Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FLEK
FLEK (ing. Front for the Liberation of the Enclave of Cabinda) — Anqolanın anklav Kabinda əyalətinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan terror təşkilatı.
FLEX
FLEX (tam adı: ing. Future Leaders Exchange - azərb. Gələcək Liderlər Mübadilə Proqramı‎) — ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və keçmiş sosialist ölkələrindən olan 15-17 yaşlı gənclər üçün nəzərdə tutulan mübadilə proqramı. Proqram tibbi sığorta və gediş-dönüş biletləri daxil olmaqla bir akademik il müddətində 11-ci sinif şagirdlərinə Amerikada yaşamaq və məktəbə getmək getmək şansı verir. ABŞ Dövlət Departamenti tərəfindən fondlaşdırılır == Dəyərləndirmə və seçim == FLEX imtahanları hər ilin payızında, əsasən oktyabrın ortalarında keçirlir. Üç turdan ibarətdir: birinci tur 16 sualdan ibarət, demək olar ki, asan testlərdən hazırlanmış imtahan şəklindədir. İkinci tur bakıda birinci turdan bir neçə gün sonra, rayonlarda isə elə həmin gün keçirilir. Şagirdlərdən üç başlıq altında esse yazmaq tələb olunur. Esse mövzuları heç bir akademik mahiyyət daşımır və aplikantın xarakterini ortaya çıxartma məqsədi güdür. İlk iki tur üçüncüyə nisbətən asan və rəqabətsiz keçir.
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
Fleş
Fleş və ya Fləş
Fləş
Fleş və ya Fləş
Busta Flex
Valeri Fransua (fr. Valéry François), təxəllüsü Busta Flex (oxunuşu: Bösta Fleks) - fransız repçi, 1977-ci ilin sentyabrın 30-da Epine-sür-Sen (fr. Épinay-sur-Seine) şəhərində anadan olub.
Edvin Flek
Edvin "Teddi" Flek (d. 5 noyabr 1873, London, Böyük Britaniya — ö. 10 yanvar 1935, Bervik, Avstraliya) — Avstraliyalı yüngül atlet və tennisçi. 800 və 1500 metr məsafəyə qaçış yarışları tarixdə üzrə birinci Olimpiya çempionu olan Evdin Flek həm də tennislədə məşğul olub. 1896 Afina Olimpiadasında o, qoşa yarışlarda bürünc medal qazanıb. == Həyatı == Edvin Flek 1873-cü ilin 5 noyabr tarixində Londonun İslinqton rayonunda Yozef və Marianın ailəsində anadan olub. 5 yaşında o, ailəsi birgə Avstraliyanın Bervik şəhərinə köçdü. Edvin Flek 1892-ci ildə Melburn qrammatik məktəbini bitirdi. 1895-ci ildə Flek "Price Waterhouse" firmasında təhsilini davam etmək üçün Londona getdi. Daha sonra isə o, Afinaya I Yay Olimpiya Oyunlarına qatılmaq üçün getdi.
Fleş (personaj)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Kler Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. == Həyatı == Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. == Karyerası == Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Kler Littlton
Kler Littlton (ing.Claire Littleton) — ABC productionun Sağ qalmaq serialının əsas qəhrəmanlarından biridir. Rolun ifaşısı Emili de Revindir. Ilk seriyada təyyarənin sağ qalmış sərnişi kimi ekranlarda hamilə olaraq görünür. Serialın 4-cü mövsümündə sirli şəkildə yox olmazdan əvvəl, əsas qəhrəmanlardan biri olmuşdur. 6-ci mövsümdə yenidən seriala qayıtmışdır. == Təyyarə qəzasından əvvəl == Kler Sidneydə böyüyüb. Anası onun atasının öldüyünü bildirmişdir. Bir gün o, anası ilə birgə avtomobil qəzasına düşürlər. Bundan sonra Klerin anası komaya düşür. Kristian Şepard həmin vaxt Sindeyə gəlir, müalicə xərclərini öz üzərinə götürür və Klerə onun atası olduğunu bildirir.
Luiza Flek
Luiza Flek, həmçinin Luiza Kolm və ya Luiza Kolm-Flek kimi tanınır. Uşaqlıq adı Luiza Velte idi (alm. Luise Fleck‎; 1 avqust 1873, Vyana — 15 mart 1950, Vyana) — Avstriya kinorejissoru. Dünyanın ilk qadın-rejisorlarından biri hesab olunur (Alisa Qi-Blaşedən sonra). == Bioqrafiyası == Luiza Vyanada anadan olub. Atası - Louis Velte, XIX əsrin əvvəllərində Avstriyada məskunlaşmış Lion şəhərindən olan panoptikan sahibi idi. Uşaq ikən atasına işində kömək edir, kassada işləyirdi. 1910-cu ilin yanvarında Luiza ilk əri Anton Kolm və operator Yakob Flek və qardaşı Claudius ilə birlikdə Erste österreichische Kinofilms-Industrie kino şirkətini qurdular. Bu şirkət Luizanın atası da daxil olmaqla bir sıra insanların maliyyə dəstəyi ilə Avstriyada yaradılan ilk kino şirkəti idi. Bir il sonra Österreichisch-Ungarische Kinoindustrie GmbH adlandırıldı.
