HİCAB

is. [ ər. ] klas.
1. Pərdə, örtü.
Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif.

// Məc. mənada.
Üzdən götürüb ədəb niqabın; Rəf eylədilər həya hicabın. Füzuli.

2. İslam dinində: yad kişilərə görünməmək üçün qadınların üzünü örtməsi, gizlətməsi; yaşınma. [Hacı Həsən:] [İskəndərin] hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır.
Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr. C.Məmmədquluzadə.

□ Hicab etmək (eləmək) – yaşınmaq, üzünü gizlətmək.
Könülləri çox biqərar edirsən; Aç bir üzün, göstər, hicab eyləmə! A.Səhhət.

Синонимы

  • HİCAB 1. HİCAB (din.), YAŞINMA 2. hicab bax pərdə
HİBRİDLƏŞDİRMƏK
HİCAZ
OBASTAN VİKİ
Hicab
Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər. Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.
Dünya Hicab Günü
Dünya Hicab Günü — 2013-cü ildə Nəzmə Xan tərəfindən təsis edilmiş hər il keçirilən gün. Tədbir hər il fevralın 1-də dünyanın 140 ölkəsində keçirilir. Məqsəd bütün dinlərdən olan qadınları hicab geyməyə həvəsləndirməkdir. Tədbirin təşkilatçıları bu günü qeyri-müsəlman qadınlara hicabla yaşamağa imkan yaradan gün kimi dəyərləndirirlər. Bu gün dünya üzrə 1 milyona yaxın qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir. == Tənqidi yanaşmalar == Feminist fəal Asra Nomani, "Müsəlman qadınlar olaraq, əslində, dinlərarası həmrəylik adına hicab taxmamağınızı xahiş edirik" deyərək, "Bu müasir hərəkat siyasi İslam ideologiyasını yayır." deyə qeyd etmişdir. Digər müsəlman islahatçı Məcid Navaz bu günü "müasir müsəlman cəmiyyətlərinə hakim olmaq üçün mühafizəkar müsəlmanlar tərəfindən yaxşı maliyyələşdirilən bir səy" kimi tənqid edir və hadisənin, baş örtüyünün həmişə könüllü olaraq istifadə edildiyini göstərən "yanlış təfsiri" yaydığını qeyd edərək bildirir ki, "hicab" bütövlükdə yaylıq mənasına gəlir. O, həmçinin bu tədbiri "keçmişdən qalmış yanaşmadan daha betər" adlandırmaqla, təklif edirdi ki, adı dəyişdirilərək "Hicab seçim günüdür" adlandırılsın. 2018-ci ildə Kanadalı insan hüquqları müdafiəçisi Yasmine Məhəmməd, hicabın aradan qaldırılması üçün dövlət senzurasına və dövlətə qarşı olan qadınları təbrik etmək üçün #HicabGününəYox kampaniyasına başladı.
Kəşf-i hicab
Kəşf-i hicab (fars. کشف حجاب‎) — 8 yanvar 1936-cı ildə İran şahı Rza şahın bütün islami geyimləri qadağan edən fərman verməsi. Bu, sürətli şəkildə və məcburi formada yerinə yetirilmişdir. Hökumət həmçinin kişi ənənəvi geyimlərinin bir çox növlərini qadağan etmişdir. Qadağa beş il müddətinə (1936–1941) qüvvədə qalmışdır. Rza şahın qalıcı miraslarından biri də geyimin İran siyasətinin ayrılmaz probleminə çevrilməsidir.
Azərbaycanda hicabla bağlı etirazlar
Azərbaycanda hicabla bağlı etirazlar — 2010-cu ilin sentyabr ayından etibarən Azərbaycanda və əsasən paytaxt Bakıda hicabla bağlı bir sıra etiraz aksiyalarının keçirilməsi. == Etiraz səbələri == Etirazların əsas səbəbləri aşağıdakılardır: === Məktəb şagirdlərinin dərsə hicabda gəlmələrinin qadağan edilməsi === Azərbaycanın təhsil naziri Misir Mərdanov 2010-ci il sentyabr ayinda qızların hicabla dərsə gəlməsini qadağan etdi. Təhsil naziri öz açıqlamasında isə hicabın qadağan edilmədiyini, sadəcə olaraq orta məktəblərdə vahid məktəbli formasına keçdiyini qeyd etdi. Mərdanovon bu sözlərinlən sonra etirazlar Azərbaycanın müxtəlif şəhərlərin bürüdü və bundan əlavə bir neçə ölkədə o cümlədən Türkiyə , Gürcüstan , Ukraynada və İranda da etiraz aksiyaları keçirildi . Lakin İranın mövqeyini düzgün hesab etməyən bir qrup vətəndaş bu hərəkətlərə etiraz aksiyası ilə cavab vermişlər. ==== İctimai və dini fəalların həbs olunması ==== Etiraz səbəblərindən biri də dini[mənbə göstərin] və ictimai fəallarin həbs olunması olmuşdur. Bu hadisələr dindar cəmiyyətdə narahatliğa səbəb oldu. Həbs edilənlərin sırasında Arif Hacılı, Nemət Pənahlı və Mövsüm Səmədovu misal göstərmək mümkündür. Nemət Pənahlı 2011-ci il, 11 yanvarda, bir vətəndaşı döymək şübhəsi ilə polis tərəfindən saxlanmışdı. Lakin onun tərəfdarları Nemət Pənahlının həbsinin siyasi sifariş olduğunu iddia etmişdi..
Məcburi hicaba qarşı İran etirazları (2017-2019)
İranda məcburi hicab geyiminə qarşı etirazlar, həmçinin, hadisənin gedişatı ilə bağlı olaraq İnqilab küçəsi qızları(fars. دختران خیابان انقلاب‎) kimi də bilinir. Etirazlar bu hərəkətlənmələrə ilham mənbəyi olan, İnqilab küçəsi qızı kimi də tanınan Vida Movahədin 27 dekabr 2017-ci ildə Tehranın izdihamlı İnqilab küçəsinin mərkəzindəki elektrik sayğacının yanında dayanaraq, hicabını və ağ şalını bir çubuğa keçirib bayraq kimi dalğalandırmasıyla başladı. O, həmin gün həbs edildi və bir ay sonra 28 yanvar 2018-ci ildə icbari cəza ödəməklə müvəqqəti sərbəst buraxıldı. Bəzilərinə görə Movahədin bu hərəkəti Məsih Əlinejadın Amerikanın Səsinin fars dilində olan yayımında 2017-ci ilin əvvəlində başlayan protest hərəkəti Bəyaz Çərşənbələr tələbinə əsaslanırdı. Az sonra digər qadınlar da bu etiraz hərəkətini təkrarlamağa və öz hərəkətlərini sosial mediya hesablarında paylaşmağa başladı. Bu etiraza dəstək verən qadınlar ingilis dilli mənbələrdə "İnqilab küçəsinin qızları"(ing. Girls of Enghelab Street) olaraq təsvir edilir. Bəzi nümayişçilər Məsih Alinejadın istəyi üzərinə yox, özlərinin bunu başlatdığını iddia edirdilər. 1979-cu il inqilabından sonra qüvvəyə minən İran İslam qanunlarının İslami Cinayət qanunun (Sanskiyalar və önləyici cəzalar adlandırılır) 5-ci kitabının 638-ci maddəsinə görə hicab geyinməyən qadınlar 10 gündən 2 aya qədər həbs edilə, və/və ya 50 000–500 000 rial ödəməsi tələb oluna bilər.

Значение слова в других словарях