hin

I adv. 1. (räumlich) ora, o tərəfə, o yana; 2. (zeitlich) o zamana, o vaxta; 3. (Weg) keçmək, getmək; ein paar Tage ~, und niemand denkt mehr daran bir neçə gün keçdikdən sonra, hər şey yaddan çıxar; 4. ~ sein (kaputt sein) xarab olmaq, korlanmaq; ~ und her ora-bura; o tərəfə-bu tərəfə, irəli-geri; ~ und wieder hərdən bir, bəzən, arabir; zum Winter ~ qışa doğru; wo willst du ~ ? hara getmək istəyirsən?; ~ und zurück gediş-gəliş; gedib-gəlmə; auf s-e Bitte ~ onun xahişinə cavab olaraq; ~ und her gerissen sein qərara gəlməmək; ganz ~ sein (von/) valeh olmaq, heyran olmaq II und her adv. ora-bura, dala-qabağa, gəl-get; F nach langem Hin und Her uzun mübahisədən (söhbətdən) sonra
himmlisch
hin-
OBASTAN VİKİ
Cərən Hindistan
Ceren Hindistan — Türkiyəli aktrisa. Cərən Hindistan 1989-cu ildə fevralın 27-də Ankarada anadan olub . Orta təhsillidir - Anadolu Otelçilik və Türizm Peşə Litseyi məzunudur . 2013 - Firuze | Firuze rolunda 2013 - Muhteşem Yüzyıl | Ahsen Hatun rolunda 2012 - Babalar ve Evlatlar | Zeynep rolunda 2009 - Sakarya Fırat | Nihan Tekintaş rolunda 2008 - Baba Ocağı | İsmet rolunda 2007 - Sənin uğrunda | Serpil rolunda 2007 - Fədai | Ceyda rolunda 2007 - En iyi arkadaşım | hangi rolde olduğu bilinmiyor, son 2 bölüm yani 56. bölüm ve 57.
Erigeron hintoniorum
Erigeron hintoniorum (lat. Erigeron hintoniorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistan–Hindistan münasibətləri
Hindistan—Ermənistan münasibətləri — Hindistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Moğol İmperatoru Əkbər şah (1556-1605) XVI əsrdə erməniləri Aqrada yerləşməyə dəvət edir. XIX əsrin ortalarında Hindistanda xeyli sayda erməni yaşayırdı. Erməni tacirlər Moğol İmperiyası dövründə Aqranı ziyarət etmişlər. Əkbər ermənilərə bir neçə imtiyaz, xeyli etiqad azadlığı və hökumətdə işləmək imkanı vermişdi. Əkbərin həyat ypldaşlarından biri olan Məryəm Zamani Bequm erməni idi. İmperator fərmanı ilə erməni tacirlər idxal etdikləri və ixrac etdikləri mallara görə vergi ödəməkdən azad edilmişdi. Moğol İmperiyası ərazilərində xaricilərin girişinin qadağan olunduğu ərazilərdə hərəkət etmələrinə icazə verilirdi. 1562-ci ildə Aqrada bir erməni kilsəsi tikildi. XVI əsrdən başlayaraq ermənilər (əksəriyyəti İrandan olanlar), Hindistanın qərb sahilində yerləşən dövrün ən fəal Hindistan limanı olan Suratda əhəmiyyətli bir ticarət birliyi qurmuşdular.
Fransa Hind-Çini
Fransa Hind-Çini (fr. Indochine française, vyet. Đông Dương thuộc Pháp, 東洋屬法, khm. ឥណ្ឌូចិនបារាំង, tay อินโดจีนฝรั่งเศส), Hind-Çin İttifaqı fr. Union indochinoise, çin. 法屬印度支那, tay สหภาพอินโดจีน, vyet. Liên bang Đông Dương, khm. សហភាពឥណ្ឌូចិន, laos ສະຫະພາບອິນໂດຈີນ) və ya Hind-Çin Federasiyası (fr. Fédération indochinoise, vyet. Liên đoàn Đông Dương, khm.
Fransız-hindu müharibəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.
