Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Hormis
Hörmət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Doqmit (Fallout)
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol videooyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) videooyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa videooyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) videooyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də videooyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir. "Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" videooyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. Oyunçu personaj Doqmit bəsləyirsə və ya dəri gödəkçə geyinərsə, Doqmit onun dalına düşəcək və yanında döyüşəcək. Seriyanın kanonuna görə, Doqmit 30 dekabr 2161-ci il tarixində sığınacaq sakini tərəfindən öz öhlədiyinə götürülür və 20 aprel 2162-ci il tarixində onun Ustadın hərbi bazasına hücumu zamanı güc bariyeri tərəfindən öldürülür. Personaj "Fallout" üçün hazırlanan bir filmdə görünməli idi, lakin layihə sonradan ləğv edilmişdir.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Şarl Hermit
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Rohit Çand
Hobbit: Beş ordunun döyüşü
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Hobbit: Beş ordunun döyüşü (film, 2014)
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.