon, Portuqaliya) — keçmiş Portuqaliya futbolçusu, "İnter" Milan klubunun idman direktoru. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. Fiqu Portuqaliya futbol tarixinin ən məşhur simalarındandır. Futbolçu karyerasına Portuqaliyanın Sportinq Lissabon klubunun aşağı yaş qruplarında başlayıb. 1989-1995-ci illərdə Sportinq Lissabon klubunun əsas heyətində çıxış edib. 1995-2000-ci illərdə İspaniyanın "Barselona", 2000-2005-ci illərdə isə "Real" Madrid klublarının formasını geyinib. 2005-2009-cu illərdə İtaliyanın "İnter" Milan klubunda çıxış edib. 1988-1994-cü illərdə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının heyətində, 1991-2006-cı illərdə Portuqaliya milli futbol komandasının heyətində çıxış edib.
Liza (fish)
Liza (lat. Liza) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinə aid heyvan cinsi.
Albert Fiş
Albert Fiş -(ing. Hamilton Howard "Albert" Fish) Amerika Birləşmiş Ştatlarının məşhur qatili. Tarixdə ən amansız silsilə qatillərdən biri hesab olunan Albert Fişin digər adları Boz Adam, Bruklin Qaniçəni və Xortdan olmuşdur. Albert Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur. Dünyada olan silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur və o, təkcə silsilə qatillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazdırmışdır. Qurbanlarının yaşlı, cavan ayırd etmədən bir çoxunun ətini də dadmışdır. == Həyatı == Albert Hamilton Fiş 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasının ölümündən sonra uşaq evinə düşən Albert Fiş bu həyata ayaq uydura bilməmiş, ruhi sarsıntı keçirmişdir. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrilmiş və şizofren davranışlar sərgiləməyə başlamışdır.
ISU-152
İstehsalına 1943-cü ildən başlanılmışdır. Bu tankvuranlar ağır alman tankları olan Tiger və Panzer V tanklarına qarşı mübarizə aparmaq məqsədilə yaradılmışdı. 152 mm-lik nəhəng topunun sayəsində İkinci dünya müharibəsinin ən güclü tankvuranlarından biri olmağı bacarmışdır. O tək atışda istənilən Nasist Almaniyasının istənilən ağır tankını (Panzer V, Tiger, Tiger II) məhv etməyi bacarırdı. Məhz bu qabiliyyətinə görə Almaniya əsgərləri ona “ovçu” ləqəbi vermişdilər.
Riannon Fiş
Riannon Mari Fiş (ing. Rhiannon Marie Fish; 14 mart 1991, Kalqari, Alberta) — Kanada-Avstraliya aktrisası.
Fişt Olimpiya Stadionu
Fişt Olimpiya Stadionu (rus. Олимпийский стадион «Фишт») – Rusiyanın Soçi şəhərində yerləşən stadiondur. Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir. Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku və 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir. == Tarixi == Stadionun dizayn layihəsi Populous və BuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv.
Timoti Fosu-Mensah
Evans Timoti Fosu Fosu-Mensah (2 yanvar 1998, Amsterdam) — Mançester Yunayted klubundan icarə əsasında İngiltərə Premyer Liqası təmsilçilərindən olan Fulhem klubunda mərkəz müdafiəçisi, müdafiəyə meyilli yarımmüdafiəçi və cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Fosu Mensah Amsterdamda anadan olmuşdur. Valideynləri isə Qana vətəndaşlarıdır. O, futbolçu karyerasına Ayaks klubunda start vermişdir. 2014-cü ildə isə İngiltərəyə gəlmişdir. Fosu Mensah Mançester Yunayted klubunun gənclərdən ibarət komandasında müxtəlif mövqelərdə — mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi və mərkəz yarımmüdafiəçisi mövqelərində çıxış etmişdir. O, peşəkar karyerasında debütünü 28 fevral 2016-cı ildə Arsenal klubuna qarşı oyunda etmişdir. Fosu-Mensah görüşün 55-ci dəqiqəsində Markos Roxonu əvəz etmiş və görüşü sol cinah müdafiəçisi kimi davam etdirmişdir. Premyer liqa görüşündə Yunayted rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. 19 oktyabr 2016-cı ildə o, Mançester Yunayted klubu ilə daha bir il uzadılması şərtilə 2020-ci ilə kimi uzunmüddətli müqavilə imzalamışdır.
Big Fish Theory
Big Fish Theory — ABŞ repçisi Vins Steyplsın ikinci studiya albomu. 23 iyun 2017-ci ildə Blacksmith Records və Def Jam Recordings tərəfindən buraxılıb.
Flayinq Fiş Kouv
Flayinq Fiş Kouv (ing. Flying Fish Cove) — Avstraliyanın Milad adasının əsas yaşayış məntəqəsi.
Acısu
Acısu — Qazax rayonunda çay. Kurun sağ qoludur. Acısu — Şamaxı rayonu ərazisində çay.
Aksu
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. == Qəsəbə və kəndlər == Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. == Tarixi == Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City. 502–550-ci illər arasında Hunlar, 552–648-ci illər arasında Göytürklər, 648–649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 — təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032–1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227–1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370–1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. === Yarkənd xanlığı dönəmi === Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. == İqtisadiyyat == Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır.
Alsu
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). == Həyatı == Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
EISA
EISA (Extended Industry Standard Architecture - genişləndirilmiş sənaye standartı arxitekturası) – IBM-uyumlu kompüterlər üçün şin; 1988-ci ildə hesablama texnikası istehsalı sahəsində 9 aparıcı şirkət (“Doqquzlar qrupu”): AST Research, Compaq, Epson, Hewlett-Packard, NEC, Olivetti, Tandy, Wyse və Zenith şirkəti tərəfindən IBM şirkətinin MCA (Micro Channel Architecture) şininə cavab olaraq işlənib hazırlanıb. EISA şini ISA (Industry Standard Architecture) şininin imkanlarını 32 mərtəbəyədək genişləndirir və şinə birdən artıq CPU qoşmağa imkan verir. ISA ilə müqayisədə ünvan fəzası 4 Gb-dək artırılıb. EISA şini ISA şininin üstçoxluğu olduğundan ona, MCA-dan fərqli olaraq, ISA-nın 8- və 16-mərtəbəli versiyaları ilə işləmək üçün nəzərdə tutulmuş əski lövhələr qoşmaq olar. MCA şini EISA şinindən daha mükəmməl olmasına baxmayaraq, bir çox istehsalçılar EISA-nı qəbul etdilər, çünki MCA şini qapalıdır və onun bütün hüquqları IBM şirkətinə məxsus idi. Sonda IBM özü də EISA şinindən istifadə edən bir neçə maşın istehsal etdi. EISA baha olduğundan fərdi kompüterlərdə geniş yayıla bilmədi, ancaq serverlərdə geniş tətbiq olundu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Eiso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu. Aysu Gülməmmədli — Ukrayna ictimai-siyasi xadimi Aysu Bankoğlu — hüquqşünas və siyasətçi.
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.