Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aidjal
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
Xingal
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Ninja
Nindza (yap. 忍者, Sinobi — "Gizlənmək") – orta əsrlərdə yaponiyada casus və muzdlu qatil. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır. Əfsanəyə görə nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. İlk əvvəl yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olmuşdur. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtı-vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Nindzalar heç vaxt xristianları öldürməzdilər.
Yınal
Yınal — Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri. Bəzi mətnlərdə bu ünvan 'inal' şəklindədir.
Fingal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Finqal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Ginnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Mini Ninjas
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun. Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır. Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur. Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir. The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir. Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.
Qinnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Sinhal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sinqal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Süzmə xingal
Qoyun əti — 165q, buqda unu — 100q, yumurta 1/5 əd., baş soğan — 30q, ərinmiş yağ — 20q, pendir — 15q, qatıq — 50q, sarımsaq — 3q, zəfəran — 0,1q, istiot — 0,1 q, duz. Qoyun əti 10–15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Tamás Hajnal
Tamás Hajnal (15 mart 1981-ci ildə anadan olub) yarımmüdafiəçi kimi çıxış edən macar keçmiş peşəkar futbolçusudur . Macarıstanın Esterqon şəhərində anadan olan Hajnal doğma şəhəri Nyergesújfaluda yerli Zoltek SE üçün futbol oynamağa başlayıb. 31 yanvar 2011-ci ildə Hajnal VfB Stuttgart-a icarəyə verildi. O, ilk qolunu 27 fevral 2011-ci ildə Ştutqartın 2:0 hesabı ilə qalib gəldiyi Frankfurt Ayntraxtına qarşı vurdu. 7 may 2011-ci ildə Hajnal aşağı liqadan yüksələn VfB Stuttgart-a daimi olaraq transfer oldu. Hajnal 7 yanvar 2013-cü ildə VfB Stuttgart ilə müqaviləsini 2014-cü ilin iyun ayına qədər bir il daha uzadıb. 1 avqust 2013-cü ildə İnqolştadt 04 klubuna keçdi. İlk matça 2. Bundesliqada "Karlsruher SC" yə qarşı oynayıb. 2014-cü ilin sentyabrında klubdan ayrılacağını və çox güman ki, vətəni Macarıstana qayıdacağını açıqladı.
Tomas Lindal
Tomas Lindal - ( isveç : Tomas Robert Lindahl , 28 yanvar 1938il , Stokholm ) — İsveç əsilli britaniyalı biokimyaçı və xərçəng tədqiqatçısı. 2015-ci ildə o, kimya üzrə Nobel mükafatını Əziz Sancar və Pol Modriçlə “DNT təmiri mexanizmləri ilə bağlı araşdırmalarına görə” bölüşdü. London Kral Cəmiyyətinin üzvü (1988il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2018il). == Bioqrafiyası == T.Lindal 28 yanvar 1938-ci ildə Folke Robert Lindal və Ethel Hulda Hultbergin oğlu olaraq İsveçin Stokholmun Kungsholmen şəhərində anadan olub. 1964-1967-ci illərdə Prinston Universitetində aspirant olub (PhD, 1967il). 1967-ci ildən 1969-cu ilə qədər Nyu Yorkdakı Rokfeller Universitetində doktoranturadan sonra elmi işçi olub. 1969-1977-ci illərdə Stokholmdakı Karolinska İnstitutunda (1971-ci ildə tibb dərəcəsi alıb, sonra elmi işçi). 1977-1981-ci illərdə Göteborq Universitetində Tibbi Biokimya kafedrasında çalışmışdır. 1981-ci ildən Londonda İmperator Xərçəng Araşdırma Fondunun elmi işçisi olub. 2009-cu ilə qədər orada araşdırmalarını davam etdirməyə davam etdi.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal (dəqiqləşdirmə)
Hilal
Hilal (qəzet)
"Hilal" (az.-əski. حلال‎) — Bakıda 1910-ci ildən nəşr olunmuş qəzet. == Tarixi == 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Əliabbas Müznib qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb. Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb.
Hinka Zeninay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.