Fransız Ost-Hind şirkəti
Fransız Ost-Hind şirkəti və ya Fransız Şərqi Hindistan Şirkəti (fr: Compagnie française des Indes orientales) — 1664-cü ildə Hollandiya Şərqi Hindistan adalarındakı müstəmləkəçi Holland Şərqi Hindistan Şirkəti və Britaniya Şərqi Hindistan Şirkəti ilə rəqabət aparmaq üçün yaradılmış Fransız kommersiya korporasiyasıdır. Fransalı nazir "Jean-Baptiste Colbert" tərəfindən təşkil edilmiş və təsis edilmiş şirkət Kral XIV Lüdovik tərəfindən Şərq yarımkürəsində Fransız ticarətini inkişaf etdirmək üçün təsdiq edilmişdir. 1660-cı ildə birləşən "Compagnie de Chine", "Compagnie d'Orient" və "Compagnie de Madagascar" adlı üç şirkət bu şirkətin əsasını təşkil etmişdir. XVII-XVIII əsrlərdə, Hind okeanı və Şərqi Hindistanda Fransanın nəzarəti illərində (1664–1719) Fransız Şərqi Hindistan şirkəti (fransızca: "Compagnie Française des Indes Orientales"), 1719–1720-ci illərdə Hindistan şirkəti ("Compagnie des Indes") və 1720–1789-cu illər arasında Fransız Hindistan şirkəti ("Compagnie Française des Indes") adı altında digər kolonistlərlə bərabər fəaliyyətini davam etdirmişdir. Daha əvvəllər də iflasa qədər gəlmiş və sonradan özünə gəlməyi bacarmış şirkət Fransa krallığı ilə İngiltərə arasında baş tutmuş olan Yeddiillik müharibədə (1756–1763) Fransanın məğlubiyyətindən və Fransanın Hindistan regionunun paytaxtı olan "Pondiçerri"nin 1761-ci ildəki süqutundan sonra son anlarını yaşamışdır. 1769-cu ildə Fransanın Hindistan üzərində monopoliyasının sona çatması ilə şirkət ləğv edilmişdir.
Futbol üzrə Hindistan çempionatının qaliblərinin siyahısı
Hindistan tarixi
Hindistan tarixi— Hindistanın keçmişi. E.ə. 3 minillikdə Mohenco-daro və Harappa şəhərləri meydana gəlmişdir. Tunc və qızıldan müxtəlif əsyalar düzəldirdilər Yazıdan istifadə edirdilər. Qədim Hindistanın əhalisi: Cəngəllikləri təmizləyərək tarlalar düzəldirdilər Dəmiri emal edirdilər Taxıl, səkər qamışı və pambıq yetişdirirdilər Filləri ahilləşdirərək onlardan təsərrüfatda və döyüşlərdə istifadə edirdilər. Hindistanda tayfa başçıları Racə adlanırdı. Tədricən racələr dövlət başçılarına çevrilməyə başladılar, e. ə. II minillikdə Ari tayfaları Hindistana köç etdilər. Onlar yerli əhali ilə qarışaraq oturaq həyata kecdilər.
Hindistan tayfaları
Hindistan əhalisinin 8,2 %-ni (84,3 milyon nəfər) tayfalar (rəsmi terminologiyaya görə "qeydə alınmış tayfalar" adlandırılır) təşkil edir, meşələrin 70 %-də və faydalı qazıntılarla zəngin ərazinin 20 %-də tayfalar yaşayır. Yerli tayfalar Haryana, Pəncab ştatları, paytaxt Dehli və Çandiqarh və Pondişeri ittifaq ərazilərindən başqa bütün federal subyektlərdə yaşayırlar. Hindistanda tayfaların əksəriyyətinin sayı 10-100 min nəfər arasındadır. Yalnız 50-yə qədər tayfanın əhalisi 100 min nəfərdən çoxdur. Hindistan Antropoloji Xidmətinin "Hindistan xalqları" adlı layihəsinə. əsasən 461 əhali icması, o cümlədən 175 subtayfa fərqləndirilmişdir. Onların arasında bhil (7 307 973, 1990-cı illərin rəqəmləri), qond (7 449 193), santal (4 260 842), oraon (1 871 995), mina (2 087 075) tayfaları ən böyük ən kiçik isə cəmi 97 nəfər (1984) olan onqe andamanlıları olmuşdur. Tayfaların sıxlığı ən çox şimal-şərq ştatlarında qeydə alınır, Mizoram (94,5%), Naqalend (89,1%), Meqhalaya (85,9%), Arunaçal-Pradeş (64,2%) ştatlarında əhalinin xeyli hissəsi tayfalardan ibarətdir. Digər tayfalar Çhattisqarh (31,8%), Carkand (26,3%), Orissa (22,1%), Madhya-Pradeş (20,3%) ştatlarında da sıx məskunlaşmışlar. Sayca ən çox olan qond (Madhya Pradeş), santal (Bihar, Qərbi Benqal, Orissa), bhil (Racastan, Qucarat, Maharaştra, Madhya-Pradeş) tayfaları bütün tayfaların 36-40 %-ni təşkil edirlər.
