Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xromon
Xromon piran həlqəsində əvəzolunmu ketoqrup ilə benzopiranın törəməsidir. Bu maddə kumarin izomeridir. Xromonun törəmələri “xromon” kimi məlumdurlar. Bütün xromonlar olmasa da, çoxları fenilpropanoidlərdir. == Ümumi == Xromonlar təbii birləşmələrdir. Onlar benzol və g-piron həlgələrin kondensləşməsi nəticəsində əmələ gəlirlər. Öz təbiətinə görə onlar flavonoid və kumarınə çox yaxındır. Kumarinlər kimi xromonlar da oksi-, metoksi-, alkoksi-, alkil və başqa törəmələr əmələ gətirir. Xromonlar furan həlqəsi ilə kondensləşəyək furanxromonlar əmələ gətirirlər. Bunlardan tibbdə geniş istifadə olunur.
Oromo
Oromolar (amhar dilindən tərcümədə "Oromo" – "torpaq axtaran avaralar") — Efiopiya və Keniyada yaşayan xalq. Sayı təxminən 25 milyon nəfərdir. == Ədəbiyyat == Гемечу К. М. Традиционная культура Оромо: генезис и эволюция. Монография / Гемечу Кедир Мохаммед; Моск. гос. ун-т культуры и искусств М.: Моск. гос. ун-т культуры и искусства, 2000. — 198 с. Кобищанов Ю. М. Оромо // Народы и религии мира / Гл.
Horomos monastırı
Horomos monastırı — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığının 15 km şimal-şərq tərəfində yerləşən və orta əsrlərə aid erməni abidəsi. == Tarixi == Monastır Arpaçayın sahilində yerləşir və monastıra yeganə yol bu çayın sahili ilə uzanan çətin keçilən yoldur. Ani çarlığının ən mühüm dini və mədəni mərkəzlərindən biri olan bu monastırın kral I Abbasın (943–953) dövründə inşa edildiyi bildirilir. XI əsr erməni tarixçisi Stefanos Asogik monastırın qədim bir karvan yolu üzərində inşa edildiyini bildirir. Baqratilər xanədanının mərkəzinin 961-ci ildə Qarsdan Aniyə köçürülməsindən sonra Horomos monastırının əhəmiyyəti daha da artmışdır. Belə ki, Baqratilər monastırdan bir krallıq qəbrstanı kimi istifadə etməyə başlamışdılar. 982-ci ildə ərəblərin yürüşündən sonra monastır yandırılmış, lakin qısa zaman sonra yenidən bərpa edilmiş, həmçinin yeni şapel inşa edilərək istifadə edilməyə başlanmışdır. 1064-cü ildə türklərin Anini fəth etməsindən sonra monastır rahat həyatını sürməyə başlamışdır. Monastırın divarındakı 1180-ci il tarixli kitabə buranın böyük dini mərkəz olmasından bəhs edir. Horomos həmçinin XIII əsrdə Anini idarə edən gürcü mənşəli Mxraqdzeli xanədanı üçün də məzarlıq rolunu oynamışdır.
Homo
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
Lina Romay
Lina Romay(isp. Lina Romay), əsl adı — Roza Mariya Almirall Martines (isp. Rosa María Almirall Martínez; 23 iyun 1954, Barselona, İspaniya — 15 fevral 2012) — ispan aktrisası. == Həyatı == Lina Romay 23 iyun 1954-cü ildə İspaniyanın Barselona şəhərində anadan olmuşdu. Bir çox filmlərə çəkilib. Ən məşhuru:«Vampir qız» (ing. Female Vampire) filmidir. Lina Romay 15 fevral 2012-ci ildə vəfat edib.
