Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Bioloji mühit
Bioloji mühit — biosenozun yaratdığı ətraf mühit. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Coğrafi mühit
insan cəmiyyətinin əhatə edən , cəmiyyətin həyatı və istehsal fəaliyyəti ilə bilavasitə bağlı olan bir hissəsi.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2 — inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Murat Bardakçı
Murad Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və aparıcı. Murad Bardakçı 25 Dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.
Murat Baymakanov
Murat Baymakanov (qaz. Баймахан Мұрат Тәжімұратұлы; 1 noyabr 1933, Almatı) — alim, hüquq elmləri doktoru (1973), professor (1993), Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki. 1957-ci ildə Moskva Dövlət Universitetini bitirib. 1962–92-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun tədqiqatçısı, elmi katibi, şöbə müdiri, direktor müavini və müdiri olmuşdur. 1992-95 - Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri. 1995-ci ildən "Kainar" Universiteti və "Adilet" Hüquq Fakültəsi prorektorudur. Qazaxıstan Konstitusiyasının və dövlət orqanları haqqında qanun layihəsinin yaradılmasında iştirak etmişdir. 1978-93-cü illərdə - ABŞ, Fransa, Braziliya və digər ölkələrdə keçirilən beynəlxalq konqreslərdə təqdimatla çıxış etmişdir. Tədqiqatın əsas sahələri: konstitusiya hüququ, dövlət və hüquq nəzəriyyəsi, politologiya. "Sosializm dövründə qanunun aliliyinin inkişafındakı ziddiyyətlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.
Murat Boz
Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi. Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur. 1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka). 16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür.
Murat Han
Murat Han (d. 1 May 1975, Ankara), Türk aktyor. Murat Han, Ankara da anadan olmuşdur. Bilkent Üniversitesi Müzik ve Sahne Sanatları Fakültesi Tiyatro bölümü mezunu olduktan sonra Los Angeles'ta Stella Adler oyunculuk akademisini bitirmiş, 9 yıl kadar Amerika'da yaşamış ve oyunculuk yapmıştır. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır.
Murat Menteş
Murat Menteş (d. 1974, İstanbul), Türk şair və yazıçıdır. 2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür. Menteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." — deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." — şəklində açıqlayır.
Murat Nasırov
Murat İsmailoviç Nasırov (13 dekabr 1969, Almatı – 19 yanvar 2007, Moskva) — uyğur əsilli Rusiya və Qazaxıstan pop müğənnisi. Murat Nasırov 19 yanvar 2007-ci ildə Moskvada məşhur barların birinin eyvanından özünü ataraq intihar etmişdir. Onun nəyə görə özünə qəsd etdiyinin səbəbi hələ də məlum deyil. Bəzi ehtimallara görə Murat Nasırov ölümündən qabaq həmin barın foesində LSD(Dietilamid lizergin turşusu) qəbul etmişdir. Bu ehtimalları nəzərə alaraq Murat Nasırovun meyiti yarılmış, ancaq ehtimallar özünü doğrultmamışdır. Yəni onun bədənində heç bir alkoqol və ya başqa maddə aşkarlanmamışdır. Bu yaxınlarda Rusiya mətbuatının Murat Nasırovun ailəsi və dostlarının dediklərinə nəzərən yaydığı məlumata görə ona heç bir zülm və ya məcburiyyət olunmayıb, əvvəllər heç vaxt intiharı nəzərindən belə keçirməmişdir. Onun klubda stəkanının içinə LSD maddəsi atılmağı bir sıra şübhəli məqamları hələ də kölgədə saxlayır, belə ki, bu qəsd olunmaması da demək deyil.
