Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Schinus huigan
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Schinus molle var. huigan
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Taliqan
Taliqan— İranın Əlburz ostanının şəhərlərindən və Taliqan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,281 nəfər və 988 ailədən ibarət idi.
Alıgan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Alıqan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Tülqan
Tülqan — qəsəbə, Rusiyanın Orenburq vilayətinin Tülqan rayonunun mərkəzidir. == Coğrafiya == Orenburq şəhərinin 130 km şimal-şərqində yerləşir. Tülqan qəsəbəsi Kiçik Nakas dağ silsiləsinin bir hissəsini tutur. == Tarix == 1940-cı illərdə Tülqan bölgəsinin ərazisində qonur kömür yatağı tapıldı, bu ərazidə 1953-cü ildə Tülqan qəsəbəsi quruldu. Qəsəbəyə buradan 4 km məsafədə yerləşən Tülqan xutorunun adı verilmişdir. Xutorun adı başqırd dilində tüylügen ("uçurtma") sözündən yaxud türkcə şəxs adı Tülegen sözündən gəlir . 1960-cı ildə Tülqan Troitsky rayonunun regional mərkəzi oldu. 1965-ci ildə Tülqan rayonu quruldu və Tülqan qəsəbəsi onun mərkəzi oldu. 1957–1999-cu illərdə Tülqan işçi qəsəbəsi statusu daşıyırdı. == Əhali == == İqtisadiyyat == Qəsəbədəki sənaye Tülqan Maşınqayırma Zavodu MMC və Tülgan Elektromekanika Zavodu MMC kimi müəssisələrlə təmsil olunur.
Yulian
Yulian — ad. Yulian (imperator) — Roma imperatoru Yulian Draksler — Alman futbolçusu. Yulian Semyonov — rus yazıçısı. Yulian Fletçer — Bermud adalarını təmsil edən üzgüçü. Yulian Şmidt — Almaniyalı peşəkar kişi BMX velosipedçisi.
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. == Həyatı == O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. == Ailəsi == Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Gülinan (Soyuqbulaq)
Gülinan (fars. گلينان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (58 ailə).
Robert Mulligan
Robert Malliqan (23 avqust, 1925 – 20 dekabr, 2008) — məşhur amerikalı rejissoru. 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında çəkilmiş "Bülbülü öldürmək" adlı filmin müəllifidir. Rejissor bu filmdən əlavə "Summer of '42" ,"The Other" ,"The Man in the Moon","Same Time, Next Year" və "Kiss Me Goodbye" kimi filmlərin də müəllifidir.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Taliqan şəhristanı
Taliqan şəhristanı (fars. شهرستان طالقان‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Taliqan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 25 781 nəfər və 7 574 ailədən ibarət idi.
Tulaqan Xujamyarov
Tulaqan Xujamyarov, Tavollo (1883 – 1937, SSRİ) — özbək yazıçı, şair, ictimai xadim, represiya qurbanı. == Həyatı == Onun doğum tarixini gah 1880-ci il, gah 1882-ci il, gah da 1883-cü il yazırlar. Bu rəqəmlərdən 1883-ci ili daha mötəbər saymaq olar. Çünki, Tavollo 1937-ci il avqust ayının 14-də KGB müstəntiqinə verdiyi izahatda 1883-ci ildə Daşkənd şəhərində doğulduğunu və hazırda doğulduğu şəhərdəki Kükça məhəlləsinin Viladimir küçəsindəki 32 saylı evdə yaşadığını yazıb. Atası ticarətlə məşğul olan Tulaqan Xujamyarov ilk təhsilini məhəllə məktəbində, sonra da Obi Nazir məhəlləsindəki Bəylərbəyi mədrəsəsində alır. Bu mədrəsə Türküstanda məşhur idi. Mədrəsəni bitirdikdən sonra atası onu Rusiya hökumətinin yeril əhalidən kiçik məmurlar hazırlayan məktəbə göndərir. Bu məktəblər Azərbaycanda, Kırımda, Qüzey Qafqazda və b. bölgələrdə rus-tatar məktəbləri, Türküstanda, Sibirdə isə rus-tuzem məktəbi adlandırılırdı. Atanın oğlunu bu məktəbə göndərməkdən məqsədi Rusiya ilə ticarət əlaqələri qurmaq idi.
