Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tin
Tin — etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi. Etrusklar Xarun Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Atin Abdullayev
Atin Firuddin oğlu Abdullayev (rus. Атин Фируддин оглы Абдуллаев; 28 may 1989, Kirovabad) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Həyatı == Atin Abdullayev 28 may 1989-cu ildə Gəncədə anadan olmuşdur. O, futbolla məşğul olmağa 11 yaşında, Gəncə şəhərində yerləşən uşaq futbol məktəbində məşqçi Konstantin Maksimoviç Abramenkonun rəhbərliyi altında başlamışdır. Abdullayev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. == Klub karyerası == Atin Abdullayev Gəncə futbol məktəbinin yetirməsidir. Müxtəlif illərdə o, Gəncənin "Kəpəz" və "Tərəqqi" futbol klublarında çıxış etmişdir. Abdullayev 2012-ci ildə "Kəpəz"in heyətində, Azərbaycan Premyer Liqasında çıxış etmişdir. O, klubun əsas heyətində 4 oyun keçirmişdir.
Hotin müqaviləsi
Xotin müqaviləsi, 9 oktyabr 1621-ci ildə Osmanlı imperiyası ilə Reç Pospolita arasında imzalanmış sülh müqaviləsidir. 1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsini başa çatdıran müqavilədir. Reç Pospolita Valaxiya və Moldavianın işlərinə qarışdıqdan sonra Osmanlı imperiyası Reç Pospolitaya qarşı müharibə başlatdı. Sultan Gənc Osmanın komandanlığı altında 200 000 əsgərdən ibarət ordu Reç Pospolitanın əlindəki Hotin qalasını mühasirəyə aldı. Osmanlı ordusu dəfələrlə hücum etsə də, Hotin qalasını ala bilmədi. Qaraman bəylərbəyi Doğancı Ali Paşa, üç gün ərzində Hotin qalasının Dnepr çayından toplarla atəşə tutdu. Nəticə əldə edə bilmədikdə Polşa ordusunun üstünə yürüş başlandı. Ancaq güclü artilleriya atəşlərinə görə geri çəkilməli oldular. Demək olar ki, Polşa batalyonu ələ keçirilirdi, ancaq yeniçərilər müharibədən imtina edib yaxınlıqdakı kəndləri talan etməyə başladılar. Polşa əsgərləri fürsətdən istifadə edib əks hücuma keçdilər.
Liu Hsin
Liu Hsin Hun dövləti Xan Çaonun son imperatorudur. O atası Yaonun ölümündən sonra imperator olsa da həmin Şi Le tərəfindən tutularaq öldürüldü.Şi Le həmçinin Liu Yin və digər qardaşlarını da öldürdü. Bütün hun əyanlarını edam edən Şi Le Xan Çaonun varlığına son qoydu.
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Thin Lizzy
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur. Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü. Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi. Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı. Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır. Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Tin (Hurand)
Tin (fars. تين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (11 ailə).
Tin (Xudafərin)
Tin (fars. طين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
Tin Srbiç
Tin Srbiç (xorv. Tin Srbić;11 sentyabr 1996, Zaqreb) – Xorvat bədii gimnastı. Üfüqi çubuqda hərəkətlər üzrə gimnastdır. 2017-ci ildə Montrealda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında qızıl medal qazandı. Srbiç 2019-cu ildə Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Bədii Gimnastika Çempionatında gümüş medal qazandı.
Tin Surəsi
Tin surəsi (ərəb. سورة التين‎ (oxunuşu: surətət-tin) - əncir surəsi) - Quranın 95-ci surəsi. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surə adını ilk ayədə işlənən və əncir mənasını verən tin sözündən götürmüşdür.
Tın kilsəsi
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır. Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür. Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir.
Çıonq Tin
Çıonq Tin (vyet. Trường Chinh) və ya əsl adı ilə Danq Suan Khu (vyet. Đặng Xuân Khu; 9 fevral 1907 – 30 sentyabr 1988, Hanoy) — Vyetnam inqilabçısı, dövlət, siyasi və partiya lideri, Vyetnam Kommunist Partiyasının baş katibi və ölkənin Dövlət Şurasının sədri. O, Vo Nquyen Zyap ilə birlikdə Vyetnam Fəhlə Partiyasının politbürosunun əsas hərbi strateqlərindən biri olmuşdur. "Qızıl ulduz" ordeni "Lenin" ordeni (22 yanvar 1982) "Oktyabr inqilabı" ordeni (02 iyun 1987) "Klement Qotvald" ordeni (20 fevral 1987) Kiyevin fəxri sakini Чыонг Тинь // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Tin (dəqiqləşdirmə)
Tin — etrusk mifologiyasında baş tanrı.
Tin (Türk mifologiyası)
Tin - türk və altay xalq inancında ruh. Tın (Dın, Din, Çin, Çin) olaraq da deyilər. İnsan varlığının mənəvi hissəsi. Mücərrəd varlıq. Sabit və hərəkətli iki hissəsi vardır. Sabit qisiminə Sür, hərəkətli qisiminə də Süne adı verilər. İnsan doğularkən bir quş şəklində gəlib ağızından girər və ölərkən də yenə quş qılığında çıxıb gedər. İnsan öldüyündə hərəkətli ruhu (Sür) qırx gün əvvəl, sabit ruhu (Süne) isə ölüm anında Uluqayının yarpaqları arasına gedər. Bəzi varlıqların ruhları başqa bir yerde saxlanmışdır. Məsələn "Çoğun Qulaq" (çox qulaqlı) Yelbeğenin ruhu bir pınarda üzən sarı balığın qarınındakı gümüş sandıqda saxlıdır.
Hoang Thi Tin
Hoang Thi Tin ( ) — Vyetnamnı təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Vyetnamı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Tunis nümayəndəsi Omayma Bediuya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Haçiko, bir itin taleyi (film, 2009)
Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir. Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur. == Məzmun == Əsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur.
Ovçu ilə itin və tülkünün hekayəti
Ovçu ilə itin və tülkünün hekayəti — Nizami Gəncəvinin birinci poeması "Sirlər xəzinəsi"nin 6-cı məqalətin hekayəsi. "Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir. Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb. Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Aton
Aton Qədim Misirin Qədim dövrünə aid günəş tanrısı. Qədim Misirdə XVIII sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən hər şeyin başlağıcı kimi tək tanrı günəş tanrısı kimi tanılaraq qəbul edilmiş və ona e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misirdə sitayiş edilmişdir. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Etan
Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur. == Tarixi == Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi. == Fiziki xassələri == Etan rəngsiz, iysiz qazdır. T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir. == Kimyəvi xassələri == Etanın kimyəvi formulu C2H6-dır. Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Əsin
Amin
Amin bu mənaları ifadə edə bilər: