Hürufi

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Hürufilik (ərəb. حروفية hurufiyyə) — XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqəti. Hüruf sözü ərəb dilində "hərflər" mənasını verir. Bu təriqətin əsas ideyası İudaizmdə mövcud olan mistik kabbalistika təlimində olduğu kimi Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir.

Yaranması və yayılması: Hərufilərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Fəzlullah Nəimi və ya Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən təsəvvüfə yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Uzun müddət bir mağarada inzivaya çəkildikdən sonra Fəzlullah özünün Mehdi olduğunu iddia etmişdir. Ətrafındakı yeddi inanılmış xəlifəsi və daha sonra çoxsaylı tələbəsi ilə yeni inancın təbliğinə başlamışdır. Qısa müddətdə müxtəlf ictimai təbəqələrdən olan insanlar bu yeni axının ətrafında toplanmağa başlayır.

Yeni sistemin yayılması hakim çevrələrdə narahatlıq yaradır. Əmir Teymurun oğlu Miranşahın əmri ilə Fəzlullah həbs edilmiş, 1394-cü ildə Naxçıvanda Əlincə qalasında edam edilmişdir. O, ayaqlarından atla bağlanaraq çəkilmiş, paramparça edilərək şəhər küçələrində ibrət olsun deyə sürülmüşdür. Fəzlullahın ətrafındakılar da təqib edilmişdir.

Fəzlullah düşüncələrini Cavidani-kəbir, Ərşnamə, Məhəbbətnamə, Növmnamə, İskəndərnamə adlı əsərləri ilə bəyan etmişdir.

Hürufi nümayəndələrindən Əhməd Lorun 1427-ci ildə Şahruxa qarşı bir sui-qəsd cəhdindən sonra müridlərdən bir qismi yaxalanıb edam olunmuş, 1467-ci ildə isə Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqiyə qarşı Fəzlullahın qızının rəhbərliyi ilə başlayan bir qiyam amansızlıqla yatırılmış və üsyanın rəhbəri beş yüzə yaxın tərəfdarı ilə birgə edam edilmişdir. Bu hadisələrə görə hürufiliyə bağli insanlar dağılsalar da onlar öz inanclarını itirməmişdilər.

Anadoluda olduqca çox yer dolaşan və uzun müddət qalan İmadəddin Nəsiminin bir çox insanı hürufiliyə cəlb etməsi şəksizdir. Bu insanların sonradan sistemli bir təbliğat apardığı, Fateh Sultan Məhəmməd dövründə Osmanlı sarayına kimi girmələrindən də anlaşılır. Taşköprülüzadənin Şəqayiqi-Numaniyyə adlı əsərində Fəzlullahın xəlifələrindən birinin Ədirnədə olarkən gənc Fatehi təsiri altına alması, hətta bəzi müridləri ilə bərabər sarayda yerləşməsi haqqında da məlumat verilir. Vəziyətdən olduqca narahat olan vəziri-əzəm Mahmud paşa və müfti Molla Fəxrəddin Əcəmi hürufilərin Hülul inancına (təsəvvüfdə Hülul Allahın yaratdıqlarında meydana çıxması deməkdir.) sahib olmaları barədə məlumat verərək, gənc padşahı çəkindirir. Fatehin hüzurunda edilən mübahisənin sonunda hürufilərin Hülul inancına sahib olduqları nəticəsi hasil olmuş, buna görə də sultanın əmri ilə onlar həbs edilərək edam edilmişdir.

Hürufilikdə Quranın təvili və yozumu saylar üstündə qurulmuşdur. Bu təriqət şiə təmayüllü olsa da, yaranışından etibarən istər şiə, istərsə də sünni məzhəbinin daşıyıcıları arasında tərəfdar tapmış, xüsusilə təsəvvüf vasitəsi ilə ədəbiyyata və digər təriqətlərə təsir etmişdir.

