Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sara Peylin
Sara Peylin — Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.
Eylin Uornos
Eylin Karol Uornos (29 fevral 1956 – 9 oktyabr 2002, Florida Dövlət Həbsxanası[d], Florida) — 1989–1990-cı illər aralığında Florida ştatında 7 nəfərin ölümündə günahlandırılan amerikalı seriyalı qatil. ABŞ-nin ən məşhur seriyalı qatillərindən olan bu homoseksual qadın 7 nəfəri öldürsə də, ikisinin cəsədi tapılmadığı üçün 5 nəfəri öldürməkdə mühakimə olunub. Uşaq vaxtı onun atası pedofillikdə günahlandırılaraq tutulub. Anası kiçik qızını babasına verərək qaçıb. 13 yaşında təcavüzə məruz qalan Uornos uşaq dünyaya gətirib. Babası onu evdən qovduqdan sonra həyatda qalmaq üçün fahişəlik edən Uornos köhnə bir avtomobil alıb. 20 yaşında olarkən 70 yaşlı kişi ilə evlənib və ərini döydüyü üçün boşanıb. Məhkəmədə öldürdüyü adamların ona təcavüz etdiyini deyən Uornos edamdan əvvəl etiraf çıxışı belə olub: "Qətlləri qəzəbimdən törətdim. Edam edilməliyəm, çünki həbsdən çıxsam yenə adam öldürəcəyəm". == Həyatı == Eylin Uornos, Eylin Karol Pittmen doğum adı ilə 29 fevral, 1956-cı ildə Miçiqanda doğulub.
Heyli Heynderiks
Heyli Hanna Heynderiks (28 may 1993, Stokton, Kaliforniya, ing. Haley Hannah Heynderickx) — Oreqon ştatının Portlend şəhərindən olan amerikalı müğənni-bəstəkar. 2016-cı ildə Fish Eyes adlı debüt mini albom buraxdı. Onun ilk studiya albomu I Need to Start a Garden 2018-ci ilin mart ayında səsyazma şirkəti Mama Bird Recording Co. tərəfindən buraxıldı. == Həyatı == Heynderiks Kaliforniyanın Stokton şəhərində Filippin-Amerikan ailəsində anadan olub, Oreqon ştatının Forest Qrov şəhərində böyüyüb və oxumağı kilsədə öyrənib. Portlend Dövlət Universitetini bitirib.
Heyli Staynfeld
Heyli Staynfeld (ing. Hailee Steinfeld; 11 dekabr 1996, Tarzana[d], Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. O, 2010-ci ildə rol aldığı "True Grit" filmindəki çıxışına görə "Oskar" və "BAFTA" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Heyli Staynfeld Los-Anceles şəhərində yerləşən Tarzana məhəlləsində anadan olub. Onun anası Çeri (qızlıq soyadı: Domasin) interyer dizayneri, atası Piter Staynfeld isə şəxsi məşqçidir. O, iki uşaqdan ən kiçiyidir. Onun Qriffin adlı böyük qardaşı var. Onun əmisi fitness məşqçisi və aktyor Ceyk Staynfelddir. Heylinin anasının babasının qardaşı Larri Domasin keçmiş uşaq aktyor olmuşdur. Onun xalası qızı aktrisa True O'Brien, Hayli səkkiz yaşında olarkən televiziya reklamında çəkilmişdi.
Nikki Heyli
Nimrata Nikki Randxava Heyli (ing. Nimrata Nikki Randhawa Haley; 20 yanvar 1972) — ABŞ siyasətçisi, ABŞ Respublikaçılar Partiyasının üzvüdür. Cənubi Karolina ştatının 116-cı qubernatorudur. 23 noyabr 2016-cı ildə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ona ABŞ-nin BMT-də daimi nümayəndəsi postunu təklif edib.
Bill Heyli
Vilyam Con Klifton Heyli (ing. William John Clifton Haley; 6 iyul 1925[…], Highland Park[d], Miçiqan – 9 fevral 1981[…]) — amerikalı musiqiçi, müğənni və bəstəkar, rok-n-rollun ilk ifaçılarından biri. Onun "Comets" qrupu ilə birlikdə yazdığı " Rock Around the Clock " (1954) mahnısı "Kometalar" (ing. The Comets) rok-n-rollun populyarlaşmasına böyük təsir göstərmişdir.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Heyli Lu Riçardson
Heyli Lu Riçardson (ing. Haley Lu Richardson; 7 mart 1995, Finiks, Arizona, ABŞ) — ABŞ aktrisası. Onun ilk rolları Disney Channel-in "Silkələ" (2013) serialında və ABC Family-nin "Ravenswood" serialında olub. Heyli 2016-cı ildə iki filmə çəkilib: "The Edge of Seventeen" və "Split". Heyli 2017-ci ildə "Kolumbus" filmindəki rolu ilə məşhurlaşıb. Bu filmdəki ifasına görə "Ən yaxşı aktrisa" nominasiyasında "Gotham Müstəqil Film" mükafatına namizəd göstərilib. O müstəqil filmlərdə rol almağa davam edib: "Support the Girls" (2018), "Unpregnant" (2020) və "After Yang" (2022). Heyli "The White Lotus" (2022) serialının ikinci mövsümündə və həmçinin "Love at First Sight" (2023) serialında rol almışdır. == Həyatı == Heyli Lu Riçardson 7 mart 1995-ci ildə Arizona ştatının Finiks şəhərində anadan olub. Onun anası marketinq sahəsində işləyir, atası isə qolf meydançası memarıdır.