Hindistan tirəndazı
Hindistan tirəndazı (lat. Hystrix indica) – (Rodentia) dəstəsindan bir məməli heyvan növü. Kiçik və Orta Asiyanın quraq sahələrində, Qazaxıstanın Cənubunda, Levantda, Qərbi Ərəbistanda, Cənubi Qafqazda, İndostanda, Tibetdə və Şri-Lanka adasında məskən salmışlar. Bu növə XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın bütün ərazillərində rast gəlmək mümkündür. XX əsrin başlanğıcında bu növ Talış dağlarında və Kiçik Qafqazın Cənub-qərb hissəsi üçün səciyyəvi idisə, sonralar onun Respublikanın digər arid və meşəli rayonlarında, hətta Dağıstanla sərhəddə yerləşən Samur çayı boyunca yayılması haqqında məlumatlar əldə olunmuşdur.. Müxtəlif landşaftlarda məskən salır. Özləri tərəfdən qazılan və ya porsuq yuvalarında, mağaralarda, qayanın çatlarında, daş qırıntıları və yuyulma nəticəsində əmələ gələn yarğanlarda məskunlaşırlar. Yuvaları mürəkkəb və çoxşaxəli quruluşa malikdir. Yaşayış məntəqələri yaxınlığında tez-tez rast gəlinir. Ailə qrupları əmələ gətirir.
Hindistan tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Hindistan tısbağası
== Hind Tısbağası == Quruda yaşayan tısbağa növü.Qeyri-kafi öyrənilmişdir,onun sayları azalıb. Tortoise orta ölçülüdür, qabığının uzunluğu 28 sm-ə qədərdir, oval, qısa, hamar bir kənar. Çiftleşme mövsümündə hind kaplumbağaları rəng dəyişdirir, xüsusən də erkəklər: burun və göz yuvalarının ərazisində dəri rənginin dəyişməsi - torpaq qatqıları üçün çox nadir haldır. Hindistanın cənub-qərbindəki Travancor və Koçin bölgələrini məskunlaşmışdır.Bu sıra Kerala cənubunda və Karnitanın ekstremal cənubunda dağların qərb yamacları boyunca uzanır.Dağlarda dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yaşayır.Sevimli yaşayış sahəsi - orta rütubətli yağışlı dağ meşələridir.
Hindistan xalqları
Müasir dövrdə Hindistanın еtnik tərkibi bir nеçə yüz xalqdаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhili, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, lеpçа, lisu, lоbа, mаqаri, mаlаyаli, mаlеr, mаnipuri, mаrаthi, minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, çаkmа, şеrp və s. хаlqlаr yаşаyır. Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi, mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalqlardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, türklər, əfqanlar, ingilislər iştirak etmişlər. Hindistan xalqlarının və irqi elementlərinin təsviri kifayət qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlərindən gələn fərqli etnosların qovuşduğu, qarşılaşdığı ərazi olmuş, bu prosesdə müharibələr, təqib, iqtisadi faktorlar mühüm rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada məskunlaşmış, qaynayıb-qarışmış, bu qarışıqlardan lokal xüsusiyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan cəmiyyətinin formalaşmasına gətirib çıxarmışdır. İngilis alimi Risley 1890-cı ildə elmi əsasda, yəni antropolometrik texnika ilə Hindistan xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis müstəmləkə hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuşdur.
