Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burundi
Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir. Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir. Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir.
Hürufi
Hürufilik (ərəb. حروفية hurufiyyə) — XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqəti. Hüruf sözü ərəb dilində "hərflər" mənasını verir. Bu təriqətin əsas ideyası İudaizmdə mövcud olan mistik kabbalistika təlimində olduğu kimi Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. Yaranması və yayılması: Hərufilərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Fəzlullah Nəimi və ya Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən təsəvvüfə yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır.
Burundi Krallığı
Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur. Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdə — tutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare (h. 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi.
Burundi Respublikası
Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir. Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir. Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir.
Burundi bayrağı
Burundi bayrağı — Burundinin Dövlət bayrağı Burundi bayrağı ilk dəfə 28 iyul 1967-ci ildə qəbul edilmiş, illər içərisində görünüşündə bir neçə dəfə dəyişikliklər gerçəkləşdirilmiş, son olaraq 27 sentyabr 1982-ci ildə edilən en və uzun nisbətidəki dəyişiklik ilə dövrümüzdəki halını alaraq istifadə edilməyə başlanmışdır. Bayraqda hər bir uc küncünə dəyəcək şəkildə ağ zolaqlar yerləşdirilərək x forması əmələ gətirilmişdir. Bu zolaqların nəticəsində yaranan üçbucaqlardan üst və alt bölümdə olan üçbucaqlar qırmızı, bayraq dirəyinə asılan tərəf ilə dalğalanan tərəfdə olan üçbucaqlar isə yaşıl rənglidir. Bayrağın tam ortasında, zolaqların və üçbucaqların üzərində ağ bir çevrə olub, içərisində biri yuxarıda, ikisi isə aşağıda olan üç ədəd yaşıl kənarlı qırmızı rəngli altı guşəli ulduz vardır. Bayraqda olan qırmızı rəng müstəqillik mübarizəsində həyatını itirənləri tərənnüm edərkən, yaşıl rəng inkişafı və ümidi, ağ rəng isə sülhü təmsil edir. Bayraqdakı üç ədəd altı guşəli ulduzlar isə ölkənin milli şüarı olan "Birlik, Əmək, İnkişaf" sözləri ilə yanaşı ölkədə yaşayan üç etnik grupu olan Hutu, Tutsi və Tvaları təmsil edir.
Burundi frankı
Burundi frankı (Fransızca: franc burundais; ISO 4217: BIF) - Burundidə istifadə edilən rəsmî pul vahididir. 1 Burundi frankı 100 sentimoya bərabərdir. Ancaq müstəqillik illərindən bu yana sentimo dövriyyəyə buraxılmır. Burundi frankı Burundi Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Burundi frankı = 0.000595760 ABŞ dolları.
Burundi himni
Burundi Bwacu (azərb. Bizim Burundi‎) — Burundi dövlət himni. Burŭndi Bwâcu, Burŭndi buhĭre, Shīnga icúmu mu mashīnga, Gaba intăhe y'úbugabo ku bugīngo. Warápfunywe ntiwapfûye, Waráhabīshijwe ntiwahababuka, Uhagurukana, uhagurukana, uhagurukana, ubugabo urîkukira. Komerwa amáshi n'ámakūngu, Hābwa impŭndu n'âbâwe, Isāmírane mu mashīnga, isāmírane mu mashīnga. Burŭndi bwâcu, rági ry'ábasôkúru, Ramutswa intăhe n'íbihúgu, Ufatánije ishaka n’ubúhizi; Vuza impŭndu wĭgānzūye uwakúgānza uwakúgānza. Burŭndi bwâcu, nkóramútima kurí twëse, Tugutūye amabóko, umutima n'úbuzima, Imâna yakúduhāye ikudútūngire. Horana ubúmwe n'ábagabo n'ítĕkāne. Sāgwa n'úrwĕze, sāgwa n'ámahóro mēzá. Cher Burundi, ô doux pays, Prends place dans le concert des nations.
Burundi şəhərləri
Burundinin ən böyük məskun edilmiş məntəqələrinin siyahısı. World Gazeteer internet-saytının,məlumatlarına görə Burundidə sayla 17 şəhər 5 000-dən çox insan var Vikianbarda Burundi şəhərləri ilə əlaqəli mediafayllar var.
Hürufi-münfasilə
Hürufi-münfasilə (osman. حروف منفصله), xətti-cədid, xətti-Ənvəri, Ənvər yazısı, Ənvəriyyə, ordu əlifbası və yaxud alman yazısı — Ənvər Paşanın Osmanlı türkcəsinin yazılmasını asanlaşdırmaq üçün ərəb əlifbasını dəyişdirərək əldə etdiyi yazı sistemi. Sistem Hərbiyyə Nəzarətinin də töhfəsi ilə uzun müddət istifadədə qaldı. Bu sistemə görə hərflərin son formaları bir-biri ilə əlaqələndirmədən yazılır və saitlər də göstərilirdi. Ənvər Paşa 1917-ci ildə bu sistemi öyrətmək üçün Əlifba adında bir oxu kitabı hazırladı. Yazının rəsmi olaraq sona çatması, yoxsa kortəbii şəkildə tərk edilməsi bilinmir. Bu yazı sistemi 35-i samit və 10 sait-i olmaqla cəmi 45 hərfdən ibarətdir.
Urundi Krallığı
Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur. Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdə — tutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare (h. 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi.
Azərbaycan–Burundi münasibətləri
Azərbaycan–Burundi münasibətləri — Azərbaycan Respublikası ilə Burundi Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin mart ayının 2-də qurulmuşdur.