Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Misora Hibari
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Chiara
Chiara (25 sentyabr 1976) − Malta müğənnisi. Kyara 25 sentyabr 1976-cı ildə Valettada - Maltada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2009 Avroviziya Mahnı Müsabiqəsində What If We adlı mahnı ilə Maltanı təmsil etdi. Lakin uğur qazana bilmədi. Kyara həm də 2005 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Angel" (Mələk) adlı mahnı ilə təmsil etmiş və ikinci olmuşdur. Həmçinin 1998-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "The One That I love" adlı mahnı ilə Maltaya bir üçüncülük qazandırmışdır.
Gitara
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Hikari
Hikari — Yaponiya qadın adı. Hikari Nakade — Yaponiya qadın futbolçusu. Hikari Takaqi — Yaponiya qadın futbolçusu. Hikaru Kitaqava — Yaponiya qadın futbolçusu. Hikaru Naomoto — Yaponiya qadın futbolçusu.
Hilata
Hilata (lat. Melanargia hylata) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid kəpənək növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. == Təsviri == Qanadları açıq halda 52–56 mm-dir. Ön qanadın uzunluğu 24–26 mm-dir. Qanadları sarımtıl-krem rəngdə olub kənarları qara-qəhvəyi rəngdədir. Arxa qanadların xarici kənarında 6 ədəd gözşəkilli ləkə vardır. Oxşar ləkələr ön qanadların zirvəsində də vardır. == Yayılması == Azərbaycanın cənub-şərqində (Zuvand) yayılmışdır. == Həyat tərzi == Kserofil bitkili quru, daşlı yamaclarda, əsasən yastıqvari traqakant, gəvən və akantalimon bitən sahələrdə yaşayır.
Hobart
Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır. == Tarixi == Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur. == Coğrafiya == Hobar Darvent çayının yaxınlığında yerləşir.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
Hisar
Hisar (Bükan)
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Elektrik Gitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əski. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Hibiya hadisəsi
Hibiya hadisəsi (日比谷焼打事件, Hibiya yakiuchi jiken) – Rus-yapon müharibəsini sonlandıran Portsmut sülh müqaviləsinə etiraz olaraq 5 sentyabr 1905-ci ildə Tokioda başlayan şəhər iğtişaşı. Yaponiya donanması Rusiya donanmasını Tsuşima döyüşündə məğlub etməsinə, Port-Arturu ələ keçirməsinə və Mukden döyüşündə qələbə qazanmasına baxmayaraq Yaponiya ordusu Mancuriyada çox qalmış və Yaponiya iqtisadiyyatı artıq müharibə xərclərinə görə geriləməyə başlamışdır. Aktual müharibə vəziyyətini qəbul etməyən aktivist qruplar Portmust müqaviləsinin onlara sərf etməyən şərtlərinə etiraz etmək üçün Tokionun mərkəzindəki Hibiya parkında yığışmışdırlar. Etirazçılar xüsusilə Lyaodun yarımadasının və Saxalin adasının yarısının Rusiyaya qaytarılmasını və Rusiyanın Yaponiyaya heç bir təzminat ödəməməsinə etiraz etmişdirlər. Etirazçılar Hibiya parkında 5 sentyabr 1905-ci ilin axşamında toplaşmağa başlamışdırlar, lakin polislər parkın darvazalarına barikadalar qurmuşdurlar. 30.000 nəfərlik izdiham parka daxil olmağa çalışsa da, polislər darvazaları açmaqdan imtina etmişdirlər. Kütlə iğtişaş çıxarmış, İmperiya sarayına yürümüş və iki gün boyunca şəhərdə iğtişaşlar törətmişdir. İğtişaş başa çatana qədər iğtişaşçı kütlə 350-dən çox tikiliyə zərər vermişdir. Bu tikililərə daxili işlər nazirinin iqamətgahı və şəhərdəki polis məntəqələrinin 70%-i daxildir. 17 nəfər öldürülmüş, 450-dən çox polis, 48 yanğınsöndürən və vətəndaş yaralanmış, yüzlərlə insan həbs olunmuşdur.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hikari Takaqi
Hikari Takaqi (d. 21 may 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 1 qol vurub.
Hikaru Kitaqava
Hikaru Kitaqava (d. 10 may 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Hikaru Nakamura
Hikaru Nakamura (yap. ヒカル・ナカムラ; 9 dekabr 1987, Hirakata, Osaka prefekturası) — Amerika şahmatçısı, qrosmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak etmiş və iki dəfə komanda hesabında bürünc medal qazanmışdı. == Həyatı == Hikaru Nakamura 9 dekabr 1987-ci ildə Yaponiyada anadan olmuşdur. Hikaru 2 yaşı olanda ailəsi ilə ABŞ-yə köçür. == Şahmat karyerası == 2004-cü il Liviyada keçirilən FİDE Dünya Çempionatının iştirakçısı olmuşdur. 4-cü raunda Maykl Adamsa məğlub olaraq yarışı tərk etmişdir. 20 iyun 2005-ci ildə Nakamura Frank Samford Chess Fellow tərəfindən təyin edilən $32,000O məbləğində qrantı öz şahmat həyatına xərcləmə imkanı əldə etdi. 2005-ci ABŞ Çempionatının qalibi oldu və Bobbi Fişerdən sonra ən gənc çempion oldu. Bu qələbədən sonra vunderkindin dueli adı altında Meksikada Ukraynalı Sergey Karyakin ilə matç keçirdi. 2005-ci ilin noyabrında keçirilən FİDE Dünya Kubokunun iştirakçısı oldu.
Hikaru Naomoto
Hikaru Naomoto (d. 3 mart 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib.
Kibera burnu
Kibera burnu — Şərqi Sibir dənizində Nolde buxtası sahilində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisinə daxildir. 1824-ci ildə Ferdinand Vrangel öz ekspedisiyasının həkimi Avqust Kiberin şərəfinə adlandırmımdır. Burun ərazisində bir çox quş növləri yuva qurur. 19 iyul 1989 ildə An-26 tipli təyyarə burunda yerləşən qayalıqlara çırpılmışdır. Göyərtəsində olan 10 insan həlak olmuşdur.
Kibera officinalis
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.