Romey İmperiyası
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Herman Van Rompöy
Herman Van Rompöy (nid. Herman Achille Van Rompuy, tələffüzü [ˈɦɛɾmɑn vɑn ˈɾɔmpœy] ( dinlə); d. 31.10.1947) — belçikalı siyasətçi, Avropa Şurasının ilk daimi və uzunmüddətli dövr üçün seçilən sədri. Xristian demokrat flamand partiyasından 30 dekabr 2008-ci ildən 25 noyabr 2009-cu ilədək Belçikanın 66-cı baş naziri. == Avropa Şurasının Sədri == Lissabon sazişinədək Avropa İttifaqına üzv dövlətlərin baş nazirləri rotasiya qaydasında 6 ay ərzində Avropa Şurasının sədri vəzifəsini tuturdular. Bəzən Van Rompöyün vəzifəsi səhvən Avropa İttifaqının Prezidenti və ya Avropa İttifaqı Şurasının Prezidenti kimi də təqdim edilir, lakin birinci vəzifə hələ ki, mövcud deyil, ikincisi isə Avropa İttifaqına üzv dövlətlərin hökumətləri tərəfindən rotasiya qaydasında 6 ay müddətinə icra edilir. Avropa Komissiyasının Sədri (ing. President of the European Commission) və Avropa Parlamentinin Sədri (ing. President of the European Parliament) vəzifələrinin ingilis dilindəki adlarında istifadə edilən President sözü Azərbaycan dilinə məhz "sədr" kimi tərcümə edilir. Bu səbəbdən Herman Van Rompöyün daşıdığı vəzifənin (ing.
Jiar nad Hronom
Jiar nad Hronom (slovak. Žiar nad Hronom, 1955-ci ilə kimi Svätý Kríž [nad Hronom], alm. Heiligenkreuz [an der Gran]‎, mac. Garamszentkereszt) — Slovakiyada şəhər. Qron çayının sahilində, Vtaçnik və Ştyavnitske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 20 min nəfərə yaxındır. == Əhali == 2001-ci ilə əsasən, şəhərdə 19.945 nəfər yaşayırdı. Etnik mənsubiyyətinə görə: 94,27 % Slovaklar 1,97 % Qaraçılar 0,95 % Çexlər 0,69 % MacarlarDini mənsubiyyətinə görə: 62,07 % roma-katolikləri 25,54 % ateistlər 3,19 % yevangelistlər === Jiar nad Hronomun bələdiyyə başçıları === Marián Futák - iqtisadçı Jaroslav Cíger - baytar həkim Márius Hrmo - vəkil Ivan Černaj - fərdi sahibkar Peter Antal == Təhsil == Jiarda 4 ibtidai və bir neçə əsas məktəb fəaliyyət göstərir. === İbtidai məktəblərin siyahısı === I ibtidai məktəb II ibtidai məktəb IV ibtidai məktəb Štefan Moyses kilsə məktəbi === Orta məktəblərin siytahısı === Milan Rúfus adına gimnaziya, Ul.
Homo (dəqiqləşdirmə)
Homo aşağıdakı mənaları verə bilər: Homo- (ὅμο-); “eyni, ər-arvad” mənasındakı Yunanca ön şəkilçiHomo, “homoseksuallıq” sözünün slenq abreviaturası Latın dilində insan Homo, müasir insan növünü (Homo sapiens) də əhatə edən təsnifat termini.
Homo Ludens
Homo Ludens,(lat. “Oynayan insan”) 1938- ci ildə Niderland tarixçisi və mədəniyyətşünası Yohan Heyzinq tərəfindən nəşr olunmuş əsərdir. Əsərdə mədəniyyətin və cəmiyyətin inkişafında oyunun əhəmiyyəti müzakirə edilir. Heyzinq, oyunun mədəniyyətin formalaşması üçün əsas və lazımlı (kifayət qədər olmasa da) şərt olduğunu göstərir. Ludens sözünün ingilis dilində birbaşa ekvivalenti yoxdur, çünki eyni zamanda idman, oyun, məktəb və praktika mənalarını verir. == Təsiri == Homo Ludens, oyun tədqiqat tarixinin vacib hissəsidir. Bu daha sonra Roger Kailua kimi alimlərə təsir etmişdir . Sehrli dairə konsepsiyası Homo Ludensdən ilham alınaraq yaradılıb. Heyzinqin düşüncəsində əsas rol oynamamasına baxmayaraq, daha sonra öyrənmə oyunlarının bir parçası olaraq "Oyun Qaydaları"nda Katie Salem və Eric Zimmermann tərəfindən populyarlaşdırıldı və genişləndirildi. == Önsöz müzakirələri == Heyzinq kitabının ön sözündə, oyunun mədəniyyət elementi olmadığını əksinə mədəniyyətin oyun elementi olduğunu açıqlayır.
