Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuqu
Fuqu — balıq növü. Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare (bitkidən alınan tünd zəhər) adlı məhsuldan 25 dəfə, sianiddən isə 275 dəfə daha güclü tərkibə malikdir. Zəhər tənəffüs orqanlarında iflic yaradır, insan bir neçə dəqiqə ərzində dünyasını dəyişir. Bu balıqdan yalnız xüsusi lisenziyası olan aşpazlar istifadə edirlər və fuqunu hazırlaya bilərlər. Lakin bütün bunlara baxmayaraq hər il bu balıqdan ölən insanlar olur. Artıq problem həll edilir və Yaponiyada cənubi Ehime adlı yerdə balıq ferması yaradılmışdır, hansı ki, bura il ərzində bazara 50 mindən artıq zəhərsiz balıq göndərir. Aşpazlar isə düşünür ki, zəhərli fuqu öz məşhurluğunu hələ də saxlayır . Fuqu restoranlarına gəlib bu balıqdan yemək istəyənlər, yalnız yemək üçün bura gəlmirlər, onlar eyni zamanda əsəblərini də qıcıqlandırmağı sevirlər.
Xufu
Xeops (Xufu və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir. Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir. Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.
Akiko Furu
Akiko Furu (d. 18 iyul 1973; Kanazava, Yaponiya) — Yaponiyanı təmsil edən batut gimnastı. Akiko Furu, 2000-ci ildə Yaponiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Akiko Furu, 2000-ci ildə Yaponiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Furu, 35.30 xal topladı və 8 idmançı sırasında 6-cı yeri tutdu.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Fuyu qırğızları
Fuyu qırğızları — Çinin Xeylunçzyan əyalətinin Fuyu uyezdində yaşayan türk etnik qrupu. Özlərini qırğız, xerqıs, tirtiz adlandırırlar. Fuyuları qırğızlarla qarışdırmaq olmaz, çünki mənşəyinə və dilinə görə Sibir türkləri, xüsusən də xakaslarla qohumdurlar. Doğma dilləri fuyu-qırğız dilidir. 1997-ci il Çində əhalinin siyahıya alınmasında onların sayı 1200 nəfərə yaxın göstərilib. == Tarixi == Onlar 1703-1706-cı illərdə Xakasiya ərazisindən (“Qırğız torpağı”) Cunqariyaya “qovulmuş” Yenisey qırğızlarının nəslindən sayılırlar. Cunqar xanlığının süquta uğramasından sonra 1755-1757-ci illərdə Tzin sülaləsinın hakimiyyət orqanları onlar Mançuriyaya köçürdü (“Qianlong” devizi altında hakimiyyətin 20-22 illərində). Hal-hazırda onlar Çinin Yui-Daur-Mançu-Qırğız Milli muxtariyyətində (adından göründüyü kimi)(友谊达斡尔族满族柯尔克孜族乡|友谊达斡尔族克孜族乡|友谊达斡尔族满, Çin) yaşayırlar. == Öyrənilməsi == Fuyu qırğızları haqqında ilk elmi məlumat Yaponiyanın Mancuriyanı işğalı zamanı (1931-1945) qeydə alınıb. Yapon alimi Masato Suhara (yap.
Xnum-Xufu
Xeops (Xufu və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir. Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir. Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.
Yufu dağı
Yufu dağı (由布岳, Yufudake) – Yaponiyanın Oyta prefekturasında, Yufu və Beppu şəhərləri arasında yerləşən stratovulkan. Yufu dağı stratovulkandır. İki zirvəsi var: Hiqaşi-mine (Şərq zirvəsi) və Nişi-mine (Qərb zirvəsi). Hiqaşi-mine Nişi-minedən təxminən 10 metr hündürdür. Dağa çatmaq üçün ən populyar marşrut Kamenoi Bus ilə Yufu Tozanquçi avtobus dayanacağından başlayır. Yol 2 saat yarımlıqdır. Digər marşrutlar Yufu şəhərindən və Hiqqşi Tozanquçi avtobus dayanacağından başlayır. Vikianbarda Yufu dağı ilə əlaqəli mediafayllar var.
Yuyçzülyü Futu
Yuyçzülyü Futu (v. 508) - Jujan dilindəki adı ilə Tuoxan xan 506-ıi ildə atasından sonra taxta çıxmış jujan xaqanı. Taxta çıxan kimi Şimal Vey ilə sülh bağlamağa çalışsa da imperator buna razı olmadı və o təkcə Qaoçe Ulu Bəyliyi ilə müharibə apararsa sülh bağlayacağını dedi. Futu Qaoçelər üzərinə yürüşə keçsə də müharibədə Qaoçe bəyi Mietu tərəfindən öldürüldü.
İba Fuyu
İha Fuyu (伊波 普猷, 15 mart 1876, Naha – 13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası. "Okinavaşünaslığın atası" hesab olunur. O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir. İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur. 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır. Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir. Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır. 1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir. İha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir. 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.
İha Fuyu
İha Fuyu (伊波 普猷, 15 mart 1876, Naha – 13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası. "Okinavaşünaslığın atası" hesab olunur. O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir. İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur. 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır. Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir. Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır. 1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir. İha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir. 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.