Heyli Smit (Amerikan ata!)
Heyli Arzuməhvedən Smit-Fişer (ing. Hayley Dream-Smasher Smith-Fischer) — Amerikan ata! televiziya serialında Sten və Fransin Smitin qızı. Serialın yaradıcısı Set Makfarleynin bacısı Reyçel Makfarleyn tərəfindən səsləndirilib. == Xarici görünüş == Heyli bütün serialarda başının alın nahiyyəsində çəhrayi güllərlə bəzədilmiş yaşıl rəngli hippi bandajı gəzdirir (hayrat bandajı). Onun orta uzunluqda qara saçları var, boynunda isə "Pasifik" işarəsi olan zənciri, göbəyində isə qızıl üzük formasında pirsinqi var. Geyiminə gəldikdə isə, o çox vaxt boz rəngli kofta və tünd mavi cins geyinir və şalvarın üstündən ağ rəngli kəmər taxır. Ayaqlarında həmişə qəhvəyi sandal ayaqqabılar olur. == Bioqrafiya == Heyli — müasir amerikan gənclərinin tipik nümayəndəsidir. O özündən başqa hər kəsə çox tələbkardır.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Bəylik
Bəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adları: Bəylik — Ağdaş rayonunda kənd. Bəylik — Laçın rayonunda kənd. Bəylik — Saatlı rayonunda kənd. Bəylik — Kəlbəcər rayonunun Alıbəyli kəndinin köhnə adı.
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilək sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Hayuin
Hayuin - mineral == Haqqında == Hayuin — (Na, Ca)8–4[(SO4)2–1 ï(AlSiO4)6]. Al Fe3+-lə və Na K-la cüzi əvəzlənməsi müşahidə edilir. Sodalit ilə izostrukturdur. Hayuin və nozean fasiləsiz sıranın sonuncu üzvləridir. Göy, bəzən ağ; qələvi süxurlarda hidrotermal mənşəlidir. == Həmçinin bax == Mineral == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır. Heroinin bir çox jarqon adları var: eriz (aries), harri (harry), tiqer, cenni (jenny), spayder, svit drims (sweet dreams), antifriz (antifreeze), bonita, heyzel (hazel), qara qartal, dinamit, predator.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. == Coğrafiya == Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. == Əhalisi == 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Seylan
Seylon
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Ueylon
Villem Biykerk (nid. Willem Bijkerk; d. 20 aprel 1980, Apeldorn, Niderland) və ya səhnə adı ilə Ueylon (ing. Waylon) — Niderland müğənnisi. Ueylon The Common Linnets qrupunun üzvü olaraq Niderlandı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 2-ci yeri qazanmışdır. Ueylon eyni zamanda Niderlandı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək olan 2018 Avroviziya Mahnı Müsabiqəsində solo ifaçı olaraq təmsil etmişdir. Villem Beykirk uşaqlıq vaxtlarından kantri musiqi janrından ilhamlanmış və ilkin olaraq sənətə West Virginian Railroad qrupunda barabançı olaraq başlamışdır. O, 1997-ci ildə EMI şirkəti ilə müqavilə imzalamışdır. ABŞ-nin Tennessi ştatında yerləşən Neşvilldə debüt albom hazırlıqlarına başlasa da, lakin həmin albomun hazırlığı daha sonra ləğv edilmişdir. 2001-ci ildən etibarən Amerikada yaşayan Villem idolu Ueylon Cenninqslə konsertlərdə ifa etmək fürsəti qazanmışdı.
Geylik
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Merlin
Merlin (Merlinin Macəraları kimi də tanınır.) Merlin və Kral Arturun yaxın münasibətləri ilə bağlı Artur əfsanələrinə əsaslanan İngilis fantaziya — macəra dram televiziya proqramıdır. Julian Jones, Jake Michie, Johnny Capps və Culian Murphy tərəfindən BBC üçün yaradılmış, 20 sentyabr 2008 – 24 dekabr 2012-ci il tarixləri arasında BBC One -da beş seriya üçün yayımlanmışdır. Serialda Colin Morgan, Bradley James, Katie McGrath, Angel Coulby, Richard Wilson, Enthony Head və John Hurt. Proqram gənc sehrbaz Merlinin "xüsusi hədiyyəsi" səbəbindən anası tərəfindən Camelot krallığına göndərildiyi əfsanənin yenidən təsviridir. Birinci epizodda Şahzadə Arturun həyatını xilas etdikdən sonra Arturun xidmətçisi olur. Merlin tezliklə öyrənir ki, hədiyyəsinin səbəbi Arturu qorumaqdır, lakin Merlin öz səlahiyyətlərini gizlətməlidir, çünki Camelotda cadu Arturun atası Kral Uter Pendraqon tərəfindən qadağan edilmişdi və bununla məşğul olanlar edam edilir. İllər keçdikcə və birlikdə bir neçə sərgüzəştdən sonra Merlin və Artur etibarlı dost və yoldaş olurlar, birincisi ikincinin taleyində olduğu padşah olmasına təsir etmək üçün əlindən gələni edir. Merlin ən yaxşı vizual effektlərə görə 2011-ci ildə Britaniya Akademiyası Televiziya Mükafatını qazanaraq bir neçə mükafata namizəd olub. Yayım hüquqları 180-dən çox ölkəyə satılıb. Merlin (Colin Morgan) anası onun saray həkimi Gaius (Richard Wilson) ilə qalmasını təşkil etdikdən sonra Camelot krallığına gələn gənc, güclü bir cadugərdir.