Hürufiliyin əsas ideyaları

[redaktə | mənbəni redaktə et]

Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlərdə peyğəmbərlər dinləri yaymışlar. Hürufilər Adəmdən, MusadanMəhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların ən yaxşısında bəyandır (zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas hissələrinə, Fatihə surəsinin ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.

Əbdülbaqi Gölpınarlı "Hürufilik mətnləri kataloqu" adlı əsərində hürufiliyin Anadoluda Mir Şərif və xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsimi tərəfindən yayıldığını bildirir. O, eyni zamanda bu dövrdə Azərbaycan, İran, İraqAnadoluda yayılan hürufilik təriqətinin qüdrətli şairidir. İmadəddin Nəsiminin gözəl, vəcdli və həyəcanlı şeirləri ilə hürufiliyin yayılmasında böyük rolu olmuşdur. K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən "Nəsimi olmasaydı, hürufilik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi."

Yaranmasının səbəbləri

[redaktə | mənbəni redaktə et]

İslam dünyasında Hürufiliyi bir inanc sistemi bir firqə halında yayan Astrabadi Fəzlullah Nəimidir. XIV əsrin sonlarında İranda Əmir Teymurun səltənətində (1370-1405) təriqət əhlinin böyük hörmət gördüyü zaman Fəzlullah Nəimi Xəzər dənizinin cənub-şərq sahillərinə yaxın Astrabad şəhərində öz təlimini yaymağa başlamışdır.

Qədim dövrlərdə bəzi bidətçi cərəyanların kök saldığı bir ərazidə öz fikirlərini yaymağa çalışan Fəzlullah Şeyx Həsən Luri və onun xələflərinin təsiri altında qalaraq öz firqəsini qurmuşdur. Fəzlullah onların prinsiplərini ən mükəmməl bir şəkildə qiymətləndirərək hərflərin vacibliyini və onların rəqəmlərlə olan münasibətlərini ortaya qoymuş, dini əmr və hökmləri ərəb və fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərflə izah etməyə çalışmışdır. Allaha aid sirrlərin hərf və rəqəmlərdə gizləndiyini qəbul edərək mənalarını izah etməyə çalışmışdır. Gələcəkdəki hadisələri əvvəlcədən kəşf üçün istifadə edilən Ülum-i qaribə və Ülum-i hərfiyyə ilə bərabər elmi hürufun əsaslarını ortaya ataraq bu məlumatları orijinal bir hala gətirmişdir.

Fəzlullah haqqında məlumatlar ehtiva edən hər bir tarixi mənbə onun özünü Tanrı elan etdiyini qeyd etməkdədir. Ancaq bunun necə həyata keçdiyini qeyd etmirlər. Bu elan sadəcə "Ənəl-Həqq" iddiası şəklində edilmiş ola bilər. Eyni bölgələrdə Mənsur Həllacın olduqca tanındığı diqqətə alınarsa, ən güclü ehtimal bu elanın Ənəl-Həqq formuluna söykənməsidir.

Hürufiliyin Azərbaycanda ilk təşkilatlanması XIV əsrin sonlarında başladı. Onların fəlsəfi dini qaynaqları orta və yaxın şərqin fəlsəfəsindən bəhrələnmişdir. Azərbaycan ərazisinə daxil olaraq Nəimi, Nəsimi, Sururi, Əli-ül Əla kimi nümayəndələr tapan hürufilik ərazi baxımından da sərhədlənməmişdi. Hürufilik təriqəti geniş bir ərazini (İran, Azərbaycan, Suriya, Osmanlı) əhatə edirdi. Hürufilərin əsas nümayəndələri kəndlilər və şəhər ziyalıları idi.

Hürufilər öz ideyalarını yaymaq üçün öz əraziləri ilə kifayətlənmir, islam şərqinin müxtəlif ölkələrinə səyahətlər edir, tələbələrinin sayını artırırdılar.

