flomaster
flora
OBASTAN VİKİ
Flor-de-Lis
Flor-de-Lis — Portuqal musiqi qrupu. 2004-cü ildə yaranıb. 2009 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı "Todas as ruas do amor" (Azərbaycanca:"Sevginin bütün küçələri" ) mahnısı ilə təmsil etmişdir. I yarımfinalda ilk onluğa daxil olaraq finala keçmişdir. Finalda isə 57 xalla 15-ci olmuşdur.
Flor-du-Sertao
Flor-du-Sertao (port. Flor do Sertão) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 1625 nəfərdir. Ərazisi 58,708 кm²-dir. Əhalinin sıxlığı 27,7 nəfər/кm²-dir. Bələdiyyə 29 sentyabr 1995-ci ildə yaradılmışdır.
Rojer de Flor
Rojer de Flor (it. Ruggero da Fiore) — başda Siciliya krallığı və Bizans İmperiyası olmaqla, Aralıq dənizi və Anadolu torpaqlarında fəaliyyət göstərmiş kondottiyeri. Bir il boyunca Malta kontu olmuşdur. Siciliya krallığının Brindizi şəhərində italyan bir zadəganın və şahin ovçusu, cənubi İtaliyanın Hohenştaufen sülaləsinin xidmətində olan Richard von Blumun (Blum almanca gül deməkdir) ikinci oğlu kimi anadan olmuşdur. 8 yaşında ikən qalera ilə dəniz səyahətinə göndərilmişdir. Məbəd cəngavərlərinə mənsub olan Rojer de Flor qalera kapitanı olmuşdur. Daha sonra şəxsi mənafeyini daha üstün tutduğundan üzvlükdən atılmış və bundan sonra dəniz quldurluğuna başlamışdır. Bizans imperatoru II Andronik Paleoloq Avropa torpaqlarında Osmanlı İmperiyasının irəliləyişinin qarşısını almaq üçün Rojer de Flordan kömək istəmişdir. Bunun bir nəticəsi kimi Rojer de Flor Katalan kampaniyası adlı muzdlu əsgərlərdən ibarət ordu ilə Konstantinopola gəlmiş və imperator tərəfindən qarşılanmışdır. Amma kiçik uğurlar əldə edən Katalan kampaniyası Konstantinopol və digər Bizans torpaqlarında talançılıqla məşğul olmuşdur.
Eria floribunda
Pinalia floribunda (lat. Pinalia floribunda) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü. == Sinonimləri == Eria leucostachya Lindl. Eria floribunda Lindl. Eria euryantha Schltr. Eria subaliena Gagnep.
Erigeron floribundus
Erigeron floribundus (lat. Erigeron floribundus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Florensiya Respublikası
Florensiya Respublikası (lat. Respublica Florentina, it. Repubblica fiorentina) — şimali İtaliyada 1115-1185 ci və 1197-1532 ci illər arasında mövcud olmuş müstəqil respublika.
Florensiya Universiteti
Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir. == Tarixi == Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi. 1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir. 1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir. 1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir. == Məkanı == Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir. == Fakültələri == Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir: Memarlıq fakültəsi; Edukoligiya fakültəsi; İqtisadiyyat fakültəsi; Əczaçılıq fakültəsi; Mühəndislik fakültəsi; Ədəbi-fəlsəfə fakültəsi; Fiziki-riyaziyyat fakültəsi; Tibbi cərrahlıq fakültəsi; Siyasi elmlər fakültəsi; Psixologiya fakültəsi; Hüquq fakültəsi; Kənd təsərrüfatı fakültəsi. == Tələbələri == Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. == Tarixi == 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. == Memarlıq == Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.
Florenski dağlaləsi
Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır.
Florenski tülpanı
Florent Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Florentina süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. == Coğrafiyası == Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Florestina
Florestina (lat. Florestina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lepidopappus Moc.
Florian Albert
Florian Albert (15 sentyabr 1941[…] – 31 oktyabr 2011, Budapeşt) — Macarıstan milli komandasının və "Ferentsvaroş" klubunun sabiq futbolçusu. "Qızıl top" mükafatının sahibi (1967). == Karyerası == === Klub === Florian Albert bütün karyerasını "Ferentsvaroş" klubunda keçirib. === Milli === Yığmada 75 matçda 31 dəfə fərqlənən mərhum futbolçu 1962 və 1966-cı il dünya çempionatlarında, eləcə də 1960-cı il Yay Olimpiya Oyunlarında iştirak edib. == Uğurları == 4 dəfə ölkə çempionluğu qazanıb. Olimpiadada bürünc medal qazanıb. "Qızıl top" mükafatının sahibi olub (1967). == Xatirəsi == 2007-ci ildə "Ferentsvaroş"un stadionuna Albertin adı verilib. == İstinadlar == == Mənbə == "Qızıl top"un sahibi öldü.
