Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Handan Sultan
Xəndan Sultan (1565, Osmanlı imperiyası – 9 noyabr 1605, Konstantinopol) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan. Xəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi. Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir. Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.
Peter Handke
Peter Handke (6 dekabr 1942[…]) — Avstriyalı Nobel mükafatı laureatı, dramaturq, tərcüməçi, şair, kino rejissoru və ssenaristdir. 2019-cu ildə Handke "linqvistik fərasəti ilə insan təcrübəsinin periferiyasını və spesifikliyini ortaya çıxardan təsirli əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1960-cı illərin sonlarında Publikumsbeschimpfung (Tamaşaçılara narahatlıq ) pyesi və Die Angst des Tormanns beim Elfmeter romanı (Qapıçının penaltı narahatçılığı) kimi əsərlərinə görə tanındı. Anasının 1971-ci ildəki intiharından təsirlənərək onu Wunschloses Unglück (Biganə kədər) adlı əsərində canlandırdı.
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür.
Zandak dağı
Zandak - Baş Qafqaz silsiləsi ərazisində, Azərbaycannın Oğuz rayonunda yerləşir. Hündürlüyü 2930 metr təşkil edir. Dağ Gəldəkçay və Daşagilçay çaylarınn arasında yerləşir. Cənubunda Baş Daşağıl kəndi (Azərbaycan) və şimalında Qdım kəndləri (Dağıstan) yerləşir. Olduqca sərt yamaca malikdir.
Hanako (rəqqasə)
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Anton Hanak
Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[…], Brno, Sisleytaniya – 7 yanvar 1934[…], Vyana) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş. Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
Etsuko Handa
Etsuko Handa (d. 10 may 1965) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 19 qol vurub.