Təliqan (Sulduz)
Təliqan (fars. ‎طالقان‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (29 ailə).
Bulqan nekropolu
Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaхınlığında nekropol. == Tariхi == Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saхlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII-XIX əsrlərə aid etmək olar.
Bulqan vilayəti
== Ərazisi == 1938-ci ildə yaradılan Bulqan vilayətinin ərazisi 48 733 Km2-dır. Bulqan vilayətinə 15 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Bulqan vilayətinin əhalisi 62 027 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Culian Assanj
Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[…], Taunsvil[d], Kvinslend) — Avstraliya internet jurnalisti, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır. == Həyatı == Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub. 2006-cı ildə Vikiliks saytını yaratmışdır. Assanj doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu Vikiliksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanj, özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanj tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanj da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assanjın həbsinə qərar verdi.
Culian Biankone
Culian Biankone (31 mart 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Biankone Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Biankone peşəkar karyerasında debütünü 28 noyabr 2018-ci ildə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə Monako rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. Biankone karyerasında ilk qolunu 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda vurmuşdur. O, 70-ci dəqiqədə qolla yadda qalmış və komandası Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Biankone Fransada anadan olmuşdur. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Culian Emyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Didi Yulian
Mark Didi Salvi Yulian Sever (d. 133 ya da 137– ö. 193) — 28 mart 193-cü ildən 1 iyun 193-cü ilədək hakimiyyətdə olmuş Qədim Roma İmparatoru. Öldürttüyü sələfi Pertniaksdan sonra hakimiyyəti pulla alaraq İmparator oldu. Bu hərəkəti 193–197-ci illər arası Romada daxili müharibələrə gətirib çıxartdı. 193-cü ildə Didi Yulian xələfi Septimi Sever tərəfindən hakimiyyətdən salınıb, ölümə məhkum edildi.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü hun dövlətinin də sonu gəldi.
Helian Çanq
Helian Çanq 2-ci Hsia şanyüsüdür. Cəmi 3 il hakimiyyətdə qalmışdı amma gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da qapıları gec bağlandığı üçün düşmən ordu içəri girmişdi. Vey ordusunu qovmağı bacaran Çanq qardaşı Dinqi onlara qarşı göndərdi. Özü Vey ordusuna məğlub olaraq Tonqvana yox, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə Çanq qaçmağa çalışarkən edam olundu. Şimal Vey onun digər qardaşlarını da edam etdi.
Hucqan (Mərənd)
Hucqan (fars. هوجقان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,913 nəfər yaşayır (515 ailə).
Julian Respublikası
Julian Respublikası (port. República Juliana) — öz müstəqilliyini bir tərəfli elan edən, Braziliyanın Santa-Katarina vilayətində 1839-cı ilin 24 iyuldan 15 noyabrına qədər mövcud olmuş dövlət. Julian Respublikası Farrapus müharibəsi zamanı 1839-cı ilin 24 iyulda qurulur. Belə ki, Cüzeppe Qaribaldinin dəstəyi üsyançılar Laqunu ələ keçirirlər və adını Julian olaraq dəyişirlər. Bununla belə vilayətin paytaxtı olan Deşterru şəhərini tutmaq mümkün olmur. Üsyançıların donanması imperiya qüvvələri tərəfindən Massiambu çayında darmadağın edilir. Yeni respublika cəmi dörd ay yaşaya bilir. Artıq noyabrda imperiya qüvvələri Laqun şəhərini ələ keçirir. Bundan sonra üsyançılar Santa-Katarina vilayətini tərk etməli olurlar. == Əlavə məlumat == Farrapus müharibəsi Riu-Qrandi Respublikası == Mənbə == Farrapus müharibəsi «Latın Amerikasının» ensiklopedik lüğətində.
Jülian Akademiyası
Jülian Akademiyası (fr. académie Julian) — Fransada 1867-ci ildə yaradılıb akademiya.