Murat Rəmzi
Murat Rəmzi (tatar. Морат Рәмзи; 10 oktyabr 1854 — 2 aprel 1934) — Rusiya müsəlmanlarının elm və din xadimi, dini lider, tarixçi, çar Rusiyasında yaşayan türklərin tarixinə həsr olunmuş iki cildlik “Talfik əl-ahbar” əsərinin müəllifi. II Ümumrusiya Müsəlmanları Qurultayının nümayəndəsi. Murat Rəmzi 10 oktyabr 1854-cü ildə (digər mənbələrə görə, 25 dekabr 1855-ci ildə) Orenburq vilayətinin Menzelinsky rayonunun (indiki Tatarıstan Respublikasının Sarmanovski rayonunun Almetyevo kəndi) Almetmullino kəndində anadan olmuşdur. Əslən Bayar qəbiləsindən olan bir başqırddır. Mənbələrə görə, ata Batırşax başqırd əkinçisi idi. Ana Fəxri-Cihan Nurkey kəndinin başqırdlarından gəlmiş və Rizaəddin bin Fəxrəddinin uzaq qohumu idi. Murat doqquz yaşında ərəb qrammatikasını yaxşı bilirdi, on bir yaşında kalam öyrənməyə başladı. Əmisi Muratın valideynlərinə uşağı Şiqabutdin Mərdjani mədrəsəsinə, Kazana oxumağa göndərməsini tövsiyə etdi. Şeyx Rəmzini daha çox Volqa bölgəsindəki, Uraldakı və Qərbi Sibirdəki türklərinin və islamın tarixi idi.
Murat Zyazikov
Zyazikov Murat Maqomedoviç (10 sentyabr 1957, Oş) — V.V.Putinin birinci və ikinci prezidentliyi müddətində 2002-ci ilin aprelindən İnquşetiya Respublikasının Prezidenti. Murat Zyazikov 1957-ci ildə Qırğızıstanın Oş şəhərində, Böyük Vətən müharibəsi zamanı sürgün olunmuş inquş ailəsində anadan olub. Ali təhsilini T.Q.Şevçenko adına Çeçen-İnquş Dövlət Universitetinin tarix fakültəsində alıb (1980). 1978-ci ildə hələ tələbə ikən Kubada keçirilən XI Ümumdünya gənclər festivalının nümayəndəsi olub.1980-1981-ci illərdə Çeçen-İnquş Muxtar Respublikasının Nazran Rayon Partiya Komitəsində təlimatçı işləyib. Minskdə DTK-nın ali kurslarını bitirib. 1984-1992-ci illərdə Çeçen-İnquş Muxtar Respublikası DTK-da müxtəlif vəzifələrdə çalışıb. 1992-1996-cı illərdə təhlükəsizlik nazirinin müavini, RF FTX-nin İnquşetiya üzrə sədr müavini, eyni zamanda İnquşetiya Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri olub. İnquşetiyanın prezidenti Sovet İttifaqı Qəhrəmanı R.Auevlə münaqişədə olduğundan başqa regiona köçmək məcburiyyətində qalıb. 1996-2002-ci illərdə Həştərxan vilayəti üzrə RF TXİ-nin rəis müavini olub. 2002-ci ilin yanvarından RF Prezidenti V.V.Putinin Cənub dairəsində səlahiyyətli nümayəndəsinin müavini təyin edilir.
Murat Ülkər
Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Mürat İoahim
Yoahim Mürat (Murat) İoahim (25 mart 1767[…] – 13 oktyabr 1815[…]) — Fransa marşalı (1804), Neapolitan kralı (1808). 1787–1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796–1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798–1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer (9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.
Yoahim Murat
Yoahim Mürat (Murat) İoahim (25 mart 1767[…] – 13 oktyabr 1815[…]) — Fransa marşalı (1804), Neapolitan kralı (1808). 1787–1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796–1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798–1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer (9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir.
Əl-Mumit
Əl-Mumit (ər. المميت) — Allahın adlarından biri.
Əl-Muqit
Əl-Muqit (ər. المقيت) - Allahın adlarından biri.
Ətraf mühit
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Murat Şahin
Murat Şahin (4 fevral 1976, İstanbul) — Türkiyənin keçmiş futbolçusu və məşqçisidir. O, futbola həvəskar kimi İstanbulun "Göztepe Hilal Spor" klubunda başlayıb. 17 yaşında "Fənərbaxça" ya keçib, 18 yaşında peşəkarlığa çevrilib. O, 7 mövsüm keçirdiyi "Fənərbağça"da Engin İpekoğlu və Rüştü Reçberin ehtiyat oyunçusu olub. 1998/1999 mövsümündə fasilədə "Konyaspor"a yollanıb. Daha sonra sırasıyla Diyarbakırspor, Adanaspor, Çaykur Rizespor, Beşiktaş, Qaziantepspor və Kasımpaşa komandalarında forma geyinib. 1993-cü ildə Fənərbaxçanın infrastrukturuna transfer oldu. 1993–1994 mövsümündə Fənərbaxça A2 komandasında yer alıb. Növbəti mövsüm o, A komandasına yüksəldi. Bununla belə, Engin İpekoğlu və Rüştü Reçber kimi qapıçılardan sonra üçüncü qapıçı olub.