Çingiz xanın qurduğu Monqol imperiyası İranı, Əfqanıstanı, müvəqqəti olaraq Zaqafqaziyanı və başqa əraziləri (Ərəb İraqı və Kiçik Asiya) işğal etmişdi. 1380-ci ildən başlayaraq Orta Asiyanı öz ətrafında birləşdirən Teymur İran, Azərbaycan, Gürcüstan, İraq, SuriyaKiçik Asiyanı bu mərkəzdə birləşdirdi.

1410-1468-ci illər daxilində də Güney Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan və Ərəb İraqı Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. Göründüyü kimi Hürufiliyin vətəni olan Azərbaycan müxtəlif dövrlərdə müxtəlif xarakterli feodal imperiyalarının hakimiyyəti altında olmuşdur. İmperiyalar fərqli olsa da, eyni sosial siyasi və mədəni həyata malik olmuşdur.

Hakimiyyət əcnəbi işğalçıların əlində olduğundan (Qaraqoyunlular istisna olmaqla) ölkənin işğal altında olan xalqları arasında iqtisadi və mədəni əlaqələr formalaşırdı. Təbii ki, müharibələr sosial-iqtisadi inkişafa ağır təsir göstərirdi.

Ölkənin əvvəlki təbəqələrinin yəni kəndlilərin və şəhər yoxsullarının vəziyyəti müəyyən qədər açıq və konkret idi. Bu Azərbaycanda olduğu kimi digər şərq ölkələrində də belə idi. Onlar bir-birinə və monqollara qarşı xalq azadlıq hərəkatına, antifeodal mübarizəyə dəstək verirdilər. Qeyd etmək lazımdır ki, bütün bu işğallara qarşı olan mübarizə silahlı yolla aparılırdı. Baxmayaraq ki, işğalçılar İslama etiqad etmirdilər, onlar din amilindən öz xeyirlərinə istifadə edirdilər. Qazan xanın dövründə (1295-1304) monqollar islam dinini qəbul etdilər. Ölkənin iqtisadi və siyasi mövqeyinə baxdıqda aydın olur ki, ruhani təbəqəsi hələ monqollara qədər də baş verən antifeodal çıxışlarda xalqı dəstəkləmirdi.

Dmitri Petruşevski XIV əsrdə olan xalq çıxışlarını xarakterizə edərək qeyd edir ki, bu çıxışlarda əsas rolu kəndlilər və şəhərin aşağı təbəqəsi oynayırdı. Əvvəlcə onlara kiçik və orta feodallar da qoşulmuşdular. Sonralar bu çıxışlar türk-monqol tayfalarının hakimiyyətinə qarşı çevrildi.

XIV-XV əsrdə olan xalq hərəkatlarında kəndlilər və sənətkarlar İran feodalları ilə birgə çıxış etmədilər. Əvvəlki dövrlərdən fərqli olaraq XIV-XV əsrdəki xalq hərəkatları təkcə şiə imamlığı ideologiyası altında getmirdi.

Şiələrin ümumi ideologiyası insanlarda Allahın sifətlərinin təzahürü, görünməsi şəklində idi. Elə məhz buna əsasən də bəzi insanları İsa, Musa, MəhəmmədƏli hesab edirdilər. Bunlar şiə sektasının, icmasının əsas imamları hesab olunurdular.

Teymurun ölümündən sonra Azərbaycandakı sosial-siyasi mübarizə canlanmağa, Teymurilərin hakimiyyəti isə zəifləməyə başladı. Təbrizdə, Marağada, Qarabağda və ölkənin digər yerlərində həyəcanlar baş qaldırdı. Həmişə olduğu kimi yenə də bu hərəkatda əsas rolu dərviş-sufilər oynayırdılar.

Hürufiliyin tarixi cəhətdən yaranmasına ehtiyac o idi ki, Şərq dünyası iki yüz il monqolların işğalı altında qalmışdı. Bu zaman meydana çıxan həyəcan və çıxışlar həm ölkədə ağalıq edən feodallara, həm də ortodoksal islam ideyasına qarşı çevrilmişdi.

