Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ürək... Ürək...
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Nurek
Nurek (tac. Норак) — Tacikistanda şəhər, paytaxt Düşənbədən 70 km cənub-şərqdə, əhalisi 30.900 (2019). 16 dekabr 1960-cı ildə Nurek kəndini regional tabe şəhərə (Ordjonikidzeabad bölgəsi) çevirərək Nurek Su Elektrik Stansiyasının inşası zamanı yaradıldı. == Coğrafiyası == Nurek, Vaxş çayının üzərində, dəniz səviyyəsindən 885 m yüksəklikdə yerləşir. Şəhərə bir çox kənd və camaat daxildir (tərkibində bir neçə ailənin yaşadığı qəsəbələri belə adlandırırlar): Tutkavul, Kibil, Çaşma, Lanqar, Dukoni, Xocaabdulla, Navde, Daqana və Energetik. == Tarixi == 12 iyul 1961-ci ildə Nurek respublika tabeliyində bir şəhər statusu aldı. == Əhalisi == Əhalisi 1 yanvar 2019-cu il tarixinə 30.900 nəfərdir. == Sənaye == Nurek SES: 1972-ci ildə istismara verilmişdir, bənd hündürlüyü 300 m, elektrik stansiyasının gücü 3000 MW, su anbarının səthinin sahəsi 98 km² yığma beton zavodu geyim fabriki çörək istehsalı Nurek şəhərində bina və şəhərləri lazım olan hər şeylə vaxtında və tam təmin edən yeni bir iqtisadi əməkdaşlıq forması — "İşçi estafeti" yarandı. Bunun sayəsində Nurek SES -in birinci bloku 15 noyabr 1972-ci ildə, 1978-ci ilin dekabrında isə ucuz elektrik enerjisi istehsal edən stansiyanın son bloku istismara verildi. Qeyd edək ki, Nurek SES istifadəyə verildikdən sonra 292,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişdir.
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. == Həyatı == Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. == Mənbə == Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Ürək
Ürək və ya qəlb — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Ürək... Ürək... (film, 1976)
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Jak Hudek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. == Həyatı == Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Nurek SES
Nurek su-elektrik stansiyası (rus. Нурекская ГЭС, tac. Нерӯгоҳи обии Норак) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su-elektrik stansiyası. == Tarixi == Nurek su-elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir.
Qanadabənzər kürək
Qanadabənzər kürək (ing. scapula alata) – ön dişli əzələni innervasiya edən uzun döş sinirinin zədələnməsi nəticəsində yaranan deformasiyadır.
Alp Ürək
Alp Ürək və ya Alp Ürək bəy (türk. Alp Yürek, Alp Yürek Bey; Rum Səlcuqlu dövləti – 1280) — Çobanoğullarının 3-cü bəyi (hökmdarı). == Hökmdarlığı (bəyliyi) == Hökmranlıq dövrünün qısa olduğu və bu dövrdə Bəylikdə əhəmiyyətli bir inkişaf olmadığı düşünülür. Bu susqunluğun səbəbi kimi, Çobanoğulları bəyliyinin Kösedağ Döyüşündən sonra Anadolunun yeni hakimi Elxanilərə tabe olması, heç bir problem yaratmadan və vergi ödəməyi qəbul etməsi misal kimi göstərilə bilər. Alp Ürəyin nə zaman və necə öldüyü bilinməsə də, qaynaqlarda şəhid kimi anıldığına görə savaşda öldüyü qəbul edilə bilər. Ondan sonra dövlətin başına oğlu Yavlak Arslan keçmişdir.
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. == Sağ mədəcik == Sağ mədəcik — (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. == Sol mədəcik == Sol mədəcik — (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Süni ürək
Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü. Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10–15 il müddətinə qulluq edə bilirlər. == Sistem == Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar ing. Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (lat.