Homo Sovieticus
Homo Sovieticus (lat. Homo – insan, Sovieticus – sovet; sovet insanı) — Şərq blokunun formalaşdırdığı zehniyyəti daşıyan insanları təsvir etmək üçün Rusiya yazıçısı Aleksandr Zinovyev tərəfindən irəli sürülmüş termin. Termin Aleksandr Zinovyevin "Homo Sovieticus" adlı kitab yazmasından sonra məşhurlaşmışdır. Əsərə görə bu tip insanlar 1917-ci il oktyabr inqilabı ilə birlikdə SSRİ cəmiyyətində yaranmış yeni insan "tipi"dir. Bundan əlavə "Yeni Sovet insanı" olaraq da bilinir.
Homo antisessor
Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur: 1) Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür; 2) Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir; 3) Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur; 4) Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır; 5) Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir. İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi hannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən arefaktlar da tapılmışdır.
Homo erectus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Homo ergaster
Afrika ərazisindən tapılmış ilk insanlar tək Homo habilislər hesab olunmur. 1971-ci ildə Keniyada Rudolf gölü ətrafında Kobifor düşərgəsində Luis Likinin Hominidlərə aid aşkar etdiyi alt çənə sümüyü ilk vaxtlar Homo Erektusa aid edilsə də, sonradan onların yeni bir növ təşkil etdiyi müəyyənləşdirildi. 1975-ci ildə bu tapıntı Homo Erqaster (işləyən, yaradan adam) adlandırıldı. Avstralopiteklərlə eyni təbəqədə iki kəllə sümüyünün aşkar olunması nəticəsində insan təkamülünün düz xətlə deyil, sıçrayışla baş verdiyi təsdiq olundu. Yəni, Avstralopiteklərlə eyni təbəqədə Homo Erqasterlərin qalıqları aşkar edildi. 1984-cü ildə Türkanalı oğlan (Turkana Boys) kimi tanınan tapıntı aşkar olundu. Kalium – arqon metodu vasitəsilə tapıntının yaşı 1.5 – 1.6 milyon il bundan əvvələ aid edildi. Homo Erqasterlərin bir çox xüsusiyyətləri Homo Erektuslarla oxşar olsa da, fərqli cəhətləri də var: 1. Kəllə quruluşu fərqlidir. Belə ki, onlarda kəllənin nazik olması, başın arxa hissəsinin böyüklüyü və beyin strukturunda fərqliliklər var.
Homo floresiensis
Homo floresiensis, detalları o qədər də bilinməyən və 15.000 il əvvəl Floresdə yaşayan insan şəklidir. Bu formanın ilk fosilləri 2003-cü ildə kəşf edildiyi və çox az olduğu üçün bu insanlar haqqında məlumatlar çox azdır. Bu insanların əvvəlcə kretinizmə məruz qalan homo sapiensin bir alt növü olduqları düşünülsə də, onların homo erectusun balacalaşmış bir versiyası olduğu fikri də irəli sürülmüşdür. Yeni tədqiqatlar işığında homo floresiensisin bir homo sapiens növü olmaması ehtimalı güclənmişdir, lakin bu insanların spesifik bir “növ” olduğu sübut edilməmişdir. Homo floresiensisin ən əhəmiyyətli xüsusiyyətləri, yetkinlərin təxminən 1 metr boya və 25 kiloqram çəkiyə malik olmasıdır. Bu kiçik ölçülərinə görə J.R.R. Tolkienin Üzüklərin Ağası kitabından ilham alınaraq onlara Hobbit adı verilmişdir. Bundan əlavə, odu yandıracaq qədər ağıllı olmaları, onları kifayət qədər mübahisəli vəziyyətə gətirmişdir.
Homo gautengensis
Homo gautengensis, fiziki antropoloq Darren Curnoe tərəfindən 2010-cu ildə kəşf edilən hominid növüdür. Cənubi Afrikada əvvəllər Homo habilis, Homo ergaster və ya Australopithecusa aid olduğu düşünülən fosillər arasından aşkar edilmişdir. Darren Curnoe tərəfindən Homo cinsinin ilk növü olduğu irəli sürülmüşdür.
Homo georgicus
Gürcü adam (lat. Homo georgicus) — Nəsli kəsilmiş, keçmişdə müasir Gürcüstan ərazidə yaşayan Hominidlərə aid bir növ.