Florian Faber
Florian Vellbrok
Florian Vellbrok (19 avqust 1997) — Almaniyalı üzgüçü. Florian Vellbrok Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Florian Vellbrok birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:23.88 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Florianturm
Florianturm - Dortmund şəhərində ( Federal Dövlət - Vestfaliya Şimali Reyn ) yerləşən televiziya və radio yayım qülləsi . 1959 - cu ildə Vestfalian Park şəhər parkında federal bağ və park sərgisi üçün tikilmişdir. Tikildiyi zaman qüllə Almaniyada ən yüksək bina idi - orijinal hündürlüyü 219.6 m idi . Qüllənin bugünkü hündürlüyü 211,4 metrdir, bu isə Almaniyada ən yüksək binaların siyahısında 14-cü olmasını təmin edir. Qüllə analoq televiziya, DVB-T , VHF radio xidmətlərinin antenalarını, habelə müşahidə salonu və restoran kimi istifadə olunur. Bu gün Florianturm Ruhr bölgəsinin "Sənaye mədəniyyəti yolu" regional layihəsinin təməl nöqtəsidir. == Yerləşmə == Qüllə, dəniz səviyyəsindən 120 metr yüksəklikdə Westfhalian Parkında inşa edilmişdir Qüllə yaxınlığında Westfalenhallen sərgi mərkəzi , Siqnal Iduna Park stadionu, RWE və Deutsche Telekom ofis binaları yerləşir. U41, U47 (Märkische Straße stop), U45 və U49 ("Westfalenpark" dayanacağı) qülləni şəhər mərkəzi ilə birləşdirir . == Tarix və texniki xüsusiyyətlər == Florianturm inşaasına 1958 - ci ilin mayında başlamışdır və 1959 - cu ilin aprelində rəsmi açılış keçirilmişdir. Qüllə, baca ilə strukturca oxşar olan dəmir-beton silindirdir.
Florianu Peyşotu
Florianu Peyşotu (30 aprel 1839, Alaqoas, Braziliya İmperiyası — 29 iyul 1895, Rio-de-Janeyro, Braziliya) — Braziliya marşalı və dövlət adamı. 1889-cu ildə II Pedronu taxtdan endirən inqilabın liderlərindən biri idi. İnqilab əsnasında general olsa da, inqilabdan sonra müdafiə naziri, məclis üzvü və baş nazir vəzifəsinə gətirildi (1891). Deodoru da Fonsekanın istefa verməsinin ardından hakimiyyətə gəldi və 1894-cü ildə hakimiyyətdən gedənə qədər müxtəlif üsyan və daxili çaxnaşmaları yatırdı.
Florianópolis
Florianopolis — Braziliyanın Santa Katarina əyalətinin paytaxtı. 2016-cı ildə şəhərin əhalisi 477,798 nəfərdir və bu, Joinville-dən sonra əyalətin ən sıx məskunlaşdığı şəhərdir. == İdman == Avaí Futebol Clube və Figueirense FC şəhərin iki peşəkar futbol komandasıdır. Bununla yanaşı, sahil qəsəbəsi olduğu üçün şəhərdə avarçəkmə, külək sörfinqi, sörfinq və uçurtma xizəkləri kimi su idman növləri də həyata keçirilir.
Florid Buləkov
Florid Buləkov (başq. Флорид Миңлемулла (Миңнулла) улы Бүләков 23 fevral 1948, Bolşiye Şadı[d], Başqırd MSSR – 18 yanvar 2015, Ufa) — Başqırd dramaturqu. Başqırdıstan Respublikasının xalq yazıçısı, ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı və Başqırdıstan Respublikası Dövlət Salavat Yulaev adına mükafatı, Başqırdıstan Respublikasının Əməkdar İncəsənət Xadimi. == Bioqrafiyası == Ordudan qayıtdıqdan sonra 1969–1973-cü illərdə Mişkində "Erveya" xalq rəqs ansamblının təşkilatçısı və musiqi rəhbəri olmuşdur. Eyni zamanda Birsk Pedaqoji İnstitutunda qiyabi təhsil alır. 1973–1989-cu illərdə ədəbi işçi, şöbə müdiri, Mişkin regional "Drujba" qəzetinin müxbiri, daha sonra respublika Leninets və Sovet Başqırdıstanı qəzetlərində işləmişdir. İyirmidən çox pyesin və ilk Başqırd serialının müəllifidir. Onun "Sevgi Qeydiyyatı", "Unudulmuş Dua" dram nümunələri, "Nadinc qız" faciəsi, "Şaimuratov-General" dram-rekvizamı və "Nənələr ərə gedirdi" xalq komediyası çox populyardır. Layihənin müəllifi və ilk Başqırd rok operasının librettosu ("Sevgi ulduzu", bəstəkarı Salavat Nizametdinov). Tamaşaları Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Monqolustan, Türkmənistan (Yekaterinburq, Vladimir, İrkutsk, Xabarovsk, Kirov, Penza, Kazan, Nijni Novqorod, Mahaçqala, Çerkessk, Yakutsk, Ulan-Ude, Ufa, Alma-Ata, Astana, Brest, Bobruisk, Çerniqov, Tambov və s.) kimi ölkələrin teatr səhnələrində ifa edilmişdir.
Florida
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Florida (Çili)
Florida — Çilidə şəhər.
Florida Gulf Coast Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.

Значение слова в других словарях