Murat Dalkılıç
Sırrı Murat Dalkılıç (7 avqust 1983, İzmir) -Türk musiqiçisi, bəstəkarı və aktyorudur. 2008-ci ildə "Kasaba" mahnısı ilə debüt etdi və 2010-cu ildə "La Fontaine", "Külah" və "Dönmem" kimi mahnıların yer aldığı "Merhaba" adlı ilk studiya albomunu buraxdı. Daha sonra, 2012-ci ildən başlayaraq o, iki illik fasilələrlə Bir güzellik yap , Epik albomlarını buraxdı. O, bu əsərlərə daxil olan "Güzellik yap", "Kader ", "Lüzumsuz Savaş", "Bir Haylı", "Neyleyim İstanbul" və "Derine" kimi mahnıları ilə Türkiyənin müxtəlif musiqi siyahılarına daxil olub. Bu günə qədər iki Türkiyə Video Musiqi ödülü və bir Altın Kelebek mukafatı qazanan Murat Dalkılıç, musiqi karyerası ilə yanaşı 2014 də Söylə Söyleyebilirsen yarışmasını təqdim etdi və Sil baştan teleserialında rol alıb. 2008-ci ildə Murat Dalkılıç ilk EP albomu olan Town ilə peşəkar musiqi dünyasına addım atdı. Albomdakı 4 mahnıdan yalnız "Kəsəbə" mahnısına klip çəkilib. Klipdə Murat Boz da rol alıb. Mahnı bir çox hit-paradlarda 1-ci, Türkiyənin rəsmi hit-paradlarında isə 1-ci yerə yüksəldi. 2009-cu ildə Dalkılıç Sony Music ilə müqavilə imzalayaraq "Pardon" və "La Fontaine" sinqllarını buraxdı.
Arslan Murat
Arslan Murat (türk. Murat Arslan; 1974) — Türkiyənin keçmiş hakimi, Hakimlər və Prokurorlar Birliyinin fəal üzvü, siyasi məhbus. == Həyatı == Arslan Murat ailəlidir və iki uşaq atasıdır. 1999-cu ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 2001-ci ildə Türkiyə Hesablama Palatasında işə başlayıb. O, 2011-ci il martın 16-dan 2016-cı il iyulun 23-dək YARSAV-ın sədri olub. YARSAV 23 iyul 2016-cı il tarixli Rəsmi Qəzetdə dərc edilmiş fərmanla bağlanmışdır. 26 oktyabr 2016-cı ildə həbs olunub. 9 oktyabr 2017-ci ildə Avropa Şurası Parlament Assambleyasında Arslana İnsan Hüquqları üzrə Vatslav Havel Mükafatı təqdim edilib. Avropada və onun hüdudlarından kənarda insan haqları müdafiəçilərini təltif edən mükafatın elanında onun Türkiyədə məhkəmə sisteminin müstəqilliyini müdafiə edən fəaliyyətindən bəhs edilib.
Murat Yakın
Murat Yakın (türk. Murat Yakın, tələffüz Yakın ; 15 sentyabr 1974, Bazel, İsveçrə) isveçrəli futbolçu (müdafiəçi) və məşqçidir. O, bir sıra İsveçrə klublarını çalışdırıb, 2014/15 mövsümündə isə Moskva Spartakına başçılıq edib. İsveçrə millisinin baş məşqçisidir. İsveçrədə anadan olub. Kiçik qardaşı Hakan kimi o da peşəkar futbolçu olub. O, daha çox İsveçrənin Grasshopper və "Bazel" klublarında oynadığı çıxışlarla tanınır. O, 10 il İsveçrə millisində oynayıb və Avro 2004-də iştirak edib. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərir. 2009–2011-ci illərdə o, Thun klubunu idarə edib.
Murat Akpınar
Murat Akpınar - Futbolçu