Bu dövrdə şiəlik Kiçik Asiyanın şərqində böyük kütlələri əhatə edirdi. Bu da ona görə idi ki, xalq feodal renta vergilərinin ağırlığından bezib mövcud rejimin əksinə olaraq şiəliyə meyl edirdi. 1239-cu ildə Şeyx Baba İshaqın başçılığı altında üsyan başladı. Şeyx Baba İshaq üsyanın gedişində özünü Allah elan etmişdi və bunu şüara çevirmişdi. Şeyx Baba İshaq kəndliləri və sənətkarları tirana qarşı üsyana çağırmışdı. Tiran isə sünni olan Səlcuq sultanı idi.

Beləliklə, görünür ki, XIV əsrdə Mərkəzi Asiyada, İranda, Azərbaycanda və digər yerlərdə baş qaldıran inqilabi ideyaların böyük əksəriyyəti ortodoksal sünni ruhanilərə qarşı çevrilmişdi.

Hürufilik tipik Yaxın və Orta şərq şəhərlərinə xas ideyadır və xalqın maraqlarını ifadə edir. Hürufilik təlimi əsasən feodallara, xarici işğalçılara və onları müdafiə edən islama qarşı yönəlmişdi.

İdeya mənbələri

[redaktə | mənbəni redaktə et]

Hürufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edir. Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Hürufilər belə başa düşürdülər ki, insan özü tanrıdır və ya insanlar Allahın vücudundan qopmuş parçalardır. Yalnız kamil insan (Allahın vücudunun bir parçası) yenidən Allaha qovuşacaqdır. Bu o zaman baş verir ki, insan yaradılışın ən yüksək səviyyəsinə çatır. Hürufiliyin ilk elementlərinə fəlsəfənin yarandığı vaxtlarda da təsadüf edilir.

Hürufiliyin yaranmasına təsir göstərən amilləri Yaxın və Orta Şərqin fəlsəfəsində axtarmaq lazımdır. Şərqdə olan ideyaların Hürufiliyə təsirinə iki aspektdə baxmaq olar:

  1. Bu dövrdə Şərq fəlsəfəsinin inkişaf etməsi və Hürufiliyin öz ideyalarını ərəbdilli peripatetiklərdən götürməsi.
  2. Şərq fəlsəfəsində müxtəlif sektaların, icmaların və dini cəmiyyətlərin olması baxımından öyrənmək olar.

Şərq peripatetizminin nümayəndələrinin əsərlərinə müraciət etməklə hürufilər Yunan fəlsəfəsindən də bəhrələnmişdilər.

Xəlifə Məmunun dövründə Kateqoriyalar, Metafizika, Yaradılış və Ölüm haqqında Aristotelin kitabı, Platonun – Sofist, Qanunlar və s. əsərləri tərcümə edilmişdir.

Şərqlilər yunan fəlsəfəsi ilə tərcümələr sayəsində tanış olmağa başlamışdılar və sonradan bu fəlsəfi fikirlər islam fəlsəfəsinə təsir göstərmişdir.

İslam bidətçiləri əksərən islama qədərki bidətçilərin hərəkatını təkrar etsələr də, dinin əleyhinə getdiklərini boyunlarına almırdılar. Əslində Hürufiliyin özü də bu bidətçi cərəyanlardan öz qidasını almışdır. Bunların içində maniçilik xüsusi yer tutur.

Əsrlər boyu hərflərin bir hissəsi müqəddəs sayılaraq bunlara müxtəlif mənalar verilərək, Allaha aid sirlərin hərflərdə gizləndiyi fikri qəbul edilmişdir. Qədim dövrlərdən bu yana yerdə və göydə mövcudluğu qəbul edilən gizli qüvvələrdən istifadə yoolarını araşdırmışdır. Mövcudluğu qəbul edilən bu qüvvələr hərf və şəkillərlə təsvir edilmişdir. Nəticə etibarilə bu elmlər əvvəlcə ovsun, tilsim, sehrbazlıq şəklində meydana çıxmışdır. Misirdə Musa peyğəmbərdən əvvəl koptlar sehr və tilsimlə məşğul olduqları kimi, nəbati,kəldani və assuriyalılardan meydana gələn Babil xalqının da bu elmlərlə məşğul olduğu və əsərlər yaratdığı bilinir.