Homo habilis
Homo habilis, bacarıqlı insan, əmək alətləri hazırlaya bilən, düzgün qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Homo heidelbergensis
Homo heidelbergensis (heidelberg adamı) ilk dəfə 1907-ci ildə Heidelberg yaxınlığındakı bir daş ocağında çənə sümükləri ilə kəşf edilmişdir. Tapılan çənə müasir insanlarda olduğu kimi balaca dişli olsa da, müasir insanlarınkından fərqli olaraq çənə sümükləri çox geniş və ağır olmuşdur. Homo heidelbergensis növü 600.000-300.000 il əvvəl yaşamışdır, lakin Gran Dolina İspaniyadakı 800.000 illik fosillər Homo heidelbergensisə ya da Homo antisessorun fərqli bir növünə aid ola bilər. Hal-hazırda Homo heidelbergensis olaraq bilinən fosillərin əksəriyyəti, keçmişdə Homo erectus, Homo neandertalensis ya da Archaic sapiens olaraq tanınmışdı, ancaq bu gün onların Homo heydelberqə məxsus olduqlarını bilirik. == Homo heidelbergensis və təkamül == Homo heidelbergensis əvvəlcə Afrikada təkamül etdi və sonra Avropa və Asiyaya yayıldı. Homo heidelbergensisin fərqli coğrafi regionlarda yaşaması, nəticədə onun iki fərqli növə çevrilməsinə səbəb oldu. Avropada yaşayanlar Homo neandertalensisə, Afrikada yaşayanlar Homo Sapiensə (müasir insanlar) çevrildi. Afrikada yaşamış və daha sonra Homo Sapiensə çevrilən Homo heidelbergensis, Homo rhodesiensis də adlandırılmışdır. Ancaq bu mövzuda fərqli bir fikir də var. Gran Dolina İspaniyada tapılan fosillərə əsaslanaraq Gran Dolinadakı qədim Homo heidelbergensis populyasiyasının fərqli bir növ olaraq seçilə biləcəyi qədər fərqli olduğu düşünülür.
Homo longi
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir.Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.Fosilin digər əhəmiyyəti isə bu Əjdaha adamının Homo sapiensə Neandertal insandan daha yaxın ola biləcəyi ehtimalını ehtiva etməsidir. === Yaşı === Fosilin əvvəlcə 200-400 min yaşında olduğu təxmin edilirdi.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü.Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur.Naledi Soto dilində "ulduz" deməkdir.
Homo neanderthalensis
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300—24. Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca “homo sapiens” növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar “homo sapiens neandertalensis” adlanacaq. Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: “homo sapiens neandertalises”in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur.
Homo politikus
Homo politicus siyasi şəxs deməkdir. Siyasi elm konkret olaraq siyasi şəxslə (homo politicus) məşğul olur və onu dərindən öyrənir. Digər tərəfdən, axırı us ilə qurtaran, homo politicus, homo economicus kimi insan növləri müşahidə edilə bilən şeylər deyil. Əslində realda müşahidə olunan, mövcud olan insan bənzərsizdir. Axırı us ilə qurtaran müxtəlif növ insanlar mövcud insanın müəyyən cəhətlərdən tədqiq edilməsinə imkan verən abstraktlardır.
Homo rhodesiensis
Homo rhodesiensis, təsviri Rodeziyalı insan (Rhodesian Man) fosilindən götürülmüş mümkün bir hominini növüdür. Eyni və ya əvvəlki dövrlərin morfoloji baxımından müqayisə edilə bilən qalıqlarına Cənubi Afrika (Hopefield və Saldanha), Şərqi Afrika (Bodo, Ndutu, Eyasi, İleret) və Şimali Afrikada (Salé, Rabat, Dar-es-Soltane, Djbel Irhoud, Sidi Aberrahaman, Tighenif) rast gəlinir. Bu qalıqların yaşı 300.000 ilə 125.000 il arasındadır. Adı Rodeziyalı insan sözündən götürülmüş bu növün fərdləri Zambiyada yaşayırdı və beyin həcmi təxminən 1300 sm³ təşkil edirdi.
Homo rudolfensis
Homo rudolfensis — nəsli kəsilmiş hominid növlərindən biridir. 1972-ci ildə Keniyanın Koobi Fora regionunda antropoloq Richard Leakey və zooloq Meave Leakey tərəfindən tapılmış və KNM-ER 1470 olaraq kodlanan bir kəllə sümüyü fosilindən yola çıxaraq 1986-cı ildə Valery Alekseyev tərəfindən ayrı bir növ olaraq müəyyən edilmişdir.