Ürək (insan)
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Ürək qlikozidləri
Ürək qlikozidləri — bitki mənşəyli dərman preparatları olub, terapevtik dozada kardioton və aritmiya əleyhinə təsirlərə malikdir. Ürək qlikozidlərindən əsasən müxtəlif etiologiyalı ürək çatışmazlığında geniş istifadə edilir. Qlikazidlər ürək əzələsinin iş qabiliyyətini artırır, onun səmərəli və qənaətbəxş işləməsinə ərait yaradır. == Tərkibi == Ürək qlikozidləri qeyri şəkər və şəkər hissədən: aqlikona və qlikondan ibarətdir. Aqlikonun əsasını steroid struktur (siklopentanperhidrofenantren) təşkil edir. Qlikon isə müxtəlif cür şəkərlərlə: D-diqitoksoza, D-qlükoza, D-simaroza, D-ramonoza və s. təmsil olunur. Bəzən qlikon hissəyə sirkə turşusu qalığı birləşmiş olur. Kardiotonik effektə aqlikon hissəsinin malekulları malikdir. Ürək qlikozidləri asanlıqla fermentativ, turşu-qələvi hidrolizinə məruz qalırlar.
Ürək tutması
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən. == Səbəbləri == Ürək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır.
Ürək çatışmazlığı
Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı. == Əmələgəlmə səbəbləri == === Anadangəlmə ürək qüsurları === Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar. Fallo tetradası Açıq arterial axacaq Qulaqcıqlararası çəpərin qüsuru Mədəciklərarası çəpərin qüsuru Ebşteyn anomaliyası === Qazanılmış ürək qüsurları === Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur. Aorta qapağının daralması Aorta qapağının çatışmazlığı İkitaylı qapağın daralması İkitaylı qapağın çatışmazlığı Perikardit Taxikardiya Arterial hipertenziya İnfarkt Kardiogen şok Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur.
Ürək astması
Ürək astması — bir neçə dəqiqədən bir neçə saata qədər davam edən boğulma tutmaları ilə özünü göstərən və miokard infarktı, kardioskleroz, ürək xəstəlikləri və ürək çatışmazlığı (sol ürək) ilə əlaqəli digər xəstəliklərlə baş verən simptom. Bu, ağciyərlərdə və ətrafında mayenin yığılmasına səbəb olur (ağciyər tıkanıklığı), ağciyərlərin qanı oksigenlə təmin etmək qabiliyyətini pozur. Öskürək və hırıltı mümkündür. Rentgen müayinəsi ürəyin ölçüsünün və ağciyər toxumalarında mayenin artdığını göstərir. == Simptomları == Ürək astması bronxial astma ilə oxşar simptomlara malikdir, lakin iltihab mənşəli olmaması ilə fərqlənir. Ürək astmasının ən çox görülən əlamətləri ürək çatışmazlığı əlamətləri olan bir xəstədə hırıltı, öskürək və ya nəfəs darlığı (əsasən gecə və ya yatarkən) olur. Əlavə əlamətlərə stetoskopla eşidilə bilən köpüklü və ya sulu bəlğəm və ağciyərlərə su yığılması daxildir. Ağır hallarda xəstə gecə bir neçə dəfə nəfəs darlığı, dəri rənginin dəyişməsi və qanlı bəlğəm epizodları ilə qarşılaşa bilər. == Patofiziologiyası == Ürək astmasının əsas səbəbləri ürəyin, xüsusən də sol tərəfin qanı səmərəli və effektiv şəkildə vura bilməməsi nəticəsində ağciyər damarlarına mayenin mümkün geri axınından qaynaqlanır. Ürəkdə maye yığılması, qanın oksigenləşməsini təmin etmək üçün ağciyər venoz sistemindəki təzyiqə artan tələblər qoyan normaldan daha yüksək təzyiq sistemi yaradır.
Ürək transplantasiyası
Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya). Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir. Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir. == Tarixi == Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi. Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.