Hürufiliyə oxşar inanclar Qədim Hindistanda, Yunanıstanda, Misirdə həmçinin YəhudilikXristiyanlıqda da mövcuddur. Hindlilərə görə rəqəmlərlə hərflər arasında bir əlaqə vardır. Üç, yeddi, on və qırx rəqəmləri müqəddəs olduğu kimi hər rəqəm bir obyektə işarə edir.

Pifaqorçularda üç rəqəmi ilk hesab edilir. Dörd ünsürlərə işarə edir. İki, qadın deməkdir. Üç ilə ikinin cəmi evlənmək deməkdir. Üç və yeddiyə and içilir.

Sehrlə məşğul olanlar hərfləri rəqəmlərlə izah edərək qədim dövrlərdə əbcəd sözlərini sehr və caduda istifadə ediblər. Burada "əlif"dən "ğayn"a qədər hər hərf bir gücdür. Beləliklə, rəqəmlər və hərflərdən ibarət bir sistem qurulmuşdur.

Xristianlıqda bunun bir başqa nümunəsini görürük. Əhd-i Cədiddə ilk hərf olan "əlif" və son hərf olan "yə"nin başlanğıc və sona işarə etdiyi bildirilir. Bundan başqa, yəhudilərin yunan fəlsəfəsinə əsaslanan Kabbalizm fəlsəfəsi də TövratZəburun zahiri mənasıyla kifayətlənməyərək, müqəddəs kitabın hərflərindən gizli mənalar çıxarırlar.

İslam aləmində isə hərflərin bəzi xüsusiyyətlərə malik olduğu inamı çox qədimdir. Bu mənada Quranın iyirmi doqquz surəsinin əvvəlindəki hərflərə müxtəlif mənalar verilmişdir.

Hürufi əqidəsi

[redaktə | mənbəni redaktə et]

Hürufiliyin qurucusu Fəzlullaha görə, təsəvvüfçülərin də göstərdiyi kimi Allah gizli bir xəzinədir. Hərşeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər Ərəb və Fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərfdir.

Kainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Fəzlullaha görə kainat səslərlə doludur. Səslərin isə kamil forması sözdür.

Allah bir insanın üzündə təzahür edən bir kəlamdır. Bu kəlamın ünsürlərində də bir rəqəm dəyəri var. Beləliklə bütün varlıqların əsl ünsürü olan iyirmi səkkiz hərfi insan üzündə görmək mümkündür. İnsan üzündə anadangəlmə yeddi xətt vardır. İki qaş, dörd kirpik və bir saç. İnsan bu yeddi xətt ilə doğulduğu üçün bunlara "xütut-ü ümmiyə" (ana xətlər) deyilir. Bunların cəmi on dörd edir. Yeddi dənə də "xütut-ü əbiyə"(ata xətləri) vardır ki, bunlar kişidə yetkinlik vaxtı çıxır. Üzün sağ və sol yanlarında iki saqqal tükləri, iki yanağın iki tərəfindəki burun tükləri, iki bığ və bir də alt dodaqdakı tüklər. Bunların cəmi on dörd edir. Ana və Ata xətlərinin cəmi iyirmi səkkiz edir ki, bu da Quranın iyirmi səkkiz hərfinə bərabərdir.