Hindistan yarımadası
Hindistan yarımqitəsi — Asiyanın cənuba doğru regionu,əsasən Hindistan lövhəsində yerləşir və cənub istiqamətində Hind okeanı daxildir. Siyasi elm professoru Tatu Vanhanenə görə,"Cənubi Asiyanın yeddi ölkəsi Hindistan yarımqitəsi ətrafında coğrafi kompakt regionu təşkil edir"; antropoloq John R. Lukacsa görə isə, "Hindistan yarımqitəsi Cənubi Asiyanın əsas quru kütləsini tutur." Chris Brewsterə görə, Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Nepal və Butan , Hindistan yarımqitəsin təşkil edirlər; Əfqanıstan və Maldiv daxil olmaqla daha çox yayqın olaraq Cənubi Asiya adlanır. "Hindistan yarımqitəsi" və "Cənubi Asiya" terminləri birbirlərinin yerinə istifadə edilir.
Hindistan yarımqitəsi
Hindistan yarımqitəsi — Asiyanın cənuba doğru regionu,əsasən Hindistan lövhəsində yerləşir və cənub istiqamətində Hind okeanı daxildir. Siyasi elm professoru Tatu Vanhanenə görə,"Cənubi Asiyanın yeddi ölkəsi Hindistan yarımqitəsi ətrafında coğrafi kompakt regionu təşkil edir"; antropoloq John R. Lukacsa görə isə, "Hindistan yarımqitəsi Cənubi Asiyanın əsas quru kütləsini tutur." Chris Brewsterə görə, Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Nepal və Butan , Hindistan yarımqitəsin təşkil edirlər; Əfqanıstan və Maldiv daxil olmaqla daha çox yayqın olaraq Cənubi Asiya adlanır. "Hindistan yarımqitəsi" və "Cənubi Asiya" terminləri birbirlərinin yerinə istifadə edilir.
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Hindistan çətənəsi
Hindistan çətənəsi (lat. Cannabis indica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü.
Hindistan şehçiçəyi
Hindistan şehçiçəyi (lat. Drosera indica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Hindistan şəhərləri
Hindistanın 26 şəhəri vardır. Əhali 2011-ci ildə qeydə alınmışdır.
Hindistan şəhərlərinin siyahısı
Hindistanın 26 şəhəri vardır. Əhali 2011-ci ildə qeydə alınmışdır.
Hindistanda Yeni il
Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər. Yeni il dünyada necə qeyd edilir?
Hindistanda ali təhsil
Hindistanda ali təhsil — Hindistan Federativ Respublikasının ali təhsil sistemi Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən qədim ali təhsil müəssisələri 1857-ci ildə yaradılmış Mədrəs, Kəlkətə və Mumbay universitetləridir. Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir. Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Həmçinin Universitet Qrant Komissiyasının tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi təhsil müəssisələrinin "Universitet hesab edilənlər" qrupuna daxil olmasına icazə verilir. Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir. Eləcə də ölkədə bu şuralar fəaliyyət göstərir: Ümumhindistan Texniki Təhsil Şurası; Tibb Şurası; Peşə Şurası; Kənd Təsərrüfatı Tədqiqatı Şurası; Müəllimlərin Təhsili üzrə Milli Şura; Stomatologiya Şurası; Əczaçılıq Şurası; Uşaqlara Qayğı Şurası; Vəkillər Şurası; Homeopatiya üzrə Mərkəzi Şura; Hind Müalicəsi üzrə Mərkəzi Şura; Memarlıq Şurası; Distant Təhsil Şurası; Reabilitasiya Şurası; Ali Təhsil üzrə Dövlət Şurası. İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe olan Mərkəzi universitetlər Universitet Qrant Şurasının verdiyi qrantlar hesabına maliyyələşir.
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Hindistanda din
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir.
Hindistanda orta təhsil
Hindistanda orta təhsil — Hindistan Federativ Respublikasında mövcud olan orta təhsil sistemi. Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür: orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir. yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir. Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur. Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir. Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur.

Значение слова в других словарях