Fuku Nankaku
Hattori Nankaku (服部 南郭, 12 noyabr 1683, Kioto – 15 iyul 1759, Edo[d]) və ya Fuku Nankaku (服 南郭) – Yaponiya nanqa rəssamı, şairi və konfusiçi alimi. == Həyatı == Hattori Nankaku 1683-cü ildə Kioto şəhərində doğulmuşdur. Əsl adı Mototaka idi. 14 yaşında olanda Edoya köçərək Yanaqisava Yoşiyasuya qulluq etməyə başlamışdır. Orijinal konfusiçilik klassiklərinin filologiya tədqiqatlarını dəstəkləyən Kobunciqaku məktəbinin qurucusu Oqyu Sorayın şagirdi olmuşdur. Daha sonra bakufuda kiçik vəzifə tutmuşdur. Nankaku 1716-cı ildə öz məktəbini açmış, Ayabe Keysay, Kudo Heysuke , Moçizuki Saney , Taki Kakuday , Yuasa Cozan kimi şagirdləri olmuşdur. Şoda Şiken ondan təsirlənmişdir. == Yaradıcılığı == Rəssamlıq və şairliklə məşğul olmuş, yaradıcılığı Hiqo daymyosu Şiqetaka Hosokava tərəfindən bəyənilmişdir. Tenşo Şubun və Seşşu Toyonun rəsmlərini tədqiq etmişdir.
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Edfu
İdfu (ərəb. إدفو‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində Esna və Avan şəhərlərinin arasında yerləşir. Əhalisi 60 min nəfərə yaxındır. İdfu şəhəri eyni adlı Qədim Misir dövrünə aid məbədin şəhər yaxınlığında yerləşməsi ilə tanınmışdır. İdfu məbədi Qədim Misirə aid məbədlər arasında ən yaxşı vəziyyətdə olan ikinci məbəd hesab olunur. Məbədin 50 metr qərb tərəfində Tell İdfu olaraq adlandırılan qədim yaşayış yeri aşkar olunmuşdur. Şəhərin 5 km şimal hissəsində kiçik pilləkənli piramidaların xarabalıqları aşkarlanmışdır.
FIFA
FİFA (fr. Fédération Internationale de Football Association — azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı. FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir. İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir. == Tarixi == FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi. 1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
Fuci
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Fukui
Fukui (yap. 福井市) — Yaponiyanın Çubu adasında və eyniadlı regionda yerləşən Fukui prefekturasının paytaxtı.
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
Çufa
Fucus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
FIFO
FIFO (ing. first in, first out "birinci daxil, ilk çıxış") — zaman və prioritetlərlə bağlı məlumatların təşkili və manipulyasiya üsulu. Bu ifadə "birinci daxil, ilk çıxış" prinsipinə uyğun olaraq prosesi tənzimləməklə növbənin və ya ziddiyyətli tələblərə xidmətin texniki işlənməsi prinsipini təsvir edir. Birinci gələnə xidmət verilir, sonrakı birincinin xidməti başa çatana qədər gözləyir və s. Bu prinsip insanlar növbəyə daxil olduqları ardıcıllıqla xidmət alarkən növbəyə duran şəxslərin davranışına bənzəyir. Eyni şey, məsələn, tənzimlənməyən kəsişmədə, sürücülər sürməyə davam etmək üçün öz növbəsini gözlədikdə baş verir. Daha geniş mənada, LIFO (last-in, first-out son gələn, ilk çıxan) abstraksiya FIFO abstraksiyasının əksidir. Daha az istifadə olunan FILO sinonimini nəzərə alsaq, fərq daha aydın ola bilər ki, bu da birinci gələn, axırıncı çıxan ("ilk gələn, sonuncu çıxan") mənasını verir. Əslində, hər iki abstraksiya daha ümumi siyahı manipulyasiya anlayışının spesifik hallarıdır. Fərq siyahıda (məlumatlarda) deyil, məzmuna giriş qaydasındadır.
Fuko
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926[…], Puatye, Vyenna, Fransa – 25 iyun 1984[…], XIII arondisman, Fransa və ya Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi. == Həyatı == Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gəldi. Atası cərrah, anası isə cərrahın qızı idi. Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə problemli münasibətinin olduğunu vurğulamışdır. 1948-ci ildə ilk dəfə intihara cəhd etdi və bir müddət psixiatriya xəstəxanasına yerləşdirildi. Bu təcrübələrin hər ikisi onun homoseksuallığı ilə əlaqəli görünür, çünki psixiatr onun intihar cəhdinin cəmiyyətdəki marjinal statusu ilə motivasiya edildiyinə inanırdı. Hər ikisi də onun intellektual inkişafını formalaşdırmış və sapma, dəliliyin diskursiv çərçivəsinə diqqət yetirmişdir. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin.1971-ci il may ayının 1-i Fuko və Jan — Mari Domenak "Sante" Paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar.16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır. 1984-cü il 2 iyunda Fuko qəşş etdi və xəstəxanaya yerləşdirildi.