Bu xətlər hava, su, od və torpaq kimi dörd ünsürdən meydana gəldiyi üçün hər biri dördə vurulsa yenə iyirmi səkkiz əldə edilir. Əgər saçı ortadan ikiyə bölsək bu yedi xətt səkkiz olur. Dörd ünsürə vurulması otuz iki edər. Aləmdə hər nə varsa otuz ikiyə tətbiq olunur. Bütün kainat doqquz fələk, oniki bürc və yeddi planetdən ibarətdir, bunlara dörd ünsürü də əlavə etsək otuz iki alınar. Otuzikinin xaricində başqa nəticə alınmır.

Hürufilər Quranda mənası açıq ayələrlə, müqətta hərfləri və mənası başa düşülməyən ayələr haqqında təfsir alimləri ilə əks fikirdədirlər. Quranın sirrinin iyirmidoqquz surənin əvvəlində gələn müqəttəa hərflərində olduğunu qəbul edirlər. Bu hərflər on dörd ədəddir. Əsl allahın kəlamı bu hərflərdə gizlidir. İnsan üzündəki xətlərin cəmi də elə bu hərflərə işarə edir.

Hürufilər bütün dini hökmləri öz düşüncələri istiqamətində izah edirlər. Kəliməyi şəhadət, namaz, oruc, həcc, zəkat kimi bütün dini hökmlərin hamısı iyirmi səkkiz və otuz iki hərfə görə izah edilir. Nəticə əskik və ya artıq olarsa hesabı düz gətirmək üçün hərf elminin üsullarına müraciət edilərək nəticə əldə edilir.

Bu cərəyanın məqsədi insana ən yüksək mərtəbəni verməkdir. Mövcud olan hər bir varlıq mütləq varlığın təzahürüdür, əksidir. Bu təzahür qüvvət aləmindən təbiət və ünsürlərə gəlmişdir. Səma ilə ünsürlərin birləşməsindən də cansız aləm, bitkilər və insanlar yaranmışdır.

Hürufiliyin ilkin qaynaqları, eləcə də müasir araşdırmalar əsasında bu cərəyanın fəlsəfi məzmun və məqsədini aşağıdakı kimi xülasə etmək olar:

İlahi nitqin səsi kainatın yaradılmasının yeganə vasitəsidir. Bu, maddi aləmin yaranması ilə bağlı olaraq, Quranda yer alan "KUN!"("ol!") əmri ilə əlaqəli yaranmış mülahizə kimi də yozula bilər.