Manon Flier
Manon Nummerdor-Flier (d. 8 fevral, 1984, Uithoorn, Niderland) — Niderlandlı qadın voleybolçu. == Karyerası == Manon Flier 2009 Avropa çempionatının gümüş mükafatçısı və ən dəyərli oyunçusudur. 2012-ci ildən Azərreyl Bakının formasını geyinir, 2013-cü ildə isə digər bir Bakı klubu İqtisadçıya transfer olmuşdur.
Onisim Kler
Onisim Kler (25 fevral 1845 – 18 yanvar 1920, Yekaterinburq) — Ural Təbiət Elmləri Sevənlər Cəmiyyətinin qurucusu, 1920-ci ilə qədər ilham verən və daimi katibi. Geologiya və təbiətşünaslıq üzrə əsərlərin müəllifi, ilk Diyarşünaslıq muzeyinin təşkilatçısı, Yekaterinburq kişi gimnaziyasının müəllimi. == Bioqrafiyası == Nevşatel kantonu, Korsel kommunasında bir xidmətçi ailəsində anadan olmuşdur. 1862-ci ildə İsveçrədəki Nevşatel Sənaye Məktəbini bitirmişdir. Elə həmin il Rusiya İmperiyasına gəlmişdiri. Bunun səbəbi ailə şəraitindən irəli gələrək vətənindəki universitetə girməyə imkan verməməsi olur. Trubetskoy şahzadələrindən quberyor vəzifəsini alır. Təhsil müəssisələrində fransız dilini tədris etmək hüququ üçün Sankt-Peterburq İmperator Universitetində imtahan verir. Təxminən üç il Moskvada fransız dilindən dərs deyir, daha sonra təxminən iki il Yaroslavlda çalışır və burada yerli təbiət elmləri cəmiyyətinin işində iştirak edir. 1867-ci ildə Yekaterinburq şəhərinə köçür.
Fləş-mob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. == Əsaslar == Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. == Məqsəd == Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür.
Fləş-yaddaş
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Kler Redfild
Kler Redfild (yap. クレア・レッドフィールド, Kurea Reddofīrudo, ing. Claire Redfield) — Capcom şirkətinin yaratmış olduğu "Resident Evil" videooyun seriyasında görünən personaj. O, 1998-ci ildə buraxılmış "Resident Evil 2" oyununda Leon S. Kennedi ilə birlikdə oynana bilən personaj kimi təqdim edilmişdir.
Bler (dairə)
Bler (ing. Blair County) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Rəsmi olaraq 26 fevral 1846-cı ildə yaradılmışdır. 2010-cu ildə əhalinin sayı 127 089 nəfər idi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, dairənin ümumi sahəsi 1.364.931 km2-dir, bunun 1.362.341 km2-i quru, 2.590 km2-i və ya 0,250%-i sudur.
32-lər
32-lər — Azərbaycan Milli Ordusunun əsgərləri “qırmızıların” gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər “qırmızılardan”, üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Nargin adasına aparılaraq orada güllələnmişdi.
91-lər
"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı. == Müraciətin məzmunu == 1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi. Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː 91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː == Heydər Əliyev 91-lər haqqında == "91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir: Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir: 91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː == 91-lərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == "91-lər"dən olan hər bir insana diqqət ayrılır. E. İbrahimov; Müsahibəni apardı: K. Həmidov. 525-ci qəzet, 2013, 30 noyabr, s. 8 Azəri N. "Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları və regionun ən güclü siyasi təşkilatı — Yeni Azərbaycan Partiyasının üzvləriyik".
Fer adası
Fer adası (ing. Fair Isle) — Şotlandiyada Orkney adaları ilə Şetland adları arasında qalan Böyük Britaniyaya məxsus ada. == Coğrafiya == Fer adası 4,8 km uzunluğunda, 2,4 km genişliyində və 7,8 km2 sahəyə sahib və Böyük Britaniyanın ən təcrid olunmuş adasıdır. 1900-cü illərdə əhalisinin sayı 400 nəfər ikən, hazırda 68 nəfərdir. Qərb sahillərinin hündürlüyü 200 m olan qayalıqlardan ibarətdir. == Tarixi == 20 avqust 1588-ci ildə İspaniya armadasına məxsus gəmi "El Gran Grifon" Fer adasının sahillərində batmışdır. Qalıqları 1970-ci ildə tapılmışdır. İkinci dünya müharibəsi zamanı Böyük Britaniya hökuməti adada radar staniyası qurmuşdur. 17 yanvar 1941-ci ildə bir Almaniyanın "Heinkel He 111" bombardman təyyarəsi adada qəza etmişdir. 5 pilotdan 2-si ölmüş və adadakı məzarlıqda dəfn olunmuşdur.
Lər (Şəbüstər)
Lər (fars. لار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (102 ailə).
Le-Fer
Le-Fer (fr. Le-Fer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 13,7 km², əhalisi 89 nəfərdir (2006) artım tendensiyası ilə: 96 nəfər (2012), əhalinin sıxlığı 7,0 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 100 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 96 nəfər.
Busta Flex (repçi)
Valeri Fransua (fr. Valéry François), təxəllüsü Busta Flex (oxunuşu: Bösta Fleks) - fransız repçi, 1977-ci ilin sentyabrın 30-da Epine-sür-Sen (fr. Épinay-sur-Seine) şəhərində anadan olub.