  • Balayev M."İslam və onun ictimai-siyasi həyatda rolu".Bakı 1991
  • Bünyadov Z."Azərbaycan tarixi" Bakı 1994
  • Fazlullah Esterâbâdî, Câvidannâme; Dürr-i Yetim İsimli Tercümesi, haz. Fatih Usluer, İstanbul, Kabalci Yayınevi, 2012.
  • İslam Ansiklopedisi III cilt.Şamil yayınevi.İstanbul 1991
  • Büyük Tarih Ansiklopedisi cilt-1.Ankara 1992
  • Ademden bugüne İslam Tarihi. Mahmud Şakir.İstanbul 1998
  • Yalçın Abdullayev – "Hürufilik təlimi və onun mahiyyəti", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 5 (13)), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı – sentyabr-oktyabr 2009, səhifə: 238-244.
  • Z.Quluzadə – Fəlsəfi fikir,Azərbaycan tarixi (7 cilddə),III cild,Bakı,1999
  • «Хуруфизм и его представители в Азербайджане» (Баку, 1970)[ölü keçid]
  • A.Gölpınarlı – Hurufilik metinleri katalogu,Ankara,1989
  • K.E.Küçükoğlu – Nesimi divanından seçmeler,Ankara,1985
  • A.Y.Ocak – Osmanlı toplumunda zındıklar ve mülhidler (XV-XVII asırlar),İstanbul,1999
  • A.Gölpınarlı – Bektaşilik – Hurufilik ve Fadl Allah'ın Öldürülmesine Düşürülen Üç Tarih İstanbul Edebiyat Fakültesi Basımevi, 1963.
  • F. Usluer – Hurufilik, Kabalcı Yayınevi, 2009
  • F. Usluer – "Le Houroufisme. La doctrine et son influence dans la littérature persane et ottomane", EPHE-Paris, Basılmamış Doktora Tezi, 2007.
  • F. Usluer – "Mir Fâzılî’nin Taksîm-i Salât u Evkât’ının Şerhi", Hacı Bektaş Veli Dergisi, Volume 50, ss. 145-222. http://www.hbektasveli.gazi.edu.tr/dergi_dosyalar/50-145-222.pdf Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine
  • F. Usluer – "Misâlî'nin Miftâhu’l Gayb'ı Metin ve Açıklama", Turkish Studies, International Periodical for the Languages, Litterature and History of Turkish or Turkic, Volume 2/2, Spring, S. 2, www.turkishstudies.net, (Ed. Prof. Dr. Gurer GULSEVİN- Dr. Mehmet Dursun ERDEM), pp. 697–722.
  • F. Usluer – "Hurûfî Metinleri ile İlgili Bazı Notlar", Ege Üniversitesi Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi, S. 13, Ocak/Jan 2007.
  • F. Usluer – "Nesîmî Şiirlerinin Şerhlerinde Yapılan Yanlışlıklar," Turkish Studies, International Periodical for the Languages, Litterature and History of Turkish or Turkic, Volume 4/2,Winter, 2009, http://www.turkishstudies.net/sayilar/sayi15/44usluerfatih.pdf Arxivləşdirilib 2011-07-24 at the Wayback Machine, ss. 1072-1091.
  • F. Bayat – Hurufi Merkezleri ve Anadolu’da Hurufilik, Uluslar arası Türk Dünyası İnanç Merkezleri Kongresi, Mersin, 23-27 Eylül, 2002.
  • I. Mèlikoff – "Fazlullah d'Astarâbad et l'essor du Hucrufisme en Anatilie et en Roumèlie" Sur les traces du soufisme turc s.163-174 ("Fazlullah Esterâbâdi ve Hurûfiliğin Anadolu ve Rumeli'de yayılışı" Uyur İdik Uyardılar, İstanbul 1993
  • R.M. Meriç – HURUFİLİK, Dil Tarih Coğrafya Fakültesi Basılmamış Mezuniyet Tezi, Ankara, 1935.
  • M. Ünver – Hurufilik ve Kuran: Nesimi Örneği, Fecr Yayınları, 2003.
  • F. Usluer – "Mir Fâzılî'nin Taksîm-i Salât u Evkât'ının Şerhi", Hacı Bektaş Veli Dergisi, Volume 50, ss. 145-222. http://www.hbektasveli.gazi.edu.tr/dergi_dosyalar/50-145-222.pdf Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine
  • F. Usluer – "Hurûfî Şifreleri", Journal of Turkish Studies, Volume 33/II, ss. 201-219.
  • F. Usluer – "Hurufilikte On İki İmam", Turkish Studies, International Periodical for the Languages, Litterature and History of Turkish or Turkic, Volume 5/1, Winter, ss. 1361-1389. http://turkishstudies.net/Makaleler/1853461331_62usluerfatih.pdf
  • F. Usluer – "Hurufism Among Albanian Bektashis", The Journal of International Social Research, Volume III/15, ss. 268-280.
  • F. Usluer – "Feyznâme-i Misâlî Neşirleri", Hacı Bektaş Veli Dergisi, Volume 56, ss. 299-323.
  • F. Usluer – "Hurufilikte Rüya Tabirleri", Milli Folklor, Vol. 90, ss. 134-146.
  • F. Usluer – "Les Themes Bibliques chez les Houroufis", Ishraq, Vol. II, ss. 426-443.
  • Səadət Şıxıyeva – Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər, unudulan gerçəkliklər (Azərb. dilində)// Tam mətn. Mrtafizika Jurnalı, Cild 1, Say 2, Sıra 2, 2018 ss.65-96 (https://doi.org/10.33864/MTFZK.2019.10)